Məhkəmə qərarları › İş №2(102)-849/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-849/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-849/2025 04.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-849/2025 (Açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – alğı-satqı müqaviləsi üzrə pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5066/2024 nömrəli, 6 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil3) tərəfindən verilmiş kassasi ya şikayətinə 4 mart 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, satıcı (İddiaçı MMC) hazır un məmulatlarını (şirniyyat) hər kiloqramını 3,60 AZN qiymətinə satmağı öhdəsinə götürür, alıcıya (Cavabdeh) satır, alıcı isə öz növbəsində alınan un məmulatlarını (şirniyyat) öz hesabına alıb boşaldılmasını, yerləşdirilməsini öz öhdəsinə götürür. 2. 23 iyun 2022-ci il tarixli üzləşdirmə aktına əsasən, İddiaçı MMC-yə aid qrafada debet hissəsinə 13.433,25, Cavabdeh aid qrafada isə kredit hissəsinə 13.433,25 qeyd edilməklə, 23 iyun 2022-ci il tarixə Cavabdeh İddiaçı MMC-yə 13.433,25 manat borcu olması qeyd edilmişdir.

3. Bakı şəhəri Xətai rayon Polis idarəsinin İstntaq şöbəsinin 30 avqust 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X3 ərizəsi əsasında toplanmış material üzrə Cavabdeh ona qarşı dələduzluq etməsi faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilərək pul tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı (bundan sonra iddiaçı, yaxud MMC) direktoru X1 Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 13.433,25 manat və dövlət rüsumu kimi ödədiyi 130,3 manat, mediasiya orqanına ödədiyi 210 manat məbləğində pulun alınaraq ona verilməsi ba rədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi olunla əsaslandırılmışdır ki, cavabdeh onun rəhbəri olduğu İddiaçı MMC arasında 5 aprel 2022-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən MMC satıcı olaraq hazır un məmulatlarını (şirniyyat) hər kiloqramını 3,60 manat qiymətinə cavabdehə satmağı, sonuncu isə alıcı olaraq öz növbəsində alınan un məmulatlarını öz hesabına alıb boşaldılmasını, yerləşdirməsini öz üzərinə götürür. Qeyd olunan müqavilə onlar tərəfindən imzalandığı andan qüvvəyə minsə də keçən bir ildən artıq müddət ərzində cavabdeh ona satılmış 36.733,25 manat dəyərində olan şirniyyat məhsullarının pulunu tam şəkildə ödəməmişdir. Beləliklə də, cavabdehin ona borcu yaranmış və bununla bağlı aralarında tərtib edilən və imzalanmı ş 23 iyun 2022-ci il tarixli üzləşdirmə aktına əsasən onun satılmış mallara görə 13.433,25 manat məbləğində borcu olması təsdiq edilmişdir. Lakin hazırkı vaxta kimi cavabdeh 23 iyun 2022-ci il tarixli üzləşdirmə aktına əsasən etiraf etdiyi borcu qaytarmamışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh ona borclu olduğu məbləği qaytarmaq üçün heç bir əməli addım atmır və ya atmaq istəmir. Hətta cavabdehə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsi məqsədi ilə pretenziya qaydasında xəbərdarlıq göndərməyi də heç bir nəticə verməmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nurəddin Məmmədov iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehi, Elşən Çərkəzova görə tanımışdır. Bundan sonra cavabdeh ilə danışaraq ona bir ay vaxt vermişdir ki, özünü doğrultsa, rəsmi olaraq satış müdiri kimi işə götürəcəkdir. Cavabdeh işə alındıqdan sonra ona əlbəəl 52.000 manat pul verilmiş bir ay sonra isə işlərin vəziyyəti barədə ondan hesabat istənmişdir. Lakin məlum olmuşdur ki, işlər pisdir. Belə ki, hansı mağazada nə qədər pul olması barədə ondan hesabat istənilmiş, lakin cavabdeh iddiaçıya doğru-düzgün hesabatlar verə bilməmiş və bununla bağlı müxtəlif bəhanələr gətirmişdir. Əslində isə məlum olmuşdur ki, cavabdeh xeyli miqdarda pulu mənimsəmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, X7 Məmmədov şərikdirlər. Belə ki, şirniyyat sexi Elşən Çərkəzovun olmaqla o, da orada satış direktoru olmuşdur. Nurəddin Məmmədov isə bütün müəssisənin direktorudur. O, Elşəni mağazada i şlədiyi vaxtlarda tanımışdır. Belə ki, Elşən həmin vaxtlarda mağazaya mal gətirirdi. Sonradan Elşən ona onunla birlikdə işləməyi təklif etmiş, o, da təklifi qəbul edərək 1 aprel 2022-ci il tarixdən onunla birlikdə işləməyə başlamışdır. Daha sonra isə Elşən onu Nurəddin Məmmədovla tanış etmişdir. Bundan sonra Nurəddin Məmmədovun da razılığı ilə o, aylıq əmək haqqısı 2.500 manat olmaqla həmçinin əlavə də olaraq satışdan əldə olunacaq qazancın 20 faizi ona qalmaq şərti ilə satış müdiri olaraq işə başlamışdır. Sonradan isə ona əmək haqqı ödənilməməsi, bunun müqabilində isə bütün satılacaq məhsullardan ona müəyyən ödənişlərin olunması qərara alınmışdır. O, işlədiyi müddətdə ona məlum olmuşdur ki, müəssisənin işçilərinə çoxlu borcu vardır və onun işlədiyi müddətdə işçilərin əmək haqqıları vaxtın da ödənilməyə başlanıldı. Belə ki, Nurəddin Məmmədov ona işçilərin əmək haqqılarının ödənilməsi üçün 52.000 manat pul vermiş o, da öz növbəsində həmin puldan hissə-hissə olaraq işçilərə vermişdir. Bundan əlavə iş qaydalarına əsasən onun tərəfindən mağazalara mallar paylanılırdı və daha sonra isə satılan malların pulu alınırdı. Satılmayan mallar isə geri alınırdı. Daha sonra isə Nurəddin Məmmədov həm ona, həm də müəssisənin mühasibinə borcların ödənilməməsi ilə bağlı öz iradlarını bildirmiş, daha sonra isə nöqsanların çox olması ilə əlaqədar ilkin olaraq mühasibi işdən azad etmişdir. Əslində isə məsələnin mahiyyəti ondan ibarət olmuşdur ki, ayın əvvəlində hansı mağazalarda nə qədər borc olması ilə bağlı siyahını təqdim etmiş, ondan tələb olunan məbləğ məhz mağazaların onlara, yəni müəssisəy ə olan borcları olmuşdur. Daha sonra o, üzləşmə aktına qol çəkmişdir. Dükanların onlara olan ümumi borcu isə təxmini 13.400 manat olmuşdur.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh "xxxx" ilə iş görüb və yalnız onunla əlaqəsi olub. Belə ki, onun bütün əməliyyatları və o cümlədən qaimələri məhz "xxxx"la bağlı olmuşdur. Məhkəməyə təqdim edilən qaimələrdən də görünür ki, bütün münasibətlər "xxxx" və Cavabdeh arasında olmuşdur. "xxxx"un rəhbəri məhz Elşən Çərkəzov olmuşdur. Belə ki, aralarındakı münasibətdən məlum olmuşdur ki, 13.433,25 manatlıq mağazalara mal verilmişdir. Son olaraq isə 3 mağaza ilə bağlı anlaşılmazlıq olmuş və Elşən Çərkəzov onları polisə vermişdir. Polisdə ona məhkəməyə müra ciət etmək hüququ izah edilmişdir. Cavabdehin hər hansı borcu yoxdur. Belə ki, polis şöbəsində izahatları alınmış mağaza işçiləri də etiraf etmişlər ki, onların müəssisəyə borcu vardır. Yəni qeyd olunan ümumi borc pul məbləğləri ayrı-ayrı mağazalarda yığılıb qalan pullardır. Mallar müvafiq olaraq mağazalara paylanılmışdır və bunu mağaza da çalışanlarda təsdiq etmişdirlər.

9. Məhkəmə iclasında şahid qisimində ifadə verən Kərimova Mushaiba qeydlərini apardığı dəftəri məhkəməyə təqdim edərək bildirmişdir ki, Elman və Elşəni o, çoxdandan bəri tanıyır. Belə ki, o, məhəllə marketdə satıcı işləmiş 2022-ci ilin aprel ayında Elman ona tort və şirniyyat vermək üçün gəlmiş, Elman dükana qaimələr əsasında mal gətirmişdir. Onun İddiaçı MMC adlı müəssisədən məlumatı olmamış yalnız yerin adının “Cake Hou se” olduğunu eşitmişdir. O, qaimə əsasında malların satışından əldə olunan pulları və eləcədə satılmayan malları Elşən Çərkəzova təhvil-təslim edərək vermişdir. Belə ki, 479 manat depozitləri olmaqla mal verilmişdir. O, Cavabdeh heç vaxt görməmişdir və onu tanımır.

10. Məhkəmə iclasında şahid qsimində ifadə verən X8 bildirmişdir ki, o, Cavabdeh tanıyır. Belə ki, o, Cavabdeh şirniyyat götürmüşdür. Şirniyyatlar "xxxx"un idi. Elman da "xxxx"un satış müdiri idi. Malları da məhz ondan götürmüşdür. Belə ki, Nurəddin Məmmədovla şərik olmuş, əsas işi isə Elşən idarə etmişdir. Belə ki, malı Elşən və Elmandan faktura ilə götürmüş, sonra pullarını vermişdir. Daha sonra isə Cavabdeh işdən çıxandan sonra onu Elşən əvəz etmişdir. Belə ki, o, özü Elşənin yanında həmçinin işləməyə başlamış onun işlərinə h əm sürücü kimi, həm də satıcı kimi köməklik etmişdir. Sonda isə pulları məhz Elşən götürmüşdür.

11. Birinci instansiya məhkəməsində cavabdeh 5 aprel 2022-ci il tarixli alğı-satqı müqaviləsinin onun tərəfindən imzalanmadığını bildirdiyinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-512/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qərardadına əsasən məhkəmə - xətşünaslıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/206 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 79-80-ci vərəqələrində olan iddiaçı MMC ilə Cavabdeh adından olan 05 aprel 2022-ci il tarixli Alğısatqı müqaviləsinin 2-ci vərəqində “Mal Alan” hissəsində “Aslanov. E.” yazıları qarşısındakı i mza - Cavabdeh tərəfindən icra olunmuşdur.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(011)-512/2024 nömrəli, 24 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh 2022-ci ilin aprel ayından iddiaçı MMC-də faktiki olaraq satış nümayəndəsi (ekspeditor) funksiyasını icra etmiş, o cümlədən MMC-nin əsas fəaliyyət sahəsinə aid işləri (xidmətləri) yerinə yetirməklə işə başlamış, o, 2022-ci ilin iyun ayına qədər burada çalışmış, həmçinin cavabdeh ilə MMC arasında xx.xx.2022-ci il tarixdə alğı-satqı müqaviləsi və 23 iyun 2022-ci il tarixdə üzləşdirmə aktı imzalanaraq, həmin sənədlərdə də cavabdeh “ekspeditor” kimi göstərilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, cavabdehin gördüyü iş mütəmadi olaraq “Fenix” Groupdan qəbul etdiyi un məmulatlarının müxtəlif mağazalara paylanması və paylanmış məhsulların pulunun toplanaraq geri ödənilməsi olmuşdur. Onun yerinə yetirdiyi iş üzrə bəzi mağazalara verdiyi məhsulların pulu qismən toplanmamış, onunla iddiaçı MMC arasındakı münasibətlər 2023-cü ilin iyun ayında başa çatmışdır. Həmin tarixdə iddiaçı MMC-nin rəhbərliyi tərəfindən Cavabdeh bildirilmişdir ki, “o, faktiki olaraq işlədiyi satış nümayəndəsi (ekspeditor) vəzifəsindən azad edilir” və bundan sonra Cavabdeh, “Fenix” Groupun direktoru Elşən Çərkəzovu un məmulatlarını paylamış olduğu mağazalara apararaq, sonuncuya mağazaların ödəməli olduğu borclar barədə məlumat vermiş, həmçinin mağazalara bundan sonrakı alğı-satqı münasibətlərini “Fenix” Groupun dire ktoru Elşən Çərkəzov ilə aparacaqlarını bildirmişdir. Məhsul qəbul edən mağazalar da öz növbəsində bundan sonra alğı-satqı münasibətlərini Elşən Çərkəzov ilə aparmış, mövcud olan borclar qismən (.3650 manat) ona ödənilmişdir.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, Elşən Çərkəzov xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon Polis İdarəsinə müraciət edərək Cavabdeh “xx.xx.2022-ci il tarixli üzləşdirmə aktı əsasında müəyyən edilmiş 13.433,25 manat məbləğində pulu” ödəməməklə dələduzluq etməsini bildirmişdir. Elşən Çərkəzovun müraciəti əsasında aparılmış araşdırma nəticəsində Cavabdeh dələduzluq etməsi faktı öz təsdiqini tapmamışdır. Hazırda MMC (onun direktoru Nurəddin Məmmədov) məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli üzləşdirmə aktına əsasl anaraq Cavabdeh yaranmış borc öhdəliyi kimi 13.433,25 manat pulu tələb etmişdir.

16. Məhkəmə onu da qeyd etmişdir ki, 0002071, 0002072, 0002073, 0002074, ******* və digər nömrəli qaimələr üzrə məbləğ 10.668 manat təşkil edir. Bununla belə, cavabdehin iddiaçı MMC-dən mallar qəbul etməsi və bunun nəticəsində sonuncuya borcu olmasına, cavabdehin “Fenix” Groupdan qəbul etdiyi mallara dair icra edilməmiş öhdəliyinin olmasına, "xxxx"un öz tələb hüquqlarını MMC-yə ötürməsinə dair hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı MMC cavabdehinn ona borcunun olmasına dair sübutetmə vəzifəsi daşıyır, lakin iddiaçı buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.

17. Məhkəmə daha sonra qeyd etmişdir ki, əksinə, iş materiallarında olan ş ahid ifadələri, cinayət işinin materialları, qaimələr və digər sübutlar əsasında müəyyən olunur ki, cavabdehin iddiaçıya hər hansı bir borcu yoxdur. Belə ki, işin hallarına istinad edən məhkəmə daha sonra qeyd etmişdir ki, cavabdeh iddiaçı MMC-də faktiki olaraq satış nümayəndəsi (ekspeditor) funksiyalarını icra etmiş, o cümlədən iddiaçı MMC-nin əsas fəaliyyət sahəsinə aid işləri (xidmətləri) yerinə yetirmişdir ki, bu da tərəflərin faktiki əmək münasibətlərində olmalarını göstərir. İddia tələbinin faktiki əsası 05 aprel 2022-ci il tarixli müqavilə və 23 iyun 2022-ci il tarixli üzləşdirmə aktıdır, həmin sənədlərdə də cavabdeh “ekspeditor” kimi göstərilmişdir.

18. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, iddiaçının tələb etdiyi borc "xxxx" MMC tərəfindən tələb edilən, üzləşmə aktında ifadə olunan, bütövlükdə isə "xxxx" MMCnin mallarının cavabdeh tərəfindən satışla əlaqədar yaranmış pul məbləğdir. "xxxx"un öz tələb hüquqlarını iddiaçı MMC-yə ötürməsinə dair hallar yoxdur. Belə vəziyyətdə tərəflər arasında mövcud münasibətlərə xitam verilməsi ilə "xxxx" MMC-yə məxsus malların mağazalara paylanması, yaranmış borcların ödənilməsi və hesablaşmaların aparılması ilə bağlı öhdəliklər, münasibətlərdə olduğu şəxslərlə, yəni iddiaçı MMC və "xxxx" MMC ilə qarşılıqlı razılıq əsasında "xxxx" MMC-nin direktoru Elşən Çərkəzova ötürülmüş, həmin münasibətlər sonuncu və müəssisənin digər şəxsləri tərəfindən davam etdirilmiş, bundan sonra isə cavabdehlə "xxxx" arasındakı mülki hüquq münasibətlərindən yaranmış borc məbləği, heç bir hüquqi əsas olmadan, üzləşmə aktı ilə cavabdehin iddiaçı MMC-yə olan borcu kimi rəsmiləşdirilmişdir.

19. Məhkəmə sonda hesab etmişdir ki, həmin sənəd (üzləşmə aktı), cavabdeh tərəfdən aktın mübahisələndirildiyi bir vəziyyətdə. cavabdehin iddiaçıya olan borcunu təsdiq edən, bununla da cavabdeh tərəfindən “borcun etiraf” edilməsini ifadə edən sübut kimi nəzərə alına bilməz.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 386.1, 387.2, 387.3, 528, 529.2, 852.1, 854.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 77.1, 107, 124.2, 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

21. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və id dia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi sübutetmə yükü ilə bağlıdır. İddiaçı MMC cavabdehin ona borcunun olmasına dair sübutetmə vəzifəsi daşıyır. Lakin iddiaçı buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq bildirilir ki, cavabdeh ilə iddiaçı MMC arasında 05 aprel 2022-ci il tarixdə "xxxx" müqaviləsi bağlanmış və həmin müqavilədən də aydın görünür ki, MMC satıcı olaraq hazır un məmulatlarını (şirniyyat) hər kq-nı 3,60 manata cavabdehə satmağı, sonuncu isə alıcı olaraq öz növbəsində alınan un məmulatlatını öz hesabına alıb boşaldılmasını, yerləşdirilməsini öz üzərinə götürmüşdü. Tər əflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. Lakin cavabdeh müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə qərarın əsaslandırma hissəsində alğı-satqı müqaviləsindən doğan öhdəliklərə münasibət bildirməmiş, sadəcə qeyd etmişdir ki, iddia tələbinin faktiki əsası alğı-satqı müqaviləsi və üzləşdirmə aktıdır və həmin sənədlərdə cavabdeh ekspeditor kimi göstərilmişdir. Məhkəmənin bu mövqeyi ilə də razılaşmır və bildirilir ki, cavabdehin ekspeditor kimi göstərilməsi həmin alğı-satqı müqaviləsi və üzləşdirmə aktı üzrə cavabdehi üzərinə düşən öhdəlikləri icra etməkdən azad etmir. Hər nə qədər cavabdehin "xxxx" MMC ilə aralarında borc münasibətləri olsa da, cavabdeh sözügedən alğı-satqı müqaviləsi əsasında iddiaçı qarşısında birbaşa öhdəlik daşıyır. "xxxx" MMC ilə aralarında olan münasibətin isə hazırkı məsələyə heç bir aidiyyəti yoxdur. Cavabdeh hazırkı halda ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-5066/2024 nömrəli, 6 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Günay Axundova və Xəyal Sarıyev) apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsi qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia tələbinin təmin edilərək, 13.433,25 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi qətnaməs ində ilkin olaraq qeyd etmişdir ki, iddianın əsasını təşkil edən sübutlar tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi və aktdır və hüquqi əsaslandırma da məhz bu istiqamətdə aparılaraq işin hallarına qiymət verilməlidir. Digər tərəfdən əmək münasibətləri ilə mülki hüquqda öhdəlik münasibətləri mahiyyət etibarilə fərqli münasibətlərdir. Tərəflər arasında hüquq və vəzifələrin müəyyən olunduğu müqavilə və borcun mövcudluğuna dair tərtib edilmiş akt olduğu halda münasibətlərin əmək münasibətləri kimi qiymətləndirilməsi yolverilməzdir və mübahisənin həlli üçün ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin və aktın etibarlılığı məsələlərinə diqqət yetirilməlidir. Belə ki, aktdakı imzanın cavabdehə məxsus olması nə birinci instansiya məhkəməsində,nə də apellyasiya mərhələsində cavabde h tərəfindən mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfindən müqavilədəki imzanın ona məxsus olması mübahisələndirilsə də, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, imza cavabdehə məxsusdur.

25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, imzanın ona məxsus olmaması əsasından başqa, cavabdeh tərəfindən də həmin əqdin etibarsızlığı ilə bağlı mübahisələndirməyə əsas verən hər hansı bir digər dəlil (aldatma, zorakılıq, hədə təsiri altında və s.) irəli sürülməmişdir, əqdin əhəmiyyətsizliyi üçün də heç bir əsas mövcud deyildir.

26. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaya etirazda cavabdeh aktı aldatma nəticəsində bağlandığını qeyd etsə də, məhkəmə bu xüsusatı inandırıcı hesab etmir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məh kəməsinin Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: -Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmas ına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.”

27. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, hazırkı mübahisə üzrə qeyd olunan şərtlərin heç biri mövcud deyildir və işin halları ilə aktın aldatma nəticəsində bağlanması təsdiqni tapmır.

28. Məhkəmə kollegiyası Bakı şəhəri Xətai rayon Polis idarəsinin İstntaq şöbəsinin 30 avqust 2022-ci il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, cavabdeh izahatında göstərmişdir ki, 2022-ci ilin aprel ayından iyun ayının 17-nə qədər olan müddətdə işinin mahiyyəti həmin sexdə hazırlanan şirniyyatların digər mağazalara alğı-satqısından ibarət olmuşdur, həmin mağazaların nağd pul ödəməyə imkanı olmadığı halda onlara nisyə qaydada şirniyyat verirmiş, onların bəzi hallarda verəcəyi məbləğlər qalmışdır. Beləliklə, cavabdeh tərəfindən malların götürülməsi, həmin malların mağazalara təhvil verilməsi, bəzən də borcların yaranması onun özünün izahatı ilə də təsdiqini tapır.

29. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, qətnamənin əsaslandırıcı hissəsində ümumi olaraq “iş materiallarında olan şahid ifadələri, cinayət işinin materialları, qaimələr və digər sübutlar əsasında müəyyən olunur ki, cavabdehin iddiaç ıya hər hansı bir borcu yoxdur.” qeyd edilsə də, məhkəmənin məhz hansı şahid ifadəsinə, cinayət işinin materiallarındakı hansı sübuta, qaiməyə əsasən bu nəticəyə gəlməsini müəyyən etmək mümkün deyildir. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunan, “həmin sənəd (üzləşmə aktı), cavabdehin iddiaçıya olan borcunu təsdiq edən, bununla da cavabdeh tərəfindən “borcun etiraf” edilməsini ifadə edən sübut kimi nəzərə alına bilməz, əlalxüsus da cavabdeh tərəfdən həmin aktın mübahisələndirildiyi bir vəziyyətdə.” Fikrə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin heç bir arqumentə əsaslanmadan gəldiyi bu nəticə ilə də razılaşmır.

30. Bununla bağlı məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən mülki h üquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında 23 iyun 2022ci il tarixdə cavabdehin iddiaçıya 13.433,25 manat məbləğində borcunun olması barədə sadə yazılı formada sənəd tərtib edilmiş və hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Bu akta əsasən tərəflər arasında borc razılaşma yolu ilə etiraf olunmuşdur.

31. Məhkəmə kollegiyası yekun olaraq bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutlar (müqavtilə və akt) əsasında iddianın rədd edilməsi üçün 2 əsasdan biri mövcud olmalıdır: ya həmin sənədlərin etibarsızlığı üçün əsaslar mövcud olmalı, ya da göstərilmiş məbləğin ödənilməsi ilə bağlı sübutlar təqdim edilməlidir. Lakin bu əsaslardan heç biri mövcud deyildir. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 386, 387,528, 529, 852, 854, 882-ci və Mülki Prossesua l Məcəllənin 14.2, 77.1, 119, 217, 384, 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

33. Qətnamədən cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi düzgün nəticələrə öz formal mülahizələri baxımından yanaşmış, apellyasiya şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin əsassız dəlilləri əsasında ləğv etmiş və iddianın əsassız olması baxımından c avabdehin iddiaya olan etirazının dəlillərini ümumiyyətlə nəzərə almamışdır.

35. Hazırda eyni məbləği ondan iddiaçı tələb edir. Başqa sözlə, eyni məbləği ondan 2 nəfər tələb etməsi absurdur. İş materiallarında olan “Qaimə-faktura”lardan görünür ki, “kimdən” qrafasına “X15” qeyd edilməklə, müxtəlif müəssisələrə - mağazalara un məmulatları verilmişdir. İş materialarından olan bütün sübutlar cavabdehin Elşən Çərkəzov ilə işbirliyi olmasını və sonuncunun da ondan iddiada gsstərilən eyni məbləğdə pul tələbinə dair şikayətinə polis orqanında baxılaraq ona qarşı dələduzluq etməsi faktının öz təsdiqini tapmamasını göstərir. Bununla da, Elman X4rşısında hesabatı tam təsdiqini tapmışdır. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin iş materiallarında olan şah id ifadələri, cinayət işinin materialları, qaimələr və digər sübutlar əsasında cavabdehin iddiaçıya hər hansı bir borcu olmamasının müəyyən olunmaması kimi dəlilləri ilə razılaşmaması anlaşılan deyil.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin məhz hansı şahid ifadəsinə, cinayət işinin materiallarındakı hansı sübuta, qaiməyə əsasən bu nəticəyə gəlməsini müəyyən etmək mümkün olmamasını göstərməsi onun iş materialları ilə diqqətlə tanış olmamasının və ya tanış olmaq istəməməsinə dəlalət edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Elşən Çərkəzovun ərizəsi əsasında toplanmış material üzrə qəbul edilmiş rədd qərarının məzmununa da diqqət yetirməmişdir. Həmin qərardan aydın görünür ki, X12 rayon polis idarəsinə Cavabdeh ilə aralarında şirniyyat işinə dair müqa vilə bağlandığını, həmin müqavilə əsasında Cavabdeh məmulatların verildiyini, lakin Cavabdeh ödəmələri gecikdirdiyi, gecikməyə görə müxtəlif bəhanələr gətirdiyini, buna görə də xx.xx.2022-ci il tarixdə üzləşmə aktı tərtib edildiyini və həmin tarixə Cavabdeh 13.433,25 manat məbləğdə borcu olduğunu, Cavabdeh həmin borcun yaranması kimi mal verdiyi X10 və X6 göstərməyə başladığı qeyd edilmiş, Cavabdeh barəsində tədbirlərin görülməsi ilə bağlı müraciət etmişdir. Həmin müraciətə dair araşdırma izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, Elşən Çərkəzovu təxminən 2021-ci ilin noyabr ayından tanıyırmış, onunla olan tanışlığı onun şirniyyat sexinin olması və həmin sexdə olan məhsulların alış-satışı ilə əlaqədar olmuşdur. Qeyd etmək istəyir ki, onun şirniyyat sexində 2022-ci ilin aprel ayın dan qeyr-rəsmi şəkildə direktor vəzifəsində çalışmağa başlamış və iyun ayının 17-nə qədər olan müddətdə çalışmışdır.

37. Həmin dövr ərzində işinin mahiyyəti həmin sexdə hazırlanan şirniyyatların digər mağazalara alğı-satqısından ibarət olmuşdur. Həmin fəaliyyəti həyata keçirən zaman Elşən Çərkəzov onun fəaliyyətinə nəzarət etmiş belə ki alqı satqını həyata keçirməmişdən əvvəl ona bu barədə məlumat verirmiş və onunla birlikdə iş görəcəyi mağazaya bir yerdə gedirmiş. Həmin müddətdə onun özünün alğı-satqısı həyata keçirdiyi mağazalardan əlavə olaraq digər mağazalarda olmuş və bütün alğı-satqı vahid şəkildə həyata keçirilmişdir. Həmin mağazların nağd pul ödəməyə imkanı olmadığı halda onlara nisyə qaydada şirniyyat verirmiş. Həmin mağazalarla iş gördüyü zaman onların bəzi hallarda verəcəyi məbl əğlər qalırmış. Belə ki, həmin mağazalara şirniyyat veriləndən və aralarında aparılan razılaşma əsasında onlar bəzən şirniyyat sexinə mal geri qaytardıqda verilmiş malın, dəyəri ilə əldə olunan qazanc arasında fərqlər yaranırmış və həmin fərqləri şirniyyatı satan zaman qeydiyyatını apardığı üçün hesablaya bilirmiş. Elşən Çərkəzovun barəsində göstərmiş olduqları həqiqəti əks etdirməmişdir. Belə ki, o işlədiyi müddətdə cəmi üç nəfər mağaza sahibinin ona borcu qalmış və onların qeydiyyatını aparıb sexin rəhbərliyinə bildirmişdir. Belə ki, həmin qeydiyyat üzrə Rafiqin ona 2.200 manat borcu, Turalın ona 2701 manat və Nahidin isə 1.551 manat borcu qalmışdır. Onları Elşənə də bildirmiş və onları Elşənin yanına çağırdıqda onlar bunu Elşənə bildirmişdirlər. Aparılan araşdırma zamanı X10 və X6 izaha tları alınmış onlar izahatlarında Cavabdeh dediklərini təsdiq etmişdirlər. Beləliklə aparılmış araşdırma zamanı vətəndaş Elşən Çərkəzovun müraciətində Cavabdeh ona qarşı dələduzluq etməsi faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bundan əlavə, şahid qsimində ifadə verən şəxslərdən Karimova Mushaiba “Nur-N2020” haqqında eşitmədiyini, borclarını hissə-hissə Elşənə verməsini, digər şahid X8 isə ifadəsində yalnız Elmanı tanıdığını, Elmandan şirniyyatgötürmələrini, şirniyyatların "xxxx"un olmasını, Elman da “FeniksGroup”un satış müdiri kimi tanıdıqlarını, Nurəddinin atasına Elşənin borcunverib, 5 min manat borcu olub, orada problem olanda Nurəddin gəlib həll etməsini, Nurəddinin "xxxx" ilə əlaqəli idi, cəmi on bir min manatpul verilməsini göstərmişdir. Bu şahid ifadələri cavabdehinverdiyi mallara görə borclu olan şəxslərin malın pullarının Elşənə veriməsini təsdiq edir. Başqa sözlə, iddiaçının istinad etdiyi üzləşmə aktındakı məbləğdə mallara görə borclu olanların siyahısı ona verilmiş və iddiaçı Elşənlə həminborcları yığıb alsalar da iddiaçı əsassız olaraq ona qarşı iddia qaldırmasına apellyasiya instansiyasıməhkəməsi düzgün qiymət verməmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı MMC (onun direktoru Nurəddin Məmmədov) məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli üzləşdirmə aktına əsaslanaraq Cavabdeh yaranmış borc öhdəliyi kimi 13.433,25 manat pulu tələb etsə də, iş materiallarındaolan 0002071, 0002072, 0002073, 0002074, ******* və digər nömrəli qaimələr üzrə məbləğ 10. 668 manat təşkil edir. Bununla belə, cavabdehin MMC-dən mallar qəbu letməsi və bunun nəticəsində sonuncuya borcu olmasına, həmçinin onun “Fenix” Groupdan qəbul etdiyi mallara dair icra edilməmiş öhdəliyinin olmasına, "xxxx"un öz tələb hüquqlarını MMC-yə ötürməsinə dair halların təsdiq edilməsinə dair sübutların da iddiaçı tərəfindən təqdim edilməməsinə apellyasiya instansiyası məhkəməsi hüquqi qiymət verməmişdir. Halbuki, bu birbaşa sübutetmə yükü ilə bağlıdır və iddiaçı MMC Cavabdeh ona borcunun olmasına dair sübutetmə vəzifəsi daşısa da, aralarında 23 iyun 2022-ci il tarixdə cavabdehin iddiaçıya 13.433,25 manat məbləğində borcunun olması barədə sadə yazılı formada olan sənədin məzmunu real həqiqəti əks etdirmir və bu sənədin iddianın əsaslı olmasını təsdiqi kimi qiymətləndirilməsinə da ir apellyasiya instansiyası məhkəməsinin mövqeyi tam əsassızdır. Həmçinin də apellyasiya instansiyası məhkəməsi tərəflər arasında yalnız bu sənədə istinad etsə də, cavabdehin MMC ilə aralarında 05 aprel 2022-ci il tarixli alğı-satqı müqaviləsində “Mal Alan” hissəsində “Aslanov.E.” Yazıları qarşısındakı imzanın ona məxsus olmamasına dair izahatına da münasibət bildirməmiş, ümumiyyətlə bununla bağlı Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/206 saylı ekspert rəyini ümumiyyətlə qeyd etməmişdir. Demək ki, bu rəy iş üçün o qədər önəmli olmamışdır və apellyasiya instansiyası məhkəməsi ən azından bu alğı-satqı müqaviləsindəki imzanın cavabdehə də aid olmasına sübut kimi istinad edərdi. Cavabdeh belə bir rəyin olmasına baxmayaraq yenə də həmin alğı-satqı müqaviləsini imzalamamasın a dair mövqeyində qalır və hesab edirik ki, bu rəy Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələbləri baxımından imzanın həqiqətən də cavabdehə aid olmasının birbaşa təsdiqi kimi qiymətləndirilə bilməz.

39. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəsinin əsası kimi yalnız tərəflər arasında 23 iyun 2022-ci il tarixdə cavabdehin iddiaçıya 13.433,25 manat məbləğində borcunun olmasına dair üzləşmə aktı ilə kifayətlənmişdir. Halbuki, həmin aktın məzmununun və iddiaçı tərəfin bu aktla bağlı izahatlarının özü–özlüyündə iddianın əsaslı olmamasına apellyasiya instansiyası məhkəməsi həmçinin aşağıdakı prosessual normaların tələbləri baxımından düzgün qiymət verməmişdir.

40. Cavabdeh ekspeditor kimi, "xxxx" MMC-nin mallarını paylayaraq onun qarşısında olan öhdəliklərini tam yerinə y etirmiş və cavabdeh MMCnin direktoru olan iddiaçının aldatma yolu ilə aralarında 23 iyun 2022-ci il tarixdə guya cavabdehin iddiaçıya 13.433,25 manat məbləğində borcunun olması barədə sadə yazılı formanın mövcudluğundan, eləcə də cavabdehin həmin sənəddə olan imzanın onun tərəfindən icra edilməsini etiraf etməyindən sui-istifadə etməsi iddianın əsaslı olmasını təsdiq etmir.

41. İş materiallarında olan sadə yazılı formalı sənəddə göstərilən 13.433,25 manat dəyərində malların adı, sayı, çeşidi aktda göstərilməmiş eləcə də, iddiaçı MMC-nin adından həmin məhsullara dair hər hansı qaimə faktura verilməmişdir. Cavabdehin qeyd olunan məbləğində yaxud onun bir hissəsi dəyərində borclu olmasına (məhsul almasına) dair iddiaçının məhkəmələrə sübut təqdim edə bilməməsi, iddiaçı ilə onun arasında heç b ir münasibətin və öhdəliyin olmaması öz əksini tapmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

42. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

43. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

44. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

45. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

46. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir.

47. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borc ludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

48. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

49. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

50. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

51. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

52. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

53. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

54. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə h ərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

55. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

56. Maddə 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası).

57. Maddə 432.2. Əgər bu Məcəllədə, öhdəliyin şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, kreditor öhdəliyin hissəhissə icrasını qəbul etməyə bilər.

58. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməmə si (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

59. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar s übutlar hesab olunur.

62. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

68. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

69. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün q ətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

70. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

71. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

73. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlah iyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

74. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

75. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

76. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

77. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidi r. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

78. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

79. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5066/2024 nömrəli, 6 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar