Məhkəmə qərarları › İş №2(102)-798/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-798/2021

29.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-798/2021 29.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma, sahənin boşaldılaraq təhvil verilməsi və hasarlanmasına maneçiliyin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət, mülkiyyətin müdafiəsi, torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili ünvan 1 oğlunun, Cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)4723/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı ilə ünvan 1 ərazisində yerləşən 0,15 ha ölçüdə xxx saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı atası X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən müvafiq çıxarışın (arayışın) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmış, Bakı Apell yasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(103)-1801/2018 nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarları ilə cavabdehin və üçüncü şəxs Cavabdeh verdikləri müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. ünvan 1 ərazisi, xxx saylı torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi xx xxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 23969 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin Geodeziya işlərinin təşkili və geodez iya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan ünvan 1 ərazisi xxx saylı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunduğu və istifadə olunan torpaq sahəsinin 0,15 ha təşkil etdiyi müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ərazisi, xxx saylı torpaq sahəsindən (bağ sahəsindən) çıxarılması, bağ sahəsinin hasarlanmasına maneçiliyin aradan qaldırılması və həmin bağ sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onun la əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarının icrası nəticəsində ünvan 1 ərazisində yerləşən 0,15 ha-dan ibarət xxx saylı bağ sahəsi üzərində mülkiyyət hüquqları iddiaçının mərhum atası X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən müvafiq çıxarış (arayış) verilmişdir. Bakı şəhəri 5 saylı X4 tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 2V-64 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən atasının vərəsəsi kimi iddiaçının ünvan 1 ərazisi, xxx saylı torpaq sahəsinə (bağ sahəsinə) xüsusi mülkiyyət hüququ qeydə alınmış və bu barədə reyestrdən çıxarış və plan-ölçü verilmişdir. Cavabdeh iddiaçıya məxsus olan bağ sahəsinin bir hissəsini qanunsuz və əsassız zəbt etmi şdir. Bu səbəbdən də Cavabdeh məhkəmə işi üzrə iş üzrə üçüncü şəxs kimi cəlb edilmişdir. Həmin iş üzrə ekspertin xx xxxxxxxx 2016-cı il tarixli rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin hasarı daxilində olan torpağın ümumi sahəsi 0,3058 hektar olduğu halda, bunun 0,12 hektarına adına hüquqmüəyyənedici sənəd vardır və yerdə qalan 0,1858 ha torpaq sahəsini qanunsuz və əsassız zəbt etmişdir. Cavabdeh bağ sahəsinin bir hissəsini zəbt edərək oraya iddiaçının girişini məhdudlaşdırmış, oradan çıxmır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)105/2020 nömrəli qətnaməsi ilə (hakim R.H.Xəzri) iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı məxsus ünvan 1 ərazisi, xxx saylı torpaq sahəsindən (bağ sahəsindən) çıxarılması, bağ sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilmə si, bağ sahəsinin hasarlanmasına maneə yaradılmasının cavabdehə qadağan edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi səbəbindən iddiaçı qanuni əsaslarla onun istifadəsinə verilmiş torpaq sahəsindən istifadə etmək imkanından məhrum olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 157.8, 158.2-ci, Torpaq Məcəlləsinin 66, 68, 93-cü maddələrinə istinad edərək hesab etmişdir ki, iddia təmin edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-105/2020 nömrəli qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-4723/2020 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və F.F.Babayevdən ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-105/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərini isə əsassız bilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-4723/2020 nömrəli qətnaməsinin ləğv olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 ərazisində cavabdehin mərhum həyat yoldaşı X2 adına rəsmi hissədə 0,12ha, faktiki olaraq 0,3058 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi 1970-ci illərdən onların istifadəsində olmuş, 2016-cı il tarixdə isə hissəvi olaraq 0,3058 ha torpaq sahəsinin 0,12 ha hissəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair çıxarış verilmişdir. Qeyd edilən torpaq sahəsi hazırda cavabdehin mülkiyyətindədir və istifadəsindədir. Həmin torpaq sahəsinə dair qonşuları, mərhum X5 ilə X1 və İstismarı Birliyi arasında 0,20 ha hissəyə dair bağ sahəsinin istifadəsinə verilməsinə dair xx xxxx 1988-ci il tarixli müqavilə mövcud olmuş, lakin mərhum X5 müqavilə mün asibətlərini davam etdirməyərək, faktiki olaraq müqaviləyə xitam vermişdir. Həmin müqavilənin uzadılması və ya yenidən bağlanması isə həyata keçirilməmişdir. Müqavilə mövcud olmuş olsa belə, tərəflərin müqavilə obyektindən istifadə etməməsi, müqavilə üzrə öhdəliklərin icrasından imtina etməsi müqavilə münasibətlərinin bitməsi anlamına gəlir və belə olduğu halda müqaviləyə xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında olan münasibətin hüquqi tövsifini düzgün tənzimləməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili ünvan 1 oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin h eç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə a lınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə et mək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunverici liklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanu ni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sü butlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qa rşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdi rilməsi üçün əsas yoxdur. Belə ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olması, onun cavabdeh tərəfindən zəbt edilməsi və cavabdehin qeyd olunan sahəyə hər hansı hüququnun olmaması işin mübahisəsiz hallarıdır və cavabdehin həmin torpaqdan faktiki istifadə etməsi iddianın rəddi üçün əsas ola bilməz. Cavabdeh kassasiya şikayətində də, həmin halları faktiki etiraf etmiş, kassasiya şikayətinin dəlilləri isə ondan ibarət olmuşdur ki, iddiaçının torpaq sahəsinin üzərinə mülkiyyət hüququ əsassız qeydə alınmışdır. Halbuki, iş materiallarından müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçının mərhum atasının mülkiyyət hüququ məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında qeydə alınmış, cavabdeh isə həmin qərardan apellyasiya və kassasiya şikayətləri v ermiş və son nəticədə şikayətləri təmin olunmamışdır. Tərəflərin iştirakı ilə inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılmış həmin işdə məhkəmələr müəyyən etmişlər ki, Cavabdeh torpaq sahəsinə hər hansı hüququ yoxdur və onun həmin sahəyə hər hansı iddiası ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun cavabdeh tərəfindən mübahisələndirilməsinə yol verilmədiyindən, Mülki Məcəllənin 157.2, 165.1 və 239.2-ci maddələrinə əsasən iddia əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilm əsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-4723/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar