Məhkəmə qərarları › İş №2(102)-842/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-842/2023

23.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-842/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsindən çıxarılma, sahənin boşaldılması, iddianın hüquqi əsasını olmaması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, və Cavabdeh5 qarşı “cavabdehlərin zəbt edilmiş qeyri-yaşayış sahəsindən şəxsi əşyalarla birlikdə çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılması” tələb inə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5257/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 1979-1986-cı illər ərzində Səbail (keçmiş 26 Bakı Komissar adına) rayonunun baş memarı vəzifəsində çalışmış və Azərbaycan Memarlar İttifaqının üzvü kimi 26 Bakı Komissar adına rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli qərarı ilə ünvan 1 ünvanında yarımzirzəmidə yerləşən qeyri-yaşayış otağı memarlıq-yaradıcılıq emalatxanası kimi ona istifadəsinə verilmişdir.

2. Cavabdehlər məcburi köçkün kimi həmin qeyri-yaşayış sahəsində məskunlaşıblar.

3. Mübahisə cavabdehlərin q eyr-yaşayış sahəsindən çıxarılması barədədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5, eləcə də sonuncuların xx.xx.2013-cü il təvəllüdlü və xx.xx.2015-ci il təvəllüdlü övladları X3 və X7 ilə birgə qanunsuz zəbt edərək yaşadıqları, lakin iddiaçıya məxsus olan ünvan 2 ünvanındakı yarımzirzəmidə yerləşən qeyri-yaşayış sahəsi olan memarlıqyaradıcılıq emalatxanasından şəxsi əşyaları ilə birgə çıxarılaraq, qeyri-yaşayış sahəsinin boşaldılmaqla iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılıb ki, 1995-ci ilin avqust ayında Füzuli rayonund an olan X9 ailəsi ilə birgə həmin emalatxananın otağının qapısını sındıraraq oranı qanunsuz olaraq zəbt etmiş və orada məskunlaşmışlar. Qeyd olunan memarlıq-yaradıcılıq emalatxanası iddiaçının istifadə və sahibliyindən qeyri-qanuni olaraq X9 və onun ailə üzvləri tərəfindən ələ keçirildiyindən bu qeyri-yaşayış sahəsindən həmin şəxslərin çıxarılması və oranı boşaldılaraq iddiaçıya təhvil verilməsi məhkəmə baxışının predmetidir.

6. Bununla əlaqədar olaraq iddiaçı ötən müddətdə dəfələrlə müvafiq orqanlara müraciət etmişdir və cavabdehlərin emalatxananı boşaltmalarını xahiş etmişdir. Amma əməl olunmayıb.

7. Füzuli rayonunun Babı kəndində qeydiyyatda olmuş X4 ailəsi Bakıya gələrək Yasamal rayonunda 1993-cü ildə məcburi köçkün kimi qeydiyyata alınmış, Yasamal rayonunun ərazisində əvvəlcə A.Şaiq k üçəsi, 15-də, sonra ev 17-də və Tolstoy küçəsi, 41də məskunlaşmışdır. B.Məmmədovun ailəsi Yasamal rayonunda 1993-cü ildən qaçqın kimi qeydiyyatda olmasına və oradan onlara verilən bütün yardımlardan istifadə etmələrinə baxmayaraq, eyni zamanda şəhid atası olması barədə saxta sənədlə Səbail rayon qaçqınlar və məcburi köçkünlər şöbəsində qeyri-qanuni yolla özünü qeydiyyata aldırmışdır. B.Məmmədov ailəsinin Yasamal rayonunda 3 mənzildə məskunlaşdığını, Abşeron rayonu, Xırdalan qəsəbəsində qızının yaşadığını və Füzuli rayonunda qaçqınlar şəhərciyində də çadırı olduğunu gizlədərək, əvvəlcə Səbail rayonunun Şeyx Şamil küçəsi 26-da 1 mənzil zəbt etmiş və oraya oğlunun ailəsini yerləşdirmiş, sonra yenidən Səbail rayonu Nizami küçəsi 10-da 1 mənzil zəbt etmiş və mənzilin sahibləri tərəfindən oradan zorla çıxarılmışdır.

8. Bundan sonra B.Məmmədov 1995-ci ilin avqust ayında yenidən saxta sənədlə Səbail rayon İcra Hakimiyyətindən yeri olmadığını bəhanə gətirərək yer tələb etmiş və Səbail rayon İH-nin QMK şöbəsi onun sənədlərini dəqiq araşdırmadan və harada məskunlaşdığını dəqiq yoxlamadan B.Məmmədovun 8 №-li MİS-in ərazisində yerləşdirilməsinə xx.xx.1995-ci il tarixli 576 №-li məktubla razılıq vermişdir. Nəticədə qeyriqanuni olaraq həmin ailə iddiaçının emalatxanasının qapısını sındıraraq oranı zəbt etmişdir.

9. Səbail rayon İHB-nın müavini Ə.Manafovun apardığı yoxlama zamanı müəyyən olmuşdur ki, bu ailə Səbail rayonu ərazisində Ş.Şamil küçəsindəki 26 №-li evdə 1 otaqlı mənzildə köçkün kimi qeydiyyatdan keçmişdir. İddiaçının müraciətlərinə və aparılan araşdırmaların nəticələrinə əsasən Səbail rayon İH-nin rəhbərliyi xx.xx.1995-ci il tarixli 633 №-li məktubla 8 №-li MİS-nin rəhbərliyinə tapşırıq verilmişdir ki, B.Məmmədovun ailəsinin məskunlaşdırılması üçün göndərilmiş xx.xx.1995-ci il tarixli 576 №-li məktubun icrası dayandırılmaqla etibarsız sayılsın.

10. Qanunsuz əməllərinin qarşısında maneə görməyən və əyri yollarla Bakı şəhərinin mərkəzi rayonlarında 4 mənzil və 1 emalatxana zəbt edən Məmmədovlar ailəsi emalatxanada olan və iddiaçıya məxsus bütün əmlakı və məişət əşyalarını qeyri-qanuni mənimsəmiş və bir hissəsini də məhv etmişlər. İddiaçı cavabdehlərdən emalatxanada olan əmlakını, məişət və iş əşyalarını tələb etsə də, onlar heç nə qaytarmamışlar.

11. Bakı şəhəri Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 8 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2 021-ci il tarixli 0/79 saylı arayışına əsasən X9 bir neçə il əvvəl vəfat etmiş və hazırda sözügedən ünvandakı yarımzirzəmidə onun 7 nəfərdən ibarət ailə üzvləri olan cavabdehlər yaşayırlar.

12. Qeyri-yaşayış sahəsi 1983-cü il tarixli sərəncamla iddiaçıya memarlıq yaradıcılıq emalatxanası kimi verildiyi vaxtdan, həmin sərəncamda qeyd edildiyi kimi 1995ci ilədək müqavilələr bağlanılmış və həmin tarixədək kommunal-xidmətlərlə əlaqədar ödənişləri iddiaçı həyata keçirmişdir. Bununla bağlı müqavilə və qəbzlərin surətləri də vardır. Cavabdehlər heç bir hüquqi əsas olmadan qeyri-yaşayış sahəsini zəbt etmişlər.

13. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.2, 152.3, 157.2, 158.1, 158.4, 164.1, 164.2 və 165.1-ci maddələrinə istinad etmişdir.

14. Birinci instansiya məhkəməsində Cavabde h1 iddiaya etiraz edərk göstərib ki, qeyri-yaşayış sahəsi atası Barata qaçqınkom tərəfindən verilib. Əvvəl Yasamal rayonunda bacısıgildə qalmış, sonra atası icra hakimiyyətinə müraciət etdikdə onlara hazırki sahə verilmişdir. Onlar icra hakimiyyətinin razılığı ilə həmin yerdə yerləşmişlər. Zirzəmi pis vəziyyətdə idi, onlar tərəfindən təmir olunub, iddiaçının orada hər hansı əşyası olmamışdır. İddiaçının bir sənəd var idi, onu da sonradan gəlib aparmışdır. Onlardan əvvəl həmin yer Cəbrayıl rayonundan olan məcburi köçkünə verilmişdi. Baratın 9 uşağı olmuşdur, həqiqətən də onlar Bakı şəhərinin ayrı-ayrı yerlərində olan mənzillərdə məskunlaşmışlar.

15. Birinci instansiya məhkəməsində cavabdeh X5 iddiaya etirazında göstərib ki, yarımzirzəmidə məskunlaşdıqdan bir müddət sonra iddiaçı gəlib orada olan sənədləri götürüb getmişdir. Sonralar iddiaçı bir nəfəri onun yanına göndərmişdir ki, 3000 manat verir, oradan çıxsınlar. Onlar bununla razılaşmamışlar, sonradan iddiaçıya işləməyə başqa yer vermişlər.

16. Birinci instansiya məhkəməsində Cavabdeh3 iddiaya etiraz edərək göstərib ki, həmin yerə məcburi köçkün kimi gələndə onun 8-9 yaşı olmuşdur. Həmin sahə zirzəmi idi. Kiçik bir otaqdan ibarət idi, o da kərpiclə bölünmüşdü. Zirzəmidə yalnız köhnə kitab və dəftər olmuşdur. Zirzəmi su ilə dolu idi, orada emalatxana olmayıb, oranı onlar təmir etmişlər, zirzəminin ilkin və təmirdən sonra vəziyyətini əks etdirən fotoşəkilləri məhkəməyə təqdim edir. Onlar orada məsknulaşanda anası, o, qardaşı və babası olmuşdur. Hazırda həmin zirzəmidə o ailəsi və iki uşağı ilə yaşayır. Uşaqları soyuq olan z irzəmidə asma xəstəliyinə tutulmuşlar, onlara başqa yaşayış sahəsi versələr həmin yeri boşaldarlar. Lakin həmin sahədən başqa, onların yaşayış yerləri yoxdur. Artıq torpaqları işğalda azad olunmuşdur, həmin yerə köçmək fikirləri var, həmin yerdə evlə təmin olunacaqları təqdirdə zirzəmini boşaldacaqlar.

17. Birinci instansiya məhkəməsində Cavabdeh4 iddia tələbini qəbul etməyərək bildirib ki, kiçik vaxtlarından həmin evdə yaşamışdır, ev bərbad vəziyyətdə olmuş, onlar tərəfindən təmir olunmuşdur. Onlara ev verilərsə və təmirə çəkilən xərc onlara qaytarılarsa, həmin evdən çıxacaqlar.

18. Birinci instansiya məhkəməsində şahid X6 göstərib ki, 1985-ci ildən həmin həyətdə yaşayır. Cavabdehlərin qaldıqları zirzəmidə əvvəllər kirayənişinlər yaşamışlar, cavabdehlər orda məskunlaşdığı vaxt isə zirzəmi boş olmuşdur. Mənzildə bir çarpayı, bir stol və stul, sanitar qovşaq kimi yararsız sahə də olmuşdur. Həm qız, həm oğlan uşaqları kirayədə qalmışlar, elə vaxt olurdu ki, qızlar gəlib onlarda qalırdılar ki, zirzəmidə siçovullar var.

19. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxs qismində işə cəlb edilsə də, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir.

20. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(009)2527/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və sonuncuların uşaqları xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 ünvan 2 ünvanındakı yarımzirzəmidə yerləşən qeyri-yaşayış sahəsi olan me marlıq-yaradıcılıq emalatxanasından şəxsi əşyaları ilə birgə çıxarılmaları, qeyri-yaşayış sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi qət edilmişdir. (hakim Şahin Abdullayev)

21. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən edib ki, iddiaçı 1979-1986-cı illər ərzində Səbail (keçmiş 26 Bakı Komissarları adına) rayonunun baş memarı vəzifəsində çalışmış və Azərbaycan Memarlar İttifaqının üzvü kimi 26 Bakı Komissarları adına rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli qərarı ilə ünvan 1 ünvanında yarımzirzəmidə yerləşən qeyri-yaşayış otağı memarlıq-yaradıcılıq emalatxanası kimi iddiaçının istifadəsinə verilmiş və iddiaçı 1995-ci ilə qədər həmin emalatxanadan təyinatı üzrə istifadə etmişdir. Cavabdehlər iddiaçının razılığı və icazəsi olmadan mübahisəli e malatxanada 1995-ci ildə məskunlaşaraq oranı yaşayış üçün yararlı vəziyyətə gətirərək orada yaşamağa başlamışlar və hazırki vaxtadək orada yaşayırlar.

22. Birinci instansiya məhkəməsi ilk növbədə qeyd edib ki, mübahisəli qeyri-yaşayış sahəsi qanuni əsaslarla iddiaçıya məxsusdur və həmin daşınmaz əmlak üzərində onun hüquqları mübahisəsizdir. Həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmasa da, iddiaçının həmin əmlak üzərində gözlənilən mülkiyət hüquqları var. Mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının istifadəsinə verildiyi vaxt qüvvədə olan 1964-cü il tarixli (xx.xx.2000-ci il tarixədək qüvvədə olan) Mülki Məcəllənin 147-ci maddəsinə əsasən mülkiyyətçi pozulmuş hüquqları sahiblikdən məhrum edilmək ilə əlaqədar olmadıqda özünün bütün pozulmuş hüquqlarının mü dafiə edilməsini tələb edə bilər.

23. Beləliklə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin qanuni sahibi kimi həmin əmlak üzərində pozulmuş hüquqlarının bərpasını tələb etməyə subyektiv hüququ var. Cavabdehlər məcburi köçkün kimi mübahisəli qeyri-yaşayış sahəsində Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli məktubu ilə məskunlaşsalar da, həmin məktub Səbail rayon İcra Hakimiyytəi Başçısının xx.xx.1995-c iil tarixli məktubu ilə icraatı dayandırılmaqla etibarsız sayılmışdır. Yəni cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsinə köçməsinə əsas olan sənəd onun verildiyi tarixdən 15 gün keçdikdən sonra etibarsız hesab edilmişdir.

24. Səbail rayon İHB-nın müavini tərəfindən Səbail rayon İcra Hakimiyyətinin Başçısına ünvanlanmış məktubdan görünür ki, xx.xx.1995-ci il tarix li 576 №-li məktubuna əsasən 8 №-li MİS Füzulidən köçkün və şəhid ailəsi olan X1 Şamil küçəsi, 8-də yerləşən emalatxanaya yerləşdirilmişdir. Göstərilən ünvan Azərbaycan Memarlar ittifaqının üzvü İddiaçı yaradıcılıq emalatxanasıdır. Edilən müraciətlərə əsasən Yasamal rayon İcra Hakimiyyəti verilən sorğuya cavab olaraq bildirib ki, köçkün B.Məmmədov həmin rayonun ərazisində A.Şaiq küç.115-də üç otaqlı, A.Şaiq küç.17 – iki otaqlı, Tolstoy küç.41-də bir otaqlı mənzilləri zəbt etmişdir. Daha sonra Xırdalan qəsəbəsində mənzil zəbt etmiş, Füzuli qaçqınlarının məskunlaşdığı çadır şəhərciyində ailəsi üçün palatka almışdır. Səbail rayon ərazisində Ş.Şamil küçəsindəki 26 No-li evdə bir otaqlı mənzildə ailəsi köçkün kimi qeydiyyatdan keçmişdir. Sorğulara alınan cavabdan məlum olur ki, B.Məmmədov Bakı şəhərində eyni vaxtda köçkün və şəhid ailəsi kimi bir neçə yerdən verilən humanitar yardımları və maddi köməklikləri qanunsuz olaraq almışdır. Hazırda rayonun qaçqınlar və məcburi köçkünlər mərkəzi B.Məmmədova verilmiş şəhidlik statusunun düzgünlüyünü yoxlayır. Yuxarıda göstərilənləri nəzərə alaraq xx.xx.1995-ci il tarixli 576 №-li məktubun icrasının saxlanılması haqqında göstəriş verilməsi xahiş edilmişdir”. Sonradan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən 8 №-li Mənzil-İstismar Sahəsinə ünvanlanmış xx.xx.1995-ci il tarixli, 633 №-li məktubunda göstərilmişdir ki, verilən təqdimata uyğun olaraq Füzuli rayonundan məcburi köçkün X9 ilə bağlı məskunlaşmaqdan ötəri göndərilmiş xx.xx.1995-ci il tarixli, 576 №-li məktubun icraatı dayandırmaqla etibarsız sayılmışdır.

25. Birinci instansiya məhkəməsi qeyd edilənlər əsasən belə nəticəyə gəlib ki, cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsində məskunlaşması ilə bağlı 1995-ci ildə qərar qəbul edilsə də, sonradan həmin qərar cavabdehlərin ailə üzvü olan Barat Məmmədovun Bakı şəhərinin bir neçə yerində ayrı-ayrı mənzilləri zəbt etməsi səbəbindən ləğv edilib. Cavabdehlərin mübahisəli zirzəmidə həm iddiaçının iradəsinə zidd olaraq, həm qanuni əsaslar olmadan məskunlaşmaqları müəyyən olunduğu üçün, onların həmin qeyriyaşayış sahəsindən çıxarılması barədə iddiaçı tərəfindən irəli sürülmüş tələb tam əsaslıdır.

26. Birinci instansiya məhkəməsinin gəldiyi qənət ondan ibarət olub ki cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsində yaşaması iddiaçının əmlakın qanuni sahibi kimi Azərbaycan Respublikasının qanunvericili k aktları ilə qorunan hüquqlarını pozduğundan cavabdehlər həmin zirzəmidən çıxarılmalıdırlar və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 1964-cü il tarixli Mülki Məcəllənin 147-ci, Mülki Məcəllənin 157.2, 158.1, 158.4-cü, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5, 17-ci maddələri və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 200 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi Köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydası ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər.

29. Apellyasiya şikayətinin dəlilləri: - qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə cavabdehlərin mübahisəli ünvanda məcburi köçkün kimi məskunlaşmaları, başqa yaşayış yerlərinin olmaması, mübahisə predmeti olan qeyri-yaşayış sahəsindən iddiaçının təyinatı üzrə istifadə edibetməməsini, iddiaçıya məxsus olmasını müəyyən etməyib; - iddiaçıya emalatxana üçün başqa sahənin verilməsi, eyni zamanda iddiaçının həmin sahəni qeyri-qanuni qazanc əldə etmək üçün 1985-1995-ci illərdə müxtəlif şəxslərə kirayəyə verməsi, məhkəmədə ifadə vermiş şahidlərin qonşu kimi iddiaçını qeyri-yaşayış sahəsində görməmələri, orada heç bir emalatxananın olmaması barəd ə ifadələri nəzərə alınmayıb; - iddianın əsassız olması kimi xüsusatlara diqqət yetirilməmiş və hüquqi qiymət verilməmişdir.

30. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi üçüncü şəxslər qismində icraata cəlb olunmuşdur.

31. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin nümayəndəsi apellyasiya şikayətini əsaslı sayaraq bildirmişdir ki, cavabdehlər mübahisəli ünvanda məskunlaşmışlar və həmin ünvana müvəqqəti qeydiyyata alınmışlar. Keçən müddət ərzində cavabdehlərə başqa hər hansı yaşayış sahəsi verilməmişdir. İddiaçının isə mübahisəli qeyri-yaşayış sahəsinə dair əmlak hüquqlarının dövlət qeydiyyatına alınmasına dair sübut yoxdur.

32. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirl iyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi apellyasiya şikayətini əsaslı sayaraq bildirmişdir ki, ünvan 5 ünvanında yerləşən mübahisəli qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmaqla, orada cavabdehlər məcburi köçkün kimi məskunlaşmışlar. Eyni zamanda həmin daşınmaz əmlak üzərində iddiaçının hər hansı əmlak hüquları dövlət qeydiyyatına alınmamış, oranın iddiaçıya icarəyə verilməsinə dair müqavilə bağlanmamışdır. İddiaçının təqdim etdiyi sənədlər isə əsasən 80-ci illərə aiddir. Halbuki, dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin fiziki və hüquqi şəxslərin istifadəsinə, icarəsinə və mülkiyyətinə verilməsi qaydaları qanunvericiliklə tənzimlənmişdir ki, iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin qeyri-yaşayış sahəsinin icarədarı və ya istifadəçisi kimi qəbul edilməməklə bu istiqamətdə onunla hər hansı müqavilə də bağlanmamışdır.

33. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi 15 sentyabr 2022-ci il tarixli məktubla bildirib ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi ilə bağlı iddiaçının hər hansı hüquqları dövlət qeydiyyatına alınmamış, iddiaçı həmin sahənin icarədarı kimi qəbul edilməməklə, onunla qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair əqd bağlanmamışdır.

34. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2(103)-5257/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin olunmamışdır. (hakimlər Rafael Eyva zov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova, Fuad Babayev)

35. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 08 may 2008-ci il tarixli və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarlarına istinad edərək göstərib ki, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir.

36. Bu baxımdan, hazırki m übahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, yəni hazırki vaxtda mübahisəli daşınmaz əmlak üzərində qanuni əmlak hüquqlarının (əşya və ya məhdud əşya hüquqları və s.) mövcudluğunun müəyyən olunub-olunmaması; 2) cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki şərtlər iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) hazırki vaxtda iddianın təmin olunmasına əsasların mövcudluğu, cavabdehlərin məcburi köçkün kimi məskunlaşdıqları sahədən çıxarılmasının demokratik cəmiyyətdə zəruri olub-olmaması, mütənasiblik məsələsidir.

37. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd edib ki, cavabdehlərin Füzuli rayonundan məcburi köçkün kimi ünvan 2 ünvanında yerləşən sahədə (yarımzirzəmi) məskunlaşmaları, 14 may 1998-ci ildən həmin ünvana qeydiyyata alınmaları, hazıki vaxtadək orada yaşamaları işin mübahisəsiz hallarıdır (iddiaçının özü iddia ərizəsində cavabdehlərin 1995-ci ildən həmin sahədə məskunlaşmalarını qeyd etmişdir). Bu hallar işdə olan sənədlərlə (Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş məktublar, arayışlar və s.) tam təsdiq olunur. Belə olan halda birinci instansiya məhkəməsinin cavabdehlərin mübahisəli ünvanda məskunlaşmalarının etibarsız olması barədə mövqeyi əsassız olmaqla, işin halları və təqdim olunmuş sübutlarla uzlaşmır.

38. İddiaçı hazırki iddia tələbində həmin sahənin ona məxsus olmasını iddia edərək, cavabdehlərin oranı qanunsuz zəbt etməsini, bu səbəbdən də qeyri-yaşayış sahəsindən şəxsi əşyaları ilə birlik də çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılmasını xahiş etmişdir. Buna görə də hazırki vəziyyətdə həmin daşınmaz əmlak üzərində iddiaçının qanuni əmlak hüquqlarının mövcudluğu yoxlanılmalıdır. İddiaçı əmlak hüquqlarının mövcudluğu kimi məhkəməyə 26 Bakı Komissarı adına rayonun İcra Komitəsinin xx.xx.1983-cü il tarixli 52/5615 saylı qərarını təqdim etmişdir. Həmin qərarda isə müvafiq sahənin (yarızirzəminin) iddiaçıya məhz yaradıcılıq emalatxanası kimi istifadə etmək üçün icarəsinə verilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, iddiaçı 80-ci illərə aid qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair bir neçə müqavilə təqdim etmişdir (müqavilələrdə icrarə müddəti bir illik müəyyən edilmişdir). 39. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” A zərbaycan Respublikası Prezidentinin 06 sentyabr 1997-ci il tarixli, 629 nömrəli Fərmanına əsasən – Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti dövlət əmlakının sərəncamçısına – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. “İcarə haqqında” Qanunun 4-cü maddəsinə əsasən əmlakı icarəyə vermək hüququ mülkiyyətçiyə, əmlakı icarəyə vermək üçün onun vəkil etdiyi orqanlara, təşkilatlara və fiziki şəxslərə, habelə əmlak üzərində digər əşya hüquqlarına malik olan şəxslərə məxsusdur. Həmin Qanunun 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir.

40. Üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin mə hkəmə sorğusuna cavab olaraq göndərilmiş 15 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi ilə bağlı iddiaçının hər hansı hüquqları dövlət qeydiyyatına alınmamış, iddiaçı həmin sahənin icarədarı kimi qəbul edilməməklə, onunla qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair əqd bağlanmamışdır

41. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 139.1 və 139.3-cü maddələrinə istinadən göstərib ki, iddiaçının mübahisəli sahəyə hazırkı tələbi o halda qorunmağa layiq manafe hesab olunar ki, həmin daşınmaz əmlakın ona məxsus olduğunu, yəni ona münasibətdə faktiki olaraq “mülkiyyətçi” kimi davrandığını sübuta yetirmiş olsun. Buna baxmayaraq, işin müəyyən edilmiş faktiki hallarından iddiaçının sözügedən daşınmaz əmlaka münasibətdə ixtiyar sahibi olması müəyyən olunmur. Bununla yanaşı, qanunvericiliklə dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsinin xüsusi qaydası müəyyən olunmuşdur ki, iddiaçı da bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən də iddiaçının həmin əmlak üzərində gözlənilən mülkiyyət hüquqlarının mövcudluğu ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi qətnamədə ümumiyyətlə əsaslandırmamışdır ki, iddiaçının mübahisəli əmlaka gözlənilən mülkiyyət hüquqlarının qanuni əsasları konrket nədən ibarətdir. Eyni zamanda, iddiaçı tərəf də bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, iddiaçının hazırki vaxtda mübahisəli daşınmaz əmlak üzərində qanuni əmlak hüquqlarının mövcudluğu müəyyən olunm ur. 42. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun, “Qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1993-cü il tarixli, 32 nömrəli Qərarının və “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın normalarından göründüyü kimi, məcburi köçkünlərin sosial müdafiəsi daima diqqət mərkəzində olmuş, bu sahədə müvafiq hüquqi baza yaradılmış, eləcə də ilk növbədə onların məskunlaşdırılması, yaşayış və torpaq sahələri ilə təmin olunmalarının vacibliyi xüsusilə vurğulanmışdır. Lakin, üçüncü şəxs Azərbaycan Respublikası Qaçqın ların və X8 üzrə Dövlət Komitəsinin nümayəndəsinin izahatından da göründüyü kimi cavabdehlərə sonradan hər hansı yaşayış sahəsi verilməmiş, onlar ilkin olaraq məskunlaşdıqları mübahisəli sahədə yaşamaqla davam edirlər. İşin hallarından da aydın olur ki, cavabdeh tərəf məcburi köçkün kimi məskunlaşdığı qeyri-yaşayış sahəsi dövlət mülkiyyətinə aid olmaqla, orada öz vəsaitləri hesabına təmir işləri aparmışdır ki, sonuncuların da hazırki iddia üzrə oradan çıxarılması dövlət tərəfindən təminat verilən hüquqlarının kobud surətlə pozulması ilə nəticələnə bilər. Bu səbəbdən də, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli, 298 n ömrəli Sərəncamının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər.

43. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlər əsasən belə qənətə gəlmişdir ki, cavabdehlərin məskunlaşdıqları sahə iddiaçının xüsusi mülkiyyətində olmadığından, eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının həmin sahəyə dair qanuni əmlak (digər əşya) hüquqlarının da mövcudluğu müəyyən olunmadığından, hazırki iddia üzrə dövlət mülkiyyətində olan həmin sahədən cavabdehlərin çıxarılması demokratik cəmiyyətdə zəruri olmamaqla, buna sıxıcı sosial təlabat da mövcud deyildir. Nəticə etibarilə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.

44. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 139.3-cu, “İcarə haqqında” Qanunun 4, 12-ci maddələri, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1, 17-ci, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddələri, “Qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1993-cü il tarixli, 32 nömrəli Qərarının 8-ci, “Məcburi köçkü nlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 1.3, 1.4-cü bəndləri və Mülki Prosessual Məcəllənin 77.1 və 81-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

46. Kassasiya şikayəti belə əsaslandırılıb; - məhkəmə işin hallarına tam və hərtərəfli qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, işdə olan Füzuli rayon İcra Hakimiyyəti Başçısının Arayatılı kənd İƏDNnin 01 fevral 2022-ci il tarixli 06 №-li arayışından da görünür ki, mərhum X4 Füzuli rayonu Babı kəndində (heç vaxt işğal altında olan ərazi olmayıb) 0,23 ha həyətyanı torpaq sahəsində 120 kv.m. sahəsi olan 2 mərtəbəli evi vardır. Hal-hazırda həmin evdə yaşayış yoxdur və X9 (xx.xx.2001-ci ildə vəfat etmişdir) şəhid ailəsi statusuna malik olmamışdır; - cavabdehlərin mübahisəli emalatxanaya sığınmaları iddiaçının razılığı ilə olmamış, oranın qapısını sındırmaqla məcburi daxil olmaları nəticəsində baş vermişdir. Bunun özü isə məhz iddiaçının həmin emalatxanaya olan mülkiyyət hüququmun pozulmasıdır; - iddiaçının məcburi köçkün olan cavabdehlərin hərəkətlərinə dözümlülük və səbr göstərməsi nəticəsində onların hərəkətləri qadağan olunmalı olan özbaşına hərəkətlərdir. - digər tərəfdən həmin yaradıcılıq emalatxanasının iddiaçının istifadəmə verilməsi ilə bağlı olan icarə müqavilələri 1983-cü ildən 1995-ci ilin dekabr ayının sonuna qədər olan dövrləri əhatə edir. Halbuki, apellya siya məhkəməsinin qətnaməsində isə bu 80-ci illər kimi qeyd olunur. Belə olduğu təqdirdə iddiaçının həm sahiblik, həm istifadə, həm də gözlənilən mülkiyyət hüquqları pozulmuşdur. Cavabdehlərin belə sui-istifadə davranışları isə iddiaçının qanunla qorunmalı olan hüquqlarını pozmuş və indi də pozur. Bütün bunları isə məhkəmə baxışı iclaslarında iddiaçının təqdim etdiyi yuxarıda qeyd olunan arayışlar, qəbzlər, müvafiq icarə müqavilələri də bir daha təsdiq edir; - həmçinin sözügedən emalatxananın iddiaçının istifadəsinə verilməsi ilə bağlı müvafiq icarə müqavilələri vardır, eləcə də icarə haqqının, kommunal xərclərin ödənilməsi barədə müvafiq qəbzlər birinci instansiya məhkəməsində işə baxılarkən iş materiallarına əlavə edilmişdir; - apellyasiya instansiyası məhkəməsinin qətnamədə cavabdehləri n sözügedən qeyri-yaşayış sahəsinə rəsmi qeydiyyata alınmalarının göstərilməsi də yanlışdır. Çünki işdə olan Azərbaycan Respublikası DİN-nin MAPS arayışlarından aydın görünür ki, cavabdehlərin rəsmi pasport qeydiyyatları məhz Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndidir; - cavabdehlərin mövqeyini müdafiə edən şahid Əsgərova Zəminə adlı qadının ifadəsinə münasibətdə isə qeyd olunmalıdır ki, həmin qadın konkret olaraq məhz kimlərin (ad, soyad və s.) orada kirayədə qalmasını dəqiq göstərə bilməmiş və bu da onun öyrədilmiş şahid olması şübhəsini yaratmışdır. Çünki məhkəmə iclasında şahid qismində izahat verən Zəminə Əskərova Cavabdeh1 iş yoldaşı və rəfiqəsidir. Məhkəmə isə qeyd olunanları nəzərə almadan qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Ca vabdehlər kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazlarında işin faktiki hallarına və apellyasiya instansiyası məhkəməsini istinad etdiyi dəlillərə istinad edərək kassasiya şikayətinin təmin olunmadan, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyə ti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “İcarə haqqında” Qanun Maddə

4. Əmlakı icarəyə vermək hüququ mülkiyyətçiyə, əmlakı icarəyə vermək üçün onun vəkil etdiyi orqanlara, təşkilatlara və fiziki şəxslərə, habelə əmlak üzərində digər əşya hüquqlarına malik olan şəxslərə məxsusdur. Maddə

12. İcarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə

1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə

17. Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanun Maddə

5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil ed ilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 sentyabr 1997-ci il tarixli, 629 nömrəli Fərmanı Bənd

1. Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti dövlət əmlakının sərəncamçısına – Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilsin. (Azərbaycan Respublikası Prezidentinin Fərmanı 28 dekabr 2022-ci il tarixli nömrəli 1921 nömrəliFərmanı ilə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri“ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi”sözləri ilə əvəz edilmişdir) “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırı lması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli, 298 nömrəli Sərəncamı Bənd

2. Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. “Qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1993-cü il tarixli, 32 nömrəli Qərarı Bənd

8. Rayon və şəhər icra hakimiyyəti orqanları qaçqın və məcburi köçkü nlərin vəsaitləri hesabına yeni tikilən və bərpa edilən evlərin inşasına dövlət tikinti təşkilatlarının sərbəstləşdirilmiş güclərinin cəlb edilməsi üçün əməli tədbirlər görsünlər. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” Bənd 1.3. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Bənd 1.4. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşay ış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəm ələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

50. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmir. Bu baxımdan apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. İş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.

53. Belə ki, iddia tələbi ünvan 1 ünvanında yarımzirzəmidə yerləşən qeyri-yaşayış sahəsindən cavabdehlərin çıxarılmasından ibarətdir. İddiaçı tələbinin əsası kimi həmin sahənin Bakı şəhəri 26 Bakı Komissarı (indiki Səbail) rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli qərarı ilə ona verilməsinə istinad edib.

54. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə isə iddiaçının istinad etdiyi həmin qərarda müvafiq sahə (yarızirzəminin) iddiaçıya məhz yaradıcılıq emalatxanası kimi istifadə etmək üçün icarəsinə verilib, iddiaçının qeyriyaşayış sahəsinin icarəyə verilməsinə dair təqdim etdiyi müqavilələrdə icra rə müddəti bir illik olub. Həmin sahənin iddiaçının icarəsinə verilməsinə dair əmlakın sərəncamçısı olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarə müqaviləsi yoxdur, üstəlik, qanunvericiliklə dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsinin xüsusi qaydası müəyyən olunmuşdur ki, iddiaçı bu istiqamətdə də məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

55. Bu baxımdan, məhkəmə kollegiyası iddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 35-44-cü bəndlərində əks edilən hüquq dəyərləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Belə ki, həmin bəndlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını işdə olun sübut bazası ə sasında müəyyən etmiş, həmin sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməklə, yuxarıda göstərilən nəticəyə gəlmişdir. Buna görə də kollegiya hesab edir ki, hazırki halda qiymət verilməli olan məsələ kassasiya şikayətini dəlilləridir.

56. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, bu dəlillər apellyasiya məhkəməsinin hazırki qərarın 35-43-cü bəndlərində əks edilən mövqeyi ilə təkzib edilir. Üstəlik, işin faktiki halları ilə bağlı olmaqla iddianın əsasını təşkil edən məhz həmin dəlillərə qiymət verilməsi nəticəsində apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməməli olması nəticəsinə gəlmişdir.

57. Qeyri-yaşayış sahəsinin iddiaçıya qərarla ayrılması, həmin sahəyə dair icarə müqavilələri bağlan ması və iddiaçının mülkiyyət hüququnun pozulması barədə dəlillərə gəldikdə, bu dəlillərə də apellyasiya instansiyası məhkəməsi tam qiymət verib (bax: 38-41ci bəndlər).

58. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5257/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar