Məhkəmə qərarları › İş №2(102)-84/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-84/2020

14.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-84/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 20 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağdam Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Niftəliyev) İddiaçı Cavabdeh qarşı qızıl əşyaları - əyarı 585, çəkisi 07 qram, qiyməti 350 manat olan bir ədəd üzük, əyarı 585, çəkisi 16 qram, qiyməti 850 manat olan sırğa-üzük dəsti, əyarı 585, çəkisi 05 qram, qiyməti 250 manat olan bir cüt sırğa, əyarı 585, çəkisi 14 qram, qiyməti 600 manat olan bir ədəd «tros» zəncir, çəkisi 29 qram, qiyməti 900 manat olan bir ədəd qədim barmaqcıl, əyarı 585, çəkisi 08 qram, qiyməti 400 manat olan bir ədəd qolbaq, əyarı 585, çəkisi 04 qram, qiyməti 200 manat olan bir ədəd zəncir və ya onların dəyərinin, birgə nikah dövründə alınmış VAZ 2106 markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 2900 manatın tərəflər arasında bölünüb onun payı olan 1450 manat məbləğin alınaraq ona verilməsi barədə tələbi əsassız olduğundan rədd edilmişdir. Gəncə Apellyasiya Məh kəməsinin MK-nın 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən L.Süleymanov, hakimlər E.Xasməmmədov və A.Bayramov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli qətnaməsi birgə nikah dövründə alınmış VAZ 2106 markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 2900 manatın tərəflər arasında bölünüb onun payı olan 1450 manat məbləğində pulun alınaraq ona verilməsi tələbinin təmi edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddianın həmin hissədə qismən təmin edilməsi, birgə nikah dövründə alınmış VAZ 2106 markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 1560 manat məbləğində pulun yarısı, yəni 780 manat məbləğində pulun Cavabdeh alınaraq, İddiaçı verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 20 avqust 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qızıl əşyaları - əyarı 585, çəkisi 07 qram, qiyməti 350 manat olan bir ədəd üzük, əyarı 585, çəkisi 16 qram, qiyməti 850 manat olan sırğa-üzük dəsti, əyarı 585, çəkisi 05 qram, qiyməti 250 manat olan bır cüt sırğa, əyarı 585, çəkisi 14 qram, qiyməti 600 manat olan bir ədəd «tros» zəncir, çəkisi 29 qram, qiyməti 900 manat olan bir ədəd qədim barmaqcıl, əyarı 585, çəkisi 08 qram, qiyməti 400 manat olan bir ədəd qolbaq, əyarı 585, çəkisi 04 qram, qiyməti 200 manat olan bir ədəd zəncir və ya onların dəyərinin, birgə nikah dövründə alınmış VAZ 2106 markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 2.900 manatın tərəflər arasında bölünüb onun payı olan 1.450 manat məbləğin alınaraq ona verilməsi barədə qətn amə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 07.03.1998-ci ildə Ağdam RİH Başçısının Əlimədətli Ərazi Nümayəndəliyində qeydə alınmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 1997-ci il buraxılışlı, VAZ-21065 markalı, ** EZ *** dövlət qey diyyat nişanlı minik avtomobilinin sahibi X3r. Həmçinin iş materiallarında olan 08.08.2012-ci il tarixli etibarnamədən görünür ki, X4 tərəfindən 1997-ci il buraxılışlı, VAZ-21065 markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilini sürücülük hüququ olduqda idarə etmək, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar ərizə vermək və digər hərəkətlərin yerinə yetirilməsi Cavabdeh etibar edilmişdir. Etibarnamə 46 il 7 ay 14 gün müddətində verilmişdir və 22.03.2059-cu il tarixinədək qüvvədədir. Eyni zamanda iş materiallarında olan “xxxx” Bərdə şəhəri X5 Birliyinin mütəxəssisi Rizvan Bahadurovun rəyindən görünür ki, 1997-ci il buraxılışlı VAZ-21065 markalı minik avtomobilinin 2012-ci ildə bazar qiyməti 3,500 manat, 2019-cu ildə isə hazırkı bazar qiyməti 6,500 manat olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini birgə nikah dövründə alınmış VAZ 2106 markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 2.900 manatın tərəflər arasında bölünüb iddiaçının payı olan 1.450 manat məbləğin alınaraq iddiaçıya verilməsi tələbinin təmin edilməməsi hissəsində ləğv edərək, həmin hissədə iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı. İddiaçı iş materiallarında olan izahatında ona cavabdeh və ailəsi tərəfindən toy zamanı nişan üzüyü, sırğa-üzük dəsti və sep, öz anası tərəfindən isə 1 ədəd barmaqcıl üzük hədiyyə edildiyini, 2010-cu ildə bacısının toyu zamanı çə kilmiş 4 ədəd fotoşəkildə qızıllarının bəzilərinin onun istifadəsində olmasının öz təsdiqini tapdığını, 2011ci ildə cavabdehə məxsus avtomobilin qəzaya uğradığını, cavabdehin də 2012-ci ildə ona məxsus qızılları sataraq, VAZ 2106 markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobili aldığını, cavabdehin avtomobili etibarnamə ilə idarə etsə də, avtomobilin faktiki sahibi olduğunu, cavabdeh məhkəmədə nişan üzüyünü sataraq, əməliyyatına sərf etdiyini bildirsə də, onun heç vaxt cərrahi əməliyyat olunmadığını göstərmişdir. Cavabdeh isə iş materiallarında olan izahatında toy zamanı iddiaçıya yalnız 1 ədəd nişan üzüyü hədiyyə etdiyini, həmin üzüyü də özünün kor bağırsaq xəstəliyi zamanı sataraq, appendisit əməliyyatına xərclədiyini, iddiaçının başqa qızıl-zinət əşyasının olmadığını, həqiqətən də 2012-ci ildə VAZ 2106 markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobili aldığını, lakin həmin vaxt alğı-satqı etmədiyini, hazırda da avtomobili etibarnamə ilə idarə etdiyini, həmin avtomobili 2.000 ABŞ dollarına aldığını və həmin vaxt dolların məzənnəsinin 0,78 manat olduğunu, həmin avtomobili iddiaçının qızılları hesabına deyil, Bankdan götürdüyü kredit hesabına aldığını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının izahatında göstərdiyi hallar işin digər halları ilə uyğynluq təşkil edir. Belə ki, cavabdeh iddiaçının 1 ədəd nişan üzüyündən başqa qızıl-zinət əşyasının olmadığını iddia etsə də, iş materiallarında olan 4 ədəd fotoşəkildə 09.04.2010-cu il tarixdə keçirilmiş toy məclisində 1 ədəd sırğa-üzük dəstinin və 1 ədəd sepin İddiaçı istifadəsində olduğu görünür. Bundan başqa, cavabdeh avtomobili iddiaçının qızılları hesabına deyil, bankdan götürdüyü kredit hesabına aldığını göstərsə də, iş materiallarında olan sənədlərdə kreditin məhz avtomobil alınması üçün verilməsi göstərilməmiş, müqavilədə kreditin birgə borcalanlara cəmi 1.800 manat olmaqla, Cavabdeh Cümşiid oğluna 500 manat, X1 500 manat, X2 800 manat kreditin biznes fəaliyyəti üçün verildiyi qeyd edilmişdir. Digər tərəfdən, iş materiallarından müəyyən olunur ki, cavabdeh sözügedən avtomobili 08.08.2012-ci il tarixdə almışdır. Lakin təqdim olunmuş sənədlərdəki kreditlər 08.11.2011-ci il və 02.03.2012-ci il tarixlərdə verilmişdir ki, belə olan halda, cavabdehin BOKT “xxxx” MMC-dən götürülmüş kreditlərin məhz 1997-ci il buraxılışlı, VAZ-21065 markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı minik avtomob ilinin alınması üçün sərf olunmasına dair izahatı təkzib olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1 -ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1 -ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probaüon (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum o lması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Göründüyü kimi iş materialları ilə təstiq olunur ki, tərəflərin birgə nikah dövründə İddiaçı məxsus qızıl zinət əşyaları satılaraq Cavabdeh tərəfindən 1997-ci il buraxılışlı, VAZ-21065 markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı minik avtomobili alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 -ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərədə tutulmayıbsa, onların ümumi birgə mülkiyyətidir. İddiaçı öz iddias ında VAZ 21065 markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə 2.900 manata alındığını qeyd edərək, həmin pulun yarısının alınıb ona verilməsini xahiş etmiş və tələbini “xxxx” Bərdə şəhəri X5 Birliyinin mütəxəssisi Rizvan Bahadurovun 1997-ci il buraxılışlı VAZ-21065 markalı minik avtomobilinin 2012-ci ildə bazar qiymətinin 3.500 manat olması barədə rəyi ilə əsaslandırmışdır. Cavabdehin iş materiallarında olan izahatında isə avtomobil 1997-ci il buraxılışlı köhnə maşın olması, həmin maşının ucuz, yəni 2.000 ABŞ dollarına alınması və həmin vaxt dolların məzənnəsinin 0,78 manat olması qeyd edilmişdir. Məhkəmə kollegiyası VAZ 21065 markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilin 1997-ci il buraxılışlı olmasını nəzərə alaraq, iş materiallarında olan “xxxx” Bər də şəhəri X5 Birliyinin mütəxəssisi Rizvan Bahadurovun rəyini mötəbər sübut növü kimi qəbul etmir və hesab edir ki, sözügedən avtomobilin dəyərinin cavabdehin etiraf etdiyi dəyərdə, yəni 1.560 manat (2.000 ABŞ dolları) məbləğində müəyyən edilərək, onun yarısı olan 780 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni və əsaslıdır.. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 20 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar