Məhkəmə qərarları › İş №2(102)-800/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-800/2020

10.02.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-800/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, X9 oğlunun katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10304/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı Şirkəti və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2 və 11 1.3-cü maddələrinin, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin tələblərinə əsasən, Cavabdeh 1 saylı mədənin 3-cü sahəsində yerləşən 130259 və 130284 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilindən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra – DNŞ), DNŞ-nin Ortaq Neft Şirkəti və X12 Bi.Vi. arasında “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şaban dağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş (bundan sonra – Saziş) bağlanmışdır. xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən bu Saziş qanun statusu almışdır. Sazişin 2 və 8-ci maddələrinin və X12 Bİ. Vİ., DNŞ-nin Ortaq Neft Şirkəti (Podratçı Tərəflər) və iddiaçı Şirkət arasında imzalanmış “Birgə əməliyyat sazişinin” 5-ci maddəsinin müddəalarına əsasən, “Sazişin 2-ci Əlavəsində” göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən Şirkətə neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası hökuməti tərəfindən Saziş üzrə verilən “Təminat və öhdəliklərin” 1 (a) bəndində hökumət “Saziş” üzrə DNŞ-nin verdiyi hüquqlara, o, cümlədən neft-qaz əməliyyatları üçün “Podratçıya” gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir. Hökumət təminat verir ki, “Podratçı” tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə, milliləşdirilə və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. İddiaçı Şirkətin Saziş üzrə istifadəsinə verilmiş Kontrakt sahəsinin ərazisində 1 saylı mədənin 3-cü sahəsində yerləşən 130259 və 130284 nömrəli neft quyusunun təhlükəsizlik zolağı daxilində cavabdeh tərəfindən lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Tikinti, Şirkə tin ərazisində neftqaz əməliyyatlarının həyata keçirilməsinə maneə yaratdığından Şirkətin qanunla qorunan hüquqları və dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Şeyda Məhərrəmova) 2(001)-237/2018 saylı iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 1 saylı mədənin 3-cü sahəsində yerləşən 13029 və 130284 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, tikilinin onun öz hesabına sökülməsi və ərazi boşaldılaraq İddiaçı şirkətinin qanuni istifadəsinə qaytarılması, iddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (M.Məmmədov, X.Sarıyev, E.ŞAmayev) xx xxxxxx 2018-ci il tarixli, 2(103)-11379/2018 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin neft xəttinin təhlükəsizlik zolağı və şirkətin ərazi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması tələbi barədə” iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (M.Əhmədova, Ə.Rüstəmov, Ə.Nurməmmədov) xx xxxx 2019-cu il tarixli, 2(102)-3772/2019 sa ylı qərarı ilə İddiaçı Şirkətinin kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-11379/2018 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (A.İmanov, İ.Xəlilov, V.Sadıqov) 2(103)10304/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-237/2018 saylı iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin neft xəttinin təhlükəsizlik zolağı və şirkətin ərazi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələbi barədə iddiasının təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı Şirkəti və vəkili Vəkil kassasiya şikayəti verərək iş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10304/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi Şirkətin qanuni iddia tələbinin təmin edilməsi üçün Şirkət tərəfindən əsaslı dəlillər təqdim edilsə də və bütün instansiyalarda iddianın təmin edilm əsi üçün zəruri olan hallar sübuta yetirilsə də, apellyasiya instansiyası məhkəməsi cavabdehin qeyri-qanuni əməlinə hüquqi don geyindirməklə qərəzli olaraq Şirkətin ziyanına qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində göstərmişdir ki, “məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X6 yazılı vəsatət təqdim edərək hazırki iş üzrə ekspertiza keçirilməli olduğunu bildirdi. Apellyasiya instansiya məhkəməsi iş üzrə sübutların obyektiv, tam və hərtərəfli qiymətləndirilməsini təmin etmək məqsədilə iş üzrə ekspertiza təyin etməli olsa da, əksinə cavabdehin dəlilsiz arqumentlərinə daha üstün mövqedən yanaşaraq əsassız qətnamə çıxarmışdır. Apellyasiya instansiya məhkəməsində işə yenidən baxılan zaman Şirkət hələ 2009-cu ildə sözügedən ərazi hüdudları daxilində mövcud olan qanunsuz tikililərlə bağlı monitorinq keçirən zaman 1 saylı mədənin ərazisində yerləşən 130259 və 130284 saylı neft quyularının təhlükəsizlik zolağı daxilində tikinti işləri aparıldığını aşkar etmişdir. Həmin tikilinin kimə məxsus olması aydınlaşdırılan zaman iddiaçı hazırki iş üzrə torpaq sahəsinin X3 2362/1 saylı, xx.xx.2007-ci il tarixli sərəncamı ilə vətəndaş X5 ayrıldığını, daha sonra AR-İ 076165 nömrəli, xx.xx.2009-cu il tarixli etibarnamə əsasında cavabdeh tərəfindən satın alındığını müəyyən etmişdir. Şirkət, “X3 2362/1 saylı, xx.xx.2007-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi” barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, iş üzrə 2inz(81)-2643/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli qərar çıxarılaraq X3 sözüged ən sərəncamının etibarsızlığı məhkəmə qaydasında tanınmışdır. Şirkət həmin qərarı əsaslı sübutlar qismində məhkəməyə təqdim etmişdir. Şirkət prosessual qanunvericiliklə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, öz iddia tələbini müvafiq dəlillərlə əsaslandırmışdır. Lakin Cavabdeh müvafiq özbaşına tikilinin ona məxsus olmadığını və AR-İ 076165 nömrəli, xx.xx.2009-cu il tarixli etibarnaməni ləğv etdirdiyini şifahi çıxışlarında bildirsə də, səsləndirdiyi fikirlərlə əlaqədar məhkəməyə hər hansı etibarlı və əsaslı sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən fotoşəkillər isə özbaşına tikilinin ona məxsus olmamasını əsaslandıran etibarlı sübut qismində qiymətləndirilə bilməz. Belə ki, müvafiq fotoşəkillər istənilən şəxsə məxsus tikilinin fotoşəkilləri ola bilər, həmçin in istənilən halda, cavabdehin başqa bir tikiliyə sahiblik etməsi onun mübahisələndirilən tikiliyə sahiblik etməsi faktını aradan qaldırmır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş etibarlı sübutları göz ardına vuraraq, cavabdehin heç bir etibarlı sübuta söykənməyən şifahi çıxışları əsasında iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarmışdır. Torpaq sahəsinin təyinatının dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətinə aid olan bir məsələdir. Lakin, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsi həm də Nazirlər Kabinetinin funksiyalarını yerinə yetirərək sənaye təyinatlı torpaq sahəsinin təyinatını dəyişməklə cavabdehin qanunsuz istifadəsində olan torpaq sahəsinin yaşayış təyinatlı torpaq sahəsi kimi istifadə edilməsinə şərait yaratmışdır. PROSESSUAL MƏSƏLƏL ƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş lakin, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, apellyas iya instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3, 157.8, 158.1.2, 180.1, Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad etməklə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, Cavabdeh hazırki tələb üzrə cavab verməli olan şəxs olmadığından ona qarşı qaldırılmış “cavabdehin neft xəttinin təhlükəsizlik zolağı və şirkətin ərazi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələbi də təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr mülki və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdı r. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi mübahisəli tikilinin 130259 və 130284 saylı neft quyularının təhlükəsizlik zolağı daxilində yerləşməsi işin mübahisə olunmayan halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı Şirkət qanunla ona ayrılmış mübahisəli ərazidə mövcud olan tikintinin özbaşına tikili olduğunu bəyan etməklə, bu tikintinin Cavabdeh tərəfindən aparıldığını iddia edərək, iş materiallarına əlavə edilmiş X3 xx.xx.2007-ci il tarixli, 2362/1 nömrəli “Sərəncamını” və AR-İ seriyalı, 076165 nömrəli, xx.xx.2009-cu il tarixli etibarnaməni rəhbər tutaraq hesab edir ki, tikili cavabdehə aiddir və onun hesabına da sökülməlidir. Cavabdehin iddiaya olan etirazın dəlilləri isə ondan ibarətdir ki, həmin ərazi X4 etibarnaməsi əsasında ona verilsə də və həmin tikili neft quyularının təhlükəsizlik zolağı daxilində yerləşmiş olsa da, o, həmin ərazidə hər hansı bir tikinti aparmamışdır. Mübahisəli tikilinin ona aidiyyəti yoxdur, həmin tikili atasının xalası oğlu X2 məxsusdur. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin tələbləri baxımından özbaşına tikili cavabdeh tərəfindən inşa edilməsi, həmin tikilidə hal-hazırda cavabdeh yaşamasını təsdiq edə biləcək heç bir sübut təqdim etməmişdir. Beləliklə də iddia ona cavab verməli olan şəxsə qarşı qaldırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə istinad etsə də, kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş göstərişlərə əməl etməmişdir. Belə ki, kassasiya məhkəməsinin əvvəlki qərarında qeyd edilmişdir ki, X3 2362/1 saylı, xx.xx.2007-ci il tarixli sərəncamı ilə vətəndaş X5 Binəqədi qəsəbəsinin ərazisində istifadəsində olan 250 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmış, sonuncu isə öz növbəsində həmin torpaq sahəsini xx.xx.2009-cu il tarixdə etibarnamə əsasında Cavabdeh etibar etmiş, ona həmin etibarnamə ilə özünə ayrılmış 250 kv.m torpaq sahəsindən təyinatlı istifadə etməyi, DƏDRX-nin Bakı şəhər ərazi idarəsində nümayəndəsi olmağı, sonradan sərəncam verməyi, satmağı, bağışlamağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adında n ərizə verməyi və digər hərəkətləri etməyi xx.xx.2029-cu il tarixədək etibar etmişdir. X3 2362/1 saylı, xx.xx.2007-ci il tarixli sərəncamı ilə vətəndaş X5 ayrılmış torpaq sahəsinin iddiaçının göstərdiyi 130259 və 130284 saylı neft quyularının təhlükəsizlik zolağı daxilində yerləşməsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-2643/2012 saylı, xx.xx.2012-ci il tarixli qanuni qüvvəsini almış Qərarı ilə öz təsdiqini tapmışdır. Cavabdehə verilmiş etibarnamə üzrə səlahiyyətlərdən də görünür ki, torpaq sahəsi cavabdehə təyinatı üzrə istifadə etmək və daha geniş səlahiyyətlər vermişdir. Torpaq sahəsinin təyinatı da fərdi yaşayış evinin tikintisi olmuşdur. Buradan da aydın olur ki, cavabdeh etibarnamə əsasında həmin torpaq sahəsində tikinti aparmaq səlahiyyətinə malik olmuşdur. Apellyasiy a instansiyası məhkəməsi isə cavabdehin mübahisəli torpaq sahəsinin onun istifadəsində olmadığı, qeyd edilən ərazidə tikinti işləri aparmadığı, orada yaşamadığını bildirməsi ilə kifayətlənmiş, onun iddianın rədd edilməsi barədə tələbinin əsasını təşkil edəcək hər hansı sübuta istinad etməmişdir. Bununla da apelyasiya instansiya məhkəməsi həm Azərbaycan Respublikasının MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələblərini pozmuş, tətbiq edilməli olan maddi hüquq normalarını isə tətbiq etməmişdir Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli tikilinin cavabdehə aidiyyəti olmamaqla, həmin tikilinin atasının xalası oğlu X2 məxsus olması kimi iddiaya etirazın dəlilini müvafiq qiymət verməmiş, bu dəlilin əsaslılığını, həmçinin ərazi üzrə icra hakimiyyəti orqanlarına və yerli bələdiyyəyə də müvafiq sorğu verilməsi yolu ilə tikilinin kimə məxsus olduğunu aydınlaşdırmaq üçün bütün imkanlardan istifadə etməmiş, M.Şahnazarovun işə cəlb edilməsinin, onun hazırki iddiaya mövqeyinin öyrənilməsinin, tərəflərin və iş üzrə cəlb edilmiş şəxslərin, ərazi üzrə icra hakimiyyəti orqanlarının və yerli bələdiyyənin nümayəndələrinin iştirakı ilə yerli baxış keçirilməsinin zəruriliyini müzakirə etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.2-ci maddəsinə əsasən özbaşın a tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. - 180.4-cü maddəsinə əsasən özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə, Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökül məsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 20 12-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-pr osessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 272.7 və 420-ci maddələrinin tələblərinə riayət edilməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdur. Ona görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya şikayəti isə qismən təmin edilməlidir. Çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Kollegiya hesab edir ki, işə yenidən baxa n məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10304/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar