Məhkəmə qərarları › İş №2(102)-852/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-852/2020

10.02.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-852/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Emil Ravinovun və vəkili Abbas Kərimbəylinin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)1261/2019 nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı evin həyətinə servitut hüququ əsasında cavabdehin hasara almış olduqları torpaq sahəsindən eni 5 metr, uzunluğu 10-15 metr ölçüdə keçid yolunun müəyyən edilməsi və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. “xxxx” MMC cavabdeh İddiaçı qarşı Bakı Şəhər İcra Hakimiyyətinin və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində qeyd olunduğu qarşılıqlı iddia ərizəsi verərək, Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsində özbaşına inşa edilmiş 51B nömrəli həyət evinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X.B.Məhərrəmova) 2(004)3007/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) xx.xx.2019-cu il tarixli, 2(103)-1261/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3007/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin rədd olunması hissəsində ləğv olunmuş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsi 51B nömrəli həyət evinə servitut hüququ əsasında cavabdehin hasara almış olduqları torpaq sahəsindən eni 5 metr, uzunluğu 10-15 metr ölçüdə keçid yolunun müəyyən edilməsi və həmin yolun verilməsi öhdəliyi cavabdeh “xxxx” MMC-nin üzəri nə qoyulmuş, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxx” MMC-dən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu alınaraq İddiaçı və ekspertiza tədqiqatının dəyəri üçün 50 (əlli) manat alınaraq X1, Kod: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh “xxxx” MMC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. xx xxxxxx 2020-ci il tarixdə “xxxx” MMC tərəfindən məhkəməyə barışıq sazişi daxil olmuşdur. Barışıq sazişindən göründüyü kimi, tərəflər mübahisənin həlli üzrə a şağıdakı qaydada razılaşmışlar: Tərəflər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2-ci maddəsinin məzmununa uyğun olaraq qəbul edirlər ki, barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olacaqdır.

1. X3 imzalamaqla ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qaldırdığı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri götürməyi və iddiadan imtina etməyi öz üzərinə götürür.

1. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ü.Ələkbərov küçəsi, 51B nömrəli həyət evinə ha sara almış olduqları torpaq sahəsindən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-1261/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş eni 5 metr, uzunluğu 10-15 metr ölçüdə keçid yolu verilmiş və əlavə digər işlərdə ilkin iddia üzrə iddiaçı üçün olunmuşdur. Yəni, hazırki Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-1261/2019 saylı qətnaməsi üzrə öhdəlik icra olunmuşdur.

1. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC bu Barışıq Sazişi ilə üzərinə götürdüyü öhdəliyi pozacağı təqdirdə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin məhkəməyə müraciət etməklə ilkin dəymiş zərərin əvəzinin ödənilməsini və ilkin iddia tələbi ilə bağı tələblərinin təmin edilməsini tələb etmək hüququ vardır. 1. ilk iddia üzrə iddiaçı bu Barı şıq Sazişi ilə üzərinə götürdüyü öhdəliyi icra etmədiyi təqdirdə, ilk iddia üzrə cavabdehin məhkəməyə müraciət etməklə iddiaçının üzərinə götürdüyü öhdəliyin icrasını tələb etmək hüququ vardır.

1. Tərəflər təsdiq edirlər ki, hazırkı barışıq sazişinin şərtləri popzulmadığı halda gələcəkdə bir-birilərinə qarşı hazırkı məhkəmə mübahisəsinə dair heç bir tələbləri olmayacaqdır.

1. Tərəflər razılaşmanın şərtlərini pozmağa, dəqiq, vaxtında icra etməməyə görə məsuliyyət daşıyırlar və şərtlərə əməl olunmadıqda bir tərəfin şərtlərin məcburi qaydada həyata keçirilməsini məhkəmədən tələb etmək, barışıq sazişinin şərtləri pozulduğu təqdirdə icra vərəqəsi verilməsini və məcburi icra hərəkətlərini tələb etmək, bunun nəticəsində vurulmuş birbaşa zərərin ödənilməsini tələb etmək hüququ vardır.

1. Bu barışı q sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.

1. Azərbaycan Respublikası MPM-nin 261-262-ci maddələrində nəzərdə tutulan hüquqi nəticələr tərəflərə tam aydındır, onlar göstərilən şərtlərlə sazişin təsdiq edilməsini və mülki işə xitam verilməsi barədə Qərardad qəbul etməsini xahiş edirlər.

1. Tərəflər məhkəmə iclası zamanı yuxarıda qeyd edilənləri etiraf edəcəklərini öz öhdələrinə götürürlər.

1. İddiaçı və “xxxx” MMC-yə AZərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsi izah edilmiş və qeyd olunan mülki iş üzrə məhkəmə qərarının mübahisələndirilməsinin yolverilməzliyi barədə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Emil Ravinov və vəkili X2 Sazişinin təsdiq edilməsini xahiş etmişdirlər. Digər tərəflər işə baxılması nın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olduğundan, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsində göstərilir ki, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Eləcə də həmin Məcəllənin 261.0, 261.0.5-ci maddələrində nəzərdə tutulmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu sazişi məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1, 417.1.5-ci maddələrinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası qərara gəlir ki, tərəflərin barışıq sazişi təsdiq olunmalı, iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” MMC-nin barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiadan imtina edir.

1. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ü.Ələkbərov küçəsi, 51B nömrəli həyət evinə hasara almış olduqları torpaq sahəsindən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-1261/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş eni 5 metr, uzunluğu 10-15 metr ölçüdə keçid yolu verilir. Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-1261/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar