Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8231/2019 27.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, ləğv prosesində olan İddiaçı ASC-nin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC Naxçıvan Mu xtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı təşkilat ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Babək rayon məhkəməsinin 25 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Əliyev, iş № 2(079)-163/2019) iddianın rədd olunması, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi əsassız olduğundan təmin edilməmə si qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Abbasov (məruzəçi), S.Qarayev, Ə.Xıdırov, iş № 2(108)-126/2019) iddiaçı təşkilat ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Siğortalanması Fondunun apelyasiya şikayəti təmin edilməmiş, Babək rayon məhkəməsinin 25 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Ləğv prosesində olan İddiaçı ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Ləğv prosesində olan İddiaçı ASC-nin vəkili Məmmədov Azər Məhəbbət oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmay araq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki ha llarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC-nin 12 saylı filialı ilə X9 arasında 06 sentyabr 2010-cu il tarixli, 962 nömrəli təminatlı kredit müqaviləsi bağlanmışdır. 06 sentyabr 2010-cu il tarixli, 962 nömrəli təminatlı kredit müqaviləsinin təminatı kimi X2 Babək rayonu, Zeynəddin kəndində olan 0,1926 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 45,52 kv.m yaşayış, 62,35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə 06 sentyabr 2010-cu il tarixli, 323 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 493068 nömrəli 28 yanvar 2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X5 03 yanvar 2013-cü il tarixdə ölmüşdür. Həmçinin Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 492699 nömrəli 02 aprel 2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X9 21 mart 2013-cü il tarixdə ölmüşdür. Babək Rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 11 noyabr 2016-cı il tarixli qanun üzrə vərəsəl ik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən Cavabdeh X2 qanun üzrə tək vərəsəsidir. Apelyasiya instansiyası məhkəməsi qətnaməsində həmçinin göstərmişdir ki, “iddiaçının apelyasiya şikayətindəki 03 avqust 2016-ci il tarixli məktubun A.A.Məmmədov tərəfindən imzalanması, Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli 4/1 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyasının ləğv edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 fevral 2016-cı il tarixli, 2-1(81)-1404/2016 saylı qərarı ilə İddiaçı ASC-nin müflis elan edilməsi, Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi, “Banklar haqqında” 2004-cü il 16 yanvar tarixli Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsində qeyd edilən Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olması, İddiaçı ASC-nin 01 fevral 2016-cı il tarixində müflis elan edilməsi və Əmanətlərin Sığortalanması Fondunun ləğvedici təyin edilməsi, belə olan təqdirdə 01 fevral 2016-cı il tarixindən etibarən İddiaçı ASC-nin adından Əmanətlərin Sığortalanması Fondu tərəfindən edilən hərəkətlərin hüquqi əhəmiyyət kəsb etməsi, qeyd edilən tarixdən etibarən İddiaçı ASC tərəfindən heç bir sənədin imzalanmaması, bütün sənədlərin yalnız Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri tərəfindən imzalanması, yuxarıda adı çəkilən 03 avqust 2016-ci il tarixli məktubun Əmanətlərin Sığortalanması Fondunun əməkdaşı olmayan şəxs A.A.Məmmədov tərəfindən imz alanması dəlili ilə əlaqədar kollegiya qeyd edir ki, iş materiallarında mövcud olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanlanmış 03 avqust 2016-cı il tarixli, 01/41 nömrəli və Babək Rayon Dövlət Notariat Kontoruna ünvanlanmış 03 avqust 2016-cı il tarixli, 01/42 nömrəli məktublarda X7 İddiaçı ASC-nin Naxçıvan filialı ilə 06 sentyabr 2010cu il tarixdə bağlanmış 962/F12 saylı ipoteka ilə borclu müqaviləsi üzrə heç bir öhdəliyi olmadığı üçün və kredit tamamilə bağlandığı üçün girov qoyulmuş X2 Babək rayonu, Zeynəddin kəndində olan 0,1926 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 45,52 kv.m yaşayış, 62,35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin girovdan azad olunması və evin çıxarışının qaytarılması bildirilmişdir. ” Ape lyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, “iddiaçı apelyasiya şikayətində yuxarıda qeyd olunan məktublarla bağlı etiraz bildirərək X1 həmin məktubları imzalamağa səlahiyyətli olmadığını bildirsə də, bunu təkzib edən sübutları nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya məhkəməsinə təqdim etməmişdir. Buna görə də kollegiya həmin dəlili əsassız hesab edir. İddiaçının Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanladığı məktubdan aydın olur ki, 06 sentyabr 2010-cu il tarixli 962 nömrəli kredit müqaviləsi üzrə borclu öz öhdəliyini yerinə yetirdiyindən iş üzrə iddiaçı qanundan irəli gələn vəzifəsini yerinə yetirməklə Komitəyə 03 avqust 2016-cı il tarixli 01/4T nömrəli məktubla müraciət etmişdir.” Ləğv prosesində olan İddia çı ASC kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “Məhkəmə iddia tələbini ona görə rədd etmişdir ki, İddiaçı ASC tərəfindən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanlanmış 03 avqust 2016-cı il tarixli, 01/41 saylı məktubda 06 sentyabr 2010-cu il tarixli 962 saylı müqavilə üzrə X7 İddiaçı ASC qarşısında öhdəliyi olmadığı üçün X4 Babək rayonu, Zeynəddin kəndində olan 0.1926 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 45.52 kv.m yaşayış, 62.35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin girovdan azad olunması bildirilmişdir. İlk öncə onu vurğulayaq ki, adı çəkilən 03 avqust 2016-cı il tarixli məktub X1 tərəfindən imzalanmışdır. Məlum olduğu kimi A zərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli 4/1 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 01 fevral 2016-cı il tarixli 2-1(81)1404/2016 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. “Banklar haqqında” 2004-cü il 16 yanvar tarixli Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsində qeyd edilir: Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Gördüyümüz kimi İddiaçı ASC 01 fevral 2016-cı il tarixində müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Belə olan təqdirdə 01 fevral 2016-cı il tarixindən etibarən İddiaçı ASC-nin adından Əmanətlərin Sığortalanması Fondu tərəfindən edilən hərəkətlər hüquqi əhəmiyyət kəsb edir. Qeyd edilən tarixdən etibarən İddiaçı ASC tərəfindən heç bir sənəd imzalanmır, bütün sənədlər yalnız Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri tərəfindən imzalanır. Yuxarıda adı çəkilən 03 avqust 2016-c il tarixli məktub Əmanətlərin Sığortalanması Fondunun əməkdaşı olmayan şəxs X1 tərəfindən imzalanmışdır. “Banklar haqqında” 2004-cü il 16 yanvar tarixli Azərbaycan Respublikası Qanununun 71.-ci maddəsinə əsasən ləğvedici həyata keçirir: bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir; bankın əmlakının və sənədlərinin qorunması ü çün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir; bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür; kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür; bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür; istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir; bu Qanunun 79-cu maddəsində müəyyən edilmiş qaydada bankın bağlamış olduğu., müqavilələrin qüvvəsinə xitam verilməsi üzrə tədbirlər görür; tədbirlər planında nəzərdə tutulduğu 1 halda, bankın aktiv və öhdəliklərinin satışını və ya köçürülməsini həyata keçirir; bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müdd ətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir; bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir və bankın adından məhkəmələrdə iddialar qaldırılır....Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi qeyd edilən məktubu sübut qismində qəbul etsələr də, onu qəbul etmək üçün istinad etdikləri dəlilləri qətnamədə qeyd etməmişlər. İddiaçı tərəfindən bütün sübutlar təqdim edilmişdir, lakin cavabdeh tərəfindən təqdim edilən sübut natamamdır. Məktub adi olaraq sübut ola bilməz. X1 sənəd imzalamışsa hüquqi şəxsin adından səlahiyyətini təsdiq edən sənədləri də məktuba qoşma etməli idi. Məhkəmə tərəfindən də məktub sübut kimi qəbul edildiyi zaman ilk öncə məktubun qoşması olan sənədlər araşdırılmalı idi.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, həmin dəlillər işə yenidən apelyasiya qaydasında baxılarkən hüquqi cəhətdən dəyərləndirilməlidir. Belə ki, 1 saylı Bakı İnzibat İqtisad Məhkəməsinin 01 fevral 2016-cı il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edildikdən və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edildikdən sonra İddiaçı ASC tərəfindən imzalanmış məktub mötəbər sübut kimi qəbul edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyin tələblərini pozmuş və həmin prosessual pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilib iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8231/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8231/2019
27.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver