Məhkəmə qərarları › İş №2(102)-850/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-850/2024

13.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-850/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: miras əmlakda payların müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı əmlakda payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5592/2023 nömr əli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilkin olaraq xx.xx.1998-ci il tarixli şəhadətnaməyə əsasən “Qalaktika” firmasının (təsisçi və direktor: X7) adına qeydiyyata alınmış, xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən “Qalaktika” firmasının təsisçisi X7 tərəfindən qardaşı – X4 hədiyyə verilmiş, xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən isə X8 tərəfindən qardaşı – X5 hədiyyə verilmişdir. 2. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilkin olaraq xx.xx.1997-ci il tarixli şəhadətnaməyə əsasən “Qalaktika” firmasının (təsis çi və direktor: X7) adına qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 satılmış, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən X5 hədiyyə verilmişdir.

3. X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

4. X2 miras qalmış əmlaklar üzrə vərəsələrin paylarının müəyyən edilməsi məqsədilə Bakı şəhəri 9 saylı Notariat Ofisində vərəsəlik işi açılmış, İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə Bakı şəhəri 9 saylı Notariat Ofisinə müraciət edərək, vəfat edən qardaşının mirasından ona çatası hissəyə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, notarius tərəfindən həmin tarixdə qərar qəbul edilərək, X3 birinci növbə vərəsələri olduğundan, İddiaçı isə ikinci növbə vərəsə olduğundan ona münasibətdə notariat hərəkətinin aparılma sından imtina edilmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4693/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisinə qarşı (üçüncü şəxslər X9, Cavabdeh4, Cavabdeh2, X6, Cavabdeh1) vərəsəlik işinin dayandırılması və miras payının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 və ünvan 2 ünvanında yerləşən əmlaklar üzrə iddiaçının payının müəyyən edilməsi (hər əmlak üzrə 50 %), Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ********** nömrəli, xx.xx.2018-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, yeni çıxarışların verilməsi və çıxarışlarda iddiaçının 50 % payının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə, tələbini belə əsaslandırmışdır ki, hər iki əmlak atası tərəfindən ona və qardaşına alınıb. Yəni əmlaklar ikisinə məxsus olduğu üçün hər iki əmlak üzrə bölgü aparılmalı, bundan sonra vərəsəlik işi davam etdirilməlidir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməs inin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-2030/2023 saylı, 03 iyul 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X10 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbinin “yeni çıxarışların verilməsi və çıxarışlarda iddiaçının 50 % payının müəyyən edilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir.

9. Məhkəməsinin eyni saylı və tarixli qətnaməsi (hakim Günay Abidova) ilə iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində mübahisənin predmetini təşkil edən əmlakların atası tərəfindən qardaşı ilə ona alındığını iddia etsə də, daşınmaz əmlakın reyestrini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmə sorğusuna verilmiş cavab məktubundan və ona əlavə edil miş sübutlardan görünür ki, hər iki daşınmaz əmlak ilkin olaraq məhz təsisçisi və direktoru X1 “Qalaktika” firmasının adına qeydiyyata alınmışdır. Əmlakların ilkin qeydiyyatından hazırkı vaxta qədər keçmiş müddət ərzində iddiaçının atasının (Y.Rambomun) mülkiyyətinə keçməsi barədə məlumat dövlət reyestrində aşkar edilməmişdir.

11. Bununla yanaşı, hər iki əmlaka dair dövlət reyestrində qeydə alınmış, hazırda ləğv edilməsi tələb edilən qeydiyyatın mülki-hüquqi əqdlər (hər iki əmlaka münasibətdə bağışlama müqaviləsi) əsasında aparılması məhkəmə tərəfindən müəyyən edilmiş, lakin həmin müqavilələrin iddia edildiyi kimi görünüş üçün bağlanması müvafiq qaydada sübuta yetirilmədiyindən, mübahisə predmeti olan əmlaklar üzərində iddiaçının 50 % payının müəyyən edilməsi və qardaşının adına verilmiş ç ıxarışların ləğv edilməsi tələblərinin təmin edilməsinə qanuni əsas mövcud deyil.

12. Həmçinin əmlaklardan yalnız biri – ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən “Qalaktika” firmasının təsisçisi X7 tərəfindən qardaşı – hazırki iş üzrə iddiaçı X4, sonra isə yenidən iddiaçı tərəfindən mərhum qardaşı X5 hədiyyə verilmişdir. Lakin məhkəmə hesab etmişdir ki, bu hal qeydiyyatı aparmağa əsas olmuş sonuncu müqavilənin məhz görünüş üçün bağlanmasına sübut kimi qəbul oluna bilməz.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324.1-324.4, 329.1, 337 və 340.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 107, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayətini verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5592/2023 nömrəli mülki iş üzrə 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kass asiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş edir.

19. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

21. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

22. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməs i müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

23. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

24. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

25. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üç ün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

26. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları...

27. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması na istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.

41. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

42. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5592/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar