Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-838/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə qarşı “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)4598/2024 nömrəli iş üzrə 15 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 13 yanvar 2022-ci il tarixli, 109/K saylı əmrə əsasən iddiaçı xx.xx.2022-ci il tarixdən Agentliyin 1 saylı Təmizləmə qrupuna minaaxtaran vəzifəsinə müvəqqəti, yəni 3 ay müddətinə işə qəbul edilmiş, daha sonra tərəflər arasında qarşılıqlı razılıq əsasında xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsi bağlanmış və iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixidək (6 ay müddətinə) eyni vəzifəyə işə qəbul olunmuş, bu fakt cavabdeh Agentliyin xx.xx.2022-ci il tarixli 830/K saylı əmri ilə rəsmiləşdirilmişdir. 2. “Mə hkəmə Tibbi Ekspertiza və X5” X7 xx.xx.2023-cü il tarixli, 927/FK saylı aktından görünür ki, məhkəmə-kimyəvi tədqiqatının nəticələrinə əsasən, iddiaçıdan götürülmüş sidik nümunəsində ekspress müayinə zamanı “THC” (Tetrahidrokannabinol) aşkar edilmişdir.
3. Cavabdeh Agentliyin xx.xx.2023-cü il tarixli, 11-7/3-1-689Ü/2023 saylı əmrində qeyd edilmişdir ki, aparılan xidməti araşdırma zamanı məlum olmuşdur ki, “Məhkəmə Tibbi Ekspertiza və X5” PHŞ-in 6 nəfər ixtisaslaşmış tibbi heyəti tərəfindən Əməliyyat İdarəsinin Təmizləmə şöbəsinin əməliyyatlara tibbi dəstək üzrə aparıcı mütəxəssisin iştirakı ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Ağdam, Füzuli və Göygöl rayonlarında çalışan əməkdaşlar arasında sidik nümunəsində narkotik və psixotrop maddələrin müayinəsi ekspress testi həya ta keçirilmiş, müvafiq testlərdən keçən əməkdaşların sayı 594 nəfər təşkil etmiş, onlardan 15 nəfərdə pozitiv nəticə aşkar edilmişdir.... Agentliyin struktur bölmələrində əmək intizamının möhkəmləndirilməsi, neqativ hallara bir daha yol verilməməsi və əməkdaşların məsuliyyətinin artırılması üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1276 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsinin 4.10.5-ci yarımbəndini rəhbər tutub, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.3cü maddəsinə uyğun olaraq Agentliyin 1 saylı Təmizləmə qrupunun minaaxtaranları iddiaçı və digərlərinə həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş, əmrin verilməsinə əsas kimi, Agentliyin Əməliyyat İdarə sinin Təmizləmə şöbəsinin əməliyyatlara tibbi dəstək üzrə aparıcı mütəxəssisin, Hüquq şöbəsinin baş mütəxəssisinin xidməti məruzələri və Məhkəmə Tibbi Ekspertiza və X2 müayinə aktları olmuşdur.
4. Cavabdeh Agentiliyin xx.xx.2023-cü il tarixli, 11-7/3-1-822K/2023 saylı əmrindən görünür ki, xx.xx.2023-cü il tarixdən Agentliyin 1 saylı Təmizləmə qrupunun minaaxtaranı vəzifəsində işləmiş iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmiş, əmrin verilməsinə əsas Əməliyyat idarəsi rəisinin xidməti məruzəsi olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Agentliyinə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə mürac iət edərək, onun əvvəlki iş yerinə - cavabdeh Agentliyinin 1 saylı Təmizləmə qrupunun mina axtaran vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə cavabdeh Agentlik tərəfindən ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2003-cü il tarixdən mina axtaran işində işləmiş, 20 il müddət ərzində hər hansı nöqsana yol verməmişdir. Lakin buna baxmayaraq işəgötürənin – cavabdeh Agentliyin rəhbərliyinin təşəbbüsü ilə planlaşdırılmış və qərəzli şəkildə işdən çıxarılmışdır.
7. Belə ki, cavabdeh Agentlik tərəfindən işçilərin kütləvi işdən çıxarılması planlışdırılmış, işində nöqsana yol verən işçilərlə yanaşı düzgün işləyən işçilər də narkotik istifa dəçiləri adı ilə işdən çıxarılmışlar. Agentliyin həkimi tərəfindən iddiaçıya, qanında narkotik vasitə çıxması barədə bildirilmiş və bu barədə sənədə imza etməsini təklif etmişdir. İddiaçı imtina etdikdə isə həmin şəxs iddiaçını ələ almaq məqsədilə ona birlikdə oteldə vaxt keçirilməsini təklif etmiş, bu təklifdən də iddiaçı imtina etdikdən sonra, iddiaçı 10 gün müddətinə məzuniyyətə buraxılmışdır.
8. İddiaçı bu barədə şikayət edəcəyini bildirdikdə isə qanında narkotik maddə çıxması əsası ilə iddiaçıya töhmət verilmişdir.
9. İddiaçı izahatında əsəbə qarşı dərman qəbul etdiyini bildirsə də, təkrar analizə göndərilməmişdir.
10. İddiaçı öz təşəbbüsü ilə analiz vermiş, aldığı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli neqativ analiz cavablarını cavabdeh Agentliyə təqdim etməyə cəhd göstərmiş, lakin həmin analiz cavablarını qəbul etmək əvəzinə 13 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə iddiaçını işdən əsassız olaraq çıxarmışlar.
11. İddiaçı bildirir ki, o narkotik aludəçisi olsaydı, onu töhmət verildikldən sonra işə qaytarmazdılar. İşdən çıxarından sonra iddiaçı X3 Bakı Şəhər İdarəsinə müraciət etmişdir. Həmin İdarənin iddiaçının müraciətinə cavabdeh olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17-5/2-2-16640/2/2023 saylı məktubunda bildirilmişdir ki, iddiaçı ilə cavabdeh Agentlik arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanaraq iddiaçı işə qəbul olunmuş, əmək müqaviləsinə qarşılıqlı razılıq əsasında xx.xx.2022-ci il tarixdə dəyişiklik edilərək, qeyd olunan müqavilənin müddəti 6 ay müəyyən edilmiş, xx.xx.2023cü i l tarixdə əmək müqaviləsinə xitam verilmişdir.
12. İddiaçı bildirir ki, məktubda qeyd olunduğu kimi əgər xx.xx.2022-ci il tarixdə 3 ay müddətinə bağlanan əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə 6 ay müddətinə uzadılmışdırsa, o halda onun müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə başa çatmış olmalı idi. Lakin iddiaçını işdən çıxararkən hansı müqaviləyə xitam verilidiyi qeyd olunmamışdır. Belə görünür ki, müddət xx.xx.2022-ci il tarixdə başa çatmış olsa da, iddiaçı işini davam etdirməli olmuşdur. İddiaçı 20 il fasiləsiz həmin müəssisədə işlədiyindən, onun əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1 və 45.5 maddələrinin tələbinə əsasən, müddətsiz müqavilə hesab olunur və buna görə də işəgötürənin müddətin bitməsinə görə iddiaçını Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi ilə işdən çıxarması yolverilməzdir.
13. Bunlardan başqa, iddiaçı işdən çıxarılması ilə bağlı müvafiq dövlət təşkilatlarına etdiyi müraciətlərin cavablarını aldıqdan sonra mediasiya təşkilatına müraciət etmiş, bununla da üzürlü səbəbdən qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxmış və hazırki iddianı məhkəməyə gec təqdim etmişdir.
14. İddiaçı “iddia müddətinin ötürülməsinin səbəbinin üzürlü hesab edilməsi barədə” ərizə ilə rayon məhkəməsinə müraciət edərək bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə işdən çıxarılmış, bundan sonra, 14 saylı Mediasiya əşkilatına müraciət etmişdir. 14 saylı Mediasiya Təşkilatı 1 aydan çox vaxt ərzində işi ləngitdiyindən o, cavabdeh Agentliyin Füzuli rayon şöbəsinə yaxın ərazidə fəaliyyət göstərən 1 saylı X1 müraciət etmiş və xx.xx.2023-cü il tarix li arayışı aldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
15. Cavabdeh Agentliyin iddia tələbinə qarşı verdiyi etiraz və “iddia müddətinin tətbiqi barədə ərizəsi” onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə, Agentliyin 1 saylı Təmizləmə qrupunun mina axtaran vəzifəsinə qəbul olunmuşdur. İddiaçı ilə Agentlik arasında ilk olaraq bağlanmış xx.xx.2023-cü il tarixli, 109/K nömrəli əmrə əsasən “Müddətli əmək müqaviləsi” 3 ay müddətinə bağlanılmışdır.
16. Sonraki dövrdə “Müddətli əmək müqaviləsi” xx.xx.2022-ci il tarixli, 830/K nömrəli əmrlə 6 ay müddətinə bağlanmışdır. Daha sonra müddət Əmək Məcəllənin 73.1-ci maddəsinə əsasən növbəti 6 ay müddətinə uzadılmışdır.
17. İddiaçı ilə bağlanılmış “Müddətli əmək müqaviləsinə” Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı) xitam verilmişdir.
18. Agentlik tərəfindən bölgələrdə əməkdaşların təhlükəsizliyini qorumaq məqsədilə narkoloji testdən keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X8 ilə, Azərbaycan Respublikası Nazirlət Kabinetinin xx.xx.2003-cü il tarixli, 34 nömrəli qərarı ilə təsdiq edilmiş, “Mallar üzrə satınalma müqaviləsi” (2023/BMS-02) bağlanılmışdır. Müqaviləyə uyğun olaraq, həmin Birliyin 6 nəfər ixtisaslaşmış tibbi heyəti tərəfindən, Tibbi məsələlərlə iş sektorunun aparıcı mütəxəssisinin iştirakı ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Ağdam, Füzuli və Göygöl rayonlarında çalışan əməkdaşlar arasında sidik nümunəsində narkotik və psixotrop maddələrin müayinəsi ekspress testi həyata keçirilmişdir.
19. İddiaçıdan götürülmüş sidik nümunəsidən, Birliyin təqdim etdiyi 927/K nömrəli akta əsasən “THC” aşkar edilmişdir. Qeyd olunanlarla bağlı iddiaçıya Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndinin, Agentliyin xx.xx.2022-ci il tarixi, 2608/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Daxili intizam qaydalarının” 4.10 və 6.2-ci yarımbəndlərinin tələblərini pozduğundan, həmin Məcəllənin 186.2-ci maddəsinin bəndinə əsasən xx.xx.2023-cü il tarixli, 11-7/3-1-689Ü/2023 nömrəli əmrlə töhmət intizam tənbeh tədbiri həyata keçirilmişdir.
20. Hər bir halda nəzərə alınmalıdır ki, Agentlik iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinin” müddətinin artırılmasında maraqlı olmamışdır.
21. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı, bu kimi iddia ilə məhkəməyə müraciət etmək üçün A zərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür. Yuxarıda qeyd edilən hallar isə iddianın rədd edilməsi üçün əsasdır.
22. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1783/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi (hakim S.Səlimova) ilə iddianın rədd olunması qət etmişdir.
23. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Agentlik, onunla iddiaçı arasında bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, № 11-7/3-1-822K/2023 saylı əmr verərkən əmək qanunvericiliyinin tələblərinə əməl etmişdir. Həmin əmrin etibarsız hesab edilməsinə əsas ola biləcək hər hansı bir hal məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Agentlik iddiaçı ilə yanaşı digər əməkdaşl arı ilə də müvəqqəti xarakter daşıyan (minaların təmizlənməsi və s.) işlərin görülməsi məqsədi ilə “Müddətli əmək müqavilələri” bağladığından müqaviləsinin müddətini uzadıb-uzatmamaq işəgötürənin – Agentliyin vəzifəsi deyil, hüququ olduğundan, iddiaçı cavabdeh Agentlikdə özünün dediyi kimi 20 il deyil, xx.xx.2022-ci il tarixdən işlədiyindən, Agentlik iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməsi barədə ərzə verdiyindən iddia ərizəsi təmin edilə bilməz.
24. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35, 60, Əmək Məcəlləsinin 11, 42, 45, 47, 68, 73, 83, 84, 186 və 296-cı, Mülki Məcəllənin 372.1, 372.2, 375.2 və 382-ci maddələrinə istinadən əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
25. İddiaçı həmin qətnamədən apellyasiya şika yəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir, əlavə olaraq qeyd olunmuşdur ki, işə baxmış rayon məhkəməsi işin hallarına səhv qiymət vermiş, onları düzgün araşdırmamış və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4598/2024 nömrəli iş üzrə 15 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (M.Məmmədov (sədrliyi və məruzəsi ilə), hakimlər A.İmanov və F.Talışınski) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 mart 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya insta nsiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
29. İddiaçı, onunla cavabdeh Agentlik arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Əmək müqaviləsinə” əsasən 3 ay müddətinə Agentliyin 1 saylı Təmizləmə qrupunun minaaxtaranı vəzifəsinə işə qəbul edilmiş, daha sonra həmin müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İşəgötürənin – Agentliyin təşəbbüsü ilə aparılan xidməti araşdırma zamanı “Məhkəmə Tibbi Ekspertiza və X5” PHŞ-in 6 nəfər ixtisaslaşmış tibbi heyəti tərəfindən Əməliyyat İdarəsinin Təmizləmə şöbəsinin əməliyyatlara tibbi dəstək üzrə aparıcı mütəxəssisi Günay Sadıqovanın iştirakı ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Agentliyin Ağdam, Füzuli və Göygöl rayonlarında çalışan əməkdaşları arasında sidik nümunəsində narkotik və p sixotrop maddələrin müayinəsi ekspress testi həyata keçirilərkən iddiaçı da daxil olmaqla 15 nəfər əməkdaşda pozitiv nəticə aşkar edilmiş, iddiaçı və digərlərinə Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş, iddiaçı cavabdeh Agentliyin bu əmrini mübahisələndirməmişdir.
30. Məhkəmə tərəfindən həmçinin müəyyən olunur ki, tərəflər arasında bağlanmış “Müddətli əmək müqaviləsinin” müddəti bitdiyindən cavabdeh Agentliyin xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2023-cü il tarixdən iddiaçı ilə bağlanılmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.
31. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmr əmək qanunvericil iyinin tələblərinə əməl olumaqla verilmişdir. Belə ki, iddiaçı cavabdeh Agentlikdə xx.xx.2022-ci il tarixdən müddətli əmək müqaviləsi əsasında işə qəbul olunmuş, həmin müddət bir neçə dəfə uzadılmış, müqavilə müddəti bitdiyi tarixdə isə işəgötürən iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməsini müvafiq hesab etməmiş və bu münasibətlərə əmək qanunvericiliyinin ona verdiyi hüquqdan istifadə edərək xx.xx.2023-cü il tarixdən xitam vermişdir.
32. Müddətli əmək müqaviləsinin müddətini uzadıb-uzatmamaq işəgötürənin vəzifəsi deyil, hüququdur.
33. İddiaçı cavabdeh Agentlikdə 20 ildən çox müddətdir ki, işlədiyini bildirsə də, onun bu dəlili əsaslı hesab edilə bilməz. Çünki yuxarıda artıq qeyd edildiyi kimi iddiaçı, xx.xx.2003-cü il tarixdən xx.xx.2022-ci il tarixə kimi X4 X9 Aksiyası komandası nda işləmiş və həmin Təşkilatın xx.xx.2022-ci il tarixli, 04/22 saylı əmri ilə işdən azad olunmuş, hazırkı iş üzrə cavabdeh Agentlikdə isə fəaliyyətinə xx.xx.2022-ci il tarixdən başlamışdır.
34. Cavabdeh Agentlik həmin təşkilatın hüquqi varisi deyildir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1998-ci il tarixli 854 saylı sərəncamı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi yaradılmışdır. Prezidentin xx.xx.2021-ci il tarixli fərmanına əsasən isə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında X8 statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılmışdır.
35. Bu baxımdan da müəyyən edilir ki, cavabdeh Agentliyin xx.xx.2023-cü il tarixli əmri qanuni və əsaslıdır. Əmrin ləğv və ya etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. İddiaçı cavabdeh Agentlik ilə xx.xx.2022-ci il tarixdən etibarən əmək münasibətlərinə daxil olduğundan iddiaçı ilə bağlanmış “Əmək müqaviləsi” müddətsiz bağlanmış müqavilə kimi qiymtləndirilə bilməz. İddia əsassızdır. Rayon məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur.
36. İddia müddətinin iddiaçı tərəfindən ötürülməsinin üzürlü səbəbdən baş veribverməməsini müzakirə edən məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin tələblərinə görə, Əmək Məcəlləsinin 296-cı maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər (maddə 296; hissə 2.). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiy ə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (maddə 296; hissə 3.). 37. 14 saylı Mediasiya Təşkilatının “Mediasiya prosesinin tətbiqi barədə təklifindən” və iddiaçının özünün məhkəməyə verdiyi izahatından məlum olur ki, iddiaçı, onunla cavabdeh arasında yaranmış əmək mübahisəsinin məhkəmədən kənar həlli məqsədi ilə həmin Mediasiya Təşkilatına xx.xx.2023-cü il tarixdə, yəni işdən azad olunduqdan 2 ay 3 gün sonra müraciət etmişdir. Lakin cavabdeh Agentlik Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində qeyd edilən hərəkətlərin onun tərəfindən iddiaçının 14 saylı Mediasiya Təşkilatına müraciət edənə qədər etməsini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya baxışı zamanı Agentliyin təqdim etdiyi “Əmək kitabçalarının qeydiyyatı kitabından” isə müəyyən edilmişdir ki, “Əmək kitabçası” iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir.
38. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı, 14 saylı Mediasiya Təşkilatına müraciət edərkən və hazırkı işin icraatının başlanmasına əsas olmuş iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərkən iddia müddətini ötürməmişdir.
39. İddiaçı iddia müddətini ötürmədiyindən məhkəm ə hesab edir ki, cavabdeh Agentliyin verdiyi “iddia müddətinin tətbiqi barədə” ərizənin və iddiaçı tərəfindən verilmiş “iddia müddətinin ötürülməsinin səbəbinin üzürlü hesab edilməsi barədə” ərizənin təmin edilməsi üçün əsas yoxdur. İşə baxmış Rayon Məhkəməsini iddia tələbini iddianın əsassız olması ilə yanaşı həmçinin iddia müddətinin ötürülməsi əsası ilə də rədd etməkdə haqlı olmamışdır.
40. Buna baxmayaraq birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə iddiaçı tərəfindən cavabdeh Agentliyə qarşı irəli sürülmüş “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbi barədə” iddia tələbini təmin edilməsi və Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayət deyildir, çünki yuxarıda artıq qeyd edildiyi kimi cavabdeh Agentliyin xx.xx.2023-cü il tarixli əmri qanuni və əsaslıdır, əmrin ləğv və ya etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur, iddia əsassızdır, rayon məhkəməsi iddianı əsassız hesab etməkdə haqlı olmuşdur.
41. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 42, 43, 45, 47, 68, 73, 83 və 296-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
42. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
43. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi cavabdeh Agentlik tərəfindən onunla baglanmış xx.xx.2024-cü il tarixli, 11-7/3-1822k/202 3saylı əmrin rəsmi qaydada ona verilməsini araşdırmış, cavabdeh tərəfindən təqdim olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, tərəfindən iddia müddə ötürülməmişdir. Araşdırma xx.xx.2024-cü il tarixli iclasında aparılmışdır. Hakim əvvəlki iclasda xx.xx.2024-cü il tarixli iclasın sonuncu iclas olacağını bildirsədə cavabdeh tərəfin məhkəməyə həmin gün təqdim etdiyi sənədlərdən İddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyi müəyyən olunduğu üçün iclası təxirə salmış,xx.xx.2024-cü il tarixdə isə tamam başqa əsaslarla şikayətin təmin olunmamasına dair qətnamə qəbul etmiş, şikayətdən və Binəqədi Rayon Məhkəməsinin qiymətləndirməsindən kənara çıxmışdır.
44. Apellyasiya məhkəməsi həmçinin o nəticəyə gəlmişdir ki, İddiaçı Mina Təmizləmə agentliyində 20 ildən artıq-xx.xx.2003-cü ildən xx.xx.2022-ci i l tarixə kimi işləmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli fərmanına əsasən isə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında X8 statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradıldığı üçün İddiaçı əvvəlki stajı hazırki, cavabdehə münasibətdə hesablana bilməz. Bakı Apellyasiya Məhkəməsi qəsdən belə nəticəyə gəlib ki, İddiaçı iddia müddətini ötürməsi müəyyən olunmadığı üçün yeni qanuni əsas tapmaq axtarışında olub. Məhz xx.xx.2024-cü il tarixli məhkəmə baxışını sonuncu baxış elan etmiş hakim Məmməd Məmmədov işə baxışı xx.xx.2024-cü il tarixə təxirə salaraq başqa əsaslarla qətnamə qəbul edərək apellyasiya şikayətini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayə tinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanunil iyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
48. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
49. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
50. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
51. Maddə 47. f bəndi. Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər.
52. Maddə 68. 2-ci hissə, b bəndi. Əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər.
53. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
54. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
55. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta b ilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
58. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi r.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kolle giyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
64. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmiş, iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasına dair düzgün nəticəyə gəlmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
65. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı ma ddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
66. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-4598/2024 nömrəli iş üzrə 15 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.