Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-812/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh xxx oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-812/21 (Açar sözlər: şəhadətnamənin ləğv edilməsi) AAAAZ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)1077/2020 saylı qərardadından cavabdeh xxx oğlunun kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021ci il tarixdə Ali Məhk əmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdeh xxx oğluna və digərlərinə qarşı “JN-5403” saylı Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamənin ləğv edilməsi, müvəqqəti istifadə hüququna dair əsassız qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması, torpaq icarə müqaviləsinin ləğv edilməsi və sair barədə iddia qaldırıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən, hakim A.B.Sadıqov) mülki iş üzrə icraata xitam verilib və iddiaçıya hazırki iddia tələbləri ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək hüququ izah edilib. Birinci instansiya məhkəməsi gəldi yi nəticəni belə əsaslandırıb ki, hazırki iddia tələblərinə məhkəmə aidiyyəti qaydasında ümumi məhkəmədə baxıla bilməz. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 261.0, 261.0.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı şikayət verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər S.A.Qafari sədrlik edən və məruzəçi, L.M.Məmmədova və F.Ə.Məmmədov) şikayət təmin edilərək, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il və xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilib və mülki iş yenidən baxılması üçün Xaçmaz Rayon Məhk əməsinə qaytarılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, hazırki işə ümumi məhkəmədə baxılmalı olmamasına dair prosessual əsaslar kifayət qədər araşdırılmayıb. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 153.2, 153.2.1, 261.0.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh xxx kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, mülki işin yenidən baxılması üçün qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər S.A.Qafari sədrlik edən və məruzəçi, T.Q.Məmmədov və Ş.R.Abasov) cavabdeh xxxun həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadından verdiyi kasasiya şikayəti geri qaytarılıb. Cavabdeh xxx kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş edib. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya ins tansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh xx, vəkili xx və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 05 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzürsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələri ndən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 403-1.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermi r (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndiril məməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh xx kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxar kən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, onun qərardaddan verdiyi kasasiya şikayətini əsassız olaraq geri qaytarmasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, yuxarıda sadalanan prosessual normaların mənasına görə, işdə iştirak edən şəxslər yalnız apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, eləcə də işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlarından kasasiya şikayəti verə bilərlər. Göründüyü kimi qeyd olunan qə rardadlardan başqa digər qərardadlardan kasasiya şikayəti verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmayıb. Eyni zamanda hazırki halda cavabdeh xx mübahisələndirdiyi məhkəmə aktı ilə işin icraatına xitam verilməyib. Ona görə də apelyasiya instansiyası məhkəməsi cavabdeh xx apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından verdiyi kasasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-409-cu maddələrinin tələblərinə uyğunluğunu yoxlayaraq düzgün olaraq müəyyən etmişdir ki, kasasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi üçün prosessual əsaslar olmadığına görə kasasiya şikayəti ona geri qaytarılmalıdır. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsi nin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh xxx oğlunun kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1077/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-812/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-812/2021
23.02.2021 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver