Məhkəmə qərarları › İş №2(102)-859/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-859/2020

17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-859/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-12855/2019 saylı qətnaməsindən İddiaçı MMC və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETD İ: İddiaçı “xxxx” QSC adından çıxış edən törəmə müəssisəsi olan X5 Cavabdeh qarşı “faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2007-ci il tarixli 175/07 saylı kredit müqaviləsi faiz üzrə 7164,74 ABŞ dolları məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub “xxxx” QSC-nin xeyrinə ödənilməsi; kredit borcunu cavabdehin mülkiyyətində olan **-VP-*** dövlət qeydiyyat nişanlı, “Lexus ES 350” minik markalı minik avtomobili (ban JTHBJ46G872064169 nömrəli, rəngi qara) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin cavab dehə qaytarılması; satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda cavabdehə məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Natavan Tağıyeva) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan X5-nin Cavabdeh qarşı “faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Etibar Nəbiyev sədrlik edən və məruzəçi, Raqib Qurbanov və Aida Hüseyn) xx xxxxxxx 2019-cu il tarixli 2(103)-12 855/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı MMC-nin icraçı direktoru X5və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması onda əks olunmuşdur ki, məhkəmə tərəflərə eyni cür yanaşmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, eləcə də, həmin sübutlara tətbiq edilməli hüquq norm alarına müvafiq olaraq qiymət verməmişdir ki, nəticədə Azərbaycan Respublikası MPM-nin 8.2, 9.1, 88, 385.1.1 və 385.1.2-ci maddəsinin tələbləri pozulmuşdur. İstər birinci instansiya, istərsə də apellyasiya instansiyası tərəfindən iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı gəldiyi qənaət əsassızdır. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin müqavilənin şərtlərini pozaraq xx xxxxxx 2007-ci il tarixli, 175/07 saylı kredit müqaviləsinə faiz üzrə 7164.74 (yeddi min yüz altmış dörd ABŞ dolları 74 sent) ABŞ dolları kredit borcunu vaxtında ödəməmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə görə iddianı təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin qətnaməni dəyişdirmədən qüvvəsində saxlamışdır. Halbuki, öhdəliyin icra mü ddəti ilə bağlı şərtlər cavabdehlə bağlanmış kredit müqaviləsində nəzərdə tutulmuşdur. Cavabdeh ilə bağlanmış kredit müqaviləsində müqavilənin qüvvədə olma müddəti və xitamı öz əksini tapmışdır. Orada göstərilir: Bu müqavilə aşağıdakı hallarda xitam olunur: Bu müqavilə üzrə Borcalanın öz üzərinə götürdüyü öhdəliklər Borcalan və ya üçüncü şəxs tərəfindən vaxtında və tam həcmdə yerinə yetirildikdə xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Prosessual məsələlər: İddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında Cavabdeh vəkilsiz iştirak etdiklərinə görə Az ərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, «xxxx» ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli 175/07 saylı kredit müqaviləsi üzrə iddiaçının cavabdehə qarşı məhkəmədə pul tələbinə dair iddia irəli sürməsi üçün iddia müddəti keçmişdir. Belə ki, xx xxxxxx 2007-ci il tarixli 175/07 saylı kredit müqaviləsi üzrə cavabdeh 18 ay müddətinə illik 23% faiz kreditdən istifadəyə g örə haqq ödəmək şərti ilə 36500 ABŞ dolları məbləğində kredit vəsaiti götürmüşdür. Həmin müddət bitdiyi vaxtdan hesablanmaqla iddiaçı 3 il ərzində cavabdehə qarşı məhkəmədə iddia irəli sürə bilərdi. Lakin iddiaçı məhkəmədə həddən artıq gecikməklə və iddia müddətini ötürməklə, yalnız xx.xx.2018-ci il tarixində cavabdehə qarşı müqavilə tələbi üzrə iddia irəli sürmüşdür. Cavabdeh isə bunları əsas gətirərək məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmədə müəyyən edildiyi kimi iddiaçı cavabdehə qarşı iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür və məhkəmə cavabdehin bu haqda ərizəsini əsaslı sayaraq bu səbəbdən də iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırki iddia tələbi üzrə tərəflər arasında müqavilə münasibətləri mövcud olmuş, müqavilədən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət xx xxxxxx 2009-cu il tarixdə bitmişdir ki, iddiaçı da hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür, birinci instansiya məhkəməsi baxışı zamanı da cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirm əyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şər h edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında gəldiyi nəticələrə əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hal larını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-12855/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar