Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-813/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair ilkin iddia ərizəsi üzrə, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 oktyabr 2024- cü il tarixli, 2(103)-5527/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinin mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il təvəllüdlü X2 2022-ci ilin yanvar ayından yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 1000 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun himayəsində olan xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına ça tanadək saxlanması üçün İddiaçı 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək olan 36 ay müddət ərzində aylıq 200 manat hesablanmaqla ödənilməmiş olan alimentin cəmi 7.200 manat məbləğində pul vəsaitinin tutulması, həmin tarixdən sonra isə Leylinin saxlanılması üçün hər ay 300 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsi e-2(009)-1368/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, ilk iddianın qismən təmin edilməsini, ilk iddia üzrə cavabdehdən xx.xx.2024cü il tarixdən başlayaraq, Ayxanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ilk iddia üzrə iddiaçıya ödənil məsini, ilk iddianın qalan hissədə təmin edilməməsini, qarşılıqlı iddianın qismən təmin edilməsini, qarşılıqlı iddia üzrə cavabdehdən Leylinin saxlanılması üçün 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək əvvəlki dövr üçün 3 illik müddət həddində, 36 ay müddət ərzində aliment aylıq 200 manat olmaqla, cəmi 7.200 manatın, xx.xx.2024-cü il tarixdən başlayaraq isə hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsini, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.
4. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsi e-2(009)1368/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək ilk iddianın tam təmin edilməsini, qarşılıqlı iddianın isə tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5527/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – M.A. Məmmədov, (sədrlik edən və məruzəçi), F.Ş. Talışınski, A.N. İmanov) ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir və hazırkı iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri:
6. Qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (onun vəkili Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il il tarixli, 2(103)-5527/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsi, İddiaçı iddiasının tam təmin edilməsi, Cavabdeh qarşılıqlı iddiasının rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
7. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:... 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə; 112.1.10. bir neçə müstəqil tələbdən ibarət olan iddialarda—bütün tələblərin ümumi məbləği ilə;
8. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüy ünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
9. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
10. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
11. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 12. 8.1.3-cü maddəyə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yux arı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.
13. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur.
14. Maddə 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar;
15. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlik də kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
17. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti verilərkən dövlət rüsumu az ödənilmişdir. Belə ki, iş materialları ilə təsdiq edilir ki, ilkin iddia aliment tələbi barədədir və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq iddiaçı həmin iddia üzrə dövlət rüsumu ödəməkdən azaddır. Lakin İddiaçı Cavabdeh qarşıl ıqlı iddiasına münasibətdə cavabdehdir və həmin iddiaya münasibətdə cavabdehin kassasiya şikayəti verərkən dövlət rüsumu ödəməkdən azad olması və ya dövlət rüsumunu daha az miqdarda ödəyə bilməsi imkanı qanunvericilik aktlarında nəzərdə tutulmamışdır.
18. İş materialları ilə təsdiq edilir ki, Cavabdeh iddiasının qiyməti Azərbaycan Respublikasının MPM-in 112-ci maddəsinin tələbləri nəzərə alınmaqla 10800 manatdır(7200+12x300=10800). Cavabdeh tərəfindən müvafiq tələb üzrə məhkəmə qətynaməsindən kassasiya şikayəti verilərkən ödənilməli dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3 və 8.6-cı maddələrinə müvafiq olaraq 61,2 manat təşkil edir( 10800- 10000=800; 120+800x0.3 faiz=122.4; 122,4x50 faiz=61,2).Lakin İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətn aməsini həm ilkin, həm də qarşılıqlı iddiaya aid hissədə mübahisələndirsə də cəmi 50 manat (********** nömrəli qəbz) dövlət rüsumu ödəmişdir.
19. Beləliklə, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməyərək Azərbaycan Respublikasının MPM-in 407.4-cü maddəsinin tələbinə tam əməl etməmişdir.
20. Şərh edilənlərə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi MPM-in 409cu maddəsinin tələbinə zidd olaraq kassasiya şikayətini iş materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərmişdir.
21. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə qeyri-mümkün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün pros essual əsasların olmamasına görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Yuxarıda göstərilən hallarda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti olduğuna görə, kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
22. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 oktyabr 2024-cü il tarixli, 2(103)-5527/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.