Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-824/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Vəkil oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1ı oğlu və vəkili Vəkil2 oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-5063/2018 saylı, 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cav abdeh1ı oğlundan 17975,68 USD əsas, 2540,95 USD faiz borcu, 194 USD cərimə borcu olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq, cəmi 20710,83 USD məbləğində kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin əvəzinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh1ı oğlunun mülkiyyətində olan Ünvan-də yerləşən 66,1 kv.m ümumi, 43,8 kv.m yaşayış, 22,3 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 56 saylı mənzilə yönəldilməsi, həmin mənzilin 65000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin İddiaçı ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hes abına cavabdehin iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin Cavabdeh1ı oğluna qaytarılması, Ünvan-da yerləşən 66,1 kv.m ümumi, 43,8 kv.m yaşayış, 22,3 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 56 saylı ev açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh1ı oğlu və ailə üzvlərinin həmin evdən çıxarılması, cavabdehin ailə üzvləri ilə birlikdə həmin evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və Cavabdeh1ı oğlu ilə BASC arasında bağlanmış 06 may 2015-ci il tarixli, 138921-CNS-17256 saylı kredit müqaviləsinin ləğv olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 sentyabr 2019-cu il tarixli, 2(105)-1225/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.R.Abasov (sədrlik edən və məruzəçi) A.Ə.Abbasov və Z.İ.Məmmədov) Cavabdeh1ı oğlu tərəfində n verilmiş apellyasiya şikayəti təmin edilməyərək Abşeron Rayon Məhkəməsinin 2(012)-5063/2018 saylı, 02 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, Cavabdeh1ı oğlunun ödədiyi 15 manat dövlət rüsumunun onun özünə aid edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 150 manat pulun Cavabdeh1ı oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına köçürülməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 17975,68 ABŞ dolları əsas, 2540,95 ABŞ dolları faiz borcu, 194,20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20710,83 ABŞ dolları məbləğində kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın cavabdehə məxs us Ünvan evə yönəldilməsi, həmin mənzilin 34000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılaraq satışından əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1ı oğlu və vəkili Vəkil2 oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, kreditor qaydalara əməl etməmiş, əsas, faiz və cərimə borcunu əsassız şişirdərək bu barədə məhkəməyə əsaslandırılmış heç bir sübut təqdim edə bilməmişdir. Hesab edirlər ki, apellyasiya şikayəti üzrə qətnamə qəbul edilərkən ilkin araşdırmalara və sübutlara düzgün qiymət verilməmiş, apellyasiya instansiyası məhkəməsi id diaçı təşkilatın mövqeyindən çıxış edərək maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilib yenidən baxılıb araşdırılması üçün işi Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, Cavabdeh1ı oğlunun məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM- nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2019-cu il tarixli 2(105)-1225/19 nömrəli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunmas ı ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Bank ilə Cavabdeh1ı oğlu arasında bağlanmış girovlu istehlak krediti müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədilə 60 ay müddətinə illik 22 % olmaqla 19300 (on doqquz min üç yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən yaranmış öhdəliyin təmin üsulu kimi cavabdehə məxsus Ünvan 0.025 ha torpaq sahəsində inşa edilmiş 66,1 kv.m. ümumi, 43,8 kv.m. yaşayış, 22,3 kv.m. yardımçı sahədən ibarət olan 1 mərtəbəli, 3 otaqlı 56 nömrəli fərdi yaşayış evi iddiaçı banka ipotekaya qoyulmuşdur. Cavabdeh borcu tam ödəməmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kolle giyası hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1ı oğlu həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizlərin iddiaçıya qaytarılmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitinin alınmasına dair hüququndan istifadə etmiş, lakin cavabdeh müqavilə şərtlərini pozaraq, ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin və faizlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, borclu Cavabdeh1ı oğlunun iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə 17975,68 ABŞ dolları əsas, 2540,95 ABŞ dolları faiz, 194 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20710,83 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, hesabdan çıxarış, o cümlədən ekspert rəyi ilə təsdiq olunur. İş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının rəyinə əsasən rəy üzrə rəqəmlər tələb edilən borc məbləğini cüzi fərqlə üstələyir. Buna görə də apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası, yekun nəticəyə gələrkən iddiaçının tələb etdiyi məbləği əsas götürmüşdür. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə bağlı aşağıdakıları qeyd etmişdir. AR Mülki Məcəlləsini n 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi hüquq normaları düzgün olmuşdur. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kreditor qaydalara əməl etməmiş, əsas, faiz və cərimə borcunu əsassız şişirdərək bu barədə məhkəməyə əsaslandırılmış heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin, qeyd etmişdirlər ki, apellyasiya şikayəti üzrə qətnamə qəbul edilərkən ilkin araşdırmalara və sübutlara düzgün qiymət verilməmiş, apellyasiya instansiyası məhkəməsi iddiaçı təşkilatın mövqeyindən çıxış edərək maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə tələblərin təkzib edilməsi cavabdehin üzərinə düşməklə bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələblərinin təkzib edilməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun « Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1ı oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1225/19 nömrəli 20 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-824/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-824/2020
10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver