Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-836/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “əqdin yalan əqd hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğvi, beh müqaviləsinin forması, əqdin etibarsızlığı, yalan əqd) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2(103)5135/2024 nömrəli qətnaməs indən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış 13 iyul 2023-cü il tarixli “İlkin alqı-satqı müqaviləsi”nə əsasən Cavabdeh "xxxx" MMC ilə bağlanmış 22 aprel 2021-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi 34 yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 115 kv.m. olan 3 otaqlı, 39 saylı mənzilinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləridir. Bu müqavilənin predmeti olan əmlakın qiyməti 220000 manat məbləğind ə müəyyən olunmuşdur. Alıcı (İddiaçı) əmlakın qiymətinin 10000 manatını satıcıya (Cavabdeh) ödəmişdir. Alıcı qalan 210000 manat pul məbləğini isə satıcıya 1 ay müddətində ödəməyi öhdəsinə götürür. Satıcı Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi 34 yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 115 kv.m. olan 3 otaqlı, 39 saylı mənzili alıcıya 1 gün müddətində təhvl verməyi və 10 il ərzində əsas alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini öz öhdəsinə götürür. Alıcı isə qeyd olunan əmlaka dair istifadə və sahiblik hüququnu, həmçinin bütün sənədləşdirmə işlərini, çıxarışın alınmasını və 5 il ərzində əsas alqısatqı müqaviləsinin rəsmiləşdirilməsini öz öhdəsinə götürür. Tərəflərin hər biri öz öhdəliyini yerinə yetirməzsə, digər tərəfin müqaviləni dəyişdirmək və çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququ vardır. Tərəflərdən üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək onların iradəsindən asılı olmayan səbəblərdən mümkün olmazsa, satıcı alıcıdan aldıqları vəsaiti geri qaytarır və bu zaman tərəflərin ilkin vəziyyəti bərpa olunur. Həmin müqaviləni Cavabdeh əvəzinə etibarnamə əsasında nümayəndə olan X1 imzalamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 iyul 2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi və cavabdehdən 10000 manatın tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia onunla əsaslandırılm ışdır ki, cavabdehlə iddiaçı arasında 13 iyul 2023-cü il tarixdə ilkin alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, 34 nömrəli yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 115 kv.m. olan 3 otaqlı, 39 saylı mənzilin “Alıcı”ya 1 gün müddətində təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən tərəflərin hər biri öz öhdəliyini yerinə yetirməzsə, digər tərəfin müqaviləni dəyişdirmək və çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququ vardır. Müqavilənin 4.3-cü bəndinə əsasən tərəflər üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək onların iradəsindən asılı olmayan səbəblərdən mümkün olmazsa, satıcı alıc ıdan aldığı vəsaiti geri qaytarır və bu zaman tərəflərin ilkin vəziyyəti bərpa olunur. Cavabdeh tərəfindən mənzil ona təhvil verilməmişdir.
4. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 13 iyul 2023-cü il tarixli müqavilənin yalan əqd olduğunu nəzərə alaraq tərəflər arasında beh müqaviləsinin qaydalarının tətbiq edilməsinə və ilk iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Qarşılıqlı iddia onunla əsaslandırmışdır ki, ilkin iddiaçı iddia tələbinin əsası kimi tərəflər arasında 13 iyul 2023-cü il tarixdə bağlanılmış “İlkin alqı-satqı müqaviləsi”nə istinad etmişdir. Həmin müqavilənin 1-ci və 2.1-ci bəndinə görə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il t arixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi 34 nömrəli yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 115 kv.m. olan 3 otaqlı, 39 saylı mənzilin qiyməti 220000 manat məbləğində müəyyən olunmuşdur. Müqavilənin 2.2-ci bəndinə görə “Alıcı” əmlakın müqavilənin 2.1-ci bəndində göstərilən qiymətinin 10000 manatını “Satıcı”ya bankın notarius hesabına ödəyərək yerdə qalan 210000 manat pulu satıcıya 1 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq alıcı müqavilə üzrə götürdüyü öhdəliyi yerin yetirməmiş, ödənişdən 6 ay sonra cavabdeh sözügedən mənzili alqı-satqı yolu ilə başqa şəxsə satmaqla özgəninkiləşdirmişdir. Tərəflər sözügedən mənzilin alqı-satqısı gedişatında apardıqları danışıqlar, ilkin razıl aşmalar üzrə “beh müqaviləsi” bağlamaq qərarına gəlmişlər. Bununla belə, müqavilə “İlkin alqı-satqı müqaviləsi” kimi rəsmiləşdirilmişdir. 13 iyul 2023-cü il tarixli müqavilə yalançı əqd olaraq etibarsızdır və mübahisəyə “Beh müqaviləsi”nin şərtləri tətbiq edilməlidir. Tərəflər arasında bağlanılmış 13 iyul 2023-cü il tarixli müqavilə əhəmiyyətsiz əqd olmaqla yalan əqddir. Tərəflərin iradə ifadəsi əslində beh müqaviləsi bağlamaq olmuşdur. Lakin notariat ofisi mənzilin dövlət reyestrində qeydiyyata alınmamasını əsas gətirərək beh müqaviləsinin bağlanmasının mümkünsüz olduğunu tərəflərə bildirdikdən sonra hər iki tərəf beh müqaviləsini pərdələyən yalan əqd – ilkin alqı-satqı müqaviləsini bağlamışlar. Tərəflərin danışıqları, yazışmaları, müqavilənin bağlanılması gedişatında iradə ifadələri, eyn i zamanda buna şahid olan şəxslər də təsdiqləyə bilər ki, tərəflər əsl həqiqətdə beh müqaviləsi bağlamaq üçün razılaşmışlar. Tərəflər arasında beh müqaviləsinin bağlanılması faktını, eyni zamanda, 13 iyul 2023-cü il tarixli müqavilənin 3-cü bəndi də təsdiq edir. Həmin bənddən görünür ki, satıcı müqavilə bağlanandan sonra 1 gün müddətində mənzili alıcıya verməli və 10 il ərzində əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməlidir. Alıcı isə mənzilə sahiblik və istifadəni həyata keçirməklə 5 il ərzində əsas alqı-satqı müqaviləsini bağlamalıdır. 3-cü bənddə göstərilən öhdəliklər qanunvericiliyin tələbinə zidd, eyni zamanda absurd (müqavilə şərtlərinə görə mülkiyyətçi Cavabdeh mənzilini 10000 manat pulun müqabilində azı 5 il müddətinə itirmiş olur ki, bu Konstitusiya ilə müdafiə edilən mülkiyyət h üququnun kobud pozulması deməkdir) olmaqla tərəflərin həqiqi iradə ifadəsini əks etdirmir. Tərəflər arasında belə razılaşma heç bir zaman olmamış, onlar yalnız beh müqaviləsinin bağlanması barədə razılığa gəlmişlər. Eyni zamanda İddiaçı öhdəliyini vaxtında icra etməyəcəyi təqdirdə ödəmiş olduğu behdən məhrum olacağı da öncədən bildirilmişdir. Tərəflər beh müqaviləsi bağlamaq barədə razılığa gəlmiş, danışıqlar aparmış, müqavilənin şərtlərini müəyyən etmiş, müqaviləni yazılı bağlamaq niyyəti ilə notariat ofisinə müraciət etmişlər. Lakin Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, 34 saylı yaşayış binasının yanında inşa edilən yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 115 kv.m. olan 3 otaqlı, 39 saylı mənzilin dövlət reyestrində qeydiyyatının olmamasını əsas gətirərək beh müqaviləsini rəsmiləşdirməmişdir. Bundan sonra tərəflər öz aralarında yalan əqd kimi ilkin alqı-satqı müqaviləsini bağlamaq barədə qərara gəlmişlər.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(003)-959/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.Qəhrəmanov) ilk iddianın təmin edilməsi, Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış, notariat qaydasında təsdiq edilmiş, reyestrdə 3M-2754 № ilə qeyd edilmiş, 13 iyul 2023-cü il tarixli “İlkin alqı-satqı müqaviləsi”nin ləğv edilməsi, Cavabdeh 10000 manat pulun alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər 13 iyul 2023-cü il tarixli “İlkin alqı-satqı müqaviləsi” bağlamış, mü bahisəli mənzilin gələcəkdə satılması üçün əmlakın qiyməti olan 220000 manatın 10000 manatı İddiaçı tərəfindən Cavabdeh ödənilmişdir. Həmin pul məbləğinin ödənilməsini məhkəmə iclasında həm iddiaçı tərəf, həm də cavabdeh tərəf etiraf etmişdir. İddiaçı mübahisəli mənzili alması üçün qalan pul vəsaitini ödəməyə maddi imkanı olmamışdır. Buna görə, həmin müqavilənin 4.3-cü bəndinə əsasən tərəflərin ilkin vəziyyəti bərpa olunmalıdır.
8. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, müqavilədə beh müqaviləsinə aid normalar nəzərdə tutulmamışdır. Həmin müqavilə gələcəkdə daşınmaz əşyanın alqı-satqısı müqaviləsi bağlamaq üçün tərəflər arasında bağlanmış ilkin müqavilədir. Həmçinin həmin müqavilənin 4.3-cü bəndində nəzərdə tutulmuş şərtdə satıcının alıcıdan aldığı vəsaiti geri qay tarması və tərəflərin ilkin vəziyyətinin bərpa olunması barədə şərt nəzərdə tutulmuşdur. Həmçinin, tərəflərin hər hansı müqaviləni pərdələmək niyyəti olmamışdır.
9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2, 402.1, 491.1, 491.2, 646.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı i ddianın isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2(103)5135/2024 nömrəli qətnaməsi ilə (hakim R.Eyvazovun sədrliyi və məruzəsi ilə, hakimlər C.Musayeva və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(003)-959/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, işdə tərəflər arasında bağlanmış ilkin alqı-satqı müqaviləsinin etibarsız olduğunu (yalan əqdin şərtlərini) sübuta yetirmək vəzifəsi onu iddia edən tərəfə aiddir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
13. Buna baxmayaraq, ilkin alqı-satqı müqaviləsinin yalan əqd olduğunu iddia edən cavabdeh yalnız tərəflər arasında beh münasibətlərinin olunduğunu bildirməklə kifayətlənmiş, lakin ilkin alqı-satqı müqaviləsinin əslində hüquq və öhdəliklər əmələ gətirmək niyyəti olmadan, başqa bir əqdi gizlətmək, eləcə də hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq məqsədilə bağladıqlarını (o cümlədən, qarşısında yanlış təsəvvür yaratmağa çalışdıqları üçüncü şəxsin kim olmasını, həmin şəxsin hansı məqsədlə aldadılmasını, bundan əldə ediləcək mənfəətin nədən ibarət olmasını) və s. bu kimi zəruri halların mövcudluğu sübuta yetirə bilməmişdir. Ümumiyyətlə aydın deyildir ki, tərəflərin başqa bir əq di (beh müqaviləsini) gizlətmək, eləcə də hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq məqsədi nədən ibarət olmuşdur, yanlış təsəvvür yaratmağa çalışdıqları üçüncü şəxs və ya şəxslər kimdir, həmin şəxs(lər) hansı məqsədlə aldadılmışdır və s. Cavabdeh tərəf bu istiqamətdə məhkəməyə hər hansı əsaslandırma və sübut təqdim etməmişdir.
14. Bununla yanaşı, cavabdeh iddiaçı ilə nəyə görə məhz beh müqaviləsini bağlaya bilməməsini də əsaslandıra bilməmişdir. Cavabdeh apellyasiya şikayətində notariusun təklifi ilə ilkin alqı-satqı müqaviləsini bağladıqlarını göstərsə də, bu hal vəziyyəti dəyişdirmir. Çünki, istər nəzəri, istərsə də praktiki baxımdan müvafiq beh müqaviləsinin bağlanmasını istisna edən halın mövcudluğu müəyyən olunmamışdır. Belə olan halda isə, əqdin MM-in 340.2-ci maddəsi ilə yalan (əhəmiyyətsiz) hesab edilməsi yolverilməzdir.
15. Cavabdehin istinad etdiyi şahid ifadəsi (tərəflər arasında mənzilin alqı-satqı sahəsində vasitəçilik edən şəxs) də əqdin yalan əqd olması nəticəsinə gəlmək üçün yetərli və əsaslı sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı, şahid ifadəsində ümumi formada tərəflərin mənzilin alqısatqısı və bu məqsədlə beh verilməsi istiqamətində şifahi razılığa gəlmələrini qeyd etmiş, lakin nə yazılı müqavilənin bağlanması, nədə ki, pulun verilməsində bilavasitə iştirak etməməsini qeyd etmişdir. Digər şahid isə cavabdehin yaxın qohumu (qardaşı) olmaqla, açıq-aşkar cavabdehin mənafeyi naminə ifadə vermişdir.
16. Apellyasiya kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçının özünün cavabdeh tərəflə votsapp danışıqlarında beh sözündən istifadə etməsi də vəziyyəti dəyişdirmir. İddiaçı özü də həmin məsələyə münasibətində bildirmişdir ki, o, hüquqi baxımdan deyil, ümumi mənada (sadə vətəndaşlar arasında istifadə edilən söz olaraq) beh sözündən istifadə etmiş, məqsədi razılaşdırılmış 220000 manat pulun 10000 manat hissəsinin ödənilməsini qeyd etmək olmuşdur. Onların arasında yazılı beh müqaviləsi bağlanmamışdır. O, 10000 manat pulu beh kimi deyil, mənzilin dəyərinin bir hissəsi kimi ödəmişdir. İlkin alqı-satqı müqaviləsinə də xüsusi olaraq müvafiq bənd əlavə etmişlər ki, razılaşma baş tutmazsa, ödənilmiş həmin məbləğ qaytarılmalıdır.
17. Apellyasiya instansiyası məhkəməsi cavabdehin digər dəlilinə, iddiaçının vaxtında mənzili almaması ilə bağlı zərərə düşməsi ilə bağlı məsələyə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh qarşılıqlı iddiada zərərlə bağlı hər hansı tələb irəli sürməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası mübahisəyə tələb həddində baxılmasını məqsədə müvafiq hesab etmişdir.
18. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etmişdir ki, hətta tərəflər həqiqətən beh barədə şifahi razılığı gəlmiş olsaydılar belə, yenə də qarşılıqlı iddia əsaslı sayıla bilməz. Çünki, tərəflər arasında notariat qaydasında təsdiq edilmiş müvafiq beh müqaviləsi (ona aid qaydalar – müqavilənin şərtləri və s.) ümumiyyətlə bağlanmamış, bununla da formaya aid tələb pozulmuşdur. Belə olan halda isə Mülki Məcəllənin 491.3-cü maddəsinə (müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda) əsasən, iddiaçı tərəfindən ödənilmiş 10000 manat pul vəsaiti məhz avans sayılır.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 324.5, 337.2, 337.4, 337.5, 340.2, 385.1, 389.2, 402.1, 402.5, 404.1, 405.1, 442, 491.1, 491.2, 491.3-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
20. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyas iya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2(103)-5135/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60, 127, 130-cu, Mülki Məcəllənin 337, 340.2, 491-ci, Mülki Prosessual Məcəllənin 52.2, 106.3, 217-ci maddələri pozulmuşdur.
22. Belə ki, tərəflər arasında bağlanılmış 13 iyul 2023-cü il tarixli müqavilə əhəmiyyətsiz əqd olmaqla, yalan əqddir. Tərəflərin iradə ifadəsi əslində “Beh müqaviləsi” bağlamaq olmuşdur. Lakin notariat ofisi mənzilin dövlət reyestrində qeydiyyata alınmamasını əsas gətirərək, “Beh müqa viləsi”nin bağlanmasının mümkünsüz olduğunu tərəflərə bildirdikdən sonra, hər iki tərəf “Beh müqaviləsi”ni pərdələyən, yalan əqd – “İlkin alğı-satqı müqaviləsi”ni bağlamışlar. Tərəflərin danışıqları, yazışmaları, müqavilənin bağlanılması gedişatında iradə ifadələri, eyni zamanda buna şahid olan şəxslərin ifadələri, habelə ilkin iddia üzrə iddiaçının özünün məhkəmədə etirafı da təsdiq edir ki, tərəflər əsl həqiqətdə beh müqaviləsi bağlamaq üçün razılaşmışlar. Təqdim edilmiş sübutlar tərəflər arasında əsl həqiqətdə beh müqaviləsinin bağlanmasını, danışıqların bu istiqamətdə aparıldığını, qarşılıqlı iddia üzrə cavabdehin bu halı qəbul etdiyini təsdiq etməklə yanaşı, İddiaçı müqavilə öhdəliyini yerinə yetirməmiş, beh kimi ödənilmiş 10000 manat məbləğdən sonra, yerdə qalan 210000 manat məbləğin də pulu 1 ay ərzində ödəməyi öhdəsinə götürsə də, bunu etməmişdir. Beləliklə tərəflər arasında əslində bağlanılmış beh müqaviləsinin şərtini pozmuşdur. Tərəflər arasında beh müqaviləsinin bağlanılması faktını eyni zamanda 13 iyul 2023-cü il tarixli müqavilənin 3-cü bəndi də təsdiq edir. Belə ki, həmin bənddən görünür ki, Cavabdeh müqavilə bağlanan sonra 1 gün müddətində mənzili İddiaçı verməli və 10 il ərzində əsas alğı-satqı müqaviləsini rəsmiləşdirməlidir. İddiaçı isə mənzilə sahiblik və istifadəni həyata keçirməklə 5 il ərzində əsas alğı-satqı müqaviləsini bağlamalıdır. Göründüyü kimi 3-cü bənddə göstərilən öhdəliklər qanunvericiliyin tələbinə zidd, eyni zamanda absurd (belə ki, müqavilə şərtinə görə mülkiyyətçi Cavabdeh mənzilini 10000 manat pulun məbləğində azı 5 il müddətinə itirmiş olur ki, bu Konstitusiya ilə müdafiə edilən mülkiyyət hüququnun kobud pozulması deməkdir) olmaqla, tərəflərin həqiqi iradə ifadəsini əks etdirmir. Tərəflər arasında belə razılaşma heç bir zaman olmamış, onlar yalnız beh müqaviləsinin bağlanması barədə razılığa gəlmişlər. Eyni zamanda İddiaçı öhdəliyini zamanında icra etməyəcəyi təqdirdə ödəmiş olduğu behdən məhrum olacağını da öncədən bilmişdir. Məhkəmə ilkin iddia üzrə İddiaçı birinci instansiya məhkəməsində izahat verərkən beh müqaviləsi ilə bağlı etirafını, onun disk yazılarında olan video etirafını, apellyasiya instansiyasında məhkəmə baxışı iclası gedişində İddiaçı özünə məxsus mobil telefon vasitəsilə sədrlik edənə eşitdirdiyi, onlar tərəfindən təqdim edilməmiş, “Whatsapp” proqramı vasitəsilə bizə göndərmiş olduğu başqa bir səsli mes ajında da yenə tərəflər arasında bağlanılmış müqavilənin beh müqaviləsi olmasını etiraf etməsini, şahidlərin ifadələrini işdə olan digər sübutlarla birgə qiymətləndirərkən maddi hüquq normasının tələbini pozmuş, əqdin yalan əqd, tərəflər arasında bağlanılmış müqavilənin əslində beh müqaviləsi olmasının sübuta yetirilməsinə baxmayaraq, hər hansı ciddi hüquqi əsaslandırma olmadan qarşılıqlı iddianı təmin etməmişdir.
23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apell yasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
26. Apellyasiya məhkəməsinin qətnaməsi kassator tərəfindən bütövlüklə mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəmə sinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3 -cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdiklə ri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxd ıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassas iya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, tərəflər arasında bağlanmış ilkin müqavilənin l əğvi nəticəsində cavabdehin iddiaçı qarşısında öhdəliyinin olmasını müəyyən etmişdir. (bax bənd 12-18)
31. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
32. Kassasiya şikayətinin dəlilləri tərəflər arasında bağlanmış müqavilənin yalan əqd olmaqla, faktiki olaraq beh münasibətlərini pərdələnməsinə yönəldilmişdir.
33. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır və hesab edir ki, mübahisəli müqavilənin yalan əqd kimi qiymətləndirilməsi üçün əsaslar mövcud deyildir.
34. Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarında yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).
35. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərar)
36. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir t ərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
37. Hazırkı işdə kassator qarşı tərəflə arasında bağlanmış müqaviləsinin yalan əqd olmasını, əslində onlar arasında beh münasibətləri tənzimlənməsini iddia etsə də, bu tələbini təsdiq edə n mötəbər və təkzibolunmaz sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim edə bilməmişdir.
38. Əksinə, müqavilənin şərtləri aydın olmaqla, tərəflər arasında ilkin müqavilədən irəli gələn razılaşma baş tutmadığı halda, iddiaçının ödədiyi 10000 manat pulun qaytarılmalı olması qeyd olunmuşdur.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2(103)-5135/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.