Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-856/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətlər, prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun geri qaytarılması” tələbi barədə mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1441 /2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən 05 mart 2025-ci il tarixdə verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixli, 3M-626 saylı kredit müqaviləsi üzrə 85.000 (səksən beş min) manat borcun və 345 (üç yüz qırx beş) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 3M-626 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 85.000 (səksən beş min) manat faizsiz kredit verilmişdir. Sözügedən kredit müqaviləsinin icra müddətinin 06.01 2024-cü il tarixdə bitməsinə baxmayaraq, borcalan tərəfindən müqavilənin müddəaları pozulmuş, öhdəliklər icra edilməmişdir. Bundan əlavə xx.xx.2024-cü il tarixdə borcalan Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün pretenziya ünvanlanmış, lakin həmin pretenziyaya borclu tərəfindən hər hansı cavab verilməmişdir.
3. Naftalan Şəhər Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(052)-61/2024 saylı qətnaməsi ilə (hakim Ayaz Səlimov) iddia təmin edilərək, Cavabdeh 85.000 (səksən beş min) manat borc məbləği və 345 (üç yüz qırx beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir.
4. Cavabdeh apellyasiya şikayəti verərək, Naftalan Şəhər Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən birinci instansiya məhkəməsinə geri qaytarılmasını və faktiki halların araşdırılmasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Gəncə Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1441/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Naftalan Şəhər Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(052)-61/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
6. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Nazım oğlu kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və mülki işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etmişdir.
7. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, qətnamə ona rəsmi təqdim edilməmişdir. Hazırki iş üzrə o, Mirzəbəy Mirzəbəyov onun hüquql arını vəkil kimi müdafiə etmişdir. Birinci instansiya məhkəməsinə vurulmuş teleqramdan göründüyü kimi həmin teleqram Mirzəbəy tərəfindən vurulmuşdur. Lakin ona indi məlum olmuşdur ki, vəkil onun hüquqlarının müdafiəsi ilə məşğul olmamışdır. Belə ki, icra şöbəsi tərəfindən Mirzəbəyə məlumat verilmiş daha sonra onun tərəfindən ona xx.xx.2024-cü il tarixdə məlumat veriləndən sonra qətnamə barədə məlumatı olmuşdur. Bundan sonra o, yeni vəkil ilə imzasını xx.xx.2024 tarixində aktiv etdirib sertifikat almışdır. Yəni elektron sistemə də, girmək imkanı olmamışdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməmiş sayılmasını xahiş etmişdir.
8. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1441/2024 nömrəli, xx.x x.2025-ci il tarixli qərardadı ilə (M.Mustafayev (sədrlik edən və məruzəçi), R.Muradov və F.Mehtiyev) cavabdehin buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1441/2024 saylı qətnaməsi Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan şəxsi elektron kabinetinə xx.xx.2024-cü il tarixdə, saat 16:50 yerləşdirilmişdir (iş materialları səhifə 81). Məhkəmə qətnaməsi Mirzəbəy Mirzəbəyovun deyil, Cavabdeh şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh nümayəndəsi Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə kassasiya şika yəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Bununla da, kassasiya şikayətinin verilmə müddəti buraxılmışdır. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizədə qeyd edilən dəlillər buraxılmış prosessul müddətin bərpa edilməsinə hüquqi əsas vermir.
10. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 130.2, 130.3, 133.1, 405.0.1, 405.0.2- ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1441/2024 saylı qətnaməs indən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsi Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan şəxsi elektron kabinetinə xx.xx.2024-cü il tarixdə, saat 16:50 yerləşdirilmişdir. Halbuki, cavabdehin asan imzası aktiv olmamışdır. Cavabdeh asan imzasını xx.xx.2024 tarixində aktiv etdirmiş, sertifikat almışdır və bundan sonra da vəkil ilə müqavilə bağlayıb kassasiya şikayətini vermişdir. Eyni zamanda qətnamə cavabdehin ünvanına da göndərilməmişdir. Bu hal müddətin bərpası üçün kifayət qədər üzürlü hal kimi hesab edilməli olsa da, məhkəmə kollegiyası bunu nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
15. Maddə 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir.
16. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
17. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
18. Maddə 405. 0.2. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilə bilər.
19. Maddə 405.0.2. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış elektron kabinetlərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
20. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə oluna n nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
21. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.
22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdı r. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından cavabdehin verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.
41. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
42. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddət də müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).
43. Hazırkı işin materiallarından müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1441/2024 saylı qətnaməsi Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan şəxsi elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilməklə, ona rəsmi qaydada təqdim olunmuşdur. Beləliklə, müəyyən olunur ki, qətnamə cavabdeh tərəfə qanunla müəyyən olunmuş qaydada təqdim olunmuşdur. 44.
24. Cavabdeh tərəf hazırkı kassasiya şikayətini və müddətin bərpasına dair ərizə sini ağlabatan müddətdə deyil, təxminən 4 ay keçdikdən sonra, xx.xx.2024-cü il tarixdə vermiş, prosessual qanunvericiliklə müəyyən olunan müddəti ötürməsini üzrlü səbəbdən baş verməsini ağlabatan dəlillərlə əsaslandırmamış və müvafiq sübutları təqdim etməmişdir. 45. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
46. Beləliklə, kassasiya kollegiyası izah edir ki, zəruri prosessual hərəkətlərin vaxtında həyata keçirilməməsi buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilə bilməz və bunun mənfi hüquqi nəticələrini məhz kassator daşımalıdır.
47. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.
48. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Re spublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1441/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.