Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-841/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq münasibətlərindən irəli gələn mübahisələr; torpaq sahəsinin boşaldılması, özbaşına tutulmuş torpağın qaytarılması, maneələrin aradan qaldırılması; dəymiş maddi və mənəvi zərərin ödənilməsi, ekspert rəyi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "torpaq sahəsindən qanunsuz sahiblik və istifadəsindən azad edilməsi, qanunsuz tikilinin sökülməsi, hasarın əvvəlki vəziyyətə qa ytarılması, torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması, maddi ziyanın və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5121/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər qonşudurlar.
2. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X3 küçəsi, ev 8 A İddiaçı xüsusi mülkiyyətində olmaqla, tam mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmış və mübahisəli torpaq sahəsi daş hasarla hörülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinin qanunsuz sah iblik və istifadədən azad edilməsi, qanunsuz tikilinin sökülməsi, hasarın əvvəlki vəziyyətə qaytarılması, torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X3 küçəsi ev 8A ünvanda yerləşən fərdi yaşayış evinin cənub hissəsində olan torpaq sahəsinin cavabdehin qanunsuz sahiblik və istifadəsindən azad edilməsi, həmçinin cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, fərdi yaşayış evinin hasarının bərpa edilərək əvvəlki vəziyyətə qaytarılması, mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneələrin aradan qaldırılması, eyni zamanda 1000 manat maddi ziyanın, 1000 manat mənəvi ziyanın ödənilməsi, 70 manat hüquqi ya rdıma görə ödənilmiş vəsait və 141 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X3 küçəsi, ev 8A, AR ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2018-ci il tarixli seriya RX ******* №-li çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X3 küçəsi, ev 8A ünvanında olan fərdi yaşayış evi hal-hazırda gündəlik olaraq tərəfindən istifadə olunmadığından cavabdehin qanunsuz hərəkətlərindən sonradan xəbəri olmuşdur. Mülkiyyətində olan fərdi yaşayış evinin torpaq sahəsinin cənub tərəfində bir hissəsini qonşusu Cavabdeh zəbt edərək tikili inşa etmişdir. Cavab dehin qanunsuz hərəkətləri ilə bağlı ilk növbədə cavabdehə öz kəskin iradlarını bildirsə də, torpaq sahəsinin cavabdehin qanunsuz sahiblik və istifadəsindən azad edilməsi, həmçinin cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi, mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneələrin aradan qaldırılması ilə bağlı heç bir müsbət hərəkətlər olmadığından, Bakı Şəhəri Sabunçu Rayonu İcra Hakimiyyətinin Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciət etməli olmuşdur. Nəticədə cavabdehin tikinti işləri dayandırılmışdır. Cavabdeh özünə məxsus olan köhnə evi sökərək yerində yeni ev tikmiş, sona çatdıra bilməsə də, həmin tikinti işləri zamanı ona məxsus evlə iddiaçının evi arasındakı hasarı sökmüş, nəticədə hər iki evin arası açılmış, cavabdeh isə onun evində olan ona məxsus taxtaları xəbəri və razılığı olmadan aparıb tikintidə istifadə etmiş, nəticədə həmin taxtalar uzun müddət çöldə yağışın altında qaldığından yararsız hala düşmüşdür. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra həmin taxtaları gətirib ona məxsus evə qoysalar da, artıq həmin taxtalar istifadəyə yararsızdır. Həmin taxtalar isə 1000 manat dəyərində olmuşdur. Cavabdehin qanunsuz hərəkətlərinə hüquqi qiymətin verilməsi üçün o, ərazi üzrə polis bölməsinə rəsmi müraciət etsə də, mübahisənin mülki məhkəmə icraatında həlli mənə izah edilmişdir. Pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur.
5. Məhkəmə tərəfindən mübahisəli torpağa yerli baxış keçirilmiş və mütəxəssis rəyinə ehtiyac duyulduğundan iş üzrə ekspertiza v ə təkrar ekspertiza təyin olunmuşdur. 6. xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə və xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən torpaq sahəsinin Cavabdeh məxsus torpaq sahəsi ilə ortaq olan daş hasarın bir hissəsinin iddiaya əsasən cavabdeh tərəfindən sökülməsinə baxmayaraq, **********62-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə Cavabdeh tərəfindən hər hansı bir müdaxilə olunmamışdır (tikili tikilməmişdir). 7. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə və xx.xx.2024-cü il tarixli təkrar ekspertizanın rəyinə əsasən müəyyən olunmuşdur ki, torpaq sahəsi faktiki olaraq 336,9 kv.m təşkil edir. Torpaq sahəsi üzərində ümumi sahəsi 107,8 kv.m olan yaş ayış evi mövcuddur. Göstərilən 336,9 kv.m torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 107,8 kv.m olan fərdi yaşayış evi **********62-10301 reyestr nömrəsi ilə X4 xüsusi mülkiyyətindədir, faktiki hasarların yerləşməsinə, fərdi yaşayış evinə dair verilmiş texniki pasportun baş planında göstərilən perimetrik ölçülərinə uyğun koordinatlara nəzərən X4 yerinə müdaxilə olmuşdur. Belə ki, texniki pasportun ziqzaqvari divar hissəsi qonşu tərəfindən sökülərək 11.0 kv.m sahəyə müdaxilə olunaraq tikili tikilməsi müəyyən edilmişdir. Budan başqa bildirilir ki, ilkin ekspertiza ilə hazırkı ekspertizanın nəticələri arasında yaranmış fərqin səbəbi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi n 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəylərinin fərqli olmasıdır.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-186/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia qismən təmin edilərək, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X3 küçəsi ev 8A ünvanda yerləşən fərdi yaşayış evinin cənub hissəsində olan torpaq sahəsinin Cavabdeh qanunsuz sahiblik və istifadəsindən azad edilməsi, həmin ünvanda yerləşən fərdi yaşayış evinin torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, həmin ünvanda yerləşən fərdi yaşayış evinin hasarının bərpa edilərək əvvəlki vəziyyətə qaytarılması və iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 70 manat məbləğində vəsaitin cavabdehd ən alınaraq iddiaçıya qaytarılması, ödənilmiş 141 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, habelə Cavabdeh 100 manat еkspеrtiza xərcinin tutularaq, Dövlət Xəzinədarlığı Agеntliyi, KOD 210005, VÖЕN **********, müxbir hеsab AZ 41 NABZ******************** SWİFT Bik CTRЕAZ 22, Məhkəmə Еkspеrtiza Mərkəzi, VÖЕN **********, AZ 34 CTRЕ ******************** hеsabına köçürülməsi qət olunmuşdur.
9. Birinci instansiyası məhkəməsi ilk öncə müəyyən etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X3 küçəsi, ev 8 tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. O, cavabdehin ona məxsus torpaq sahəsini zəbt edərək tikili inşa etdiyini iddia etdi. Müdaxilənin olub-olmamasının aydınlaşdırılması üçün təyin edilmiş tikinti-texnik i ekspertiza nəticəsində iddiaçıya məxsus torpaq sahəsinə müdaxilənin olmaması barədə rəy təqdim olunmuşdur. Lakin məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, texniki pasportda göstərilən ziqzaqvari divar hissəsi faktiki olaraq mövcud deyil. Bu da cavabdeh tərəfindən müdaxilə etmə ehtimalının olmasının real olduğunu müəyyən etdiyindən məhkəmə təkrar tikinti-texniki ekspertiza təyin etmişdir. Həmçinin məhkəməyə təqdim olunmuş fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus torpaq sahəsi daş hasarla hörülmüşdür.
10. Məhkəmə həmçinin müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçıya məxsusdur və cavabdeh tərəfindən texniki pasportunda göstərilən ziqzaqvari divar hissəsi sökülərək onun sahəsinə müdaxilə olunaraq tikili inşa edilmişdir. Ona görə məhkəmə hesab et mişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X3 küçəsi ev 8A ünvanında yerləşən fərdi yaşayış evinin cənub hissəsində olan torpaq sahəsinin cavabdehin qanunsuz sahiblik və istifadəsindən azad edilməsi, həmçinin cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, fərdi yaşayış evinin hasarının bərpa edilərək əvvəlki vəziyyətə qaytarılması, mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneələrin aradan qaldırılması hissədə iddia təmin edilməlidir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı həyətində olan taxtalara görə 1000 manat maddi ziyanın cavabdehdən tutulmasını tələb etsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə iddia bu hissədə rədd olunmalıdır.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehdən 1000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə tələbini əsaslandırmaq üçün fıziki və mənəvi sarsıntılar keçirməsini, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliyi ilə vurulmuş mənəvi zərər arasında səbəbli əlaqənin olmasını sübut etməlidir. Lakin o, məhkəməyə belə bir sübut təqdim etməmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 157.4-ci; Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84, 111-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.2 və 217.4-cü maddələrinə həmçinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına və "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarına istinad edərək ifadə etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmuş hissəsində iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
15. Apelyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halların əsaslandırılmaması, onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə heç bir müdaxilənin olunmaması, iş üzrə xx.xx.2023-cü il tarixli mütəxəssis və xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə heç bir müdaxilənin olunmamasının müəyyən olunması, həmçinin xx.xx.2024-cü il tarixli mütəxəssis və xx.xx.2024-cü il tarixli ekspert rəyində torpaq sahəsinin zəbt edildiyi deyil, sadəcə müdaxilə edildiyinin vurğulanması, ikinci rəyin ilkin verilən rəylə ziddiyyət təşkil etməsi, məhkəmə tərəfindən bu kimi ziddiyyətli halların araşdırılmaması, heç bir əsas olmadan ikinci dəfə verilmiş ekspert rəyi və mütəxəssis rəyinə əsaslanaraq qətnamə qəbul etməsi ilə qərəzli yanaşmanın nümayiş etdirilməsi, nəticədə onun ədalətli məhkəmə araşdırması hüququnun, fundamental mülkiyyət hüququnun pozulması və s. kimi dəlillərlə əsaslandırılmış, məhkəmə kollegiyasından apelyasiya şikayətinin təmin olunması xahiş edilmişdir.
16. Məhkəmə iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahatla eyni məzmunda izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, iddiaçı ilə qonşudur, əvvəllər iddiaçını tanımamışdır. Onların arasındakı hasar ziqzaqvari olmuş, bir nəfər şəxs ona həmin hissədən hasarı sökərək düz formada yeni hasar çəkməsinə icazə vermişdir. Bu səbəbdən də o, hasarı ziqzaqvari hissədə sökərək düz xətt ilə yenidən inşa etmiş və həmin ərazidə tikinti işlərini başlamışdır. Bir müddət sonra isə iddiaçı etiraz edərək, həmin sahənin mülkiyyətçisi olduğunu ona bildirmiş dir. Hazırda tikinti işləri dayandırılmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı iki ziddiyyətli rəy verilmiş, lakin məhkəmə bu halı tam və hərtərəfli araşdırmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apelyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək, birinci iddia ərizəsində göstərilənlərə, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh açıq-aşkar onun mülkiyyət hüquqlarını pozmuş, onun hasarının bir hissəsini sökərək, həyətinə müdaxilə etmiş, orada tikinti işləri aparmışdır. Birinci instansiya məhkəməsi tam və hərtərəfli araşdırma aparmış, hakim yerində baxış keçirmiş, ekspertiza təyin etmişdir. Cavabdeh özü də onun h asarını sökdüyünü etiraf etmişdir. Texniki pasportdan da həmin hissədə hasarın ziqzaqvari olması görünür. Bu barədə fotoşəkillər də mövcuddur. Lakin, cavabdeh həmin hissədə hasarını sökmüşdür. Birinci dəfə rəy əsaslandırılmadan verilmiş, ikinci rəy isə tam və hərtərəfli olmaqla düzgün verilmişdir. Hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, bu səbəbdən də şikayətin təmin olunmamasını xahiş etmişdir.
18. Məhkəmə iclasında izahat vermiş mütəxəssis E.Nəsirov ilkin rəylə bağlı bildirmişdir ki, o, təqdim olunmuş sənədlər üzrə ilkin rəyi vermiş, texniki pasportda hasarın ziqzaqvari olması, lakin sökülərək düz çəkilməsi və s. bu kimi halları nəzərə almamışdır. Təkrar ekspertiza zamanı isə arxivdə saxlanılan xəritə və koordinatlar nəzərə alınmaqla, bu sahədə daha ixtisaslaşmış mütə xəssis Ş.Məmmədəliyev tərəfindən rəy verilmişdir. Hər iki rəyi və mövcud vəziyyəti nəzərə alaraq hesab edir ki, həqiqətən iddiaçıya məxsus torpaq sahəsinə təkrar rəydə göstərildiyi formada müdaxilə baş vermişdir.
19. Məhkəmə iclasında izahat vermiş mütəxəssis Ş.Məmmədəliyev təkrar rəylə bağlı bildirmişdir ki, idarəyə məxsus baza məlumatlarında mübahisəli sahədə əvvəllər ziqzaqvari hasar olduğu görünmüş, həmin hasarın yeri müəyyən olunmaqla koordinatlara əsasən əminliklə deyə bilir ki, iddiaçıya məxsus sahəyə müdaxilə olmuşdur. O, rəydə müdaxilə olunan sahəni və s. halları konkret qeyd etmişdir.
20. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5121/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin təmin olunmaması və iş üzrə Bakı şəhəri Sabunçu Ray on Məhkəməsinin 2(008)-186/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin apelyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər: Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev).
21. Birinci instansiya məhkəməsinin mövqeyi ilə ümumən razılaşan kollegiya ilk öncə qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən mübahisənin düzgün həll olunması məqsədilə xüsusi bilik tələb edən məsələlərlə bağlı müxtəlif tarixlərdə mütəxəssis və ekspert rəyləri alınmışdır. İlkin ekspert rəyində (xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və xx.xx.2023-cü il tarixli ekspert rəyi) cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə hər hansı müdaxilənin olunmadığı müəyyən olunmuşdur. Lakin, birinci instansiya məhkə məsinin həyata keçirdiyi yerli baxış (yerində müayinə) zamanı müəyyən olunmuşdur ki, divarın texniki pasportda göstərilən ziqzaqvari hissəsi faktiki olaraq mövcud deyildir. İddiaçıya məxsus texniki pasportda göstərilən məlumatlar ekspertiza rəyi ilə uyğun gəlmir. Torpaq sahəsinə və texniki pasporta vizual baxış zamanı açıq-aşkar müəyyən olunur ki, iddiaçıya məxsus torpaq sahəsini cavabdehin torpaq sahəsi ilə ayıran hasar ziqzaq şəkilli formadadır. Lakin, hazırkı vəziyyətdə həmin hasar düz vəziyyətdə inşa edilib və əvvəlki ziqzaqvari hasarın aşırıldığı müəyyən olunur (izləri yerində mövcuddur). Həmin yerdə isə cavabdeh hasara bitişik tikili inşa etmişdir. Hətta yerində müayinədə iştirak edən cavabdeh həmin hasarı sökərək, düz formada inşa etdiyi, həmin ərazidə tikinti apardığını etiraf etmi şdir. Ekspertiza rəyində isə bu məsələlərə ümumiyyətlə qiymət verilməmiş, nəzərdən qaçırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə təkrar tikinti-texniki ekspertiza təyin olunması qərarına gəlmişdir.
22. Kollegiya daha sonra qeyd etmişdir ki, işdən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 14 mart 2024-cü il tarixli mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2024-cü il tarixli təkrar ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsi faktiki olaraq 336,9 kv.m təşkil edir. Torpaq sahəsi üzərində ümumi sahəsi 107,8 kv.m olan yaşayış evi mövcuddur. Göstərilən 336,9 kv.m torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 107,8 kv.m olan fərdi yaşayış evi **********62-10301 reyestr nömrəsi ilə id diaçı X4 xüsusi mülkiyyətindədir. Faktiki hasarların yerləşməsinə, fərdi yaşayış evinə dair verilmiş texniki pasportun baş planında göstərilən perimetrik ölçülərinə uyğun koordinatlara nəzərən iddiaçı X4 yerinə müdaxilə olmuşdur. Belə ki, texniki pasportda göstərilən ziqzaqvari divar hissəsinin qonşu tərəfindən sökülərək 11.0 kv.m sahəyə müdaxilə olunması və tikili tikilməsi müəyyən edilmişdir.
23. Hazırkı halda isə, qətnamənin yoxlanılan hissəsində cavabdehin əsas dəlili qeyd olunan rəylər arasında ziddiyyətin olması, lakin birinci instansiya məhkəməsi tərəfindən bu halın araşdırılmaması olmuşdur.
24. Məhkəmə kollegiyası qeyd edilən dəlillə bağlı ilkin olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, birinci instansiya məhkəməsi təkrar ekspertiza təyin etməklə ilkin ekspertiza ilə razı olmama sını ifadə etmiş, təkrar ekspertizanın təyin olunması barədə 29 noyabr 2023-cü il tarixli qərardadında bunu kifayət qədər əsaslandırmışdır.
25. Bununla bağlı kollegiya qeyd etmişdir ki, ilkin ekspertiza rəyindən sonra məhkəmə tərəflərin iştirakı ilə yerində müayinə keçirmiş, mövcud vəziyyətdə iddiaçının adına verilmiş hüquq müəyyənedici sənədlərlə (texniki pasport, çıxarış) ilkin ekspertiza rəyi arasında uyğunsuzluqların olmasını müəyyən etmişdir. İşdə olan, iddiaçının adına verilmiş çıxarışdan və texniki pasportdan görünür ki, həqiqətən torpaq sahələri arasında hasar ziqzaqvari şəkildə inşa olunmuşdur. İşdə olan video çəkiliş və fotolardan da hasarın ilkin vəziyyəti və sökülmüş sonrakı vəziyyəti, həmin yerdə cavabdeh tərəfindən müəyyən tikinti işlərinin aparılması da açıq-aşkar görünür. E yni zamanda ilkin ekspertiza rəyindən (eləcə də, mütəxəssis rəyindən) açıq-aşkar görünür ki, rəy əsaslandırılmamış, hər hansı koordinat nöqtələri göstərilmədən, ümumi formada müdaxilənin olmaması qeyd edilmişdir.
26. Kollegiya xüsusilə vurğulamışdır ki, cavabdehin özü də iddiaçıya məxsus ziqzaqvari hissədə hasarı sökməsini və düz xətt ilə inşa etməsini, həmin hissədə ev inşa etməyə başladığını inkar etməmiş (bunu həm birinci instansiya məhkəməsində yerli müayinə zamanı, həm də Apelyasiya icraatı zamanı izahatında bildirmişdir), səbəbini isə guya hər hansı bir şəxsin ona belə icazə verməsi kimi əsaslandırmağa çalışmış, lakin bu istiqamətdə də məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, cavabdehin sadəcə ilkin rəyi əsas tutmaqla, qeyd edilənləri inkar etməyə çalışması hüquq dan sui-istifadə olmaqla, yolverilməzdir. Buna baxmayaraq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsində icraat zamanı ilkin və təkrar mütəxəssis rəylərini vermiş Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Ərazi İdarəsinin mütəxəssisləri X2 və X1 məhkəməyə dəvət olunaraq dindirilməsini məqsədə müvafiq hesab etmişdir.
27. Kollegiya yuxarıda qeyd olunanlarla bağlı bildirmişdir ki, mütəxəssislərin izahatlarından da təkrar rəyin tam, hərtərəfli, obyektiv və daha mötəbər olması müəyyən edilir.
28. Kollegiya yekun olaraq müəyyən etmişdir ki, cavabdeh hər hansı qanuni və hüquqi əsas olmadan iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə aralarında olan hasarın bir hissəsini (texniki pasportun ziqzaqvari divar hissəsini) sökərək həmin hissədə tikili inşa etməyə başlamış, bununla da iddiaçıya məxsus 11,0 kv.m torpaq sahəsi cavabdeh tərəfdə qalmaqla, onun tikintisi altına düşmüşdür. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfin izahatı isə özü-özlüyündə iddianın əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bununla yanaşı, cavabdeh daşınmaz əmlaka dair qanuni əşya hüquqlarının mövcudluğuna dair məhkəməyə hər hansı sübut da təqdim etməmişdir.
29. Kollegiya son olaraq qeyd etmişdir ki, belə olan halda, iddiaçı onun mülkiyyət hüququnun pozulmasına səbə b olan halların aradan qaldırılması barədə tələb irəli sürməkdə haqlı olmuşdur.
30. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 71-ci; Mülki Məcəllənin 152.1, 157.2, 157.4; Torpaq Məcəlləsinin 84, 111-ci; Mülki Prosessual Məcəllənin 77.1, 81, 106.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-5121/2024 saylı qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassatorun şikayətinin dəlilləri apelyasiya şikayətinin də lilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
21. Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Maddə 13 (hissə 2). Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
23. Maddə 84 1-ci hissə. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Maddə 84 3-cü hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə öd ənilir.
25. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakı nı geri tələb edə bilər.
28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
30. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qa ydada məhkəmənin depozitinə keçirirlər.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.
38. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
39. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddi a tələblərindən kənara çıxa bilər.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı ol mayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində Apelyasiya instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, akt bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya insta nsiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya instansiyası məhkəməsi tərəfindən tə rəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi Apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmama sına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər Apelyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 49. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş ü zrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
50. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
51. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki h allarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
53. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli 2(103)-5121/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.