Məhkəmə qərarları › İş №2(102)-846/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-846/2023

03.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-846/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əmlak tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2553/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 07 yanvar 2005-ci il tarixli AN-İ ******* №li daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə satıcı İddiaçı Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 5-də yerləşən 42 saylı mənzili 105.995.00 (yüz beş milyon doqquz yüz doxsan beş min) manata alıcı X1. 2. 07 yanvar 2005-ci il tarixli, AN-İ ******* №li daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə satıcı X6 Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 16-da yerləşən 58 saylı mənzili 186.354.000 (yüz səksən altı milyon üç yüz əlli dörd min) manata alıcı Cavabdeh satmışdır.

3. İddiaçı ilə Cavabdeh 03 may 2005-ci il tarixdə nikah bağlamışlar, bu nikahdan tərəflərin iki uşağı doğulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 16-da yerləşən, 3 otaql ı, 58 saylı mənzilin tərəflərin ümumi birgə mülkiyyəti hesab edilərək onların arasında bərabər paylara bölünməsinə dair məhkəmə qətnaməsinin qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ermənistanın Krasnoselo rayonunda anadan olmuş və məlum hadisələrlə əlaqədar olaraq valideynləri ilə birlikdə Azərbaycan Respublikasına gələrək Şəmkir rayonunun Çənlibel kəndində məskunlaşmışdır. Cavabdeh onun doğma dayısı qızıdır. O, uzun müddətdir ki, Bakı şəhərində yaşayır və Bakıda doğulmuşdur. O, Şəmkir rayonu, Çənlibel kəndində valideynlərinin yanında qeydiyyatda olsa da, həddi buluğa çatdıqdan sonra, yəni 1998-ci ildə Bakı şəhərinə gəlmiş və o vaxtdan daimi olaraq Bakı şəhərində yaşamış və burada işləmişdir. O, Bakı şəhərində “Sədərək” Ticarət Mərkəzində işə düz əlmiş və hal-hazıradək orada işləyir. O, işləyib pul topladıqdan sonra 2001-ci ilin 27 aprel tarixində Bakı şəhəri, A.Manafov küçəsi, 5 saylı evin 29.1 kv.m sahəyə malik 1 otaqlı, 42-ci mənzilini alğı-satqı yolu ilə əldə etmişdir. Sonradan maddi imkanları genişləndiyindən və eləcə də ailə qurmaq niyyətində olduğundan daha geniş mənzil əldə etmək istəmiş və bu məqsədlə 2005-ci il yanvar ayında həmin 1 otaqlı mənzili 21.500 (iyirmi bir min beş yüz) ABŞ dollarına satmış və bu məbləğin üstünü düzəldib hazırda cavabdehin qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 16-da yerləşən 3 otaqlı, 58 saylı mənzili alğı-satqı yolu ilə əldə etmişdir. Sözügedən mənzili əldə edərkən onun artıq 25 yaşı tamam olmuşdu və şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi vaxtından iki ay keçmişdi. Mə nzilin satıcısı isə Kanadaya getməli olduğundan tələsik bir vaxtda düşmüşdü. Həmin dövrdə isə şəxsiyyət vəsiqəsi təxminən bir ay müddətinə dəyişdirilirdi. Məhz bu səbəbdən o mənzili öz adına sənədləşdirə bilməmiş və hesab etmişdir ki, artıq cavabdehlə bir ailədirlər və ona görə də həmin mənzili cavabdehin adına rəsmiləşdirmişlər. Cavabdehlə o təxminən 2004-cü ildə dekabr ayında el adəti üzrə nişanlanmış və onların rəsmi nikahları 2005-ci ilin may ayında rəsmiləşdirilmişdir. Sözügedən mənzildə o 2015-ci ildə əsaslı təmir işləri həyata keçirmiş və mənzili “Evrotəmir” etdirmiş və mənzilin təmirinə təxminən həmin dövrdə 30-35 min ABŞ dolları məbləğində vəsait xərcləmişdir. Cavabdehlə ailə qurduqdan sonra onlar bir müddət bir ailə kimi həmin mənzildə yaşamış və həmin mənzildə onlar cavabdehlə b irgə nikahlarından iki oğlan övladları xx.xx.2006-cı il təvəllüdlü Murad və xx.xx.2008-ci il təvəllüdlü Fuad adlı uşaqları doğulmuşdur. Həmin mənzildə onlar təxminən 2016-cı ilin ortalarınadək birgə yaşamış və sonradan cavabdeh onu qeyd edilən mənzildən qovmuşdur. 2014-cü ildə o Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsindəki 4 saylı evin 3 otaqlı 27 saylı mənzilini əldə etmiş və həmin mənzili hal-hazırda onun mülkiyyətində və qanuni istifadəsindədir. Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 16-da yerləşən 58 saylı mənzili əldə etdiyi vaxt Cavabdeh məktəbi yeni qurtarmışdı və ATS-də operator işləyirdi və onun aylıq əmək haqqı təxminən 200-250 AZN təşkil edirdi ki, bu pula da hər hansı bir mənzil əldə etmək mümkün deyildi. Onun valideynlərinin isə belə bir mənzili alıb qızla rına hədiyyə etməyə maddi imkanları yox idi. Hazırda cavabdehin adına olan mənzil yəni Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 16-da yerləşən, 58 saylı mənzil onun cavabdehlə birgə nikahda olduqları dövrdə əldə edilmiş mənzil kimi dəyərləndirilməli və həmin mənzil də onların arasında tən yarı bölünməlidir.

6. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mənzil alınarkən müqavilə onun adına bağlanmışdır. İddiaçı onun atasının maddi imkanının olmadığını bildirsə də, atası Azərbaycan Texniki Universitetində təsərrüfat müdiri, özü isə ATS-də operator deyil, mühəndis vəzifəsində çalışmışdır. Mübahisəli mənzil onun adınadır və birgə nikah dövründə əldə edilməmişdir. Mübahisəli mənzilin təmirini isə 2015-ci ildən əvvəl atası,2015-ci ildə isə iddiaçı ilə birl ikdə həmin mənzildə yaşayarkən birlikdə etdirmişlər. Odur ki, iddia tələbini əsassız hesab edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (hakim F.Mirzəyev) xx.xx.2021-ci tarixli, 2(007)-691/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən 16 saylı evin 58 saylı, 3 otaqlı mənzili tərəflərin birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunmaqla həmin mənzildən tərəflərin payları İddiaçı 5/2 hissədə, Cavabdeh 5/3 hissədə müəyyən edilmiş, qalan hissədə iddia təmin olunmamışdır.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mənzilin 07 yanvar 2005-ci il tarixdə nikahdan əvvəl alınmasına baxmayaraq, mənzilin təmiri tərəflər evləndikdən sonra həyata keçirilmişdir. Mənzili təmir edən ustanın məhkəmə iclasında verdiyi ifadə nəzərə alınmaqla təmirdən sonra mənzilin dəyərinin nəzərəçarpacaq dərəcədə 30-35 min ABŞ dolları civarında artması müəyyən olunur. İddiaçı mənzilin təmirinə vəsait sərf etmiş, bununla da əmlak nikahdan əvvəl əldə edilsə də onun təmir xərcləri ümumi (ailə) büdcədən maliyyələşdiyindən tərəflərin birgə mülkiyyətinə çevrilmişdir. İddiaçı birgə mülkiyyətçi kimi əmlaka hüquqları yaranmışdır.

9. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Cavabdeh birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etməsi barədə İddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir, o cümlədən belə bir hal məhkəmə iclasında da müəyyən edilməmişdir. Bunun əksinə olaraq cavabdehlərin birgə nikahından doğulmuş hər iki uşaq C avabdeh himayəsindədir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikah müddətində əldə etdikləri ümumi birgə mülkiyyətdə olan əmlakdakı payları Cavabdeh 3/5 hissədə, İddiaçı isə 2/5 hissədə müəyyən edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32, 35, 36.1, 36.3, 37.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5, 225.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 88, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin mübahisəli mənzilin bölünüb cavabdeh İddiaçı payının 2/5 hissədə, X3 payının isə 3/5 hissədə müəyyən olunması hissəsində dəyişdirilib, mübahisəli mənzildə tərəflərin paylarının bərabər şəkildə müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, S.M.Abdullayevanın hansı diqqətəlayiq mənafeyini və yaxud yetkinlik yaşına çatmayan uşaqlarının hansı mənafeyini əsas götürsün və ya onun ailənin mənafeyinə zidd olan hansı hərəkətlərini nəzərə alıb bu cür absurd bölgüyə qərar versin. Məhkəmə Kollegiyasının nəzərinə çatdırır ki, iş üzrə cavabdehlə onun birgə nikahdan doğulmuş uşaqlarının ikisi də oğlan uşaqlarıdır, hər ikisi sağlamdır, hər hansı bir fiziki və ya psixoloji çatışmazlıqları yoxdur, birinin 15, digərinin 13 yaşı var. Onların saxlanılması üçün tərəfindən məhkəmənin müəyyən etdiyi məbləğdə aliment ödəyir və ona müraciət olunanda digər ehtiyaclarının ödənilməsinə də çalışır. Cavabdeh S.M.Abdullayevə özü hal hazırda sağlamdır, işləyir və kifayət qədər əmək haqqı alır, onun kənar köməyə və ya yardıma ehtiyacı yoxdur. Cavabdeh hansı diqqətəlayiq mənafeyini məhkəmə əsas götürüb belə bir bölgü aparmışdır.

13. Cavabdeh də apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı öz iddiasını əsaslandırmaq üçün yalançı şahidlər gətirmiş, hadisələri yalandan və öz mənafeyinə uyğun təhrif etmişdir. Həmçinin məhkəmə bilavasitə öz qətnaməsini əsaslandırmaq üçün şahidlərin ifadələrini məhkəmə iclas protokollarında düzgün əks etdirməmişdir. Belə ki məhkəmə qətnaməsindən göründüyü kimi İddiaçı evlənməmişdən qabaq özünə məxsus bir otaqlı mənzili satdığını bildirmiş, daha sonra həmin pulun ü stünü düzəldərək yeni mənzili nişanlısı Cavabdeh adına aldığını bildirmişdir. İş materiallarında olan 07 yanvar 2005-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən göründüyü kimi, İddiaçı Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 5-də yerləşən 42 saylı mənzili 105.995.000 AZM manata (yüz beş milyon doqquz yüz doxsan beş min AZM manata yeni AZN-lə 21.199 manata) X1 ki adına nikah dövründə əldə edilmiş əmlak kimi mənzil qalmasın. İş materiallarında olan 07 yanvar 2005-ci il tarixli, AN-İ ******* nömrəli əmlakın alğı-satqı müqaviləsinin surətinə əsasən satıcı X6 Bakı şəhəri, Nizami rayonu, A. Manafov küçəsi, ev 16-da yerləşən 58 saylı mənzili 186 354 000 AZM manata (yüz səksən altı milyon üç yüz əlli dörd min AZM manata yeni AZN-lə 37 220 manat a) alıcı və iş üzrə Cavabdeh satmışdır. Məhkəmə kollegiyasına bildirilir ki, sözügedən əmlak Cavabdeh mərhum atası X4 tərəfindən bibisi oğlu və kürəkəni İddiaçılə baş tutacaq nikahla əlaqədar hədiyyə və cehiz qismində alınmışdır. Faktiki olaraq məhkəmə tərəfindən ədalətsiz olaraq pay-bölgüsü ilə bölüşdürülmüş əmlak hədiyyə olmaqla yanaşı nikahdan əvvəl alınmışdır. İş materiallarında olan 03 may 2005-ci ildə Bakı şəhəri, Binəqədi rayon VVADQ şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə Cavabdeh arasında nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 393 nömrəli reyestr qeydi aparılmışdır. Bəlli olduğu kimi mənzilin alınma tarixi nikah tarixindən 4 ay əvvələ təsadüf etdiyindən göstərilən xüsusat heç cür mübahisələndirilə bilməz. Xatırlatmaq yerinə d üşərdi ki, yanvar ayında alınmış əmlakın heç bir halda ümumi birgə təsərrüfat aparılmaqla ailə və nikah dövrünə aidiyyəti yoxdur. Nikahın may ayında bağlanması danılmaz faktdır. Məhkəmənin mülahizəsinə əsasən istənilən dövlət və ya digər şəxsə məxsus xüsusi mülkiyyət, həmçinin kirayəyə (icarəyə) götürülmüş əmlak yaxşılaşdırdıqdan və ya cari, yaxud da əsaslı təmir etdiridikdən sonra şəxsin mülkiyyətinə keçməlidir. Bu mülahizə özü-özlüyündə gülüncdür və konstitusiyanın imperativ normalarını pozur. Digər tərəfdən məhkəmə öz qətnaməsində vacib bir məsələni nəzərə almamış və ya almaq istəməmişdir ki, İddiaçı özünə məxsus və nikah dövrünə düşməməsi baxımından adında saxlamaq istəmədiyi Bakı şəhəri, Nizami rayonu. A.Manafov küçəsi, ev 5-də yerləşən 42 saylı mənzili 07 yanvar 2005-ci ildə satmışdı r. Həmin tarixdə edilən alğı-satqı notariat vasitəsi ilə rəsmi qaydada aparılmışdır. Yəni iddiaçının öz haqsız iddiasını əsaslandırmaq üçün gətirdiyi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinin üstündən iki ay keçməsi yalanı tam olaraq üzə çıxır. Çünki elə həmin gün o öz adına olan mənzili özünün iddiasında və məhkəmə qətnaməsinin birinci səhifəsində qeyd edildiyi kimi rəsmi qaydada notarius vasitəsi ilə özgəninkiləşdirdiyindən, sözügedən Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 16-da yerləşən 58 saylı mənzili də şəxsən alacağı halda isə öz adına rəsmiləşdirməsinə hər hansı problem yaranmayacağı aydın olur. Özünün gətirdiyi yalançı şahidlərin isə onun sözlərini təkrarlaması heç də təəccüb doğurmur. Məhkəmə kollegiyasının diqqətinə bir xüsus da çatdırılmalıdır ki iddiaçının öz iddiasını tutarlı və əsaslı etmək üçün yaxşılaşdırma xərcləri kimi göstərdiyi 30-35 min ABŞ Dolları məbləğinin guya ki xərcləndiyi tarix kimi 2015-ci il göstərilib. Halbuki onlar rəsmi nikahda qalmalarına rəğmən nikah pozulan tarixə artıq 6 ildən çoxdur ki birgə təsərrüfat aparmamışlar və birgə yaşamırlar. Bu illər ərzində heç bir halda İddiaçı nə uşaqlarına, nə də ailəsinə hər hansı yardım və ya maddi dəstək göstərməmişdir. Heç uşaqlarının təhsili və ehtiyacları barədə bu 6 il ərzində maraqlanmamışdır. Arada olan bibioğlu-dayıqızı qohumluğuna görə cavabdeh iddiaçıya hər hansı təzyiq göstərməmiş və ya hər hansı bir iddia və tələblə çıxış etməmişdir. Lakin bir daha vurğulanması lazımdır ki yaxşılaşdırma xərcləri kimi göstərilən 35000 dollar iki dəfə devalvasiya olan 2015-ci ilin ortalarına doğru 367 50 AZN, axırlarına doğru isə 54250 AZN edir ki bu qədər məbləğin ümumi sahəsi 56.4 kv.m olan mənzilin təmirinə xərclənməsi real deyildir. Çünki ən azından belə çıxar ki mənzilin hər kvadrat metrinə 1000 AZN pul xərclənmişdir. Buradan da aydın olduğu kimi iddiaçı öz əsassız iddiasını tutarlı etmək üçün yalançı şahidlər gətirmiş və olmayan, həmçinin öz ağlına gələn fantastik bir rəqəmi iddiasında qeyd etmişdir. Hətta getmiş inflyasiyanı və daşınmaz əmlak qiymətlərini nəzərə almasaq belə sözügedən məbləğə indiki qiymətlərlə əmlak bazarından yaxın ərazilərdən mənzil almaq mümkündür. Maraqlı olanı odur ki hal-hazırda sözügedən mənzilin doğurdanda əsaslı təmirə ehtiyacı vardır. Yalançı şahidlər mövzusuna toxunarkən bir maraqlı faktı qeyd etməyi lazım bilirik ki, iş üzrə şahid qismində dindiril miş Şahid2 Osəd qızının ifadəsi məhkəmə protokollarında və yekun qətnamədə düzgün əks etdirilməmişdir. Reallıqda həmin şahid məhkəmə iclasında tamam başqa ifadələr, hakim isə tamam başqa suallar vermişdir. Hətta şahidin düzgün olmayan, bir-birinə təzadlı ifadələr verdiyini görən hakim onu məhkəmə iclas zalından çıxarmışdır. Bu məqam təbii ki olduğu kimi qətnamədə əks etdirilsəydi iddia tam olaraq rədd edilməli idi. Kollegiyanın diqqətini maraqlı bir fakta da yönəltmək istərdilər ki, məhkəmənin xx.xx.2021-ci il tarixli, e2(007)-504/2021 saylı qətnaməsi ilə artıq Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 4, 27 saylı ümumi sahəsi 46 kv.m olan digər mənzil ümumi birgə təsərrüfat aparılan dövrdə alınmasına görə tərəflərin payları məhkəmənin ədalətli saydığı qaydada bölünmüşdür. Halbuki bu mənzilə xüsusi mülkiyyəti dövlət və ali qanunumuz olan konstitusiya tərəfindən qorunur. Qeyd edilən baryerin məhkəmə tərəfindən aşılması və sadəcə mülahizə əsasında nikahdan öncə və ümumi birgə təsərrüfat aparılmayan dövrdə hədiyyə kimi alınan başqasına məxsus əmlakın bölünməsi qanunun imperativ normalarının birbaşa və kobud pozuntusudur.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5539/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev -sədrlik edən və məruzəçi, X.Sarıyev və N.Cəfərov) Cavabdeh apellyasiya şikayəti təmin olunmuş, iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2(007)-691/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla İddiaçı Cavabdeh qarşı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 16-da yerləşən, 3 otaqlı, 58 saylı mənzilin tərəflərin ümumi birgə mülkiyyəti hesab edilərək onların arasında bərabər paylara bölünməsinə dair iddiasının təmin olunmaması, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.

16. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında rəsmi nikah 03 may 2005-ci il tarixdə bağlanmış, onlar arasında ərarvad münasibətləri həmin tarixdən yaranmışdır. Cavabdeh isə mübahisəli mənzili rəsmi nikah bağlanmazdan əvvəl xx.xx.2005-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alğısatqı müqaviləsinə əsasən almış, xx.xx.2005-ci il tarixdə həmin mənzilə cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi qeyd edilən mənzil n ikaha daxil olanadək cavabdehə məxsus olduğundan və iddiaçı həmin əmlakın onların birgə mülkiyyəti sayılması üçün ailə və mülki qanunvericiliklə müəyyən edilmiş halları təsdiq edən mötəbər sübutlar təqdim edə bilmədiyindən tərəflərin ümumi əmlakı sayıla və onlar arasında bölünə bilməz.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 225.1. və 225.2.-ci maddələri, Ailə Məcəlləsinin 9, 32, 34, 35, 36, 37-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməs i işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-30/2022 saylı, 13 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.Şahid4, M.T.Əhmədova və İ.K.Xəlilov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5539/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

21. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində digər əsaslarla yanaşı öz vəsaiti hesabına mübahisə predmeti olan mənzili əsaslı təmir etdiyini və təmirə 30-35 min ABŞ dolları məbləğində vəsai t xərclədiyini göstərmişdir. Birinci instansiya məhkəməsi də məhz həmin əsasa istinad edərək iddianı qismən təmin etmişdir. Apelyasya instansiyası məhkəməsi qeyd edilən halı nəzərə almamış və həmin dəlillə bağlı heç bir araşdırma aparmadan qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında rəsmi nikah 03 may 2005-ci il tarixdə bağlanmış, onlar arasında ər-arvad münasibətləri həmin tarixdən yaranmışdır. Cavabdeh isə mübahisəli mənzili rəsmi nikah bağlanmazdan əvvəl xx.xx.2005-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən almış, xx.xx.2005-ci il tarixdə həmin mənzilə cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi qeyd edilən mənzil nikaha daxil olanadək cavabdehə məxsus olduğundan və iddiaçı hə min əmlakın onların birgə mülkiyyəti sayılması üçün ailə və mülki qanunvericiliklə müəyyən edilmiş halları təsdiq edən mötəbər sübutlar təqdim edə bilmədiyindən tərəflərin ümumi əmlakı sayıla və onlar arasında bölünə bilməz. Halbuki, Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ərarvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Göründüyü kimi iddiaçı tərəfindən mübahisə predmeti olan mənzilin əsaslı təmir edilib-edilməməsi faktının müəyyənləşdirilməsi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, araşdırma nəticəsində iddiaçı tərəfindən mübahisə predmeti olan mənzilin dəyərini xeyli artıran əsaslı təmir edilməsi faktı sübut edildiyi halda bu hal hazırkı iş üzrə iddianın təmin edilməsinə əsas verə bilər. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

22. Təkrar apellyasiya baxışında təyin edilmiş ekspertizaya əsasən Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/2650 saylı xx.xx.2022-ci il tarixli rəydə göstərilmişdir ki, 2015-ci ildə Bakı şəhəri, Nizami rayonu, A.Manafov küç, ev 16-da yerləşən, 3 otaqlı, 58 saylı mənzildə aparılmış təmir-tikinti və yenidən qurma işlərinin (cavabdehin bildirdiyi və etiraf etdiyi hissə) bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 6370,0 manat məbləğində müəyyən olunur. 2015-ci ildə Bakı şəhəri, Nizami rayonu, A.Manafov küç, ev 16-da yerləşən, 3 otaqlı, 58 saylı mənzildə aparılmış təmirtikinti və yenidən qurma işlərinin (iddiaçının bildirdiyi hissə) bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 10326,5 manat məbləğində müəyyən olunur.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2553/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev -sədrlik edən və məruzəçi, Ş.A.Məmmədova və R.Ə.Eyvazov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-691/2021 saylı iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəf lər arasında rəsmi nikah 03 may 2005-ci il tarixdə bağlanmış, onlar arasında ər-arvad münasibətləri həmin tarixdən yaranmışdır. Cavabdeh isə mübahisəli mənzili rəsmi nikah bağlanmazdan əvvəl xx.xx.2005-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən almış, xx.xx.2005-ci il tarixdə həmin mənzilə cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

25. İddiaçının tələbi ondan ibarətdir ki, mübahisəli mənzilin təmirinə 30-35 ABŞ dolları pul xərcləmiş, ona görə də, həmin əmlak ümumi birgə mülkiyyət hesab olunmalıdır.

26. Təkrar apellyasiya baxışında təyin edilmiş ekspertizaya əsasən Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/2650 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, 2015-ci ildə Bakı şəhəri, Nizami rayonu, A.Manafov küç, ev 16-da yerləşən, 3 otaqlı, 58 saylı mənzildə aparılmış təmir-tikinti və yenidən qurma işlərinin (cavabdehin bildirdiyi və etiraf etdiyi hissə) bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 6370,0 manat məbləğində müəyyən olunur. 2015-ci ildə Bakı şəhəri, Nizami rayonu, A.Manafov küç, ev 16-da yerləşən, 3 otaqlı, 58 saylı mənzildə aparılmış təmirtikinti və yenidən qurma işlərinin (iddiaçının bildirdiyi hissə) bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 10326,5 manat məbləğində müəyyən olunur.

27. Ekspert rəyindən də göründüyü kimi iddiaçının və cavabdehin mənzilin təmirlə edilmiş hissələri ilə bağlı bildirdikləri arasında ziddiyyət vardır. Bundan başqa iddiaçı mənzilə 30-35 ABŞ dolla xərc çəkdiyini bildirsə də, ekspert rəyi ilə iddiaçının bildirdiy i hissələrə çəkilməsi ehtimal olunan xərcin məbləği 10326,5 manat müəyyən olunmuşdur.

28. Kollegiya qeyd edir ki, qeyd edilən məbləğlər mənzilin dəyərini artıran əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s. kimi qiymətləndirilməsi üçün yetərli hesab edilə bilməz.

29. Bundan başqa iş materiallarından görünür ki, iddiaçının mübahisəli mənzilə xərc çəkməsini təsdiq edən mötəbər sübutu nə birinci apellyasiya baxışında, nədəki hazırki apellyasiya baxışında təqdim etməmişdir.

30. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzil nikaha daxil olanadək cavabdehə məxsus olduğundan və iddiaçı həmin əmlakın onların birgə mülkiyyəti sayılması üçün ailə və mülki qanunvericiliklə müəyyən edilmiş halları təsdiq edilmədiyindən həmin əmlak tərəflərin üm umi əmlakı sayıla və onlar arasında bölünə bilməz.

31. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 225, Ailə Məcəlləsinin 32, 34, 35, 36, və 37-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2553/2022 saylı qətnaməsini ləğv edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə verilmiş ekspertiza rəyi əsassızdır. Məhkəmə ekspertiza rəyində olan ziddiyyəti nəzərə almamışdır. Apellyasiya məhkəməsi işin tam, obyektiv və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə yenidən əlavə ekspertiza aparmamış və bununla bağlı həqiqətə na il olmaq üçün heç bir tədbir görməmişdir. Mübahisəyə apellyasiya qaydasında baxılan hər iki halda iş üzrə birinci instansiya məhkəməsi zamanı dindirilmiş şahidlərin izahatları qəbul olunmamış və bunun səbəbləri əsaslandırılmamışdır. İddia edilən, bölünməsi nəzərdə tutulmuş mənzilin cavabdehin hansı vəsaiti hesabına alınması onun tərəfindən təsdiqlənmir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə:

35. Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

36. Maddə 225.2 Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə həd iyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsi:

37. Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

38. Maddə 34.1 Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

39. Maddə 35 Ər nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Mülki Prosessual Məcəllə

40. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1 Kassasiya instansiyası məhkə məsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayəti nə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlin miş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2553/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar