Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-854/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun yaranması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Cavabdeh Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 28 oktyabr tarixli 2(104)-1662/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ilə X7 arasında 09 noyabr 2004-cü il tarixdə nikah bağlanmışdır. Tərəflərin birgə nikahlardan xx xxxxxxxx 2004-cü il təvəllüdlü İddiaçı2 və 01 noyabr 2006ci il təvəllüdlü X9 adlı övladları anadan olmuşlar.
2. Bərdə Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli 2(021)-1495/2023 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı1 arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 01 noyabr 2006-cı il təvəllüdlü X3 anasının yanında saxlanılması, eləcədə yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İsrafil oğlundan hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı1 verilməsi qət edilmişdir. 3. ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 210,5 kv.m ümumi sahədən ibar ət fərdi yaşayış evinin 1/3 hissəsi X1, fərdi yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsinin 1/2 hissəsi Cavabdeh və fərdi yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsinin 1/2 hissəsi X4 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı2 və İddiaçı1 azyaşlı uşağı - 01 noyabr 2006-cı il təvəllüdlü X9 ilə birlikdə, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri, həmin evdən istifadə hüquqlarının tanınması, eləcədə ödənilmiş 100 manat dövlət rüsumu və mediasiya xidmətinə görə ödənilmiş 50 manat pulun Cavabdeh alınaraq İddiaçı1 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1 həmin evdə qeydiyyatdadır. Ev köhnə olduğuna görə onu söküb yerində 2010-2011-ci illər ərzində 2 mərtəbəli, 1-ci mərtəbədə 2 otaq, 1 zal, 1 mətbəx, 1 hamam və sanitar qovşaqdan, 2-ci mərtəbədə 3 otaq və 1 zal olmaqla fərdi yaşayış evi inşa etmişlər. Həmin ev Cavabdeh və onun anası Samaya Əhmədovanın vəsaiti hesabına, yəni birgə vəsaitləri ilə tikilmişdir. Evin mülkiyyətçisi X10 07 yanvar 2022-ci il tarixdə vəfat edənədək onlarla birlikdə yaşamışdır. Lakin sonradan Cavabdeh İsrafil oğlu ilə birgə yaşamaları qeyri-mümkün olduğuna görə nikahları pozulmuşdur. Cavabdeh 08 yanvar 2023-cü il tarixdə onu yaşadıqları evdə heç bir səbəb olmadan bacısı Ziyadə Əhmədovanın təhriki və öyrətməsi ilə döyərək evdən çıxıb getməyini tələb etmişdir. Həmin gün bu barədə Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə m üraciət etmiş, polisin müşayiəti ilə uşaqları Hüseyn və Zeynəblə birlikdə evdən çıxmağa məcbur olmuşdur. Bir müddət Bərdə rayonu Çələbilər kəndində, hazırda isə Bərdə rayonu Otuzikilər kəndində qohumu X2 məxsus evdə yaşayırlar. Cavabdeh İsrafil oğlu onu və uşaqlarını mübahisəli evdə yaşamağa imkan vermir.
6. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunmasını xahiş etmiş, bildirmişdir ki, iddiaçıların evdə qeydiyyatı yoxdur, ev cavabdehin qardaşına məxsusdur.
7. Bərdə Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(021)-256/2024 nömrəli qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbi təmin edilərək, İddiaçı1 01 noyabr 2006-cı il təvəllüdlü X9 ilə birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, İddiaçı2 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçılara ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
9. Mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.
10. Məhkəmə qeyd edib ki, hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni, iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkət lərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Məhkəmə qeyd edir ki, hazırki vəziyyətə iddiçının yaşadığı yerdən məhrum edilməsi qanunsuzdur.
11. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, İddiaçı1 və İddiaçı2 uzun müddət birgə təsərrüfat aparmaqla ailə üzvü kimi ünvan 3 ünvanında yerləşən yaşayış evində yaşadığından, özünün və himayəsində olan azyaşlı uşağının oraya köçürülmələrini tələb etməkdə haqlı olmuşdur.
12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsi, Mənzil Məcəlləsinin 13-cü maddəsi və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.1, 218.1, 218.4, 216-220, 227, 233-cü maddələrə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə birgə yaşamaları mümükün olmadığına görə ayrılmışlar. Bərdə Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli 2(021)1495/2023 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı ilə münasibətləri münaqişəlidir. Belə ki, iddiaçı onun barəsində polisə şikayət etmişdir. Həmçinin iddiaçıların köçmək istədikləri evə payı olan qardaşı Suliddinin arvadı ilə də münaqişəli münasibətdədir. Birinci instansiya məhkəməsi mübahisəli əmlakın paylı mülkiyyətdə o lmasını və digər mülkiyyətçilərin iddiaçının köçürülməsinə razılıqlarının olub olmamasını nəzərə almamışdır.
15. Apellyasiya icraatı zamanı X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. 1/3 pay hüququ olan X10 isə 07 yanvar 2022-ci il tarixdə vəfat etmişdir.
16. Cavabdeh tərəf apelyasiya icraatı zamanı mübahisəli evin və torpaq sahəsinin üzərində tam olaraq X1 mülkiyyət hüququnun xx.xx.2024-cü il tarixdə qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı təqdim etmişdir.
17. Cavabdeh İsrafil oğlu apellyasiya instansiyası məhkəməsində şikayətin təmin olunmasını xahiş edərək izahatında başqa hallarla yanaış bildirmişdir ki, iddiaçı ilə 2004cü ildə evlənmiş və iddiaçı həmin evə gəlin köçmüşdür. Ev sonradan sökülmüş və yerində iki mərtəbəli ev tikilmişdir. Ailə münasibətləri pozulduğundan iddiaçı uşaqları ilə birlikdə 2023-cü ilin əvvəllərində evdən çıxmış və polisə şikayət etmişdir. Hazırda uşaqları ilə birlikdə yeni aldıqları evdə yaşayır. Anasının ölümündən sonra onun payı vərəsəlik qaydasında qardaşı Suliddinə keçmişdir. Həmçinin o da öz payını qardaşı Suliddinə bağışlamışdır.
18. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X8 izahatında göstərmişdir ki, atalarından miras qalmış evə 1/3 hissədə onun, qardaşı Əhmədin və anası Səmayənin payı müəyyən edilmişdir. Anasının ölümündən sonra payı vərəsəlik qaydasında ona keçmiş, qardaşı Əhməd isə payını ona bağışlamışdır. Ev hazırda tam mülkiyyət hüququ ilə ona məxsusdur. Bu səbəbdən iddiaçıların həmin evə köçürülməsinə etiraz edir.
19. İddiaçı1 izahatında b ildirmişdir ki, hazırda kirayədə qaldığı ev bacısının əri Elmara məxsusdur və hər ay ona 200 manat kirayə haqqı ödəyir. Gəlin köçdüyü evi tam (sonradan yeni tikilən) Suliddinin adına ona görə keçiriblər ki, onlar həmin evdə yaşamasınlar.
20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2024-cü il tarixli 2(104)-1662/2024 nömrəli qətnaməsi ilə (hakimlər Muradov Rəhman-sədrlik edən və məruzəçi, Mehtiyev Fikrət və Mustafayev Mustafa) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bərdə Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(021)-256/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı1 2004-cü ildə mübahisəli yaşayış sahəsinin paylı mülkiyyətçisi olan əri Cava bdeh, eləcə də digər mülkiyyətçilərin razılığı ilə həmin fərdi yaşayış evinə köçüb birgə təsərrüfat aparmış və bununlada sözügedən evdən istifadə hüququ əldə etmişdir. Digər İddiaçı2 isə istifadə hüququ doğulduğu andan yaranmışdır. Belə olan təqdirdə sonuncular mübahisəli fərdi yaşayış evinə köçürülmələri barədə tələb irəli sürməkdə subyektiv hüquqa malikdirlər və onların bu tələbini kollegiya qanuni və əsaslı sayır.
22. Mübahisəli fərdi yaşayış evinə hazırda tam mülkiyyət hüququnun X1 adına qeydə alınması (anasına münasibətdə vərəsəlik, qardaşı Cavabdeh münasibətdə isə bağışlama yolu ilə) özlüyündə iddianın rədd olunması üçün əsas sayıla bilməz. Çünki İddiaçı1 gəlin köçdüyü, digər İddiaçı2 isə doğulduğu vaxtdan fərdi yaşayış evinə istifadə hüququ əldə etmişlər. Belə olan təqdirdə onların fərdi yaşayış evinə olan istifadə hüquqlarına yalnız müvafiq kompensasiya verilməklə xitam verilə bilər.
23. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu nun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına, Mülki Məcəllənin 228.1, 228.2, 228.4-cü maddələrinə və MPM-nin 14.2,77.1,88,217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (vəkil Nümayəndə Bünyət oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia əsassız olduğu üçün onun rədd edilmsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir
26. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ilə münaqişəli olmasını nəzərə alınarsa, iddiaçının kassatorun yaşdığı evə köçürlməsi kassatorun ailə həyatı ilə bağlı gələcəkdə vercəyi qərarlara arzu edilməz təsir edəcəkdir və səhhətində ciddi problemi olan bir şəxslə davamlı mübahisəyə və münaqişəyə girməsi ilə iddiaçını onun sağlıq vəziyyətini daha da ağırlaşdırıcı təsirlər edəzəyi açıq aşkardır.
27. Bundan əlavə, məhkəmə paylı mülkiyyətə dair qanunverciliyin tələblərini nəzərə almamışdır. İşin məhkəmə icraatında olduğu dövrdə iddia predmeti olan ev paylı mülkiyyətə aid idi. Birinci instansiya məhkəməsi digər payçınn hüquq və qanuni mənafelərinin pozulmasını bildiyi halda onun işdə iştirakı üçün məhkəmə hər hansısa prosessual hərkət etməmişdir. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Lakin, birinci instansiya məh kəməsi mövcüd vəziyyətdə prosessaul qanunverciliyin təlbələri baxımından sonuna qədər bütün hüquq və vəzifələrindən tam istifadə etməmişdir.
28. Kassasiya şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci, Mülki Məcəllənin 213.1. 213.7. 215.1. 215.4-cü və MPM-nin 14.1,76.1,77.1, 167.1.7, 217.2, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. İş üzrə iddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
30. Etirazın dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etmiş sonda kassasiya şikayətinin təmin olunmaması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
31. Maddə
43. Mənzil hüququ I. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublika sının Mülki Məcəlləsi
32. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
33. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın
34. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs ə mlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.
35. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
36. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
37. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüq uqunun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
38. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
39. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarı
40. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlə rə baxılarkən 2009-cu il oktyabrın 01-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.4 M əhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
48. Qanunun t ələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfdən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunan mübahisəsiz hallarına görə iddiaçıların köçmək istədiyi Bərdə şəhəri, İsmət Qayıbov küçəsi 37 nömrəli fərdi yaşayış evinə 1990-cı ildə hər birinin payı 1/3 hissə olmaqla X10, X6 və Cavabdeh adlarına paylı mülkiyyət kimi qeydə alınmışdır. İddiaçı1 ilə Cavabdeh İsrafil oğlu 09 noyabr 2004-cü il tarixdə nikaha daxil olmuşdur və İddiaçı1 qeyd olunan evə gəlin köçmüşdür. Ev sonradan sökülmüş və yerində iki mərtəbəli ev tikilmişdir. Yeni ev inşa edildikdən sonra da iddiaçı həmin evdə yaşamaqda davam etmiş, 2023-cü ilin yanvar ayında evdən çıxmağa məcbur olmuşdur. Mübahisəli ev xx.xx.2024-cü il tarixdən tam mülkiyyət hüququ ilə üçüncü şəxs Suliddin Əhmədova məxsusdur.
52. İddiaçılar yuxarıda qeyd olunan əsalarla mübahisəli evə köçürülməsini tələb edir.
53. İşin müəyyən olunan faktik halları baxımından iddia tələbinin maddi hüquqi əsası ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001ci il tarixli Qərarın da göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
54. Konstitusiya Məhkəməsi “N.S.Cəbrayılovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 fevral 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2 dekabr 2010-cu il tarixli Qərarında isə izah etmişdir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı Mülki Məcəllənin 228. 5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. … Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəllənin 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəalarında digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalınmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.
55. Göründüyü kimi iddia tələbinin maddi-hüquqi əsasını Mülki Məcəllənin 228.5-ci maddəsi təşkil edir. Apelyasiya instansiyası məhkəməsi idd iaçının cavabdehin paylı mülkiyyətində olan evə 2004-cü ildə köçüb 2023-cü ilədək etibarlı ailə əlaqələrinin olmasına istinad etməklə iddianı təmin etmək barədə düzgün nəticəyə gəlmişdir.
56. Cavabdeh və üçüncü şəxsin iddiaçıların evə köçürülməsinə etiraz dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, mübahisəli mənzilin xx.xx.2024-cü il tarixdə (birinci instansiya məhkəməsinin qətnaməsı çıxarılandan bir ay sonra) cavabdehin qardaşı Suliddin Əhmədovun mülkiyyətinə keçməsi faktı, məhkəmənin gəldiyi nəticəni dəyişmir. Çünki Mülki Məcəllənin istər 158.3-cü maddəsi, ustərsə də 228.4-cü maddələri baxımından mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir.
57. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşır.
58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
59. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlillər i qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 28 oktyabr tarixli 2(104)-1662/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.