Məhkəmə qərarları › İş №2(102)-807/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-807/2020

06.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-807/2020 06.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X2 və Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı İKB ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-178/2018, hakim A.N.Novruzova) İddiaçı İKB ASC-nin Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 17.179 ABŞ dolları məbləğində əsas, 8.285 ABŞ dolları məbləğində faiz, 1.000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 26.464 ABŞ dolları məbləğində borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmeti olan cavabdehə məxsus mənzilə yönəldilməsi, mənzilin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin cavabdehə qaytarılması, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 75.000 manat məbləğində müəyyən edilməsi, həmin mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 a y ərzində cavabdehin mənzildən çıxarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-8778/2019, hakimlər A.N.İmanov, İ.K.Xəlilov və V.N.Sadıqov) İddiaçı İKB ASC-nin və Cavabdeh apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın tam təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. İşin halları: xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi əsasında İddiaçı İKB ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 21% ödəmək şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icr asının təmini üsulu kimi tərəflər arasında bağlanmış eyni tarixli ipoteka müqaviləsi əsasında Cavabdeh məxsus mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx xxxx 2018-ci il tarixdə İddiaçı İKB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, ekspert rəyi ilə cavabdehin borcu düzgün hesablanmamış, təkrar ekspertiza təyin edilməmi ş, ipoteka predmeti olan fərdi yaşayış ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının l əğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə 17.179 ABŞ dolları məbləğində əsas borc, 9.103 ABŞ dolları məbləğində faiz borcu və 1.716 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. Apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən borc məbləğinin tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirilir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış xx xxxxxx 2018-ci il tarixli ekspert rəyi iləCavabdeh “İddiaçı İKB” ASC-yə xx.xx.2018-ci il tarixə 18.472 ABŞ dolları məbləğində əsas borc, 8.345 ABŞ dolları məbləğində faiz borcununolduğu, kredit müqaviləsinin bitdiyi tarixə, yəni xx.xx.2018-ci il tarixə 18.472 ABŞ dolları məbləğində əsas b orc, 9.654 ABŞ dolları məbləğində faiz borcununolduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehdən əsas borca görə 17.179 ABŞ dolları, faiz borcuna görə 8.285 ABŞ dolları, cəriməyə görə 1.000 ABŞ dolları olmaqla, cəmi 13.617 ABŞ dolları məbləğində pulun tutulmasını qət etmişdir. Apellyasiya məhkəməsi iddiaçının nümayəndəsinin kredit müqaviləsi üzrə borc məbləğinin düzgün hesablanmaması dəlilinə münasibətdə hesab etmişdir ki, kredit müqaviləsi üzrə cavabdehin banka yaranan borc məbləği kredit müqaviləsinin şərtlərinə uyğun olaraq hesablanmış, məbləğin hər hansı şəkildə düzgün hesablanmamasına əsas verən hallar aşkar edilməmişdir. Həmçinin iddiaçı kredit müqaviləsi üzrə borc məbləğinin düzgün hesablanmamasını göstərən hər hansı sübut təqdim etməmişdir. Bununla bərabər, yuxarı da qeyd edildiyi kimi iddiaçı bank ipoteka predmetinin ilkin satış qiyməti ilə razılaşmamaqla qətnaməni həmin hissədə də mübahisələndirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka müqaviləsində ipoteka predmeti olan mənzilin dəyəri 65.000 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış xx xxxx 2019-cu il tarixli qiymətləndirici rəyi ilə ipoteka predmeti olan əmlakın real bazar dəyəri 75.000 manat müəyyən edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının ipoteka predmetinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ilkin satış qiymətinin yüksək olmaqla onun real dəyərini əks etdirmədiyi barədə dəlilləri əsassız olmaqla, istinad etdiyi halı təsdiq edən və qiymətləndiricinin rəyini təkzib edən sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, mad di və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar