Məhkəmə qərarları › İş №2(102)-8291/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8291/2019

26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8291/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Şadiyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2019cu il tarixli 2(108)-159/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Naxçıvan şəhər məhkəməsinin 01 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.D.Allahverdiyev, iş № 2(078)-278/2018) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedic isi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girovun predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 07 dekabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış əsas borc, faiz borcu və cəriməyə görə cəmi 33.849,03 ABŞ dollarının qətnamənin icra olunduğu günə olan məzənnəyə uyğun olaraq manatla iddiaçının xeyrinə tutulması qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2019cu il tarixli qətnaməsi ilə (hakimlər: S.M.Qarayev, Y.S.Qurbanov və V.G.Kuimova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan şəhər məhkəməsinin 01 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 07 dekabr 2012-ci il tarixli kredit müqavi ləsinə əsasən bank tərəfindən Cavabdeh minik avtomobilinin alınması üçün 24 ay müddətinə illik istifadə dərəcəsi 19 faiz olmaqla 24.420 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi həmin avtomobil girov qoyulmuş və bununla əlaqədar bankla borclu arasında həmin tarixdə girov müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibat-İqtisadi məhkəməsinin 01 fevral 2016-cı il tarixli qərarı ilə Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. 2018-ci ilin yanvar ayında Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 60.375.25 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstər məklə həmin məbləğin cavabdehdən tutulması və tutmanın girovun predmetinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək iddia olunan kredit müqaviləsini imzalamamaqla kredit borcundan xəbərsiz olmasını, uzun illər ərzində kreditin ödənilməməsinə baxmayaraq bu barədə ona bildiriş göndərilməməsini, idiaçı tərəfindən iddia müddətinin ötürülməsinə baxmayaraq məhkəmə tərəfindən işin həmin halına düzgün qiymət verilməməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin baxılması üçün Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasın da iddiaçının vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Cavabdeh A.Ə.Əliyev bankla kredit müqaviləsi bağlamaqla kredi ti müəyyən olunmuş müddətdə və qaydada banka qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Müəyyən olunmuşdur ki, cavabdeh kreditin müəyyən olunmuş müddətdə və qaydada qaytarılmasını təmin etməməklə müqavilə üzrə öhdəliyini pozmuşdur. Kassasiya şikayətində cavabdehin müqaviləni imzalaması və kredit götürməsi inkar olunsa da, bu iş materialları ilə təkzib olunur. İşdən görünür ki, cavabdeh bankdan aldığı kreditin hesabına minik avtomobili əldə etmiş və həmin avtomobil onun adına qeydiyyata alınmışdır. Həmin avtomobilin üzərinə id dianı təmin etmə tədbiri kimi həbs qoyulması barədə məhkəmə tərəfindən qərardad qəbul edilmiş və həmin qərardad icra edilmişdir. İşdə cavabdehin müqaviləni imzalamaması və kreditdən xəbərsiz olması barədə nəticəyə gəlmək üçün əsaslar olmadığından kollegiya kassasiya şikayətinin bu barədə olan dəlilini əsassız sayır. İşdən görünür ki, cavabdehin birinci instansiya məhkəməsində işə baxılarkən iştirakının təmin edilməsi üçün qanunda müəyyən olunmuş bütün imkanlardan istifadə olunmuş, lakin o, məhkəməyə getməmiş və iddia müddətinin tətbiqi barədə həmin məhkəməyə ərizə verməmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə əri zə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşdən göründüyü kimi cavabdeh üzrlü səbəblər olmadan birinci instansiya məhkəməsində iştirak etməmiş və müddətin tətbiqi barədə ərizəni apellyasiya qaydasında işə baxan məhkəməyə təqdim etmişdir. Kollegiya hesab edir ki, göstərilən vəziyyətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi üçün qanuni əsaslar olmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya kassasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 20 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar