Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-820/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı QSC BOKT-un Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-820/22 (Açar sözlər: ipoteka predmetinə yönəltmə) Bakı şəhəri, 15 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7629/2021 nömrəli, 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmən in binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 29.12.2013-cü il tarixli 622G saylı kredit müqaviləsinə əsasən, "Azərbaycan Beynəlxalq Bankı” ASC-si tərəfindən illik 19 % olmaqla 48 ay müddətinə Cavabdeh 15430 manat məbləğində kredit verilmişdir.
2. Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 29.12.2013-cü il tarixli 622G saylı ipoteka müqaviləsinə əsasən, **-GM-*** dövlət qeydiyyat nişanlı, "GREAT WALL WİNGLE- 5” markalı avtomobil (buraxılış ili 2013, BanGWDBE172DC675042 rəngi-ağ) kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmiş və ipoteka ilə yüklü edilmiş minik avtomobili 18200 manat məbləğində qiymətlən dirilmişdir. 3. "X2 Edilməsi Agentliyi” MMC-si tərəfindən verilmiş hesabdan çıxarışa əsasən, Cavabdeh kredit üzrə 7115.07 manat əsas borcu, 1097.48 manat faiz borcu vardır. 4. "X2 Edilməsi Agentliyi” MMC-si tərəfindən 20.11.2020-ci il tarixdə 6056 nömrə ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişə əsasən, bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizə Cavabdeh göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7115.07 manat məbləğində əsas borcun, 1097.48 manat məbləğində faiz borcunun, ümumilikdə 8212.55 manat məbləğində kredit borcunun v ə 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-GM-*** dövlət qeydiyyat nişanlı, “GREAT WALL WİNGLE-5” markalı minik avtomobilə (buraxılış ili 2013, Ban-GWDBE172DC675042 rəngiağ) yönəldərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh müqavilə şərtlərini pozaraq, öz üzərinə düşən öhdəlikləri icra etməmiş, nəticədə banka borcu yaranmışd ır.
7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2037/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova) iddia qismən təmin edilmiş, Cavabdeh kredit müqaviləsi üzrə 7115.07 manat məbləğində əsas borc, 1097.48 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 8212.55 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulması, tələbin Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş 99- GM304 dövlət qeydiyyat nişanlı, “GREAT WALL WİNGLE-5” markalı avtomobilə (buraxılış ili 2013, Ban-GWDBE172DC675042 rəngi-ağ) yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavab deh qaytarılması və iddia tələbinin “satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə əksik qalan borc məbləğinin cavabdeh X1 tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi” hissəsində təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə iclasında çıxış edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsi və iddia müddətinin keçməsi səbəbindən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsi mülki işdə olan sübutlarla müəyyən etmişdir ki, "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh arasında 622G saylı kredit müqaviləsi 29 dekabr 2013-cü il tarixdə 48 ay müddətinə bağlanmış, həmin müqavilənin bitmə tarixi 29 dek abr 2017-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı tərəfindən həmin müqavilə üzrə öhdəliyin icra edilməməsi ilə bağlı iddia ərizəsi məhkəməyə göndərilməsi üçün 02 dekabr 2020-ci il tarixdə poçt xidmətinə təqdim edilmiş, 07 dekabr 2020-ci il tarixdə isə məhkəmə tərəfindən qəbul edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmədiyindən iddia müddətinin tətbiqi barədə vəsatət əsassızdır.
10. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377, 385.1, 386.1, 739.1, 427.3, 442, 445.2.1, 449.4, 449.1, 317.1, 739.2-ci maddələrinə istinadən əsaslandırmışdır.
11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, iddiaçının ona qarşı tələb irəli sürməyə su byektiv hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Talışinski sədrlik edən və məruzəçi, R.Eyvazov və Ş.Məmmədova) 2(103)-7629/2021 nömrəli, 13.09.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2037/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya məhkəməsi mübahisə ilə bağlı 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
14. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi nə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini apelyasiya şikayətinə uyğun əsaslandırmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Maddə.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə münasibətd ə qeyd edir ki, kassatorun iddiaçının hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququ olmaması barədə dəlili iş materialları ilə təkzib olunduğu üçün formal mülahizə hesab olunmalıdır.
31. Belə ki, işdə olan sənədlərlə təsdiq olunur ki, "xxxx" ASC-nin cavabdehlə bağladığı kredit müqaviləsi üzrə yaranmış borc məbləği problemli kredit kimi iddiaçıya satılmış və bu barədə 10.11.2017-ci il tarixli akt tərtib edilmişdir. Bunu təsdiq edən bütün zəruri sənədlər mülki işə əlavə edilmişdir. 32. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o va xt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
33. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
34. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).
35. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7629/2021 nömrəli, 13 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova