Məhkəmə qərarları › İş №2(102)-799/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-799/2025

24.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-799/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qızıl-zinət əşyalarının, cehizin qaytarılması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı qızıl-zinət və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2024-cü il tarixli 2(104)-344/2024 nömrəli qətnaməsindən iddiaçının kass asiya şikayətinə 24 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ağdam Rayon Məhkəməsinin 03 fevral 2015-ci il tarixli 2(13)-02/2015 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında 01 may 2004-cü il tarixdə Ağdam rayonu Qaradağlı Ərazi Nümayəndəliyində qeydə alınmış 14 nömrəli nikah akt qeydi pozulmuşdur. Lakin tərəflər arasındakı nikah akt qeydi 03 fevral 2015-ci il tarixdə pozulsa da, tərəflər həmin qətnamə əsasında qeydiyyat orqanından nikahın pozulmasına dair şəhadətnamə əldə etməmişlər. Buna səbəb isə tərəflərin barışması olmuşdur.

2. Ağdam Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 2(013)-147/2022 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında 01 mart 2004-cü il tarixdə Agdam ray on qeydiyyat şöbəsində 14 nömrəli nikah akt qeydi bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olan uşaqları 2008-ci il təvəllüdlü X5 və 2009-cu il təvəllüdlü X8 anasının yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə 150 manat olmaqla sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamə 18 aprel 2022-ci il tarixli 2(13)-147/2022 nömrəli qətnamə əsasında verilmişdir.

3. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin 12 oktyabr 2007-ci il tarixli 1765 nömrəli sərəncamından müəyyən edilmişdir ki, həmin bələdiyyənin 28 avqust 2007-ci il tarixli 1382 saylı qərarı ilə Cavabdeh1 fərdi ev tikintisi məqsədi ilə ayrılması qərara alınmış 150 kv.m. tor paq sahəsi Cavabdeh1 razılığı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin 12 oktyabr 2007-ci il tarixli 1765 nömrəli sərəncamı əsasında X3 adına keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən 5020 manat dəyərində qızılzinət əşyaları, 8817 manat dəyərində cehiz əşyaları və ya həmin əmlakların dəyəri 13837 manat, birgə nikah dövründə inşa etdikləri evin yarı dəyəri 15000 manat, “Opel Vectra” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yarı dəyəri 3000 manat, mediasiya xidməti üçün ödənilmiş 50 manat və ödənilmiş 185,51 manat dövlət rüsumu alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, a şağıda qeyd olunan qızıl və cehiz əşyaları cavabdehlə birgə nikah dövründə yaşadıqları evdə qalmışdır. Qızıl-zinət əşyaları - nişan üzüyü (briliyant qaşlı) 3,5 qram, 583 əyar - qiyməti 800 manat, komplekt 31 qram 750 əyarlı (sırğa, üzük, qolbağı, boyunbağı) (1 qr 100 manat) qiyməti 3100 manat, 1 ədəd beşik - qiyməti 400 manat, 4. 1 ədəd üzük 3 qram, 583 əyarlı (1 qr 80 manat) qiyməti 240 manat, 1 ədəd qolbağ 6 qram, 585 əyarlı (1 qr 80 manat) - qiyməti 480 manat, cehiz əşyaları: mebel dəsti (yataq matraslı, şifoner, güzgülü termo, divan kreslo dəsti) qiyməti 2500 manat, 1 ədəd televizor qiyməti 400 manat, 1 ədəd kombi qiyməti 1000 manat, 1 ədəd kondisioner qiyməti 500 manat, 1 ədəd soba qiyməti 50 manat, 1 ədəd ət çəkən maşın qiyməti 50 manat, 1 ədəd sok çəkən maşın qiyməti 40 manat, 1 əd əd tok samovarı qiyməti 55 manat, 1 ədəd saat qiyməti 20 manat, 6 ədəd döşək (1 ədədi 40 manat) - qiyməti 240 manat, 6 ədəd yastıq (1 ədədi 25 manat) qiyməti 150 manat, 6 ədəd yorğan (1 ədədi 30 manat) qiyməti 180 manat, 2 dəst pakrıval (1 dəsti 20 manat) qiyməti 40 manat, 2 dəst adyal (1 dəsti 15 manat) qiyməti 30 manat, 2 dəst pərdə (1 dəsti 30 manat) qiyməti 60 manat, 6 dəst prostina çexol (1 dəsti 20 manat) qiyməti 120 manat, 2 ədəd süfrə (1 ədədi 20 manat) qiyməti 40 manat, 12 ədəd dəsmal (1 ədədi 5 manat) qiyməti 60 manat, 3 ədəd xalça (1 ədədi 120 manat) qiyməti 360 manat, 1 dəst divan kreslo üzlüyü qiyməti 70 manat, 1 dəst mətbəxt mebeli qiyməti 1200 manat, 6 ədəd böyük dəsmal (1 ədədi 15 manat) qiyməti 90 manat, 1 ədəd soyuducu qiyməti 500 manat, 1 dəst qazan qiyməti 30 manat, 1 dəst qazan (toy qazanı) qiyməti 50 manat, paltar yuyan maşın (beko) qiyməti 600 manat, 1 ədəd toz soran qiyməti 60 manat, 28. qaşıq dəsti nabor qiyməti 20 manat, 24 ədəd boşqab dəsti ( 1 ədədi 1 manat) qiyməti 24 manat, 3 ədəd ləyən ( 1 ədədi 5 manat) qiyməti 15 manat, 1 ədəd aşsüzən qiyməti 5 manat, 1 ədəd miksel qiyməti 20 manat, 2 ədəd bagima (1 ədədi 15 manat) qiyməti 30 manat, 2 ədəd mürəbbə qabı (1 ədədi 5 manat) qiyməti 10 manat, 2 ədəd vaz (1 ədədi 15 manat) qiyməti 30 manat, 6 ədəd bakal xrustal (1 ədədi 3 manat) qiyməti 18 manat, 6 ədəd çaynı servis (1 ədədi 3 manat) qiyməti 18 manat, 1 dəst abedni servis qiyməti 20 manat, stəkan, nəlbəki dəsti 12 ədəd (1 ədədi 1 manat) qiyməti 12 manat, 1 ədəd sandıq qiyməti 100 manat, cəmi 8817 manat, ümumilikdə 13837 manat təşki edir. Qızıl ə şyaları evdə sandıqda qalmışdır. Birgə nikah dövründə Bakı şəhər Binəqədi rayonu Binəqədi qəsəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 80 kv.m olan 1 mərtəbəli yaşayış evi tikdirmişlər. Həmin evin inşası 30000 manata başa gəlmiş və yerləşdiyi torpağın bələdiyyə sənədi vardır. Həmçinin birgə nikah dövründə 6000 manata “Opel Vectra” minik markalı, 99-GO168 dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Cavabdeh ona məxsus qızıl-zinət və cehiz əşyalarını, eləcədə birgə nikah dövründə inşa etdikləri evin yarı dəyəri olan 15000 manat və “Opel Vectra” minik markalı avtomobilin yarı dəyəri olan 3000 manatı vermir.

6. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, iddia ərizəsində göstərmədiyi və birgə nikah dövründə əldə etdikləri 500 manat dəyərində soyuducu, 400 manat dəyərində televizor, 1000 manat dəyərində kombi və 500 manat dəyərində kondisionerin də yarı dəyərinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh1 iddia tələblərini qismən qəbul edərək, göstərmişdir ki, 19 ildir Elnurə ilə ailəli olmuşlar, 2 övladları var, uşaqlar anaları Elnurə ilə yaşayırlar, uşaqların saxlanılması üçün hər ay Elnurəyə aliment də ödəyir. Ailəli olduqları müddətdə Bakı Şəhərində Binəqədi kəndində yaşamışlar. Birlikdə yaşadıqları müddətdə qardaşına məxsus həyətyanı torpaq sahəsində 3 otaqlı - 2 otaq baş-başa, 1 otaq ayrı, kommunal imkanlara malik ev tikmişlər. Evi birgə nikah dövründə özləri tiksələr də qardaşına məxsusdur, evin yerləşdiyi torpaq sahəsi qardaşı Mütalibin adına rəsmiləşdiri lib. Elnurə evdən özü çıxıb gedib, uşaqları da özü ilə aparıb, hazırda Ağdam Rayonunun Evoğlu kəndinə yaşayırlar. Elnurə qızıllar barədə yalan danışır, onun qızılları özündədir, özü ilə rayona gələndə götürüb aparıb. Elnurənin bütün cehiz əmlakları isə hamısı evdədir. Elnurənin iddia etdiyi 1999-cu il buraxılışlı OPEL markalı avtomaşın köhnə olmuş, həmin maşını kreditlə almışdır. Avtomaşını təxminən 2 il bundan əvvəl 2100 manata tanımadığı yaşlı bir şəxsə satmışdır. Avtomobil satılarkən mühərriki işlək vəziyyətdə olmamışdır. Göstərdiklərinin nəzərə alınmasını, iddia tələblərinin rədd edilməsini xahiş edir.

8. Şahid qismində məhkəmə iclasında izahat verən X4 qeyd etmişdir ki, Bakı Şəhərində yaşayır, Elnurənin bacısıdır. Elnurə ilə Zöhrab 2004-cü ildə ailə qurublar, 2 uşaqları da var. Zöhrab Elnurəni tez-tez döyüb söymüş, ona müxtəlif bədən xəsarətləri yetirmiş, hətta bu barədə polis araşdırması da olub. Zöhrab və Elnurə ailəli olduqları bu uzun illər ərzində Bakı Şəhərində Binəqədi kəndində özlərinə ev tikmişlər, ev tamamilə yaşayış üçün yararlıdır, 170 saylı avtobusun son dayanacağında yerləşmişdir. Zöhrabla yola getmədikləri üçün 2 il bundan əvvəl Elnurə uşaqları ilə birlikdə Ağdam Rayonu Evoğlu kəndində olan atası evinə qayıdıb, indiyə kimi də öz evinə qayıda bilməmişdir. Onların Binəqədi kəndində olan 3 otaqdan ibarət evlərində hazırda Zöhrab yaşayır. Elnurəyə onların toyları olan vaxtda anası 5-lik qızıl bağışlamış, qaynanası qızıl üçük bağışlamış, Elnurəyə komplekt qızıl, sep, xalası Esmira tərəfindən qolbağı və s. kimi hədiyyələr edilib. Bütün bu əşyalar toy kasetləri ndə aşkar görünür. Həmin qızılları Elnurə Bakı Şəhərində olan evindəki sandıqda saxlayıb. Elnurənin qızılları Bakı Şəhərində evində qalıb, atası evinə qayıdarkən özü ilə heç bir əmlakını, o cümlədən də qızıllarını gətirməyib. Onların birgə nikahları dövründə aldıqları OPEL markalı maşınları da olub.

9. İş materiallarında olan, "xxxx" MMC tərəfindən 15 avqust 2023-cü il tarixdə verilmiş mütəxəssis rəyinə əsasən, iddia ərizəsində göstərilən siyahıdakı qızıl zinət əşyalarının dəyəri 5.020 manat, cehiz əmlaklərın dəyəri 8.817 manat müəyyən edilmişdir.

10. İş materiallarında olan, "xxxx" MMC-nin 15 avqust 2023-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhərində yerləşən, təxminən ümumi sahəsi 80 kv.m olan 1 mərtəbəli yaşayış evinin bazar dəyəri 30000 manat, “Opel Vectra” m inik markalı avtomobilnin bazar dəyəri isə 6000 manat qiymətləndirilmişdir.

11. Ağdam Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(013)-2496/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1 siyahısı iddia ərizəsində göstərilən 5020 (beş min iyirmi) manatlıq qızıl zinət əşyaları və ümumi dəyəri 8817 (səkkiz min səkkiz yüz on yeddi) manat cehiz əmlaklarının, həmçinin birgə nikah dövründə Bakı şəhər Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin ərazisində tikilmiş 3 otaqdan ibarət, ümumi sahəsi 80 kv.m olan bir mərtəbəli yaşayış evinin yarı dəyəri kimi 15000 (on beş min) manat və birgə nikah dövründə əldə edilmiş “Opel Vectra” minik markalı avtomobilin yarı dəyəri olaraq 3000 (üç min) manat alınıb İddiaçı verilməsi; həmçinin Cavabdeh1 dövlət rüsumu kimi ödənilmiş 185,5 1 manat və mediasiya xidməti üçün ödənilmiş 50 manat, cəmi 235,51 (iki yüz otuz beş manat əlli bir qəpik) alınıb İddiaçı verilməsi qət edilmişdir. (hakim E.Bayramov)

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 məhkəmə iclasında etiraf etmişdir ki, iddiaçıya məxsus cehiz əmlaklarının hazırda yaşadığı evdədi. Bu səbəbdən, iddia tələblərinin qızıl-zinət əşyaları, cehiz əşyaları və avtomaşınla bağlı hissəsi tamamilə əsaslıdır.

13. Həmçinin, tərəflərin birgə nikah dövründə tikdikləri evin rəsmi sənədləri yoxdur. Evin yerləşdiyi torpaq sahəsi isə ilkin olaraq Cavabdeh1 adında olsa da, sonradan məlum olmayan səbəblərdən o, bələdiyyəyə müraciət edərək torpaq sahəsinin istifadə və sərəncam hüquqlarını qardaşı Mütalib Əliyevin adına verilməsini istəmiş, torpaq sahəsi M.Əliyevin adın a keçirilmişdir. Bununla belə məhkəmə müəyyən etmişdir ki, həmin sahədə yerləşən evi hazırkı tərəflər birlikdə tikmişlər, evin dəyəri mütəxəssislər tərəfindən 30.000 manat qiymətləndirilmişdir.

14. Məhkəmə həmçinin müəyyən etmişdir ki, tərəflərin nikahları dövründə tikdikləri evdə onların birgə yaşamaqları mümkünsüzdür. İddiaçının göstərdiklərindən, onun təqdim etdiyi fotoşəkildən, həmçinin şahidlərin polis araşdırması ilə bağlı bildirdiklərindən belə məlum olmuşdur ki, iddiaçının əri Cavabdeh1 tərəfindən mütəmadi olaraq şiddətə məruz qalıb. İddiaçının döyülməsi ilə bağlı polis araşdırması aparılıb, işin bu halını təsdiq edən fotoşəkil də məhkəməyə təqdim edilmişdir. Bu mənada məhkəmə hesab etmişdir ki, evin tikintisi üçün çəkilmiş xərcin tələb olunan həcmi də kompensasiya qaydasında cavab dehdən iddiaçının xeyrinə alınmalıdır.

15. Bundan başqa İddiaçı iddia tələblərində dövlət rüsumu kimi ödədiyi 185,51 manatın və mediasiya xidməti üçün ödədiyi 50 manat pulun da cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

16. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 213, 215, 220, 225 maddələri, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 29, 34, 36 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 9.3, 14, 88, 119.1, 216-237 maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəmələrindəki icraat

17. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. İddiaçı ilə ailə münasibətləri 2014cü ildə pozulmuş və o yaşadığı evi tərk etmişdir. Evdən gedərkən iddiaçı özü ilə birlikdə şəxsi, həmçinin qızıl-zinət əşyalarını götürüb aparmışdır. Uşaqlarına görə ailə münasibətlərini yenidən bərpa olunmasına cəhd göstərmiş və müəyyən müddət münasibətləri düzəlsə də sonradan yenidən kəskinləşmişdir. Üç ildən artıqdır ki, faktiki nikah münasibətləri yoxdur. Birinci instansiya məhkəməsi mübahisəli evin yerləşməsinə, bu əmlakın mənə məxsus olub-olmamasına, Opel Vectra minik markalı avtomobilin hələ iddiaçı ilə nikahda olduğumuz dövrdə satılmasını araşdırmamışdir.

19. Apellyasiya icraatı zamanı mübahisəli fərdi yaşayış evini n tikintisinə və təmirinə çəkilmiş xərcin müəyyən olunması üçün iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşunaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirlyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 21 avqust 2024-cü il tarixli 3-16-16/2-10/2343 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin 12 oktyabr 2007-ci il tarixli 1765 nömrəli sərəncamı ilə Cavabdeh1 Məmməd oğlunun razılığı əsasında X2 adına keçirilmiş 1 mərtəbəli fərdi yaşayış evinin inşaası zamanı aparılmış yenidənqurma və tikintitəmir işlərinin təqribi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq 20191 manat dəyərindədir.

20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2024-cü il tarixli 2(104)-344/2024 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayət qismən təmin edilməsi, Ağdam Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(013)-2496/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul olunması, İddiaçı Cavabdeh1 qarşı qızıl-zinət və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri “Opel Vectra” markalı avtomobilin 6000 (altı min) manat dəyərinin ½ hissəsi, yəni 3000 (üç min ) manat, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində inşa edilmiş fərdi yaşayış evinin 20191 (iyirmi min yüz doxsan bir manat) manat bazar dəyərinin ½ hissəsi, yəni 10095,50 manat (on min doxsan beş manat əlli qəpik), eləcədə iddiaçıya məxsus 2500 manat dəyərində mebel dəsti (ya taq matraslı, şifoner, güzgülü termo, divan kreslo dəsti), 400 manat dəyərində 1 ədəd televizor, 50 manat dəyərində 1 ədəd ət çəkən maşın, 40 manat dəyərində 1 ədəd sok çəkən maşın, 55 manat dəyərində 1 ədəd tok samovarı, 20 manat dəyərində 1 ədəd saat, bir ədədinin dəyəri 40 manat, 4 ədədinin cəmi dəyəri 160 manat olan döşək, 1 ədədinin dəyəri 25 manat, 4 ədədinin cəmi dəyəri 100 manat olan yastıq, 1 ədədinin qiyməti 30 manat, 4 ədədinin cəmi dəyəri 120 manat olan yorğan, bir ədədinin qiyməti 20 manat, 2 ədədinin qiyməti 40 manat olan 2 dəst pakrıval, 1 ədədinin qiyməti 15 manat, iki ədədinin qiyməti 30 manat olan 2 dəst adyal, 1 dəstinin qiyməti 30 manat, 2 dəstinin qiyməti 60 manat olan 2 dəst pərdə, bir dəsti 20 manat, 6 dəstinin qiyməti 120 manat olan 6 dəst prostina çexol, 1 ədədi 20 manat, 2 ədədinin qiyməti 40 manat olan 2 ədəd süfrə, 1 ədədi 5 manat, 12 ədədi 60 manat olan 12 ədəd dəsmal, 1 ədədi 120 manat, 3 ədədi 360 manat olan 3 ədəd xalça, 70 manat dəyərində 1 dəst divan kreslo üzlüyü, 30 manat dəyərində 1 dəst qazan, 50 manat dəyərində 1 dəst toy qazanı, 60 manat dəyərində 1 ədəd toz soran, 20 manat dəyərində qaşıq nabor dəsti, 1 ədədinin qiyməti 1 manat, 6 ədədinin qiyməti 6 manat olan 6 ədəd ədəd boşqab dəsti, 5 manat dəyərində 1 ədəd ləyən, 5 manat dəyərində 1 ədəd aşsüzən, 20 manat dəyərində 1 ədəd miksel, 1 ədədinin qiyməti 15 manat, iki ədədinin qiyməti 30 manat olan 2 ədəd bagima, 1 ədədi 5 manat, 2 ədədinin qiyməti 10 manat olan 2 ədəd mürəbbə qabı, 1 ədədi 15 manat, 2 ədədinin qiyməti 30 manat olan 2 ədəd vaz, 1 ədədi 3 manat, 6 ədədi 18 manat dəyərin də olan 6 ədəd xurustal bakal, 1 ədədi 3 manat, 6 ədədi 18 manat dəyərində olan 6 ədəd çaynı servis, 20 manat dəyərində 1 dəst obedni servis, 12 manat dəyərində stəkan, nəlbəki dəsti, həmin əmlaklar olmadıqda onların dəyərinin Cavabdeh1 alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 185 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 alınıb İddiaçı verilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1 alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsini qət etmişdir (hakimlər Muradov Rəhman-sədrlik edən və məruzəçi, Mehtiyev Fikrət və Mustafayev Mustafa).

21. Apellyasiya icraatı zamanı sorğu əsasında Ağdam Rayon Məhkəməsindən alınmış 2(13)-02/2015 nömrəli mülki işdə n müəyyən olunmuşdur ki, Ağdam Rayon Məhkəməsinin 03 fevral 2015-ci il tarixli 2(13)-02/2015 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında 01 may 2004-cü il tarixdə Ağdam rayonu Qaradağlı Ərazi Nümayəndəliyində qeydə alınmış 14 nömrəli nikah akt qeydi pozulmuşdur. Həmçinin sorğu əsasında həmin məhkəmədən alınmış 2(013)-147/2022 nömrəli mülki işdən müəyyən olunur ki, Ağdam Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 2(13)147/2022 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında 01 may 2004-cü il tarixdə bağlanmış 14 nömrəli nikah akt qeydi pozulmuşdur. Qeyd olunan hər iki qətnamə qüvvəsini almışdır.

22. Apellyasiya instansiya məhkəməsi cavabdehin apelyasiya şikayətinin dəlillərinə qiymət verərək müəyyən etmişdir ki, hazırkı iş üzrə tərəflərin nikahı 03 fevral 2015-ci il t arixdə pozulsa da, lakin tərəflər həmin qətnamə əsasında qeydiyyat orqanından nikahın pozulmasına dair şəhadətnamə əldə etməmişlər və buna səbəb onların qətnamə qəbul olunduqdan qısa müddət sonra barışaraq ailə münasibətlərini davam etdirməsi olmuşdur. Bu da onu deməyə əsas verir ki, tərəflər barışdığı üçün İddiaçı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi barədə hüququnun pozulmasını belə zənn etməmişdir. Tərəflər 2021-ci ilin avqust ayında ayrılmışlar. Elə həmin ilin noyabr ayında da İddiaçı nikahın pozulması barədə yenidən məhkəməyə müraciət etmiş, 18 aprel 2022-ci il tarixdə isə nikahın pozulmasına dair qətnamə çıxarılmışdır. Belə olan təqdirdə iddiaçının öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal məhz 18 aprel 2022-ci il tarix götürülməlidir. Buda onu deməy ə əsas verir ki, hazırkı iş üzrə ər-arvadın ümumi əmlakının bölünməsi haqqında 3 illik iddia müddət ötürülməmişdir.

23. Birinci instansiya məhkəməsi iddianı tam təmin etsədə apelyasiya instansiya məhkəməsi bununla razılaşmamış və hesab etmişdir ki, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalıdır. İddia tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində qeyd olunan beş adda qızıl-zinət əşyalarını 44 günlük müharibədən sonra işləmək üçün cavabdehlə birlikdə anasının yaşadığı Ağdam rayonuna gedərkən Binəqədi qəsəbəsində yerləşən fərdi yaşayış evindəki sandıqda saxlamasını qeyd etsə də, lakin kollegiya onun bu dəlilini inandırıcı saymır. Əvvəla iddiaçi bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən İddiaçı və Ca vabdeh1 uşaqları ilə birlikdə Ağdam rayonuna getməkdə məqsədləri iş tapıb işləmək olmuşdur. Belə olan təqdirdə İddiaçı qızıl-zinət əşyalarını Binəqədi qəsəbəsində yerləşən fərdi yaşayış evində sandıqda saxlaması heçdə həqiqəti özündə əks etdirmir. Ona görə də kollegiya hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.

24. Cehiz əşyalarına münasibətə kollegiya iddianı qismən əsaslı saymışdır. Belə ki, Cavabdeh1 iddia ərizəsində qeyd olunan bəzi əmlaklar istisna olmaqla, eləcədə bəzilərinin sayı və miqdarı mübahisələndirilməklə qalan hissədə iddianı qəbul etmişdir. Belə ki, sonuncu 500 manat dəyərində kondisioner, 50 manat dəyərində soba, 1200 manat dəyərində mətbəxt mebeli, 90 manat dəyərində 6 ədəd böyük dəsmal, 500 manat dəyərində soyuducu və 600 manat dəyərində beko markalı paltaryuyanın mövcud olmamasını, iddia ərizəsində göstərilən döşək, yastıq və yorğanın hər birinin 6 ədəd deyil, 4 ədəd, ləyənin üç ədəd deyil 1 ədəd, boşqab dəstinin 24 ədəd deyil 6 ədəddən ibarət olmasını, eləcədə 100 manat dəyərində sandığın iddiaçı tərəfindən aparılmasını bildirmişdir. İddia ərizəsində göstərilən və mövcudlığu cavabdeh tərəfindən etiraf olunan cehz əşyalarının dəyəri isə Cavabdeh1 tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh tərəfin mübahisələndirdiyi hissədə həmin əşyaların mövcudluğu və sayı, eləcədə 100 manat dəyərində sandığın cavabdhdə qalmasına dair isə iddiaçı tərəf məhkəməyə hər hansı möhtəbər sübut təqdim etməmişdir. Ona görə də kollegiya hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, Cavabdeh1 2500 manat dəyərində mebel dəsti (yataq mat raslı, şifoner, güzgülü termo, divan kreslo dəsti), 400 manat dəyərində 1 ədəd televizor, 50 manat dəyərində 1 ədəd ət çəkən maşın, 40 manat dəyərində 1 ədəd sok çəkən maşın, 55 manat dəyərində 1 ədəd tok samovarı, 20 manat dəyərində 1 ədəd saat, bir ədədinin dəyəri 40 manat, 4 ədədinin cəmi dəyəri 160 manat olan döşək, 1 ədədinin dəyəri 25 manat, 4 ədədinin cəmi dəyəri 100 manat olan yastıq, 1 ədədinin qiyməti 30 manat, 4 ədədinin cəmi dəyəri 120 manat olan yorğan, bir ədədinin qiyməti 20 manat, 2 ədədinin qiyməti 40 manat olan 2 dəst pakrıval, 1 ədədinin qiyməti 15 manat, iki ədədinin qiyməti 30 manat olan 2 dəst adyal, 1 dəstinin qiyməti 30 manat, 2 dəstinin qiyməti 60 manat olan 2 dəst pərdə, bir dəsti 20 manat, 6 dəstinin qiyməti 120 manat olan 6 dəst prostina çexol, 1 ədədi 20 manat, 2 ədədinin qiyməti 40 manat olan 2 ədəd süfrə, 1 ədədi 5 manat, 12 ədədi 60 manat olan 12 ədəd dəsmal, 1 ədədi 120 manat, 3 ədədi 360 manat olan 3 ədəd xalça, 70 manat dəyərində 1 dəst divan kreslo üzlüyü, 30 manat dəyərində 1 dəst qazan, 50 manat dəyərində 1 dəst toy qazanı, 60 manat dəyərində 1 ədəd toz soran, 20 manat dəyərində qaşıq nabor dəsti, 1 ədədinin qiyməti 1 manat, 6 ədədinin qiyməti 6 manat olan 6 ədəd ədəd boşqab dəsti, 5 manat dəyərində 1 ədəd ləyən, 5 manat dəyərində 1 ədəd aşsüzən, 20 manat dəyərində 1 ədəd miksel, 1 ədədinin qiyməti 15 manat, iki ədədinin qiyməti 30 manat olan 2 ədəd bagima, 1 ədədi 5 manat, 2 ədədinin qiyməti 10 manat olan 2 ədəd mürəbbə qabı, 1 ədədi 15 manat, 2 ədədinin qiyməti 30 manat olan 2 ədəd vaz, 1 ədədi 3 manat, 6 ədədi 18 manat dəyərində olan 6 ədəd xurustal bakal, 1 ədədi 3 manat, 6 ədədi 18 manat dəyərində olan 6 ədəd çaynı servis, 20 manat dəyərində 1 dəst abedni servis, 12 manat dəyərində stəkan, nəlbəki dəsti, həmin əmlaklar olmadıqda onların dəyəri alınıb İddiaçı verilməlidir.

25. Birgə nikah dövründə 6000 manata alınmış “Opel Vectra” markalı avtomobilin yarı dəyəri 3000 manatın cavabdehdən alınıb iddiaçıya verilməsi hissədə kollegiya iddianı əsaslı saymışdır. Belə ki, qeyd olunan avtomobilin birgə nikah dövründə alınması işin mübahisəsiz halıdır, Çünki cavabdeh tərəf bunu mübahisələndirmir və avtomobilin birgə nikah dövründə alınması onun öz izahatı ilə də təsdiq olunur. Avtomobil 2021-ci ildə iddiaçının razılığı alınmadan cavabdeh tərəfindən satılmışdır. Halbuki, həmin avtomobilə iddiaçının 1\2 hissə payı olmuşdur. İşd ə olan mütəxəssis rəyindən isə müəyyən olunmuşdur ki, “Opel Vectra” markalı avtomobilin bazar dəyəri 6000 manatdır. Cavabdeh avtomobili 2380 manata satdığını qeyd etsədə, lakin bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də, kollegiya mütəxəssis rəyini əsas götürür və hesab etmişdir ki, Cavabdeh1 3000 manat alınıb İddiaçı verilməlidir.

26. İddia tələbinin birgə nikah dövründə alınmış 500 manat dəyərində soyuducu, 400 manat dəyərində televizor və 500 manat dəyərində kondisionerin yarı dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi hissədə kollegiya iddianı əsaslı saymamışdır. Belə ki, iddiaçı adı qeyd olunan həmin əşyaların birgə nikah dövründə alınmasını qeyd etsə də, ümumiyyətlə həmin əşyaların mövcudluğunu təsdiq edən müvafiq sənədlər (texniki pasport, qarantiya barədə sənəd və s.) məhkəməyə təqdim etməmişdir. Ona görə də kollegiya hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.

27. Binəqədi qəsəbəsində yerləşən fərdi yaşayış evinə 1000 manat dəyərində kombi alınmasına münasibətdə kollegiya qeyd etmişdir ki, tələbin bu hissəsinə birgə nikah dövründə tikilmiş fərdi yaşayış evininə çəkilmiş xərcin yarı dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi ilə bağlı hissədə birlikdə hüquqi qiymət verilməlidir.

28. İddia tələbinin birgə nikah dövründə Bakı şəhəri, Binəqdi rayonu, Binəqədi qəsəbəsində inşa edilmiş fərdi yaşayış evinə çəkilmiş 30000 manatın yarısı, yəni 15000 manat cavabdehdən alınıb iddiaçıya verilməsi hissədə kollegiya iddianı qismən əsaslı saymışdır.

29. Cavabdeh1 mübahisəli fərdi yaşayış evini qardaşının vəsaiti hesabina tikdirdiyin i və həmin evin qardaşına məxsus olmasını qeyd etsədə, lakin kollegiya onun bu dəlilini inandırıcı saymamışdır. Belə ki, apellyasiya icraatı zamanı tərəflər arasındakı danışıq (təqdim olunmuş fləş kartdakı) tərəflərin iştirakı ilə birlikdə dinlənilmişdir. Cavabdeh1 bildirmişdir ki, (səsin ona məxsus olması mübahisələndirilmir) “evi tikdirmişdir və balalarına verib çıxacaq”.

30. Qeyd olunanları nəzərə alan kollegiya hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində inşa edilmiş fərdi yaşayış evinin 20191 manat bazar dəyərinin ½ hissəsi, yəni 10095,50 (on min doxsan beş manat əlli qəpik) Cavabdeh1 alınaraq İddiaçı verilməli, bu hissədə iddianın qalan hissəsi təmin edilməməlidir.

31. Birgə nikah dövründə alınmış 1000 manat dəy ərində kombi Binəqədi qəsəbəsində yerləşən fərdi yaşayış evinə çəkilmişdir. Qiymətləndirməyə dair ekspert rəyinə əlavə olunmuş smetada qiymətləndirmə aparılarkən istilik sisteminin çəkilişi də nəzərə alınmışdır. Belə olan təqdirdə kombinin dəyərinin 1/2 hissəsinin, yəni 500 manatın cavabdehdən ayrıca qaydada alınıb iddiaçıya verilməsi istisna edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 225.1, 225.2-ci, Ailə Məcəllənin 31.1, 31.2, 32.1, 32.2, 32.2.2, 34.1, 35, 36.1, 36.3, 37.1, 37.2-ci və Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 124.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsin in qətnaməsini qızıl-zinət əşyaları,1000 manat dəyərində bir ədəd Kombi və Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində inşa edilmiş fərdi yaşayış evinin dəyərinin 1\2 hissədə bölünməsi” hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının yaşadıqları Binəqədi qəsəbəsindəki evində qalmasını sübut edə bilməməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi tamamilə əsassızdır. Ekspert rəyinin surəti ona nə şəxsən təqdim edilməmiş nə də poçt vasitəsilə göndərilməmişdir. Məhz bu səbəbdən ekspert rəyinə etiraz edə bilməmişdir. Yalnız qətnamə ilə tanış olarkən ekspert rəyinin nəticə hissəsinin nədən ibarət olduğunu bilib. Ekspert rəyində evin dəyərinin 20.191 manat olmasın natamam və əsaslandılmamış hesab etmişdir. Belə ki, rəyin nəticə hissəsindən də göründüyü kimi tikinti-təmir işlərinin dəyəri real bazar qiymətlərinə uyğun olaraq təqribi qiymətləndirilmişdir. Təqribi qiymətləndirilmiş evin dəyərinin konkret olaraq 20191 manat göstərilməsi evin dəyərinin tam ehtiva edir. Əgər evin dəyəri təqribi qiymətləndirilsəydi təqribi rəqəmlər göstərilərdi (məsələn;20.00025.000)manat.

35. Bundan başqa Ekspert rəyində kombinin özünün dəyəri və onun quraşdırılmasına sərf edilmiş xərclərin hansı qaydada və neçəyə qiymətləndirilməsi barədə də heç bir məlumatı yoxdur. Belə ki, apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində ekspertin gəldiyi nəticələri aydın və hərtərəfli şəkildə şərh etməli olduğu halda bunu etməmiş, bir cümlə ilə evin dəyərinin 20.191 manat olmasını qeyd etməklə kifayətlənmişdir. Yalnız iddia tələbinin 1000 manat Kombinin dəyərinin 1\2 hissədə bölünməsi tələbi ilə bağlı xüsusuata qiymət verərəkən qiymətləndirməyə dair ekspert rəyində qiymətləndirmə aparılarkən istilik sisteminin çəkilişinin də nəzərə alındığı qeyd edilmiş və bu səbəbdən də həmin hissədə iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiya məhkəməsinin bu nəticəyə gəlməsi də tamamilə əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə dair qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı raz ılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

38. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

39. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

40. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.

41. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

42. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkil atlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

43. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır)

44. Maddə

35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avad anlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

45. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

46. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

47. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2 Məhkəmə y alnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası qətnaməni mübahisə olunan hissədə, yəni qətnamənin qızıl-zinət əşyaları,1000 manat dəyərində bir ədəd Kombi və Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində inşa edilmiş fərdi yaşayış evinin dəyərinin 1\2 hissədə bölünməsi tələblərinin rədd edilən hissəsində yoxlayır.

57. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyə tli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissələrdə qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bö lüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək, yoxlanılan hissədə işin faktiki hallarını düzgün müəyyən etmişdir.

60. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

61. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı k assasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 15 sentyabr 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Bu səbəbdən məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə yoxlanılan hissədə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün qanuni əsas deyildir.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyas iya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2024-cü il tarixli 2(104)-344/2024 saylı qətnaməsi iddianın rədd edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar