Məhkəmə qərarları › İş №2(102)-797/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-797/2025

05.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-797/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:torpaq sahəsinin boşaldılması, özbaşına tikilinin sökülməsi, vindikasiya iddiası, ekspert rəyi, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikintilərin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kolleg iyasının 2(104)-105/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 05 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda yerləşən 0.027 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır.

2. Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda yerləşən 0.042 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyatda alınmışdır. 3.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü barədə sənədə əsasən, Gən cə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda yerləşən 0.027 hektar və 0.042 hektar torpaq sahələri xüsusi mülkiyyət əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – iddiaçı) 27 iyun 2018-ci il tarixdə iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək onun mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 2-ci mikrorayonda yerləşən RX seriyalı, №**** və RX seriyalı, №**** saylı torpaq sahələrində qanunsuz inşa olunmuş tikililərin Cavabdeh1 tərəfindən öz vəsaiti hesabına sökülməsi və həmin torpaq sahələrinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda yerləşən torpaq sahələri xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçının mülkiyyətində olan torpaq sahələri ilə qonşuluqda olan cavabdeh sərhəd hasarı tikdirmiş və özünə aid istiqamətdə tikinti işləri aparmışdır. Cavabdeh tikinti işləri apararkən iddiaçının mülkiyyətində olan hər iki torpaq sahələrini 3,40 metr enində zəbt edərək özünə aid torpaq sahəsinə əlavə etmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, mübahisəni sülh yolu ilə öz aralarında həll edə bilməmişlər. Cavabdeh əvvəllər etiraf etsə də, sonda haqlı olduğunu, iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etmədiyini bildirmişdir. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1 və 157.2-ci maddələrinə istinad etmişdir.

7. Cavabdeh1 iddia tələbinə etiraz vermiş və etirazını belə əsaslandırmışdır ki, qeyd olunan torpaq sahəsində tikilmiş tikililər və anası Cavabdeh2 mülkiyyətində olduğu üçün həmin iş üzrə iddiaçı tərəfindən əsl cavabdeh qismində Cavabdeh2 göstərilə bilərdi. Cavabdeh1 isə Cavabdeh2 oğlu olmaqla mülkiyyətçi deyildir və onun tərəfindən iddiaçının heç bir hüququ pozulmamışdır, buna görə də onun cavabdeh qismində göstərilməsi mümkün deyil. Bundan başqa, cavabdeh tərəf öz torpaq sahəsində tikinti işləri apararkən iddiaçının mülkiyyətinə aid torpaq sahəsini zəbt etməmişdir. Çünki, onlar həmin torpaq sahəsini xx.xx.2008-ci ildə alqı-satqı müqaviləsi əsasında almış, alqı-satqıdan sonra 1 il ərzində orada ərazini hasarlamışlar. İddiaçı isə həmin torpaq sahəsini onlarda n 9 il sonra, yəni xx.xx.2017-ci ildə alqı-satqı müqaviləsi əsasında almışdır. Belə olan halda cavabdeh tərəfin iddiaçının torpaq sahəsini zəbt etməsi mümkün deyil. Həmçinin mübahisə predmeti olan torpaq sahəsinin sonradan verilmiş hüquqi sənəd əsasında kimə aid olmasını deyil, faktiki alqı-satqı müqavilələri əsasında alınmaqla kimə məxsus olmasını müəyyən etmək üçün qeyd edilən sənədlər əsasında ekspertiza təyin edilməklə əsaslandırılmış rəy alınmalıdır.

8. Birinci instansiya məhkəməsi Cavabdeh2 da cavabdeh qismində işə cəlb etmişdir.

9. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.

10. Məhkəmə Ekspertizası Mərkəzinin 11808 nömrəli, 06 iyun 2019-cu il tarixli ekspert rəyinə əsasən Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon da yerləşən torpaq sahəsi Seriya RX ******* və ******* nömrəli çıxarışlara əsasən iddiaçının mülkiyyətində olan 0.027 ha və 0.042 ha torpaq sahələrinin 0.0043 ha (43 kv.m.) və 0.0021 ha (21 kv.m.) hissəsi naturada faktiki olaraq iddiaçının istifadəsində deyil. Cavabdeh ekspertiza baxışında iştirak etmədiyi üçün iddia olunan torpaq sahəsinin həqiqətən də cavabdeh tərəfindən istifadə edilməsini müəyyən etmək mümkün olmadı.

11. Ekspert rəyinin verilməsinə əsas olan mütəxəssis rəyini vermiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin sahə rəisi birinci instansiya məhkəməsində göstərmişdir ki, iddiaçının mülkiyyətində olan, 0,027 ha və 0,042 ha torpaq sahələrinin müvafiq olaraq 43 m2 və 21 m2 hissələri faktiki olaraq naturada iddiaçını istifadəsində deyil. Cavabdeh ekspertiza baxış ında iştirak etmədiyi üçün iddia olunan torpaq sahəsinin həqiqətən də cavabdeh tərəfindən istifadə edilməsini müəyyən etmək mümkün olmamışdır.

12. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-121/2019 nömrəli, 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçının mülkiyyətində olan torpaq sahələrində cavabdehlər tərəfindən inşa edilmiş tikintilərin (daş hasarın) cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması qət edilmişdir. (hakim Emin Axundov)

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin qanuni əsasları olduğundan iddia təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin yerləşdiyi ərazi iddiaçının qanuni sahibliyi və istifadəsindədir.

14. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəf iddia tələbinə etiraz edərək iddianın təmin olunmamasını xahiş etsə də, öz etirazının əsası kimi heç bir rəsmi sənədi məhkəməyə təqdim edə bilməmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 157.8, 164, 165.1, 180.1-ci, Mülki Prosesual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. Cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya baxışında mübahisəli yerə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan 0.027 ha və 0.042 ha torpaq sahələrinin 0.0043 ha (43 m2) və 0.0021 ha (21 m2) hissəsi naturada faktiki olaraq iddiaçının istifadəsində deyil və cavabdehlər həmin yerdə hasar tikmişlər. Cavabdehlərin vəkili də həmin hasarın cavabdehlərə məxsus olduğunu bildirmişdir. Həmin yerdə başqa şəxslər tərəfindən hasar və ya tikili inşa edilməsi aşkar edilməmişdir.

18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 avqust 2022-ci il tarixli, 2(104)-77/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmişdır. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov)

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi iə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi m ülki mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur.

20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1, 157.1, 157.2, 180.1-ci, Mülki Prosesual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

21. Cavabdehlər kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilmə sini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasındakı mübahisədə iddiaçının hər hansı əmlakının cavabdehlərin qanunsuz sahibliyində olması halı sübut edilmir. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdehlər ətrafı hasarlamış, içərisində tikililər olan torpaq sahəsini 2008-ci ildə rəsmi alqı-satqı müqaviləsi əsasında almış və bundan sonra onlara həmin torpaq sahəsinin plan sxemi verilmiş və 10 il müddətində, yəni 2018-ci ilə qədər həmin torpaq sahəsi ilə bağlı qonşu torpaqların sahibləri və müvafiq dövlət qurumları onlara qarşı heç bir mübahisə qaldırmamışdır. Həmçinin, iş üzrə məhkəmələr hüquqi əsaslarla deyil, yalnız iddiaçının tələbi əsasında qeyri-müəyyən nəticəyə gəlmişdir ki, guya iddiaçının 64 m2 torpaq sahəsini cavabdehlər zəbt etmi şlər və onların qanunsuz sahibliyindədir. Əslində, cavabdehlər iddiaçıdan 10 il əvvəl öz istifadəsində olan 8 sot torpaq sahəsini rəsmi sənədlər əsasında almış, hasarlayaraq tikinti işləri aparmaqla istifadə edirlər. Bundan başqa, hazırki mübahisə üzrə cavabdehlərin alqı-satqı yolu ilə aldığı, tikinti məqsədli torpaq sahəsində tikinti normalarını və qaydalarını ciddi şəkildə pozmadan apardığı tikililər özbaşına tikili deyildir. Apellyasiya instansiyası məhkəməsi isə onların tikintisini hüquqi əsas olmadan özbaşına tikili saymışdır. Əlavə olaraq, iş üzrə müvafiq ekspertiza rəyi ilə iddiaçının həmin 64 m2 torpaq sahəsinin cavabdehlərin istifadəsində olduğu təsdiq edilməmişdir. Həmin rəydə yalnız göstərilmişdir ki, iddiaçının 64 m2 torpaq sahəsi öz istifadəsində deyil. Digər tərəfdən, hazırki işdə iddiaçının özündə olmayan 64 m2 torpaq sahəsinin cavabdehlərin hasarının daxilində olduğunu təsdiq edən ekspertiza rəyi yoxdur.

23. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-1008/2023 nömrəli iş üzrə 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə cavabdehlərin kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-77/2022 nömrəli iş üzrə 11 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

24. Ali Məhkəmənin mövqeyi belə olub: - mübahisə torpaq sahəsinin zəbti ilə bağlıdır. Hər iki tərəf mübahisələndirilən torpaq sahəsinin onun mülkiyyətində olmasını iddia edir. Belə olan halda, məhkəmənin vəzifəsi təqdim olunmuş sübutlara əsasən ilk olaraq iddiaçının və cavabdehin mülk iyyətlərində olan torpaq sahələrinin harada yerləşməsini müəyyən etməkdən ibarətdir; - birinci instansiyası məhkəməsi işin həlli ilə bağlı məhkəmə tikinti-texniki ekspertizaları təyin etmiş və rəy alınmışdır; - birinci instansiya məhkəməsinin ekspert qarşısında qoymuş olduğu sualda Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 2-ci mikrorayonda yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunub-olunmaması və zəbt olunmuşdursa, zəbtin hansı hüdudlarda olmasının aydınlaşdırılması zəruri hesab edilmişdir; - lakin iş materiallarından müəyyən olunur ki, alınmış rəydə Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda yerləşən, Seriya RX ******* və ******* nömrəli çıxarışlara əsasən iddiaçının mülkiyyətində olan 0.027 ha və 0.042 ha torpaq sahələrinin 0.0043 ha (43 kv.m.) və 0.0021 ha (21 kv.m.) hissəsinin naturada faktiki olaraq iddiaçının istifadəsində olmadığı müəyyən edilmişdir; - işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr ekspert qarşısında qoyulmuş iki sualdan hər hansı birinə cavab verilmədiyini nəzərə almamışlar. Belə olan halda isə iddiaçının istifadəsində olmayan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi nəticəsinə gəlmək mümkünsüzdür; - belə ki, ekspert rəyi ilə tərəflərin mülkiyyətində olan torpaqların üst-üstə düşübdüşməməsi müəyyən edilməmişdir. Hazırki iddianın həlli üçün iddiaçının torpaq sahəsinin zəbt olub-olmamasının, yəni cavabdehin mübahisəli torpaq sahəsindən istifadə və sahibliyinin qanunsuz olub-olmamasının müəyyən edilməsi əhəmiyyət kəsb etdiyi halda, bu istiqamətdə aparılmış araşdırma nəticəsiz qalmış və bun a baxmayaraq apellyasiya məhkəməsi iddianın təmin edilməsini qanuni hesab etmişdir; - apellyasiya məhkəməsi MPM-in 101.7, 103.1, 218.1 və 392-ci maddələrinin tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir; - hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar ol mamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı); - apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. Təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarında ifadə etdiyi göstərişlər inə uyğun olaraq, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlara əsasən iddiaçının mülkiyyətində olan 0.027 ha və 0.042 ha torpaq sahələrinin tərəfindən zəbt olunub-olunmaması, zəbt edilmiş həmin torpaq sahəsində cavabdehlər tərəfindən hər hansı bir tikili inşa edilib-edilməməsi, iddiaçının mülkiyyətində olan torpaq sahələrinin cavabdehlərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi üçün, əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.

26. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ******** saylı rəyinə əsasən cavabdeh tərəfin faktiki istifadəsində olan torpaq sahəsinin 41.2 m2 hissəsi, RX seriyalı ******* nömrəli çıxarışa, 14.4 m2 hissəsi isə RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahələrində yerləşir. Həmin mübahisəli 41.2 m2 və 14.4 m2torpaq sahələri müvafiq olaraq RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlarda göstərilən torpaq sahələrinin cənub hissəsində yerləşir. Cavabdeh tərəfin inşa etdiyi tikilinin altında yeləşən torpaq sahəsinin 23.3 m2 hissəsi, RX ******* nömrəli çıxarışa, 14.4 m2 hissəsi isə RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahələrində yerləşir. Həmin mübahisəli 23.3 m2və 14.4 m2 torpaq sahələri, müvafiq olaraq RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlarda göstərilən torpaq sahələrinin cənubunda yerləşir. Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsi il ə, RX seriyalı ******* nömrəli çıxarışa və RX seriyalı ******* nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan torpaq sahələri üst-üstə düşmür.

27. Cavabdeh1 apellyasiya baxışında göstırmişdir ki, ekspert rəyi ilə razı deyil. Çünki mübahisəli ərazidə sürüşmə halı vardır.

28. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-105/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(044)- 121/2019 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, cavabdehlər iddiaçının Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda RX seriyalı ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0,027 ha torpaq sahəsinin 41,2 m2 hissəsindən, RX seriyalı ** ***** nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0,042 ha torpaq sahəsinin 14.4 m2 hissəsindən çıxarılmış, cavabdehlər tərəfindən iddiaçının RX ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin 23.3 m2 hissəsində və RX seriyalı ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin 0,027 ha hissəsində inşa edilmiş tikili cavabdehlərin hesabına sökülmüş, iddia qalan hissədə rədd edilməmişdir. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov, Şamil Rzaquliyev)

29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki mübahisə torpaq sahəsinin zəbti ilə bağlıdır. Hər iki tərəf mübahisələndirilən torpaq sahəsinin onun mülkiyyətində olmasını iddia edir. Belə olan halda, məhkəmənin vəzifəsi təqdim olunmuş sübutlara əsasən ilk olaraq id diaçının və cavabdehin mülkiyyətlərində olan torpaq sahələrinin harada yerləşməsini müəyyən etməkdən ibarətdir. Birinci instansiyası məhkəməsi işin həlli ilə bağlı məhkəmə tikinti-texniki ekspertizaları təyin etmiş və rəy almışdır. Birinci instansiya məhkəməsinin ekspert qarşısında qoymuş olduğu sualda Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 2-ci mikrorayonda yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunub-olunmaması və zəbt olunmuşdursa zəbtin hansı hüdudlarda olmasının aydınlaşdırılması zəruri hesab edilmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, alınmış rəydə Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda yerləşən Seriya RX ******* və ******* nömrəli çıxarışlara əsasən iddiaçının mülkiyyətində olan 0.027 ha və 0.042 ha torpaq sahələrinin 0.0043 ha (43 m2 ) və 0.0021 ha (21 m2) hissəsinin naturada faktiki olaraq iddiaçının istifadəsində olmadığı müəyyən edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi təkrar apellyasiya baxışı zamanı alınan ekspert rəyinə əsasən müəyəyn etmişdir ki, cavabdeh tərəfin faktiki istifadəsində olan torpağın 41.2 m2 hissəsi RX seriyalı ******* nömrəli çıxarışa, 14.4 m2 hissəsi isə RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahələrində yerləşir. Həmin mübahisəli 41.2 m2 və 14.4 m2 torpaq sahələri müvafiq olaraq RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlarda göstərilən torpaq sahələrinin cənub hissəsindədir. Cavabdeh tərəfin inşa etdiyi tikilinin altında yeləşən torpaq sahəsinin 23.3 m2 hissəsi RX ******* nömrəli çıxarışa, 14.4 m2 hissəsi isə RX seriya lı ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahələrində yerləşir. Həmin mübahisəli 23.3 m2 və 14.4 m2 torpaq sahələri, müvafiq olaraq RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlarda göstərilən torpaq sahələrinin cənubundadır.

31. Həmçinin, apellyasiya instansiyası məhkəməsi ekspert rəyi ilə müəyyən etmişdir ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsi ilə RX seriyalı ******* nömrəli çıxarışa və RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahələri üst-üstə düşmür.

32. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə əsasən işin müəyyən edilmiş halları baxımından belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfin faktiki istifadəsində olan 41.2 m2 hissəsi RX seriyalı ******* nömrəli çıxarışa, 14.4 m2 hissəsi isə RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahələrində yerləşir, cavabdeh tərəfin inşa etdiyi tikilinin altındakı torpaq sahəsinin 23.3 m2 hissəsi RX ******* nömrəli çıxarışa, 14.4 m2 hissəsi isə RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahələrində yerləşir.

33. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əldə edilmiş ekspert rəyinin qanuniliyi və əsalılığı heç bir şübhə doğurmur.

34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, Mülki Məcəllənin 152.1, 157.1, 157.2, 157.4, 164.1, 164.2, 165.1, 180.1-ci, Torpaq Məcəlləsinin 5, 83, 84, 111-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kass asiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-105/2024, 24 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

36. Şikayətin bəzi dəlilləri daha öncəki kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, sonradan qonşu torpağa mülkiyyətçi hüququnu əldə edən iddiaçının aldığı torpaqların koordinatlarının cüzi bir hissəsinin qonşunun hasarının içərisinə düşməsi, kiminsə mülkiyyət hüququnun pozulması və guya onun torpağının bir hissəsinin zəbt edilməsi kimi qiymətləndirilə bilməz. Real fakt ondan ibarət olmuşdur ki, iddiaçı əvvəldən ona məxsus olan torpaq sahəsi ilə qonşunun hasarlanmış torpaq sahəsinin arasındakı 4.2 və 2.7 ölçülü torpaq sahəsini alarkən, həmin torpaq sahələrinin sənəd üzrə koordinatlarının cüzi hissəsinin qonşunun həyətinə düşdüyünü bilməmişdir. Bildiyi halda, çox güman ki, iddiaçı həmin torpaq sahələrinin boş olan 95% hissəsini almaqla, mübahisəli 5% hissəsini almazdı. Buna görə də, iddiaçı hər iki halda, yəni mübahisəli cüzi sahə barədə bildiyi və bilmədiyi hər iki halda, sonradan hazırki iddianı hazırki əsaslarla qaldırmaqda haqlı olmamışdır. Məhkəmələr isə onun haqsız və əsassız tələbini maddi hüquq normalarına formal əsaslanıb təmin etməklə, ədalətsiz və əsassız qətnamələr qəbul etmişlər. Məhkəmə tərəfindən Torpaq Məcəlləsinin 5, 83 və 84-cü maddələri ümumi maddi hüquq normala rı kimi sadalanmış, iddiaçı ilə hüquqi bağlılığı əsaslandırılmamışdır. Buna görə də, mübahisənin həllində həmin normalar maddi hüquqi əsas kimi nəzərə alına bilməz. Həmin Məcəllənin 111-ci maddəsinin tədbiqini düzgün olmayıb. Çünki mübahisə üzrə cavabdehlər tərəfindən özbaşına tutulmuş və ya zəbt edilmiş torpaq sahəsinə dair fakt olmadığından 111-ci maddənin tədbiqi düzgün hesab edilə bilməz. Həmin mübahisəyə baxılarkən, həmin maddi hüquq normaları tətbiq edilməklə iddianın rədd edilməli idi. Belə ki maddi hüquq normalarının tələbinə əsasən hüquqdan sui-istifadə yol verilməzdir və hüquqdan yalnız başqasına zərər vurmaq məqsədi ilə istifadə olunması qadağan olunur. İşin halları ilə təsdiq olunmuşdur ki, cavabdehlərlər 0.8 ha torpaq sahəsini 2008-ci ildə almışlar, oranı dörd bir tərəfdən has arlayıb 2014-cü ilə qədər orada istehsal təyinatlı qeyri-yaşayış sahəsi tikmişlər. Həmin vaxtı iddiaçının cavabdehlərin hasarına bitişik sahədə torpaq sahəsi olmamış, bu səbəbdən də, onun hüquqları pozulmamışdır. İddiaçı hər iki halda, yəni aldığı torpaq sahəsinin cüzi hissəsinin koordinatlarının cavabdehlərin hasarı daxilində olduğunu bildiyi və bilmədiyi hər iki halda, cavabdehlərə qarşı zəbt və sökülmə tələbinə dair iddia qaldırmaqda haqlı deyildir. Bu səbəbdən də, iddiaçının həmin hərəkəti, hüquqdan yalnız başqasına zərər vurmaq məqsədi ilə sui-istifadə sayılmalıdır. Hazırda iddiaçının qaldırdığı iddiada məqsədi guya pozulmuş hüququnun bərpası deyil, qərəzli münasibətlərindən sonra cavabdehə zərər vurmaqdır. İş üzrə alınmış ekspertiza rəyi mötəbər sayıla bilməz. Çünki həmin ekspertiza tərəflərə verilmiş çıxarışlar əsasında aparılmış və nəticəyə gəlinmişdir. Ekspert rəydə qeyd etmişdir ki, dəfələrlə tələb olunmasına baxmayaraq, iddiaçıya və cavabdehə aid torpaqların baza sənədləri Ərazi İdarəsi tərəfindən ekspertə təqdim olunmamışdır. Baza sənədlərinə istinad edilmədən, Ərazi İdarəsinin yalnız çıxarışları əsasında aparılmış ekspertiza rəyi mötəbər hesab edilə bilməz. Hazırki mübahisə ərəfəsində cavabdehlərin 3 saylı Ərazi İdarəsinə qarşı 0.8 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasından imtina ilə bağlı Gəncə İnzibati Məhkəməsində mübahisəyə baxılmış və qərar çıxarılmışdır. Həmin iş üzrə mütəxəssis rəyləri və ekspertiza rəyi alınmışdır. Hazırki iş üzrə araşdırılmasının zəruriliyi nəzərə alınaraq, həmin iş üzrə alınmış mütəxəssis rəyinin surəti məhkəməyə tə qdim edilmişdir. Həmin rəylə hazırki ekspertiza rəyinin arasında xeyli ziddiyətli məqamlar olduğu aşkar görünür. Gəncə İnzibati Məhkəməsində baxılmış iş üzrə qəbul edilmiş qərarda və həmin iş üzrə aparılmış ekspertiza rəyində müəyyən edilmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi, sahəsi 60 m2 olan tikilinin, 55 m2 hissəsi cavabdehlərin çıxarışının daxilində olmaqla öz ərazilərində yerləşir. Ərazidən kənara isə cəmi 5 m2 sahə düşür. Eyni zamanda həmin rəydə və rəy üzrə verilmiş sxematik çertyojlarla tam təsdiq olunmuşdur ki, iddiaçının aldığı 270 m2 və 430 m2 torpaq sahələrinin, müvafiq olaraq 21 m2 və 43 m2, ümumilikdə isə 64 m2 hissəsi sürüşdürülərək, bir hissəsi cavabdehlərə aid torpaq sahəsinin üzərinə işlənmişdir. Hazırki iş üzrə aparılmış xx.xx.2024-cü il tarixli ekspertiza rəyin də isə qeyd edilmişdir ki, cavabdehə məxsus tikilinin altındakı torpaq sahəsinin 23.3 m2 hissəsi bir çıxarış üzrə, 14.4 m2hissəsi isə cavabdehə məxsus ikinci çıxarışa əsasən iddiaçının mülkiyyətinə aid torpaq sahəsinə düşür. Rəylər üzrə əsas ziddiyyət ondan ibarətdir ki, birinci rəy üzrə cavabdehlərin ümumi 60 m2-dən ibarət tikililərinin 55 m2hissəsi onların öz ərazilərində yerləşdiyi halda, ikinci rəy üzrə cavabdehlərin 60 m2 tikililərinin 23.3+14.4=37.7 m2 hissəsi iddiaçının torpaq sahəsinin üzərinə düşməsi müəyyən edilmişdir. Məhkəmənin istinad etdiyi xx.xx.2024-cü il tarixli ekspertiza rəyi digər ekspertiza rəyi ilə əsaslı ziddiyyət yaratdığından mötəbər sayıla bilməz. Həmin rəylər arasındakı ziddiyyətlər aradan qaldırılıb, mübahisə üzrə obyektiv və əsaslı nəticəyə gəlmək üçün, apell yasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, yeni apellyasiya baxışına qaytarılması zəruridir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hə rəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5 ( bənd 1) Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Maddə 83 (hissə 1) Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Maddə 84 (hissə 1) Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 84 (hissə 3) Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.111-ci maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpa qların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhk əməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxa rkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsin in faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişd irilməsi üçün əsas yoxdur.

42. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2934-cü bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır.

44. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.

45. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

46. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədə iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, geri istənilən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyindən çıxmal ı və əmlaka sahibliyə yiyələnənin sahibliyə dair heç bir hüquqi əsası olmamalıdır.

47. İşdən görünür ki, apellyasiya instansiya məhkəməsi hazırki iş üzrə kassasiya intansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq əlavə ekspertiza təyin etmiş, iddiaçının mülkiyyətində torpaq sahələrinin cavabdehlər tərəfindən hər hansı hüquqi əsas olmadan istifadə edildiyini ekspert rəyinə əsasən müəyyən etmiş və iddia tələbini də rəyə uyğun olaraq qismən təmin etmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları, o cümlədən ekspert rəyini MPM-in 88, 103.1 və 206.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

49. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

50. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər əsasən iddia tələbinə etirazın, apellyasiya şikayətinin və birinci kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Məhz həmin dəlillərin də bir qisminə müvafiq olaraq təkrar baxış zamanı apellyasiya instansiyası məhkəməsi qiymət verməklə, onları qəbul etməyib.

51. Bundan əlavə, cavabdeh kassasiya şikayətində bir tərəfdən iddiaçının həmin torpaq sahələrinin boş olan 95% hissəsini almalı olmasını, mübahisəli 5% hissəsini isə almalı olmamasını bildirməklə dolayısı ilə iddiaçının mülkiyyətində olan torpaq sahələrinin bir hissəsindən istifadə etdiyini etiraf etmiş, digər tərəfdən də ekspert rəyinin düzgün olmamasını, iddiaçının torpağına müdaxilə etmədiyini bildirməklə ziddiyyətli dəlillər irəli sürmüşdür.

52. Ekspert rəyinin düzgün olmaması, apellyasiya instansiyası məhkəməsinin iş üzrə yenidən təkrar ekspertiza təyin etməli olduğu halda bunu etməməsi barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlı ğına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

53. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.

54. Məhkəmə kollegiyası izah edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiya sı məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-105/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar