Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-809/2025 04.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Şirkətinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-809/2025 (Açar sözlər: özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2384/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı Şirkəti (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 4 mart 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 423 nömrəli sərəncamına əsasən Cavabdeh Binəqədi qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 600,0 kv.m. torpaq sahəsi ayrılmış, Cavabdeh həmin torpaq sahəsinə özünə ev tikərək orada yaşayır.
2. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X7.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X4 haqqında” Saziş bağlanmış, həmin Saziş Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQ №-li Qanunu ilə qəbul və təsdiq edilmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. Qanunun 5-ci bəndində qeyd olunmuşdur ki, Sazişin pay iştirakçılarına Sazişdə nəzərdə tutulan kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. AZEN X7.Vi., ARDNŞ-nin Ortaq Neft Şirkəti və İddiaçı Şirkətinin (iddiaçının) arasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blok üzrə birgə əməliyyat sazişi bağlanmış, iddiaçı əməliyyatçı təyin edilmişdir. Həmin sazişə görə əməliyyatçının bütün birgə əməliyyatlara tam nəza rət və rəhbərlik həyata keçirmək səlahiyyəti vardır, əməliyyatçının və əməliyyat şirkətinin müqavilədə nəzərdə tutulmuş bütün hüquq, funksiya və vəzifələrinə malikdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Şirkəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh, yaxud Şirkət) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin 2 saylı mədənin 1-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində (1. 400778.327 4481548.116; 2. 400814.236 4481537.140; 3. 400807.571 4481512.521; 4. 400771.349 4481524.36 koordinatları daxilində) inşa edilmiş özbaşına tikilidən çıxarılması, həmin tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılmas ı barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli tikili Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X4 haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir, cavabdeh lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını ciddi surətdə pozaraq kontrakt sahəsində özbaşına tikinti işləri aparmışdır. Tikilinin nə vaxt inşa edilməsi barədə məlumatları yoxdur. İddiaçı əməliyyat şirkəti qismində fəaliyyət göstərir, ona kontrakt sahəsində neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Buna görə də kontrakt sahəsində tikinti işlərinin aparılması isə iddiaçının hüquqlarını pozur.
5. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, o, sözügedən fərdi yaşayış evini icazəsiz inşa etməmiş, iddiaçı şirkətə müraciət etmişdir. Evin sağ və sol qonşuları çıxarışa sahibdirlər. O, isə çıxarış ala bilməmişdir.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2022-ci il tarixli məlumatına əsasən, ekspertiza aparılmasından imtina olunsa da, Azərbaycan Respublikasının İqtisadiyyar Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 29 iyul 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, təqdim edilmiş koordinalara əsa sən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neftqaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüduları daxilində yerləşir. Torpaq sahəsi və üzərindəki yaşayış evi dövlət qeydiyyatına alınmayıb.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(001)-2777/2022 nömrəli, 3 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilmiş, cavabdehin 2 saylı mədənin 1-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları (1. 400778.327 4481548.116; 2. 400814.236 4481537.140; 3. 400807.571, 4481512.521; 4. 400771.349 4481524.36 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, həmin tikili cavabdehin hesabına sökülməsi və tikilinin yerləşdiyi ərazinin boşaldılaraq i ddiaçı Şirkətə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pulun cavabdehdən iddiaçı Şirkətin xeyrinə tutulması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, tikilinin yerləşdiyi torpaq sahəsi zəbt olunmuş və müvafiq icazələr olmadan orada tikinti işləri həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsin də və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. O cümlədən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə görə isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaql a) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
9. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1, 2 və 3-cü hissələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 227 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh olaraq o, iştirak etdiyi məhkəmə iclasında məhkəmə qətnaməsində yazı ldığı kimi (tikinti tikəndə iddiaçıya müraciət etmişdim) ifadə verməmişdir, əksinə tikilmiş fərdi yaşayış evinin qanunsuz olmadan Bakı şəlıəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 423 saylı sərəncamına və əlavə edilmiş müvafiq cizgi-plana əsasən ona ayrılmış Bakı şəlıəri Binəqədi rayon Binəqədi Qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsi ayrıldığını və mübahisəli fərdi yaşayış evinində həmin tarixdən tikildiyini, hətta həmin tarixdən də istifadə və sahibliyində olmaqla yaşadığını bildirmişdir. Bundan əlavə olaraq sərəncam və cizgi-planıda iştirak etdiyi məhkəmə iclasında təqdim elmişdir. Eyni zamanda da məhkəmə iclasının növbəti tarixi barədə ona məlumat veriləcəyi bildirilmişdir. Cavabdeh isə həmin dövrdə səhhəti ilə əla qədar xəstəxanada yatdı və ona məhkəmə barədə məlumat verilmədi. Məhkəmə qətnaməsinin çıxardılmasından və nəticəsi barədə məlumatlandırılmadı. Lakin 2023-cü ilin dekabrın əvvəlində Binəqədi rayon İcra şöbəsindən gələn sms vasitəsilə icra şöbəsinə yaxaılaşmış və məlumatladırılmışdır. Dərhal da məhkəməyə rəsmi ərizə verərək məhkəmə qətnaməsinin surətini rəsmi almışdır. Qətnamədən narazı olduğu üçündə şikayətini verirmişdir. Eyni zamanda da qeyd edir ki, ona torpaq sahəsi ayrılanda və fərdi yaşayış evi tikilib başa çatanda, hətta cavabdeh artıq yaşamağa başlayanda qeyd edilən toıpaq sahəsi ilə bağlı iddiaçı ilə bağlı müqavilə və saziş belə olmamışdır. Torpağın ayrılması və fərdi yaşayış evinin tikintisi 1995-ci ildə olmuşdur ki, iddiaçının müqaviləsi 2004-2005-ci ilə təsadüf edir. Qaldı ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 29 iyul 2022- ci il tarixli məktubunda göstərilmişdir ki təqdim edilmiş koordinalara əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nefiqaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. Bunada münasibətdə bildirir ki ona aynlan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi“nin hüdudları daxilində yerləşirsə cavabdehdən sonra alınan və fərdi yaşayış evi tikilən qonşuları necə mənzillərinə çıxarış almışdırlar.Bakı şəhəri Binəqədi rayon İcra Hakmiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 423 sayiı sərəncamına və əlavə edilmiş müvafiq cizgi-plana əsasən cavabehə Bakı şəlıəri Binəqədi rayon Binəqədi Qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə və onun üzərində həmin tarixdən də tikilmiş fərdi yaşayış evinə 1995-ci ildən sahiblik və istifadə hüququ yaranmışdır. Eyni zamanda da həmin sərəncam cavabdehin gələcəkdə mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır.Cavabdeh tərəfindən əvvəlki məhkəmə iclasında sübut kini təqdim edilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 423 saylı səıəncamına və əlavə edilmiş müvafiq cizgi-plan nəzərə alınmamış və məhkəmə qətnaməsində belə qeyd aparılmamışdır.
12. Cavabdeh Şirkətin nümayəndəsi Nümayəndə2 məhkəməyə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3636 saylı ekspert rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndis-inventarlaşdırıcısı Orxan Səmədzadənin mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi fakitki olaraq 628,0 kv.m. təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi, köməkçi tikililər və qeyr-yaşay ış obyekti mövcuddur. Sahənin qonşu sahəyə bir ədəd qapı (əl qapısı) açılmışdır. Sözügedən torpaq sahəsinə dair sənəd təqdim edilməyib. Faktiki olaraq göstərilən 628,0 kv.m. torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron Kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir. (Binəqədi OYL)
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-33338-2024 saylı mütəxəssis rəyinə əsasən, göstərilən torpaq sahəsi fakitki olaraq 628,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi, köməkçi tikil ilər və qeyr-yaşayış obyekti mövcuddur. Sahənin qonşu sahəyə bir ədəd qapı (əl qapısı) açılmışdır. Sözügedən torpaq sahəsinə dair sənəd təqdim edilməyib. Faktiki olaraq göstərilən 628,0 kv.m. torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron Kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir. (Binəqədi OYL)
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-2384/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Günay Axundova və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmiş dir.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı işdə cavabdeh istifadəsindəki torpaq sahəsini və həmin sahədə tikinti aparmaq hüququnu Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 423 nömrəli sərəncamı ilə əldə etmişdir. Deməli, cavabdehin sahibliyi qanuni hesab edilməlidir. Həmçinin müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin ailə üzvlərinə, eləcə də cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək, uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. İddiaçı tərəf bu illər ərzində cavabdehin və onun ailə üzvlərinin orada yaşamasına heç bir maneçilik törətməmiş və susmaqla əslində o nun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə dolayısı ilə öz razılığını bildirmişdir.
17. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən tikilinin yerləşdiyi torpaq sahəsinin zəbt olunması və müvafiq icazələr olmadan orada tikinti işləri həyata keçirilməsinə istinad edərək iddianın təmin edilməsi üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.
18. Məhkəmə kollegiyası iddiaçı tərəfin cavabdehin adına verilmiş sərəncamın etibarsızlığı ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8229/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərardadına istinad etməsini əsaslı hesab etməmişdir. Belə ki, həmin qərardadla cavabdehin adına verilmiş Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 423 nömrəli Sərəncam etibarsız hesab ol unmamış, iddiaçının bununla bağlı iddiası mümkünsüz sayılmışdır. Göründüyü kimi, cavabdehin adına verilmiş Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 423 nömrəli Sərəncamın etibarsız hesab olunması ilə bağlı məhkmə aktı mövcud deyildir.
19. Məhkəmə kollegiyası daha sonra hesab etmişdir ki, cavabdehin mübahisələndirilən torpaq sahəsi və onun üzərində inşa edilmiş tikili üzərində sahiblik hüquqları qanuni əsaslara mövcud olduğundan, iddiaçının sökülməsini tələb etdiyi mübahisələndirilən tikili özbaşına tikili hesab edilmədiyindən iddia tələbi əsassız hesab edilməklə təmin edilə biləz.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 139.1, 146.1, 152.1, 152.2, 180.1, 180.4-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 115.0.1, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
21. Qətnamədən iddiaçı Şirkət (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, maddi hüquq normalarını pozmaqla yanaşı, ilk öncə Mülki Məcəllənin, Torpaq Məcəlləsinin, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə, daha sonra isə Şirkət tərəfindən təqdim edilən sübutlara, habe lə, torpaq sahəsinin təyinatına, ümumiyyətlə Şirkətə Dövlət tərəfindən verilmiş, hüquq, təminat və öhdəliklərin pozulmasına əhəmiyyət verməmiş, bir sözlə Şirkətin xeyrinə olan bütün dəlillərə hüquqi qiymət vermədən, cavabdehin özbaşınalıq etməsinə haqq qazandıran əsassız qərar qəbul etmişdir.
23. Belə ki, cavabdehin hazırkı iddia predmeti olan torpaq sahəsi əslində, dövlət mülkiyyətində və SOCAR-ın daimi istifadəsinə olan torpaq sahəsi olmaqla, məlum “X4 haqqında” saziş (bundan sonra "xxxx") üzrə neft-qaz əməliyyatlarının aparılması məqsədilə iddiaçı Şirkətin qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3636 saylı ekspert və xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-33338-2024 mütəxəssis rəyləri d ə bu faktın təsdiqi kimi qiymətləndirilməlidir.
24. Bundan əlavə, məhkəmənin sübüt kimi qiymətləndirdiyi sərəncamın qüvvədən düşməsi faktı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8229/2022 nömrəliı, xx.xx.2022-ci il tarixli qərardadı ilə də öz təsdiqini tapmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
25. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
26. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyə t hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
27. Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərini n qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
28. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
29. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:
30. Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
31. Maddə 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:
32. Maddə 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;
33. Maddə 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərind ə mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı.
34. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
35. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
36. Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
37. Maddə 180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
38. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.
39. Maddə 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyy ətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi.
40. Maddə 181.3. Şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan istifadə nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllənin 135.12-ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir.
41. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonr adan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir.
42. Maddə 181.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxs mülkiyyətçisi olmayan əmlaka, mülkiyyətçisi məlum olmayan əmlaka və ya mülkiyyətçisinin imtina etdiyi və ya qanunda nəzərdə tutulmuş digər əsaslarla mülkiyyət hüququnu itirdiyi əmlaka mülkiyyət hüququ əldə edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əld ə etdiyi məlumatlar sübutlar hesab olunur.
45. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi n əticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməs inin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X2rşı” işi üzrə qərarında qeyd olunmuşd ur ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır.
58. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimovanın Azərbaycana qarşı” şikayət iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, ərizəçi (Akimova) dövlət mənzil fondunun balansında olan mənzilə dair ona verilmiş order əsasında “sosial kirayə müqaviləsi” (mənzilə dair k irayə müqaviləsi) bağlamalı, həmin müqavilənin şərtlərinə görə mənzilə sahiblik etməli, mənzildən istifadə etmək hüququna malik olmalı və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna uyğun olaraq müəyyən şərtlərlə mənzil onun mülkiyyətinə pulsuz keçməli idi. Bu baxımdan onun (Akimovanın) mənzilə dair olan iddiaları “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş “mülkiyyət”nin təşkil olunması üçün kifayət qədər əsaslıdır.
59. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, onun bu hüquqa gözləntiləri mülki qanunvericiliklə müəyyən edilmiş qaydada olduğundan, habelə onun əmlak və digər əlaqəli hüquqları ilə şərtləndiyindən apellyasiya şikayətinin dəlilləri əsassızdır.
60. Məhkəmə kolleguyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğ un olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
61. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiy a məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bi lməz.
63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
64. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2384/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdi rilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.