Məhkəmə qərarları › İş №2(102)-84/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-84/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-84/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili X1, Cavabdeh1 XXX vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2603/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsin dən Cavabdeh1 xxxxxxtərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə, illik faiz dərəcəsi 17% olmaqla 50 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63.74 kv.m, yaşayış sahəsi 46.74 kv.m, yardımçı sahəsi 17.0 kv.m olan 3 otaqdan ibarət mənzil (bundan sonra – ipoteka predmeti və ya mənzil) Bank qarşısında ipoteka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 öhdəliklərin ödənilməsinin təmin edilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı, öhdəliklərin icrasını təmin etmək məqsədi ilə, tələbin ipoteka predmetinə yönəldilməsi barədə xəbərdarlıq məktubları göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 36 885 ABŞ dolları əsas, 10 002 ABŞ dolları faiz borcu olmaqla cəmi 46 887 ABŞ dolları kredit borcunun, 80,80 manat məhkəmə xərcinin tutulub Banka ödənilməsi, ödəmənin ipoteka predmetinə yönəldilərək həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin borcun əvəzində Banka ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra mənzilin 1 ay ərzində boşaldılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcalan üzərinə düşən öhdəlikləri icra etməyərək kredit müqavilələrinin şərtlərini pozmuş, nəticədə Banka göstərilən məbləğdə borc yaranmışdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixinə Banka olan əsas borcu 36 885 ABŞ dolları, faiz borcu 10 002 ABŞ dolları təşkil edir. “X3” MMC tərəfindən verilmiş xx xxxxxx xx 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi ilə ipoteka predmetinin bazar qiyməti 98000 ABŞ dolları müəyyən edilmişdir. Cavabdeh1 XXX nümayəndəsi birinci instansiya məhəməsində verdiyi izahatında iddia tələbini qismən qəbul etmiş, əmlakın qiymətləndirilməsi barədə rəyə etiraz etmədiklərini, lakin tələb olunan əsas borc və faiz məbləği ilə razı olmadıqlarını qeyd etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1877/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh1 iddiaçının xeyrinə 36 885 ABŞ dolları əsas, 10 002 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 46 887 ABŞ dolları məbləğində borcun ödəniş günü manata məzənnə ilə m anatla, 80,80 manat məhkəmə xərcinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, mənzilin açıq hərracda ilkin satış qiymətinin 98 000 manat müəyyən edilməsi, mənzilin satılması və satışdan əldə ediləcək vəsaitin Cavabdeh1 Banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin Cavabdeh2 qaytarılması, mənzil hərracda satıldıqdan sonra bir ay ərzində sonuncunun mənzili tərk etməsi, əmlakın satışından əldə edilən vəsait iddiaçının pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 manatın cavabdehlərdən müştə rək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 150 manatın "X3" MMC-nin hesabına keçirilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borcalan Bank qarşısında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklərini icra etməmiş, buna görə də onun Bank qarşısında borcu yaranmışdır. İddia tələbini əsas və faiz borcunun tutulması hissəsində əsaslı hesab edən məhkəmə həmin hissədə iddianın tam təmin olunması qənaətinə gəlmişdir. Bununla belə, məhkəmə iddia tələbini ipoteka predmetinin satışından əldə edilən pul vəsaitinin pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi hissəsində qismən təmin edərək qeyd etmişdir ki, mənzilin satışından əldə ediləcək vəsait ca vabdehin Banka olan borcunun ödənilməsinə yönəldilməli və bundan sonra qalan məbləğ ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə, həmçinin hesab etmişdir ki, mənzil hərracda satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2 (ipoteka qoyan) həmin mənzili tərk etməlidir. Məhkəmə baxışı zamanı keçirilmiş qiymətlədirmə ekspertizasının rəyinə əsasən ipoteka predmetinin hazırkı bazar dəyərinin 98 000 manat müəyyən edilməsini nəzərə alaraq məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini həmin məbləğdə təyin etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 269.1, 269.4, 269.5, 295, 296, 298.3, 317, 319.1, 319.4, 319.6, 385.1, 439.7, 442, 443.1, 448.1, 448.2, 458.1, 464.1, 465.2, 462.1, 465.2, 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublika sı Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 39, 59.3.2, 59.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 88, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 apellyasiya şikayəti vermiş, iddiaçı və digər cavabdeh qətnaməni mübahisələndirməmişlər. Ona görə də qətnamənin qanuniliyi və əsaslılığı apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayəti vermiş şəxsə münasibətdə və onun mübahisələndirdiyi həcmdə yoxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2603/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyanta münasibətdə və onun mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli ekspert rəyinə istinad edərək qeyd etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsi cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Ap ellyasiya məhkəməsi tələb edilən borcun düzgün hesablanmaması ilə bağlı apellyantın arqumenti ilə bağlı qeyd etmişdir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, əksinə, ekspert rəyi ilə onun əsas və faiz borclarının məbləğləri müəyyənləşdirilmişdir. Apellyasiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 14.2.1, 385, 386.1, 442, 448.1-ci maddələrinə, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qayta rılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuş, iş üzrə səthi, birtərəfli araşdırma aparılmışdır. Kassator göstərmişdir ki, Bank tərəfindən faiz borcu düzgün hesablanmamışdır. İş üzrə yenidən mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət vardır. Tərəfindən kifayət qədər ödənişlər edilməsinə baxmayaraq ödənişlər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Ona görə də həmin hissədə işə yenidən baxılmalı və ədalətli araşdırılma aparılmalıdır. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmənin gəldiyi nəticə mülki qanunvericilik, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının normativ hüquqi sənədləri ilə ziddiyyət təşkil etdiyindən, tətbiq edilməli olan normalar tətbiq olunmadığından, qətnamə ləğv olunmalıdır. Kassasiya şikayətinin əsası kimi Mülki Məcəllənin 325.1, 422, 442, 448.2, 448.4-cü, MPM-nin 14.2, 88, 106.1-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin təmin olunması, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatl andırılmasına baxmayaraq iş üzrə digər cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya inst ansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İşə apellyasiya qaydasında Cavabdeh1 apellyasiya şikayəti əsasında yalnız borc və faiz borcunun tutulması hissəsində baxıldığı üçün hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı həmin şəxsin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyiş dirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmadığını qeyd edərək, bəzi maddi və prosessual hüquq normalarının mətninə istinad etsə də, maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını göstərməmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 41 7 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 xxxxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2603/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar