Məhkəmə qərarları › İş №2(102)-82/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-82/2024

13.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-82/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X7 və Quliyeva (Rzayeva) Rahilə Qulu qızının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildikləri) iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsız sayılması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1162/2023 nömrəli mülki iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsindən üçüncü şəxs X7 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. ünvan 2 fərdi yaşayış evi (bundan sonra – mübahisə predmeti olan fərdi yaşayış evi) xx.xx.1992-ci il tarixli 6253 nömrəli qeydiyyat vəsiqəsi əsasında X8 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır.

3. Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.2012-ci il tarixli 4Ə-2-334 saylı bağışlama müqaviləsinə əsasən mübahisə predmeti olan fərdi yaşayış evi X13 tərəfindən Cavabdeh2 (bundan sonra – ikinci cavabdeh) bağışlanmış və sonuncuya bu əmlaka dair xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

4. X13 24 sentyabr 2014-cü il tarixdə, arvadı X9 05 aprel 2021-ci il tarixdə vəfat e tmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlərə qarşı (Cavabdeh1 və Cavabdeh2) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mərhum atası X6 miras qalmış, saxta sənədlər əsasında Cavabdeh1 tərəfindən Cavabdeh2 adına xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş mübahisə predmeti olan fərdi yaşayış evinin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəliyin tanınması və mirasın bölünüb payın pulla əvəz olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, qardaşı Cavabdeh1 (bundan sonra birinci cavabdeh) atasının xəstəliyindən sui-istifadə edərək dörd bacısı və digər qarda şlarının xəbəri olmadan gizli olaraq Gəncə şəhər 1 saylı notariat ofisinin notariusu Elşən Əliyevin vasitəsi ilə saxta sənədlər əsasında vəsiyyətnamə tərtib etdirmiş və 10 avqust 2012-ci il tarixdə reyestrdə 4Ə-2-334 nömrə ilə qeyd olunaraq müqavilə bağlanmış, mərhum atası X8 adından mülkün dəyəri 5000 manata qiymətləndirilərək qardaşı oğlunun adına bağışlanmış, həmin müqavilə əsasında hüquqların dövlət qeydiyyatı haqqında 3 saylı Gəncə ərazi idarəsindən xx.xx.2012-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarış və AR ƏMDK yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********5910301 xx.xx.2012ci il tarixli texniki pasport alaraq ikinci cavabdehin adına rəsmiləşdirmişdir. Onlar atalarının sağlığında, eləcə də vəfat etdiyi vaxtda bundan xəbərsiz olmuşlar. Analar ı vəfat edəndə onun dəfn mərasimində onlara məlum olmuşdur. Bundan başqa, qeyd olunan ata mülkündə bacısı X10 həmin mənzildə qeydiyyatda olsa da, onu da xəbəri olmadan saxta yolla birinci cavabdeh qeydiyyatdan çıxarmışdır. Lakin hal-hazırda da bacısı Zümrüd Rzayeva həmin mənzildə yaşayır, xəstəlikdən əziyyət çəkir. İkinci cavabdehdən isə əvvəl mərhum anası X9 28 may 1994-cü il təvəllüdlü nəticəsi X2 qəyyum təyin edilmişdir. Bu barədə də sənədlər cavabdehlər tərəfindən üzə çıxarılmamışdır. Yalnız çətinliklə də olsa sənədlərin fotosurətini əldə edə bilmişlər.

7. Cavabdehlərin nümayəndəsi tərəfindən iddia ərizəsinə etiraz ünvanlanaraq, qeyd etmişdir ki, iddia tələbi ilə razı deyillər, ərizədə göstərilənlərlə əlaqədar iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bağışlama müqaviləsi əmla kı hədiyyə edənin sağlığında Gəncə şəhər Notariat ofisində qanunvericliyin tələbinə uyğun rəsmiləşdirilmiş, hədiyyəni cavabdeh qəbul edərək müvafiq çıxarışlar almışdır. İddiaçı vərəsəliklə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.

8. Məhkəmə tərəfindən X7 və Quliyeva(Rzayeva) Rahilə Qulu qızı üçüncü şəxs qismində işə cəlb edilmişlər.

9. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(125)329/2020 nömrəli iş üzrə 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Mustafayev) iddia rədd olunmuşdur.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, qanunvericilik daşınmaz əşyalara dair bağlanacaq bağışlama müqaviləsinin formasının yazılı şəkildə notariat qaydada təsdiqlənməklə bağlanılmalı olduğunu imperativ qaydada müəyyən edir. Bu mənada, hazırki mübahisə üzrə bağışlama müqaviləsinin forma tələbinə əməl edilmişdir. Bundan başqa, qanunvericilik bağışlama müqaviləsinin şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsinin və ya edilməməsinin mümkünlüyünü nəzərdə tutur.

11. İddiaçılar bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair tələbini həmin müqaviləni mərhum atası X8 xəstə olması və əqli zəiflikdən istifadə edərək bağlanması ilə əsaslandırmışlar. Bununla bağlı olaraq məhkəmə qeyd etmişdir ki, iddiaçı mərhum atası X8 xəstə olması və əqli zəiflikdən əziyyət çəkməsini qeyd etsə də, nə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər, nə də ki, məhkəmə baxışında onun xəstə olması və əqli zəifliyi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir.

12. Məh kəmə iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ malik olub-olmaması məsələsinə qiymət verərək qeyd etmişdir ki, iddiaçı ünvan 2 ünvanda yerləşən evi atasının mirası kimi mübahisləndirsə də, X13 24 sentyabr 2014-cü ildə öldüyündən və həmin əmlak xx.xx.2012-ci il tarixdə bağışlandığından, qanunvericiliyin tələbinə uyğun olaraq mübahisəli ev miras açıldığı vaxt miras kütləsinə daxil olmamışdır. Bu baxımdan iddiaçı miras əmlakı qəbul etmədiyindən ümumiyyətlə atasına məxsus olmuş və atasının sağlığında bağışlanmış əmlakla bağlı iddia qaldırmağa subyektiv hüquqa malik olmamışdır.

13. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi barədə təqdim edilmiş ərizə ilə bağlı hesab etmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə müraciət etməklə bağlı su byektiv hüquqa malik olmadığından müddətin keçməsi ilə bağlı məsələyə qiymət verilməməlidir. Belə ki, iddiaçı hazırkı iddia qaldırmağa subyektiv hüquqa malik olmadığından, yəni iddiaçının subyektiv hüququ pozulmadığından və bu baxımdan iddia tələbi əsassız olduğundan iddia müddətinin tətbiqinə zərurət yoxdur.

14. Məhkəmə həmçinin iddia tələbinin mübahisəli ünvanda yerləşən mərhum atası X6 miras qalmış, saxta sənədlər əsasında ikinci cavabdehin adına xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş evə dair vərəsəliyin tanınması və mirasın bölünüb payın pulla əvəz olunması hissəsi ilə bağlı qeyd etmişdir ki, evin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən və bu səbəbdən digər hissədə əsassız olduğundan təmin edilməməlidir.

15. Məhkəmə mövqeyini Azərbaycan Res publikası Mülki Məcəlləsinin 139.3, 140, 146.2, 346.1, 666.1, 668.1.1, 1200-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarına, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı, həmçinin 3-cü şəxslər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Eləcə də məhkəmə çəkişməsi prinsipi pozulmuşdur.

17. Gəncə Apellyasiya məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(104)-1162/2023 nömrəli qətnaməsi ilə (hakimlər – İ.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və A.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə kolle giyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mərhum X1 öz iradə ifadəsi əsasında mülkiyyətində olmuş ünvan 3 ünvanda “A” yaşayış binası ümumi sahəsi 98,3 kv.m, yaşayış sahəsi 63.2 kv.m, köməkçi sahəsi 35.1 kv.m 3 otaqdan ibarət olan ev barəsində sərəncam verərək, həmin əmlakı nəvəsi (cavabdeh) Cavabdeh2 bağışlamışdır. Hədiyyə alan ikinci cavabdeh də öz növbəsində hədiyyəni qəbul etmiş və həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmışdır. Mübahisəli bağışlama müqaviləsi bağlanarkən mərhum (hədiyyə verən) X13 tam fəaliyyət qabiliyyətli şəxs olmuş, yəni etdiyi hərəkətləri öz iradə ifadəsi ilə, habelə şüurlu və anlaqlı halda həyata keçirtmişdir.

19. Beləliklə, mübahisə predm eti olan 10 avqust 2012-ci il tarixli bağışlama müqaviləsi mülki qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmışdır, əqdin etibarsızlığı üçün hər hansı hüquqi əsas yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 20. 3-cü şəxs X7 (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırmaqla, əlavə olaraq göstərilmişdir ki, bağışlama müqaviləsinin etibarsız hesab olunmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı və Ailə Məcəlləsinin 33.4-cü maddələrinə uyğun olmamışdı r. Belə ki, mübahisəli mülkü X4 Səkinə Musa qızı ilə birgə nikahda olduğu müddətdə xx.xx.1960-cı il tarixli 12-2575 saylı alqı-satqı müqaviləsinə əsasən X3 almış, xx.xx.1992-ci il tarixdə isə həmin fərdi yaşayış evinə dair onun adına qeydiyyat vəsiqəsi verilmişdir. Lakin buna baxmayaraq, yəni xx.xx.2012-ci il tarixdə Qulu Rzayev miras mülki nəvəsinə bağışlayarkən anasının razılığı alınmamış, məhkəmələr isə bu halı araşdırmamışdır. Bundan başqa, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən 3-cü şəxslərin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı cavabdehlər tərəfindən etiraz daxil olmuşdur. Etirazda qeyd olunmuşdur ki, üçüncü şəxs iddiaçı ilə birlikdə İ və İİ instansiya məhkəməsində iştirak et miş, iddia tələbi ilə əlaqədar heç bir sübut təqdim etməmiş və tələbdən kənara çıxaraq yanlış subyektiv fikirlər söyləmişdir. Kassasiya şikayətində maddi hüquq normasının pozulması ilə əlaqədar heç bir fakt qeyd olunmamışdır. Həmçinin, kassasiya şikayəti verən şəxs məhkəmə prosesində öz təşəbbüsü ilə iştirak etməsinə baxmayaraq onun üçüncü şəxs kimi cəlb edilməsi barədə iştirak edən şəxslərin vəsatəti və ya məhkəmənin qərarı olmamışdır. Üçüncü şəxs kimi kassasiya şikayəti verməyə həmin şəxsin subyektiv hüququ yoxdur. Buna görə də apelyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1162/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Mad də 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə

324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yön əldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

26. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri p ozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

27. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

28. Maddə

666. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın h ədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.

29. Maddə

668. Bağışlama aşağıdakı hallarda etibarlıdır: daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 3

0. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikay ət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Məhkəmə kollegiyası, qətnaməni mübahisələ ndirilən hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı, tələbinin əsası kimi istinad etdiyi, yəni mübahisə olunan əqdin etiba rsız sayılmasına əsas verə biləcək halları sübuta yetirə bilməmişdir. Bundan əlavə, mübahisə predmeti olan əmlak xx.xx.2012-ci il tarixdə bağışlandığından, qanunvericiliyin tələbinə uyğun olaraq miras açıldığı vaxt miras kütləsinə daxil olmamışdır.

39. Belə olan halda iddianın təmin edilməməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına uyğun olmuşdur.

40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

41. Kassator apellyasiya i nstansiya məhkəməsi tərəfindən işə baxılarkən iştirakının təmin edilmədiyini bildirsə də, iş materiallarından görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmışdır və bu faktı təsdiqləyən poçt xəbərnaməsi işə əlavə edilmişdir. Odur ki, məhkəmə tərkibi kassasiya şikayətinin həmin dəlilini əsaslı saymır.

42. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya icraatında nəinki yeni faktların, ümumiyyətlə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıd ır.

46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1162/2023 nömrəli mülki iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar