Məhkəmə qərarları › İş №2(102)-802/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-802/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-802/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-802/21 (Açar sözlər: borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin qiyməti, ekspert rəyləri) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, vəkili xxx, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 Vilayət oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənil məsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3864/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh kassasiya şikayətlərinə 31 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 30UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 14 faizlə 250000 ABŞ dolları; xx.xx.2015-ci il tarixli 31UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 16 faizlə 100000 ABŞ dolları; xx.xx.2016-ci il tarixli 48UBP/16 saylı əlavə kredit müqaviləsinə əsasən 6 ay müddətinə illik 30 faizlə 17774 manat kredit verilmişdi r.

2. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 847.8 kv.m. olan 4 mərtəbəli qeyri-yaşayış binası “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilib. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi Ağdam rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı “xxxx” KB ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 13UM/15 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 30UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən 199.485,00 ABŞ dolları əsas, 8844,12 ABŞ dolları faiz, 3210,63 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 211539,75 ABŞ dolları borcun; xx.xx.2015 -ci il tarixli 31UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən 99.721,86 ABŞ dolları əsas, 4.302,83 ABŞ dolları faiz, 21.916,68 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 125.941,37 ABŞ dolları borcun; xx.xx.2016-cı il tarixli 48UBP/16 saylı əlavə kredit müqaviləsinə əsasən 17.774,00 manat əsas, 1.446,07 manat faiz, 3.747,35 manat cərimə borcu olmaqla, cəmi 22.967,42 manat borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 847.8 kv.m. olan 4 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəs aiti hesabına Cavabdeh borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş məbləğlərin tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 900.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o, satıldıqdan ən geci 1 ay ərzində həmin qeyri- yaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. X4 üçüncü şəxs kimi qoyulmuşdr.

5. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, krediti və faizləri vaxtında ödəməmişdir.

6. İddia tələbində göstərilən borc məbləği xx.xx.2017-ci ilə tarixə hesablanıb.

7. İddiaçı tələbinin əsası kimi Mülki Mə cəllənin 279, 295, 385.1, 442, 445.1.1, 445.2.1, “İpoteka haqqında” Qanunun 34.1.1, 39.1 və 59.3-cü maddələrinə istinad etmişdir.

8. Cavabdeh iş üzrə mühasibatlıq və ipoteka predmetinin qiymətləndirilməsi ekspertizalarının keçrilməsi barədə vəsatət vermişdir.

9. Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadları ilə qiymətləndirmə və mühasibatlıq ekspertizaları təyin edilmiş, ekspertlər qarşısında ipoteka predmetinin hazırki bazar qiymətinin və xx xxxx 2017-ci il tarixinə borcun məbləği barədə suallar qoyulmuşdur.

10. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 32729 saylı mühasibatlıq ekspertizasının rəyində qeyd edilib ki, xx.xx.2015-ci il tarixli 30UB/15 saylı əlavə kredit müqaviləsi üzrə xx xxxx 2017-ci il tarixinə əsas borc 199.485,00 ABŞ dolları, fai z borcu 6917,45 ABŞ dolları; xx.xx.2015-ci il tarixli 31UB/15 saylı əlavə kredit müqaviləsi üzrə əsas borc 99.721,86 ABŞ dolları, faiz borcu 4.302,83 ABŞ dolları; xx.xx.2016-cı il tarixli 48UBP/16 saylı əlavə kredit müqaviləsi üzrə əsas borc 17774 manat, fazi borcu 1445,24 manatdır. 11. “xxxx” MMC-nin xx xxx 2018-ci il tarixli, 0391/18/UB saylı rəyi ilə ipoteka predmeti olan qeyri-yaşayış sahəsi 2.500.000 manat qiymətləndirilib.

12. İddiaçı xx.xx.2015-ci il tarixli 30UB/15 saylı əlavə kredit müqaviləsi üzrə tələbini artırıb həmin müqavilə üzrə xx xxxx 2018-ci il tarixinə 199485,00 ABŞ dolları əsas, 38635,16 ABŞ dolları faiz və 201119,99 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 439240,15 ABŞ dolları borcun tutulmasını xahiş etmişdir.

13. Mülki iş sonradan aidiyyatı üzrə baxılmaq üçün Bakı şəh əri Nərimanov rayon Məhkəməsinə göndərilmişdir.

14. İddiaçı ipoteka predmetinin qiymətinin 1.040.000 manat və 1.100.000 manat olması barədə iki rəy təqdim edərək, həmin əmlakın yenidən qiymətləndirilməsi barədə vəsatət vermişdir.

15. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərardadı ilə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspert qarşısında ipoteka predmetinin qiyməti barədə suallar qoyulmuşdur. 16. “X9” MMC-nin Qiymətləndirmə hesabatında ipoteka predmeti 2.300.000 manat qiymətləndirilib.

17. Cavabdeh mühasibatlıq ekspertizası və əmlakın təkrar qiymətləndirilməsi barədə vəsatət verir.

18. Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-ci il tarixli qərardadı ilə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında müqavilələrin müddətinin sonuna cavabdehin borc unun məbləğinin müəyyən edilməsi barədə suallar qoyulmuşdur.

19. Məhkəmə Ekspertizası Mərkəzinin rəyində qeyd edilib ki, xx.xx.2015-ci il tarixli, 30UB/15 saylı əlavə kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə və təqdim olunmuş hesabdan çıxarış məlumatlarına əsasən iddianın qaldırıldığı tarixə və eyni zamanda iddia tələbinin artırıldığı tarixə qalıq əsas borc 199.485,0 ABŞ dolları, qalıq faiz borcu 3070,4 ABŞ dolları təşkil edir. xx.xx.2015-ci il tarixli, 30UB/15 saylı əlavə kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə və təqdim olunmuş hesabdan çıxarış məlumatlarına əsasən müqavilə müddətinin sonuna olan tarixə qalıq əsas borc 99.721,86 ABŞ dolları, qalıq faiz borcu 4.302,83 ABŞ dolları təşkil edir. xx.xx.2016-cı il tarixli 48UBP/16 saylı əlavə kred it müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə və təqdim olunmuş hesabdan çıxarış məlumatlarına əsasən müqavilə müddətinin sonuna olan tarixəqalıq əsas borc 17.774,0 manat, qalıq faiz borcu 1089,75 manat təşkil edir.

20. Cavabdeh ipoteka predmetinin qiymətinin 3.015.000 manat, 3.289.000 manat və 3.253.000 manat olması barədə “Dinar Firması”, “X3” və “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə rəylərini təqdim etmişdir.

21. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-294/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2015-ci il tarixli 30UB/15 nömrəli əlavə kredit müqaviləsi üzrə əsas borc 199.485 ABŞ dolları, faiz borcu 3070,4 ABŞ dolları, cərimə borcu 1000 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 31UB/15 nömrəli əlavə kredit müqaviləsi üzrə əsas borc 99721,86 ABŞ dolları, faiz borcu 4032,83 ABŞ dolları, cərimə borcu 1000 ABŞ dolları, xx.xx.2016-cı il tarixli 48UBP/16 nömrəli əlavə kredit müqaviləsi üzrə əsas borc 17774 manat, faiz borcu 1089,75 manat, cərimə borcu 1000 manatın tutulması, Cavabdeh məxsus ünvan 1 qeyriyaşayış binasının ilkin satış qiyməti ******* manat müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, Cavabdeh mülkiyyətində olan ünvan 1 qeyri-yaşayış binasının satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Kəmalə Əmirxanova)

22. Məhkəmə toplanmış sübutlara, o cümlədən mühasibatlıq ekspertizasının rəyinə hüquqi qiymət verərək borc məbləğini həmin rəyə əsasən müəyyə n etmiş, dəbbə pulunu azladarkən həmin pulun tənasübsüz surətdə çox hesablanmasına istinad etmişdir.

23. Birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün cavabdehin məhkəməyə təqdim etdiyi “Dinar Firması”, “X3” və “xxxx” MMC-nin rəylərini əsas götürüb, alınmış məbləğ üzrə orta qiymət çıxarmışdır (3.015.000 manat+3.289.000 manat+3.253.000 manat=9.557.000: 3=3185666 manat).

24. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 279, 295, 319.1, 385.1, 425.1, 442, 445.2.1, 445.7, 467, 739.2-ci, “İpoteka haqqında” Qanunun 33, 47.2 və 47.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

25. İddiaçı “xxxx”KB ASC apellyasiya şikayəti verib, qətnamənin iddianını təmin edilməyən hissəsində ləğv və iddianın tam edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, mühasibathq ekspertizasının rəyi tərəflərin iştirakı ilə birlikdə digər sübutlarla yanaşı tədqiq olunmamışdır. Ekspert rəyinə etiraz bildirə bilməmişlər.

27. Həmçinin məhkəmənin qərardadı ilə ipoteka predmeti olan əmlakın yenidən qiymətləndirilməsi üzrə verilmiş rəylər nəzərə alınmadan, cavabdeh tərəfin məhkəmədən kənar öz təşəbbüsü və sifarişi ilə əmlakının qiymətləndirilməsi ilə bağlı əldə etdiyi müxtəlif təşkilatların reallığı əks etdirməyən bazar qiyməti əmlakın ilkin satış qiyməti kimi göstərilmişdir.

28. Dəbbə pulu da xeyli azaldılmışdır.

29. Cavabdeh da apelyasiya şikayəti verib, qətnamənin ləğv və iddia tələbinin qismən (ekspert rəyinə uyğun) təmin edilməsi barədə qətnam ə qəbul edilməsini xahiş etmişdir.

30. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, ekspertiza rəyinə əsasən cavabdeh tərəfindən ödənilmiş ümumi məbləğin xx.xx.2015-ci il tarixli, 30UB/15 saylı əlavə kredit müqaviləsi üzrə 105.038,60 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 31UB/15 saylı əlavə kredit müqaviləsi üzrə 74.802,03 ABŞ dolları, xx.xx.2016-cı il tarixli 48UBP/16 saylı əlavə kredit müqaviləsi üzrə 1.457,85 manat təşkil etdiyi göstərilmiş, lakin qalıq əsas və faiz borcu hesablanarkən ekspert tərəfindən həmin məbləğlər nəzərə alınmamış, ekspert həqiqətə uyğun olmayan rəy vermişdir.

31. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti mövcud bazar qiyməti əsasında müəyyən edilməmişdir. Belə ki, ipoteka predmeti olan qeyri-yaşayış obyekti ay rıca bina olaraq işlək yolun (küçənin) kənarında, ünvan 2 ünvanda yerləşir, bina tam təmirli vəziyyətdədir, 4 mərtəbənin hər biri ayrı-ayrı şəxslərə icarəyə verilməklə yanaşı, əlavə olaraq binanın zirzəmisində tikiş sexi fəaliyyət göstərir. Buna görə də ipoteka predmeti olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 3.289.000 manat dəyərində müəyyən edilməli idi.

32. İddiaçının nümayəndəsi yazılı vəsatət verərək, məhkəmə mühasibatlıq və əmlakın ilkin satış qiymətini müəyyən etmək üçün qiymətləndirmə ekspertizasının təyin edilməsini xahiş etmişdir.

33. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3864/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nər imanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-294/2019 nömrəli qətnaməsi ipoteka predmetinin bazar dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ünvan 1 qeyriyaşayış binasının bazar dəyəri 2.356.714,28 manat məbləğində müəyyən edilmiş, ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat və ekspertiza xərclərinə görə ödənilməli olan 570 (370+200) manat məbləğində pulun Cavabdeh tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Elnur Həsənov)

34. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış əlavə kredi t müqavilələrinə əsasən sonuncuya kreditlər verilmişdir. Öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 847.8 kv.m. olan 4 mərtəbəli qeyri-yaşayış binasını ipoteka ilə yüklü etmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcalana vermiş, bunun nəticəsində bankın cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilə də müəyyən edilmiş müddətdə icra etmədikdə, kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

36. Apellyasiya instansiyası iddiaçının şikayəti üzrə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.

37. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin cavabdehin iddia tələbinin artırıldığı tarixə və müddətin sonuna olan tarixə qalıq əsas və faiz borcunu ekspert rəyinə əsasən müəyyən etməsi ilə razılaşmış və onu da qeyd etmişdir ki, həmin rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir.

38. İddianın cərimə bor cu hissəsi ilə bağlı məhkəmə apelyasiya instansiyası belə nəticəyə gəlib ki, birinci instansiya məhkəməsi hər bir müqavilə üzrə ağlabatan və ədalətli məbləğdə cərimə borcu müəyyən etmişdir.

39. Bununla belə, apellyasiya instansiyası bununla hesab etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində səhv nəticəyə gəlmişdir.

40. Apellyasiya instansiyası hesab edib ki, işdə əmlakın qiyməti barədə 7 rəy olduğu üçün həmin rəylərdə müəyyən olunmuş qiymətlər müqayisəli şəkildə təhlil olunmaqla əmlakların yuvarlaqlaşdırılmış orta bazar dəyəri müəyyən olunmalıdır.

41. Apellyasiya instansiyası həmin rəylər üzrə müəyyən edilmiş qiymətləri toplayıb cəmi yeddiyə bölünməklə ipoteka predmetinin qiyməti müəyyən edib.

42. Apellyasiya instansiya sı həmçinin hesab edib ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə qətnamənin əsaslandırıcı hissəsində öz mövqeyini bildirsə də, qətnamənin nəticə hissəsində məhkəmə məsrəfləri qeyd edilməmişdir. Buna görə ödənilmiş dövlət rüsumu 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat, ekspertiza xərclərinə görə 570 (370+200) manat cavabdehə aid edilməlidir.

43. Apellyasiya instansiyası mövqeyini əsaslandırmaq üçün əlavə olaraq Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

44. İddiaçı “xxxx” KB ASC (vəkil X5) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın faiz borcuna münasibətdə tam təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

45. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə ekspert rəyinin düzgün olmamasına istinad edilmişdir.

46. Cavabdeh da (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsini və ipoteka predmeti olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 3.289.000 manat dəyərində müəyyən edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış binasının bazar qiymətinin 2.356.714,28 manat müəyyən edilməsi işin faktiki hallarına uyğun olmamaql a maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

48. İpoteka predmeti olan əmlakın qiymətinin 1.040.000 manat və 1.100.000 manat olması bazrədə rəylərin sübut kimi qəbul edilməsi əsassız olub. b) Kassasiya şikayətilərinə qarşı etirazın dəlilləri

49. Kassasiya şikayətlərinə tərəflərin yazılı etirazları daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

50. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X2 və vəkili Orucov Ruslan Bahad oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.

51. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 təmsil etdiyi şəxsin kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, iddiaçının kassasiya şikayətinin t əmin edilməməsini xahiş etdi.

52. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, üçüncü şəxs X4 məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən gəlməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 97.1. İşə ba xılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunma masına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq ol unmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ar aşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

54. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin aktını xx xxx 2015-ci il tarixli, 30UB/15 saylı müqavilə üzrə faiz məbləği hissəsində, cavabdeh isə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsini mübahisələndirir. Bu baxımdan, kollegiya apellyasiya məhkəməsinin qətnaməsini hər bir şikayət üzrə yalnız mübahisələndirilən hissələrdə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayəti üzrə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tə tbiq olunmuşdur. İş üzrə iddiaçının mübahisələndirdiyi hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının kassasiya şikayəti üzrə mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

57. Qeyd edilən müqavilə üzrə faiz məbləği hissəsində apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

58. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarıl ması və tələbin ipoteka predmetinə yönəldilməsi barədədir.

59. İş materiallarından görünür ki, kredit müqaviləsi üzrə borcun məbləğini müəyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, hər üç müqavilə, o cümlədən xx xxx 2015-ci il tarixli, 30UB/15 saylı müqavilə üzrə faiz borcu da ekspert rəyinə əsasən müəyyən edilmişdir.

60. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının iddia tələbinin artırılması barədə ikinci ərizəsi imzalanmamışdır.

61. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır.

62. Bununla belə, cavabdehin kassasiya şikayəti üzrə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi ipoteka predmetinin qiymətinin 2.356.714,28 manat müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir.

63. Qətnamədən görünür ki, apellyasiya məhkəməsi birici instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin qiyməti hissəsində dəyişib, ipotekanın ilkin satış qiymətini 2.356.714,28 manat müəyyən edərkən iş materialalrında olan yeddi ədəd qiymətləndirmə rəylərindəki müəyyən edilmiş qiyməti toplayıb, alınan cəmi yeddiyə bölməklə müəyyən etmişdir.

64. Məhkəmə kollegiyası qeyd edilən üsulla qiymətin müəyyən edilməsini hər bir rəy üzrə MPM-in 88 və 103.1-ci maddəsinə uyğun olaraq dəyərləndirmə aparılmadığı üçün əsaslı saymır.

65. Apellyasiya məhkəməsi iddiaçının təqdim etdiyi iki rəyi, cavabdehin təqdim etdiyi üç rəyi və məhkəmə qərardadı əsasında alınmış iki rəyi ayrı-ayrı lıqda qiymətləndirməmiş, həmin rəyləri, üstəlik, iddiaçının və cavabdehin təqdim etdikləri biribirindən kəskin şəkildə fərqlənən rəyləri hansı əsasla eyni qaydada toplayıb son qiymət müəyyən etməsini qətnamədə göstərməmişdir.

66. Halbuki iddiaçının təqdim etdiyi rəylərdə ipoteka predmetinin qiyməti 1.040.000 manat, 1.100.000 manat olduğu halda, cavabdehin təqdim etdiyi rəylərdə qiymət 3.015.000 manat, 3.289.000 manat və 3.253.000 manatdır. Məhkəmə qərardadı əsasında alınmış rəylərdə isə qiymət 2.500.000 və 2.300.000 manat göstərilib.

67. Apellyasiya məhkəməsi qiymətlərin bu cür fərqlərlə müəyyən edilən rəylər arasındakı ziddiyyəti araşdırmadan ipoteka predmetinin qiyməti barəsində gəldiyi nəticə qanunu və əsaslı sayıla bilməz. Bu da göstərir ki, apellyasiya məhkəməsi qiymətləndirmə rəyləri nə formal yanaşmış, ipoteka predmetinin qiymətini də məhz həmin rəyləri prosessual hüquq normalarına zidd qiymətləndirməklə müəyyən etmişdir.

68. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ekspert rəyi də sübutun bir növüdür. Ekspert rəyinə digər sübutlar kimi obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra qiymət verilməlidir.

69. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qətnaməsi iddiaçının mübahsələndirdiyi hissədə dəyişdirilmədən saxlanmalı, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin qiyməti hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qe yd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, ekspert rəylərindəki ziddiyyətləri aradan qaldırmaq üçün tədbirlər görməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

70. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3864/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi iddiaçının mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlansın. Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3864/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin qiyməti hissədə ləğv edilsin, iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar