Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-802/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Əliyeva (Məmmədova) Günay Mayıl qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsə tanınma və mülkiyyətə verilmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Əliyeva (Məmmədova) Günay Mayıl qızına qarşı “miras əmlak barəsində qanun üzrə vərəsəlik hüquqlarının tanınması və miras əmlakdan payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1595/2023 nömrəli iş üzrə 29 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh Əliyeva (Məmmədova) Günay Mayıl qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X17 ilə, X13 nikahları 11 mart 1969-cu il tarixdə 1932 nömrəli akt qeydi ilə bağlanmışdır. Nikahın bağlanmasından sonra arvada Məmmədova soyadı verilmişdir.
2. X14 20 iyul 1970-ci il tarixdə doğulmuşdur. X3, anası X18r.
3. X14 04 iyun 2012-ci il tarixdə ölmüşdür.
4. X6 X3 14 yanvar 1981-ci il tarixdə ölmüşdür.
5. X14 ilə Cavabdeh xx.xx.2009-ci il tarixdə rəsmi nikah bağlamışlar. Nikahın bağlanmasından sonra arvada Məmmədova soyadı verilmişdir.
6. İddiaçı Ərəstunovna xx.xx.2003-cü il tarixdə Rusiya Federasiyası Moskva şəhərində anadan olmuş, bu barədə xx.xx.2003- cü il tarixdə doğum haqqında akt qeydləri kitabında 329 nömrə ilə qeyd olunmuş, atası X14, anası X11r.
7. X20 xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyası Moskva şəhərində anadan olmuş, bu barədə xx.xx.2006-cı il tarixdə doğum haqqında akt qeydləri kitabında 3962 nömrə ilə qeyd olunmuş, atası X14, anası X11r. 8. xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********8 nömrəli məktuba əsasən, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evi Samux rayon İHB-nın Qarayeri qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2004-cü il tarixli 2705 saylı arayışına əsasən X6 adınadır. Bu əmlak dövlət reyestrində qeydiyyatdan keçməmişdir. 2004-cü ilin arxiv məlumatlar ına əsasən mülk 88.0 kvm. dörd yaşayış otağı, 154.3 kvm. Köməkçi sahəsi olan “A” literli yaşayış evindən ibarət olmaqla ümumi torpaq sahəsi (27.05 saylı arayışa görə 1600.0 kvm. Faktiki) 1600.0 kvm. olmuşdur.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** çıxarışa əsasən, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən 0.59 ha torpaq sahəsinin 1/4 hissəsi X9, 1/4 hissəsi X6, 1/4 hissəsi İddiaçı, 1/4 hissəsi X7 paylı mülkiyyətinə verilməsinə dair mülkiyyət hüquqları xx.xx.2023cü il tarixdə daşınmaz əmlakın dövlət reystrində 183 nömrəli reyster kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır.
10. Azərbaycan Respublika sı Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi ********** çıxarışa əsasən, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsinin 1/4 hissəsi İddiaçı, 1/4 hissəsi X8, 1/4 hissəsi X7, 1/4 hissəsi X6 paylı mülkiyyətinə verilməsinə dair mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reystrində 182 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. 11. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-33/2-1882/2023 nömrəli məktuba əsasən, Samux rayonu, Qa rayeri qəsəbəsində yerləşən evə dair 2006-cı il tarixli texniki pasport X6 adına işlənmişdir. Qeyd edilən fərdi yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçməmiş, 3 saylı ərazi idarəsinin arxiv materiallarında heç bir hüquq müəyyənedici sənəd aşkar edilməmişdir.
12. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və mülkiyyət hüquqularının qeydiyyatı idarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətinə əsasən, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən “A” literli 88.0 kvm. sahədən ibarət yaşayış otaqları X6 adına 27 oktyabr 2004-cü il tarixdə 1-131 №-li inventar işi ilə mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdeh X12 qarşı iddia ərizəsi ilə m əhkəməyə müraciət edərək, birinci növbəli vərəsə kimi tanınma və mərhum oğlu X6 payına düşən mülkə (həyatyanı torpaq sahəsinə və evə) vərəsə kimi mülkiyyət hüququnun tanınması və mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Samux rayon Qarayeri qəsəbəsində yaşayır. Mərhum oğlu X6 adına mülk vardır və oğlu X14 2012-ci ildə vəfat etmişdir. Cavabdeh onu və onun digər ailə üzvlərini həmin mülkə buraxmır, onlarla daima mübahisə yaradır. Ona görə də məhkəmədə birnci növbəli vərəsə kimi tanınmasına və mərhum oğlu X6 payına düşən mülkə (həyatyanı torpaq sahəsinə və evə) vərəsə kimi mülkiyyət hüququnun tanınması və mülkiyyətinə verilməsinə dair məhkəmədə iddia qaldırmış və məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən 0.59 ha və 0.11 ha pay torpaq sahələrindən istifadə edir, həmin torpaq sahələrini faktiki olaraq idarə edir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X15 məhkəmə iclasında bildirmişdir ki, iddia tələbinə dair heç bir etirazı yoxdur, hal-hazırda Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən 0.59 ha və 0.11 ha pay torpaq sahələrindən anası istifadə edir və anasının idarəçiliyindədir. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etməmişdir.
17. Samux Rayon Məhkəməsin in 2(058)-138/2023 saylı mülki iş üzrə 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim: G.Şirinov) iddia qismən təmin edilmiş, İddiaçı və cavabdeh X19 xx.xx.2012-ci il tarixdə vəfat etmiş X6 qanun üzrə vərəsələri tanınmışlar. Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cu il tarixli çıxarış əsasında qeydə alınmış 0.59 ha və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli çıxarış əsasınd a qeydə alınmış 0.11 ha torpaq sahəsində İddiaçı payı 3/8 hissədə, X8 payı 2/8 hissədə, X7 paylı 2/8 hissədə və X10 payı 1/8 hissədə müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmiş, iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
18. Məhkəmə hesab etmişdir ki, X2 adına Samux rayon Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindin həmin evə dair vərəsəlik hüququnun tanınması mümkünsüzdür.
19. İddiaçı və cavabdeh xx.xx.2012-ci il tarixdə vəfat etmiş X6 qanun üzrə vərəsələri tanınmalı, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən xx.xx.2023-cü il tarixli çıxarış əsasında qeydə alınmış 0,59 ha və xx.xx.2023-cü il tarixli çıxarış əsasında qeydə alınmış 0,11 ha torpaq sahəsində iddiaçının p ayı 3/8 hissədə, X8 payı 2/8 hissədə, X7 payı 2/8 hissədə və X10 payı 1/8 hissədə müəyyən edilməlidir.
20. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 1133.1, 1151.1, 1243-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
21. İddiaçı vəkili Vəkil1 apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin 2(058)-138/2023 saylı mülki iş üzrə 6 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qismən maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qismən ləğv edilməli, i ddianın evə dair vərəsə tanınma hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddianı hal-hazırda mübahisələndirilən hissədə təmin etməyən birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, qeyd edilən fərdi yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məhkəmənin bu qənaəti ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisələndirilən Samux rayon Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evi 2004-cü ildə Samux rayon DTİ və MHQİ-si tərəfindən qeydiyyatdan keçmiş və həmin evə dair X2 adına qeydiyyat vəsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmiş, lakin məhkəmə hər hansı əsaslı səbəb göstərmədən həmin qeydiyyat vəsiqəsini qəbul etməmişdir. Qeyd edilən sənəd məhkəməyə təqdim edilməsinə baxmaya raq məhkəmə yalnız DƏDRX tərəfindən verilən məktubu əsas götürmüş, bununla bağlı araşdırma aparmamışdır. Eyni zamanda hesab edirlər ki, hətta həmin ev qeydiyyatdan keçməsə belə bu iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, adı çəkilən təşkilatın məktubunda da qeyd edilmişdir ki, mübahisəli evə dair 2006-cı ildə texniki pasport işlənilmişdir. Həmiçinin həmin ev təsərrüfatbaşı kitabda da mərhumun adına qeyd edilmişdir. Belə olan halda həmin miras əmlaka dair gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur ki, məhkəmə bunu nəzərə almamışdır. Hesab edir ki, məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmiş, nəticədə iddianı qismən təmin etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1595/2023 nömrəli 29 avqust 2023-cü il tarixli qətnaməsi ilə (Ə.Məmmədov (sədrliyi və məruzəsi ilə), hakimlər R.Muradov və R.Mamedov) apellyasiya şikayəti qismən təmin edilmiş, Samux Rayon Məhkəməsinin 2(058)-138/2023 saylı mülki iş üzrə 06 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən-iddianın təmin edilməmiş, X1 miras qalmış Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evindən miras payların müəyyən edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, irəli sürülən iddia tələbi həmin hissədə qismən təmin edilmiş, X1 miras qalmış Samux rayonunun Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evindən ibarət olan miras əmlakın ¼ hissəsi üzərində İddiaçı, ¼ hissəsi üzərində Əliyeva (M əmmədova) Günay Mayıl qızının, ¼ hissəsi üzərində İddiaçı Ərəstunovnanın və ¼ hissəsi üzərində X16 miras payları müəyyən edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi irəli sürülən iddianı hissəvi təmin etməyərkən, iddianın təmin edilməyən hissəsində gəldiyi nəticəni belə əsaslandırmışdır ki, X2 adına Samux rayon Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindin həmin evə dair vərəsəlik hüququnun tanınması mümkünsüzdür.
25. Apellyator şikayətində məhkəmənin bu qənaəti ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisələndirilən Samux rayon Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evi 2004-cü ildə Samux rayon DTİ və MHQİ-si tərəfindən qeydiyyatdan keçmiş v ə həmin evə dair X2 adına qeydiyyat vəsiqəsi verilmişdir.
26. Məhkəmə kollegiyası iş materialları ilə işin müəyyən edilən hallarına, bu hallara tətbiq edilməli olan maddi hüquq normalarına əsasən hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, məhkəmənin iddianın təmin edilməyən hissəsində gəldiyi nəticə ilə razılaşmaq olmaz, apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsaslıdır.
27. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, mülki işin materiallarına əlavə edilən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və mülkiyyət hüquqularının qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən “A” literli 88.0 kvm. sahəsindan ibarət yaşayış otaqları X6 adına 27 oktyabr 2004-cü il tarixdə 1-131 №-li inventar işi ilə mülkiyyət hüququ əsasında qeydə alınmışdır.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139 və 139-1.1.5-ci maddələri ilə nəzərdə tutulmuşdur ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən v erilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
29. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və mülkiyyət hüquqularının qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsi ilə 27 oktyabr 2004-cü il tarixdə 1-131 №-li inventar işi ilə X6 adına mülkiyyət hüququ əsasında qeydə alınmış Samux rayonu Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evi X1 miras qalmış daşınmaz əmlak kimi qiymətləndirilməlidir.
30. X1 miras qalmış həmin əmlakda ölənin vərəsələrinin pay larının müəyyən edilməsi ilə bağlı məhkəmə kollegiyası göstərmişdir ki, işin apellyasiya baxışı zamanı tədqiq olunun sübutlara əsasən X2 qanun üzrə birinci növbəli dörd vərəsəsi vardır; X2 anası-İddiaçı, arvadı-Əliyeva (Məmmədova) Günay Mayıl qızı və Əliyeva (Məmmədova) Günay Mayıl qızı ilə rəsmi nikahından xx.xx.2003-cü il tarixdə doğulmuş İddiaçı Ərəstunovna və xx.xx.2006-cı il tarixdə doğulmuş X20 adlarında iki uşaqları.
31. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi nəticəsinə gələrkən işin faktiki halları kimi müəyyən etmişdir ki, X1 miras qalmış torpaq sahələri miras əmlak kimi ölənin anası (iddiaçı) və arvadi (cavabdeh) tərəfindən faktiki olaraq qəbul edilmişdir. Qətnamənin iddianın təmin edilmiş həmin hissəsini tərəflərdən heç biri mübahisələndirməmişdir. Ona görə də mənkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında qeyd edilənlərə əsasən belə hesab etmişdir ki, qətnamənin həmin hissəsinə toxunulmamalıdır.
32. İş materiallarına görə mərhum X14 2012-ci ildə öldüyü zaman onun Əliyeva (Məmmədova) Günay Mayıl qızı ilə rəsmi nikahından xx.xx.2003-cü il tarixdə doğulmuş İddiaçı Ərəstunovna və xx.xx.2006-cı il tarixdə doğulmuş X20 adlarında iki uşaqları yetkinlik yaşına çatmayanlar olmuşlar və atalarından miras qalmış əmlakın bir hissəsinin anaları tərəfindən faktiki olaraq qəbul edilməsi fakt kimi müəyyən edildiyindən və işin bu halı mübahisələndirimədiyindən Mülki Məcəllənin 1243.3 və 1244-cü maddəsinə əsasən hesab edilir ki, onlar da (uşaqlar) atalarından miras qalmış əmlakı yetkinlik yaşına çatmay anlar kimi anaları vasitəsilə faktiki olaraq qəbul etmişlər və ona görə də, mərhum atalarından miras qalmış Samux rayonu Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evindən onların da miras payları müəyyən edilməlidir.
33. Beləliklə, məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş- X1 miras qalmış Samux rayon Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evindən miras payların müəyyən edilməməsi hissəsində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə çıxarıldığından həmin hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə, irəli sürülən iddia qismən əsaslı olduğundan, iddia tələbi həmin hissədə qismən təmin edilməli, həmin mi ras əmlak üzərində ölənin birinci növbəli vərəsələri olan İddiaçı, Əliyeva (Məmmədova) Günay Mayıl qızının, İddiaçı Ərəstunovnanın və X16 bərabər, yəni hər bir vərəsəyə miras əmlakın ¼ hissəsi qədər pay müəyyən edilməlidir.
34. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 139-1.1, 139-1.1.5, 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1159.1, 1159.1.1, 1160, 1243.1, 1243.2, 1243.3, 1244-ci, Azərbaycan Respublikasının MPM-in 14.1, 76.1, 76.2, 77.1, 88, 106.1, 217.3, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. Cavabdeh Əliyeva (Məmmədova) Günay Mayıl qızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, iddian ın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiа ərizəsindən və iş mаtеriаllаrındаn görünür ki, mərhum Məmmədоv Ərəstun Rəşid оğlu vəfаt еdərkən mübаhisəli Sаmuх rаyоnu, Qаrаyеri qəsəbəsində yеrləşən fərdi yаşаyış еvi оnun mülkiyyətində оlmаmışdır. İş mаtеriаllаrındа bu hаlı təsdiq еdən bir nеçə məktub vаrdır. Оnlаrdаn birincisi xx.xx.2016-cı il tаriхdə Аzərbаycаn Rеspublikаsı Əmlаk məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Rеyеstri Хidmətinin 3 sаylı Ərаzi idаrəsi tərəfindən vеrilmiş **********8 sаylı məktubdur. Bu məktubun məzmunundаn görünür ki, Sаmuх rаyоnu, Qаrаyеri qəsəbəsində mövcud оlаn dаşınmаz əmlаk (fərdi yаşаyış еvi) nə mərhum Məmmədоv Ərəstun Rəşid оğlunun, nə də ki, ümumiyyətlə dövlət q еydiyyаtındаn kеçməmişdir.
37. Bundаn bаşqа, iş mаtеriаllаrındа оlаn Аzərbаycаn Rеspublikаsı Əmlаk məsələləri Dövlət Хidmətinin Dаşınmаz Əmlаkın Dövlət Kаdаstrı və Rеyеstri publik hüquqi şəхsin 3 sаylı Gəncə Ərаzi idаrəsi tərəfindən vеrilmiş xx.xx.2023-cü il tаriхli, 3-213-33/2-1882/2023 sаylı məktubdаn görünür ki, Sаmuх rаyоnu, Qаrаyеri qəsəbəsində yеrləşən еvə dаir tехniki pаspоrt Məmmədоv Ərəstun Rəşid оğlunun аdınа işlənmişdir, lаkin qеyd еdilən fərdi yаşаyış еvi dövlət rеyеstrində qеydiyyаtdаn kеçməmiş, 3 sаylı ərаzi idаrəsinin аrхiv mаtеriаllаrındа hеç bir hüquq müəyyənеdici sənəd аşkаr еdilməmişdir. 38. Еyni zаmаndа, Məmmədоvа Günаy Mаyıl qızının еtibаrnаmə üzrə nümаyəndəsi Tаğıyеvа Fаtmа Mаyıl qızının sоrğusunа Аzərbаycаn Rеspublikаsı Əmlаk məsələləri Dövlət Хidmətinin Dаşınmаz Əml аkın Dövlət Kаdаstrı və Rеyеstri publik hüquqi şəхsin 3 sаylı Gəncə Ərаzi idаrəsi tərəfindən vеrilmiş xx.xx.2023-cü il tаriхli, 3-213-33/2-M-0379-8/2023 sаylı cаvаb məktubundаn görünür ki, Sаmuх rаyоnu, Qаrаyеri qəsəbəsində yеrləşən fərdi yаşаyış еvi üzərində hüquqlаr dаşınmаz əmlаkın dövlət rеyеstrində qеydiyyаtа аlınmаmışdır.
39. Göründüyü kimi, qаnunvеriciliklə müəyyən еdilmiş qаydаdа mübаhisəli fərdi yаşаyış еvi üzərində hüquqlаr dаşınmаz əmlаkın dövlət rеyеstrində qеydiyyаtа аlınmаmış, həmin əmlаkа ünvаn vеrilməmişdir.
40. Məhkəmə kоllеgiyаsı tərəfindən mübаhisəli Sаmuх rаyоnu, Qаrаyеri qəsəbəsində yеrləşən fərdi yаşаyış еvi üzərində mülkiyyət hüquqlаrının 2004-cü ildə 1131 №-li invеntаr işi ilə qеydiyyаtа аlınmаsı bаrədə məzmununа görə ziddiyyət təşkil еdən təqdim еdilmiş qеydiyyаt v əsiqəsini əsаs götürərək mərhum Məmmədоv Ərəstun Rəşid оğlundаn mirаs qаlmış dаşınmаz əmlаk kimi qiymətləndirilməsi qаnunsuz və əsаssızdır.
41. Məhkəmə kоllеgiyаsı qеyd еdir ki, mübаhisəli Sаmuх rаyоnu, Qаrаyеri qəsəbəsində yеrləşən fərdi yаşаyış еvi üzərində mülkiyyət hüquqlаrının 2004-cü ildə 1131 №-li invеntаr işi ilə qеydiyyаtа аlınmаsı bаrədə qеydiyyаt vəsiqəsi təqdim еdilmişdir. Lаkin daşınmaz əmlak üzərində hüquqların qеydiyyаtını (rеyеstrini) аpаrаn оrqаn, yəni Аzərbаycаn Rеspublikаsı Əmlаk məsələləri Dövlət Хidmətinin Dаşınmаz Əmlаkın Dövlət Kаdаstrı və Rеyеstri publik hüquqi şəхsin 3 sаylı Gəncə Ərаzi idаrəsi 3 dəfə məlumаt vеrmişdir ki, bеlə bir hüququn qеydiyyаtа аlınmаsınа dаir hеç bir sənəd yохdur. Həttа, təqdim еdilmiş qеydiyyаt vəsiqəsində rеyеstr kitаbının nömrəsi göstər ilməli оlduğu hаldа, оnun əvəzinə Sаmuх rаyоn İHB-nın Qаrаyеri qəsəbəsi üzrə nümаyəndəsinin аrаyışı göstərilməklə kifаyətlənilmişdir.
42. Hеsаb еtmişdir ki, iddiаçı tərəfindən təqdim еdilmiş qеydiyyаt vəsiqəsi sахtаdır və sахtаlığı dа rеyеstr məlumаtlаrını qеydə аlаn оrqаn tərəfindən bеlə bir məlumаtlаrın оlmаdığı ilə təsdiqlənir.
43. Bununlа dа Qаnunun bu nоrmаsı dа pоzulmаsınа bахmаyаrаq məhkəmə kоllеgiyаsı bu хüsusаtlаrа diqqət yеtirməmiş, lаzımi hüquqi qiymət vеrməmişdir.
44. Həmçinin qеyd еdilməlidir ki, mübаhisəli Sаmuх rаyоnu, Qаrаyеri qəsəbəsində yеrləşən fərdi yаşаyış еvinə dаir qеydiyyаt vəsiqəsi birinci instаnsiyа məhkəməsinə dеyil, bir bаşа оlаrаq аpеllyаsiyа instаnsiyаsı məhkəməsinə iddiаçının nümаyəndəsi tərəfindən təqdim еdilmişdir. Həmin sübutun vахtındа təqdim еdilməməsini n üzrlü səbəbdən bаş vеrdiyinə dаir hеç bir dəlil gətirməyən iddiаçıdаn həmin sənəd məhkəmə kоllеgiyаsı tərəfindən qəbul еdilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
46. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
47. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
48. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
49. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
50. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə t amamilə və ya qismən etibarsız sayılır.
51. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
52. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
53. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
54. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
55. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
56. Maddə 1160 Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövc udluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
57. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
58. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
59. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
60. Maddə 1244. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndə ləri vasitəsilə qəbul edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
61. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
63. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
64. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi h alları sübut etməlidir.
65. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
68. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
69. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşa ğı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
71. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırkı kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin bütövlükdə yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
73. Məhkəmə kollegiyası kassasiya şikayətinin mübаhisəli Sаmuх rаyоnu, Qаrаyеri qəsəbəsində yеrləşən fərdi yаşаyış еvinə dаir qеydiyyаt vəsiqəsinin birinci instаnsiyа məhkəməsinə dеyil, bir bаşа оlаrаq аpеllyаsiyа instаnsiyаsı məhkəməsinə iddiаçının nümаyəndəsi tərəfindən təqdim еdildiyi, həmin sübutun vахtındа təqdim еdilməməsinin üzrlü səbəbdən bаş vеrdiyinə dаir hеç bir dəlil gətirməyən iddiаçıdаn həmin sənədin məhkəmə kоllеgiyаsı tərəfindən qəbul еdildiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, qeyd edilənlər məhkəmə qətnaməsinin ləğvinə əsas ola bilməz.
74. Belə ki, iddiaçı birinci növbəli vərəsə kimi tanınma və mərhum oğlu X6 payına düşən mülkə (həyatyanı torpaq sahəsinə və evə) vərəsə kimi mülkiyyət hüququnun tanınması və mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
75. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, **********8 nömrəli məktuba əsasən, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evi Samux rayon İHB-nın Qarayeri qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2004-cü il tarixli 2705 saylı arayışına əsasən X6 adınadır. Bu əmlak dövlət reyestrində qeydiyyatdan keçməmişdir. 2004-cü ilin arxiv məlumatlarına əsasən mülk 88.0 kvm. dörd yaşayış otağı, 154.3 kvm. Köməkçi sahəsi olan “A” literli yaşayış evindən ibarət olmaqla ümumi torpaq sahəsi (27.05 saylı arayışa görə 1600.0 kvm. faktiki) 1600.0 kvm. olmuşdur.
76. Azərbaycan Respublikasının MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
77. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin MPM-in göstərilən maddəsinin tələblərinə tam əməl etmədiyi hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin çatışmazlığın aradan qaldırılması istisna edilmir. Yuxarıda qeyd edilən məktubda Samux r ayon İHB-nın Qarayeri qəsəbəsi üzrə nümayəndəliyinin arayışına əsasən evin kimin adına olması barədə məlumat, eləcə də yaşayış evinə dair arxiv məlumatları mövcud olmuşdur.Birinci instansiya məhkəməsi iddiaçını görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə lazımi qaydada xəbərdar etməklə, onun prosessual hüquqlarının həyata keçməsinə lazımi kömək göstərməklə müvafiq qeydiyyat vəsiqəsinin təqdim edilməsini təmin edə biləcəyi halda, həmin vəsiqənin təqdim edilməsi təmin edilməmiş, apellyasiya məhkəməsi isə lazımi araşdırmanı təmin etmişdir. Digər tərəfdən göstərilən məktubdakı arxiv məlumatlarının ili (2004), yaşayış evinin ölçüsü ilə qeydiyyat vəsiqəsindəki həmin məlumatlar da üst-üstə düşür. Qeyd edilənlərə görə də apellyasiya instansiyası məhkəməsi qeydiyyat vəsiqəsini qəbu l edərək sübut kimi qiymətləndirərkən prosessual hüquq normalarının qətnamənin ləğvinə səbəb olacaq pozuntusuna yol verməmişdir.
78. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiаçı tərəfindən təqdim еdilmiş qеydiyyаt vəsiqəsinin sахtа olmasına dair dəlili ilə əlaqədar qeyd edir ki, müvafiq qeydiyyat vəsiqəsinin saxtalığının araşdırılması hazırkı məhkəmə işinin araşdırma predmeti olmamışdır.
79. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
81. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Əliyeva (Məmmədova) Günay Mayıl qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gə ncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 avqust 2023-cü il tarixli 2(104)-1595/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.