Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-796/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, X2 və X8, iddiaçı Cavabdeh1-in cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi və müqavilənin qismən etibarsız hesab edilməsi) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “xxxx” ASC Cavabdeh1 və qeyrilərinə qarşı “borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “xxxx” ASC-nin xeyrinə xx xxxxxx 2015-ci il tarixli ***/***/NF/PB №-li kredit müqaviləsi üzrə 14.817,64 ABŞ dolları əsas, 3.841,25 ABŞ dolları hesablanmış faiz borcu, 3.170,97 ABŞ dolları dəbbə pulu, cəmi 21.829,86 ABŞ dol ları, hüquqi yardım üçün ödənilmiş xərcin əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını, borcun əvəzinin ilkin satış qiyməti 36.000 manat müəyyən edilməklə Bakı şəhəri,********* küçəsində istifadədə olan 0,07 ha torpaq sahəsində yerləşən 22 nömrəli 5 mərtəbəli binanın 1-ci mərtəbəsində Cavabdeh2 mülkiyyətindəki 37,73 kv.m ümumi, 24,23 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 1 №-li mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılaraq tələb edilən borcların ödənilməsi, Bakı şəhəri, ************ küçəsində istifadədə olan 0,07 ha torpaq sahəsində yerləşən 22 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində Cavabdeh2 mülkiyyətindəki 37,73 kv.m ümumi, 24,23 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 1 №-li mənzildən orada yaşayanlar Cavabdeh2, X9, X6 və X1 çıxarılmas ı və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh “xxxx” ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, xarici valyuta ilə verilmiş kreditin müqavilə bağlanan an olan məzənnə ilə hesablanaraq milli vayutaya dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli ***/****NF/PB №-li kredit müqaviləsinin qismən etibarsız hesab edilməsi, kredit müqaviləsində 16.000 ABŞ dolları məbləğinin xx.xx.2015-ci il tarixində olan ABŞ dollarının məzənnəsi ilə hesablanaraq milli valyuta olan manatla əvəz olunması, həmin kredit müqaviləsinə dair ödənilmiş aylıq ödənişlər ödəniş gününün məzənnəsi ilə hesablanaraq manatla əvəz olunaraq əsas məbləğ və faiz hissəsindən çıxılması və yaranmış cərimə boc unun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İlk iddia üzrə iddiaçı “xxxx” ASC iddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 “xxxxbank’’ Açıq Səhmdar Cəmiyyətinin **** filialından xx xxxxxx 2015-ci il tarixli ****/****/NF/PB №-li kredit müqaviləsinə əsasən illik 23 faizlə 36 ay müddətinə evin təmiri məqsədilə 16.000 ABŞ dolları borc almışdır. Bu borcun təminatı olaraq Bakı şəhəri,********** küçəsində istifadədə olan 0,07 ha torpaq sahəsində yerləşən *** nömrəli,**** mərtəbəli binanın ** ci mərtəbəsində Cavabdeh2 mülkiyyətindəki 37,73 kv.m ümumi, 24,23 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 1 №-li mənzil xx xxxxxx 2006-cı il tarixli ******/06af №-li ipoteka müqaviləsinə xx xxxxxx 2015-ci il tarixli *** №-li əlavə ilə yüklü edilmişdir. xx xxx 2016-cı ilədək Cavabdeh1 banka xx xxxxxx 2015-ci il tarixli ****/***/NF/PB №-li kredit müqaviləsi üzrə 14.817,64 ABŞ dolları əsas, 3.841,25 ABŞ dolları hesablanmış faiz, 3.170,97 ABŞ dolları dəbbə pulu, cəmi 21.829,86 ABŞ dolları borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı idia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ilin iyul ayında keçmiş “xxxxbank” ASC-nin ***** filialına rəsmi müraciət edərək təmir məqsədi ilə ona 8.000 manat məbləğində kredit verilməsini xahiş etmişdir. Bir müddət keçdikdən sonra kredit mütəxəssisi ona bank tərəfindən kredit verilməsi barədə razılıq verildiyini və bunun üçün notariat kontoruna gəlməsini bildirmişdir. xx.xx.2015-ci il tarixində notariat kontorunda ********NF/PB №-li kredit müqaviləsini imzaladıqdan sonra banka gələrək ayrılmış kredit məbləğini kassadan götürmək üçün ona qəbz vermişlər. Bu zaman ona məlum olmuşdur ki, ona 8000 manat əvəzinə 16.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Belə ki, 16.000 ABŞ dolları kredit “xxxxbank” ASC-yə olan köhnə 8.000 manat borcu bağlamaq şərti ilə verilmişdir. Bunun səbəbini kredit mütəxəssisindən soruşduqda ona bildirmişdir ki, komitənin qərarı bu cür olmuşdur. Bankın bu hərəkətlərinə etiraz edərək filial müdiri əvəzi olan M 1 qəbuluna gedərək komitənin bu cür qərar verməsinin niyə bu günə qədər ona məlumat verilmədiyini soruşmuş və buna görə də kredit müqaviləsindən imtina etmişdir. X14 bildirmişdir ki, “əgər o, bu kreditdən imtina etməsə, 3 aydan sonra onun rəsmi müraciəti əsasında onlar həmin kredit müqaviləsində dəyişiklik edərək xarici valyutada olan krediti məbləğini milli valyuta ilə, yəni manatla əvəz edə bilərlər. Bu yaxın aylarda isə zənn etmir ki, ABŞ dolları kursunda hər hansı bir dəyişiklik ola bilər.” Buna sübut olaraq M1 Bakı şəhər **** saylı notariat kontorunun xüsusi notariusu X3 iştirakı və imzası ilə həqiqiliyi təsdiq edilmiş ***-**** nömrəsi ilə qeyd edilmiş, xx.xx.2017-ci il tarixli 17:02 saatında təsdiq olunmuş ərizəsini iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh tərəfin rəsmisi yuxarıda qeyd etdiyi əsasları öz ərizəsində təsdiq etmişdir. Bütün bu vədlərə inanaraq və çəkdiyi maddi və mənəvi əzəyyəti nəzərə alıb o, bu təkliflə razılaşmalı olmuşdur. Lakin 3 aydan sonra o, “xxxxbank” ASC-nin ***** filialına rəsmi müraciət edərək ABŞ dollarının manatla əvəz olunmasını xahiş etmişdir. Lakin onun müraciətinə mənfi cavab verilmişdir. Bundan sonra o, dəfələrlə M1ə və filial müdiri olan *********** rəsmi qaydada müraciət etmişdir. Lakin təəsüflər olsun ki, onun müraciəti öz müsbət həllini tapmamışdır. Həmin vaxtdan o, kredit üzrə öhdəliyini yerinə yetirə bilməmişdir. Belə ki, ölkə ərazisində ABŞ dollarının kursunun dəfələrlə qalxması və səhhətində yaranmış problemlə əlaqədar olaraq ikinci qrup əlillik dərəcəsi alması ona bu öhdəliyi vaxtı-vaxtında yerinə yetirməyə imkan verməmişdir. Onun bu günki qazancı indiki kursla ödəniş aparmasına çox böyük mənfi təsir etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2017-ci il tarixli 2(006)-*****/2017 nömrəli qərardadı ilə (hakim Emin Mehdiyev) iş üzrə komissiyon məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə, məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması isə “xxxx” MMC-yə tapşırılmışdır. “xxxx” MMC-nin xx xxxxxx 2017ci il tarixli, ****/E nömrəli ekspert rəyi ilə ünvan1 ünvanında yerləşən *** saylı mənzilin hazırda bazar dəyəri 38.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2 018-ci il tarixli, ***** nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx xxxxxx 2015-ci il tarixli ****/***/NF/PB saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2017-ci il tarixə Cavabdeh1 “xxxxbank” ASC-nə olan borcu 19.920,23 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-****/2019 nömrəli qərardadı ilə (hakim Pərviz Hüseynov) iddiaçı “xxxx” ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı “borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzi” tələbinə dair mülki iş üzrə Cavabdeh1 tərəfindən “xxxx” ASC-yə qarşı verilmiş “müqavilənin qismən etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi və ilk iddia ilə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-****/2019 nömrəli qərardadı ilə (hakim Pərviz Hüseynov) iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “xxxx” MMC-yə tapşırılmışdır. «xxxx» MMC-nin xx.xx.2019-cu il tarixli, ***/**** nömrəli qiymətləndirmə rəyi ilə ünvan 1 ünvanında yerləşən *** nömrəli mənzilin xx.xx.2019-cu il tarixə olan bazar dəyəri 55.000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(006)-****/2019 nömrəli qətnaməsi ilə (hakim – Pərviz Hüseynov) ilk iddia qismən təmin edilərək, xx xxxxxx 2015-ci il tarixli, 206/15/NF/PB saylı kredit (borc) müqaviləsi üzrə 14.817,64 ABŞ dolları əsas borc, 3.841,25 ABŞ dolları faiz borcu, 200 ABŞ dol ları dəbbə pulu, cəmi 18.858,89 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh1 alınaraq “xxxx” ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, ************** mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 55.000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, həmin mənzilin satışından əldə olunan vəsaitdən cəmi 18.858,89 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə “xxxx” ASC-nin hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh2 verilməsi, ipoteka predmeti olan qeyd olunan mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2, X9, X6 və X1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması, ilkin iddia üzrə iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manatın 4 manatının ilkin iddia üzrə iddiaçıya aid edilməsi, 26 manatının isə Cavabdeh1 alınaraq “xxxx” ASC-yə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 140 manatın 120 manatının Cavabdeh1, 20 manatının isə “xxxx” ASC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi, ilkin iddianın digər hissədə təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” ASC-yə qarşı “müqavilənin qismən etibarsız hesab edilməsi” tələbi nə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 aid edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, öhdəlik icra edilmədiyindən borc tutulmalı, borcun tutulması ilkin iddia üzrə iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılmalı, satışdan əldə olunan vəsaitdən ilkin iddia üzrə iddiaçıya olan borc ödənilməli, qalan məbləğ mülkiyyətçiyə qaytarılmalı, qeyd olunan mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan sonra 1 ay ərzində ilkin iddia üzrə cavabdehlər həmin mənzildən çıxarılmalı, mənzil boşaldılmalıdır. Məhkəmə ipo teka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd etmişdir ki, iş üzrə keçirilmiş ekspertizanın rəyinə əsasən ipoteka predmeti olan ilkin iddia üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri,**************** saylı mənzilinin ilkin satış qiyməti 55.000 manat müəyyən edilməlidir. Qarşılıqlı iddia tələbi üzrə birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı özü üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur edildiyini, habelə əqd bağlanması məqsədilə aldadıldığını bildirsə də, bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. Eyni zamanda mübahisələndirilən müqavilədən də görünür ki, kredit ABŞ dolları ilə verilmiş və tərəflər ödənişin verilmiş kreditin valyutasında da həyata keçiril məsini aralarında razılaşdırmışlar. Ümumiyyətlə, qarşılıqlı iddia üzrə iddiaçı tərəflər arasında imzalanmış mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsini tələb etsə də, mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsasın mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilmədi və məhkəmə araşdırması zamanı da belə bir əsasın mövcud olması öz təsdiqini tapmadı. İş materialları ilə də müəyyən olunur ki, kredit tərəflərin razılaşmasına əsasən məhz ABŞ dolları ilə verilmiş, müqaviləyə və ödəniş cədvəlinə əsasən tərəflər kreditin hər ay hissə-hissə olmaqla ABŞ dolları ilə qaytarılması barədə razılığa gəlmişlər. Eyni zamanda mübahisələndirilən müqavilədən də görünür ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə imzalanm ış, kreditin verilmə və qaytarılma şərtləri və qaydası, müddəti, valyuta növü və digər şərtlər tərəflər arasında razılaşdırılmışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 317.1, 319.1, 319.6, 337.1, 337.2, 337.4, 339.1, 339.2, 386.1, 390.1, 427.3, 439.2, 442, 443.1, 448.1, 449.1, 462.1, 465.2, 467, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Azad İmanov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-****/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsinin Cavabdeh1 tutulmalı olan faiz borcuna aid hissədə dəyişdirilməsi və Cavabdeh1 iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalı olan faiz borcunun məbləği 1.022,38 ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hi ssədə (xx.xx.2015-ci il tarixli ***/***/NF/PB nömrəli kredit müqaviləsinin qismən etibarsız hesab edilməsi, müqavilədə 16000 ABŞ dolları məbləğinin xx.xx.2015-ci il tarixə olan ABŞ dollarının məzənnəsi ilə hesablanaraq manatla əvəz olunması, müqavilə üzrə ödənilmiş aylıq ödənişlərin ödəniş gününün məzənnəsi ilə hesablanaraq manatla əvəz olunub əsas məbləğ və faiz hissəsindən çıxılması və yaranmış cərimə borcunun silinməsi) dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyin birinci instansiya məhkəməsi tərəfindən şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çə rçivəsində Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır. Məhkəmə doğru olaraq qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı özü üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur edildiyini, habelə əqd bağlanması məqsədilə aldadıldığını bildirsə də, bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mübahisələndirilən müqavilədən də görünür ki, kredit ABŞ dolları ilə verilmiş və tərəflər ödənişin verilmiş kreditin valyutasında da həyata keçirilməsini aralarında razılaşdırmışlar. Ümumiyyətlə, qarşılıqlı iddia üzrə iddiaçı kredit müqavilənin etibarsız hesab edilməsini tələb etsə də, müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsasın mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsasın mövcud olması öz təsdiqini tapmamışdır. Kredit tərəflərin razılaşmasına əsasən məhz ABŞ dolları ilə verilmiş, müqaviləyə və ödəniş cədvəlinə əsasən tərəflər kreditin hər ay hissə-hissə olmaqla ABŞ dolları ilə qaytarılması barədə razılığa gəlmişlər. Eyni zamanda, mübahisələndirilən müqavilədən də görünür ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə imzalanmış, kreditin verilmə və qaytarılma şərtləri və qaydası, müddəti, valyuta növü və digər şərtlər tərəflər arasında razılaşdırılmışdır. Göründüyü kimi, borc alan kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə banka borcu yaranmışdır. Cavabdeh1 kredit müqaviləsinin qismən etibarsız hesab edilməsi və s. barədə qarşılıqlı iddia tələbi əsassızdır. O, bununla bağlı tələbini əsaslandıra bilməmiş, hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmin dövrdə filial müdiri işləmiş şəxsin ərizəsi isə bankın rəsmi mövqeyi kimi qəbul oluna bilməz, çünki bir neçə aydan sonra kreditin valyutasının dəyişdiriləcəyi barədə tərəflərin qarşılıqlı razılaşmasının olması və ya bankın rəsmi qaydada belə bir öhdəlik götürməsi iş materiallarından müəyyən olunmur. Bununla belə, apelyasiya kollegiyası hesab etmişdir ki, faiz borcuna aid hissədə şikayətin dəlilləri qismən əsaslıdır və qətnamə həmin hissədə dəyişdirilməlidir. Belə ki, kredit müqaviləsinə əsasən, bir qayda olaraq bank (kreditor) müəyyən pul mə bləğini müəyyən müddətə istifadə etmək üçün borcluya verməyi, sonuncu isə həmin vəsaiti təyinatı üzrə istifadə edib, onu razılaşdırılmış müddətdə geri qaytarmağı və istifadə üçün təyin olunmuş haqq (faiz) ödəməyi öhdələrinə götürürlər. Kredit öhdəlikləri təminatlı və ya təminatsız olmaqla, sərbəst və ya annuitet qaydada geri qaytarılma xarakteri daşıyır. Sərbəst ödəniş halında borclu hər ay faizləri öləmək şərti ilə əsas borcu kredit müqaviləsinin müddəti bitənədək istənilən vaxt ödəyə bilər. Annuitet ödənişlə götürülmüş kreditlər isə hər ay həm əsas borcun bir hissəsi, həm də həmin vaxta geri qaytarılmamış əsas borc məbləğinə hesablanmış faiz borcunun bərabər hissələrlə aylıq, rüblük və ya başqa qaydada müəyyənləşdirilən dövrü ödənilməsini ehtiva edir. Bankların kreditləri əsasən annuitet qaydada geri qaytarma şərti ilə verməsi daha az riskə məruz qalmaq, borclunun ödəniş qabiliyyətini vaxtında analiz edərək ödəniş qabiliyyəti olmayan borcludan krediti ləngimədən geri tələb etmək və s. məqsədini güdür. Ancaq nəzərə almaq lazımdır ki, həm sərbəst, həm də annuitet ödəniş halında faizlər mövcud olan əsas borc qalığına hesablanır və faiz borcunun hesablanması heç də annuitet ödəniş üçün verilmiş ödəniş cədvəlindən asılı deyildir. Məsələn, borclunun hər hansı ayda ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğdən artıq əsas borcundan ödəniş etməsi növbəti aylar üçün ödənilməsi nəzərdə tutulmuş faizlərin azalmasına, az ödəniş etməsi isə faizlərin artmasına səbəb olacaqdır. Qeyd olunanlara əsasən apelyasiya kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçı «xxxx» ASC-nin Cavabdeh1 kredit borclarını vaxtında qaytarmadığına görə artırılmış faiz məbləği tələb etməsi yolverilməzdir və belə bir tələb nə qanunun ümumi prinsiplərinə, nə də Mülki Məcəllənin 420-ci maddəsinin tələblərinə uyğun gəlmir. Ona görə də faizlər kredit müqaviləsi üzrə müəyyən olunmuş normal dərəcə üzrə tutulmalı, onların tutulmalı olduğu dövr isə iddianın qaldırıldığı zaman borc məbləğinə dair verilmiş maliyyə arayışının tarixi ilə məhdudlaşmalıdır. Apelyasiya kollegiyası xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 3841,25 ABŞ dolları məbləğində faiz borcunu real hesab etməyib qeyd etmişdir ki, ekspert rəyindən, maliyyə arayışından və digər sənədlərdən müəyyən edilir ki, maliyyə arayışı xx.xx.2016-cı il tarixə verilmişdir, maliyyə arayışının verildiyi tarix üzrə borc alan tərəfindən sonunc u ödəniş xx.xx.2016-cı il tarixdə edilmişdir, həmin tarixdə aparılmış 200 ABŞ dolları tam olaraq faiz borcuna silinmiş və həmin günə gecikdirilən ödənilməmiş faiz borcu 235,38 ABŞ dolları qalmış, eləcə də 14.817,64 ABŞ dolları məbləğində əsas borc qalmışdır. Qalıq qalmış əsas borc məbləği olan 14.817,64 ABŞ dolları məbləğində kreditin gündəlik 1 gün üçün faizləri 9,46 ABŞ dolları (14817,64x23%/360=9,46), həmin faizlərin hesablanmalı olduğu müddət isə 88 gün, yəni sonuncu ödənişin edildiyi xx.xx.2016-ci il tarixdən maliyyə arayışının verildiyi xx.xx.2016-ci il tarixə qədər olduğu müəyyən edilir ki, bu da 833,08 ABŞ dolları (9,46x88) təşkil edir. Həmin məbləğin üzərinə isə sonuncu ödənişin edildiyi xx.xx.2016-ci il tarixə qalmış faiz borcunun qalığı 235,38 ABŞ dollarını (833,08+235,38) əla və etdikdə, faiz borcu 1.068,46 ABŞ dolları müəyyən edilir ki, həmin məbləğdən də maliyyə arayışının tərtib edildiyi tarixdən sonra xx.xx.2017-ci il tarixdə faiz borcundan edilmiş sonuncu ödəniş - 46,08 ABŞ dollarını çıxdıqda (1.068,4646,08=1.022,38), Cavabdeh1 tutulmalı olan faiz borcunun 1.022,38 ABŞ dolları məbləğində olduğu müəyyən edilir. Belə olan halda apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməli, Cavabdeh1 tutulmalı olan faiz borcu 1.022,38 ABŞ dolları məbləğində müəyyən edilməlidir, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (v əkil X4) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia tələbinin əsası müqavilənin qismən etibarsız hesab edilməsi, xx.xx.2015-ci il tarixə olan ABŞ dolları ilə götürülmüş kreditin manatla əvəz olunması, əsas və faiz hissəsindən çıxılma cərimə borcunun silinməsi təşkil edir. İş materiallarından görünür ki, bankın filial müdiri əvəzi işləmiş X10 tərəfindən məhkəməyə təqdim olunmaq üçün verilmiş və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Cavabdeh1 bankın daimi müştərisi olmuş, ona müraciəti əsasında dəfələrlə kredit a yrılmış, sonuncu kreditləri vaxtlıvaxtında ödəmişdir. Ərizədə göstərilir ki, Cavabdeh1 2015-ci ilin avqust ayında evini təmir etdirmək üçün bankdan 8000 manat kredit götürülməsi barədə müraciət etmişdir. Nağıyev Cəlal həmin müddətdə "xxxxbank” KB-nın filial müdiri əvəzi işlədiyindən Cavabdeh1 təqdim etdiyi sənədləri “xxxxbankın” Baş idarəsində kredit komitəsinin müzakirəsinə təqdim etmiş, Komitə Cavabdeh1 8000 manat yox onun köhnə kreditinin qalıq hissəsi olan 8000 manatı bağlamaq şərti ilə 16000 ABŞ dolları məbləğində kreditin verilməsi barədə qərar qəbul etmişdir. Cavabdeh1 bu qərardan narazı qaldığını göstərmiş və müqaviləni bağlamaqdan imtina etmək istəmişdir. X18 Cavabdeh1 təklif etmişdir ki, müqaviləni bağlasın, 2-3 ay sonra müqavilənin manatla əvəz olunması barədə müraciət edər, bu müraciət əsasında müqaviləni dəyişib manatla əvəz edərlər. Tərəflər arasında bu razılığa əsasən kredit müqaviləsi bağlanmışdır. Razılaşmaya əsasən Cavabdeh1 3 ay sonra müqavilənin dəyişdirilərək manatla əvəz olunması barədə ərizə ilə banka müraciət etmiş, 16000 ABŞ dolları məbləğində olan borcun qalıq hissəsinin manatla əvəz olunmasını xahiş etmişdir. Cavabdeh1 müraciəti “xxxxbank”ın Baş idarəsində müzakirə olunmuş, lakin xahişi mümkünsüz sayılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2018-ci-ci il tarixli Qərarında qeyd olunur ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilə bağlanan zaman bankı təmsil edən ***** ilə müqavilənin digər tərəfi olmuş Ca vabdeh1 razılığa gəlmişlər ki, 2-3 ay müddətində sonuncunun ərizəsi əsasında müqavilənin predmeti -16000 ABŞ dolları manatla əvəz olunacaqdır. Bununla bağlı borcalan öz vəzifəsini yerinə yetirmiş müqavilə bağlandıqdan 3 ay sonra müqavilənin predmetinin manata dəyişdirilməsi xahişi ilə müraciət etmiş, bank borclunun ərizəsinin icrasını mümkünsüz saymışdır. Daha sonra borclu müqavilənin dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında müqavilənin dəyişdirilməsi barədə -əvvəlcədən razılıq olmuş, lakin bank daha sonra bu razılaşmaya əməl etməmişdir. Apellyasiya məhkəməsi tərəfindən həmin hissədə iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmamaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Bununla bərabər apelyasiya mə hkəməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. İş materiallarından göründüyü kimi mübahisəli əmlakın qiymətləndirmə rəyləri arasında kəskin fərqin olması işin mübahisəsiz halıdır. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərini pozaraq daşınmaz əmlakın ilkin satış qiymətini yalnız sonuncu qiymətləndirmə rəyini əsas tutaraq müəyyən etmişdir. Beləliklə, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə zidd olmaqla qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) Kssasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının ye ri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdehlər Cavabdeh2, X7, X9 və X6 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili Vəkil1 kasasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər Fziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziya n vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.2. Əgər bo rclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmı r və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayə tində qətnamə iş üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilən hissələrində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının qarşılıqlı iddia tələbi hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı yalnız həmin hissələrdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi ilə əlaqədar dəlili üzrə kasasiya kollegiyası qeyd edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 kasasiya şikayətində ilkin iddiaçı ilə aralarında bağlanmış müqavilənin dəyişdirilməsindən bəhs etsə də, işə mahiyyəti üzrə baxmış aşağı instansiya məhkəmələrinə öz tələbi üzrə, yəni müqavilənin etibarsız hesab edilməsinə dair hər hansı sübut təqdim edə bilməmiş, məhkəmə araşdırmaları da həyata keçirilən zaman mübahisələndirilən müqavilənin etibarsızlığına dəlalət edəcək hər hansı müəyyən edilməmişdir. Belə olan halda, qarşılıqlı iddia tələbi ilə bağlı iddiaçının hər hansı dəlili apelyasiya kollegiyasının qəbul etdiyi qətnaməni n qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsi üçün əsas hesab edilə bilməz. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı fərqli qiymətləndirmə rəyinin olmasına istinad etdiyi dəlili üzrə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması zamanı da iş materialları ilə müəyyən edilir ki, ipoteka predmeti ilə bağlı qiymətləndirmə rəyləri işə birinci instansiya məhkəməsində baxılarkən əldə edilmiş, ən yüksək dəyər üzrə ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verilərkən isə ilkin iddia üzrə cavabdeh apelyasiya şikayətində bu halı mübahisələndirməmiş, apelyasiya instansiyası məhkəməsi də haqlı olaraq bu hissə ilə bağlı mübahisələndirmə ol madığı üçün ən yüksək məbləğin ilkin satış qiyməti kimi müəyyən edilməsinin düzgünlüyü qənaətinə gəlmişdir. Belə olan halda bu hissə ilə də bağlı kasasiya şikayətinin dəlili apelyasiya instansiyası məhkəməsinin həmin hissədə ləğvinə əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin ed ilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.