Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-861/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Quliyev Gündüz Ağababa oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Səlimova) xx.xx.2017-ci il tarixli, 2(011)*****/2017 nömrəli qətnaməsi ilə İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “kredit, ipoteka və zaminlik müqavilələri üzrə öhdəliklərin icrası və s” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013cü il tarixli ***** saylı baş kredit razılaşması, xx.xx.2014-cü il tarixli *****/2 saylı kommersiya krediti müqaviləsi və xx.xx.2014-cü il tarixli *****/3 saylı kommersiya krediti müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh4 xx.xx.2014-cü il tarixli *****/2 saylı və xx.xx.2014-cü il tarixli *****/3 saylı kommersiya krediti müqavilələri üzrə müştərək qaydada iddiaçının xeyrinə 281635, 73 ABŞ dolları əsas, 38256,04 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 320391,77 ABŞ d olları məbləğində pulun ödəniş gününə manata olan məzənnəsi ilə, məhkəmə xərclərinə görə 120 manat İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, ****** rayonu, **** ci məhəllə, ****** küçəsi, *** saylı evin*** saylı mənzilin ilkin satış qiymətinin 204.000 manat, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, ************** saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 145.400 manat, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri,************* saylı evin 4-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 162.500 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına 320.391 ABŞ dolları borcun ödənilməsi, ipoteka predmeti olan evlər açıq hərracdan satıldıqdan 1 ay son ra boşaldılması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.Q,Hüseynov, İ.K.Xəlilov, X.A.Cəmilova) xx.xx.2018-ci il tarixli, 2(103)-*****/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə- iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər G.Quliyev, Ə.Rüstəmov, Ə.Əliyev) xx.xx.2018-ci il tarixli, 2(102)-*****/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya MəhkəməsininMülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-* ****/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Babayev, X.Mərdanova, E.Həsənov) xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-*****/2017 nömrəli qətnaməsinin qismən mübahisələndirilən hissəsində ləğv edilmiş, İddiaçı ASC-nin iddia tələbi Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri,***************** yerləşən 3 otaqlı fərdi yaşayış evinə və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, ****************** yerləşən 3 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi hissəsində təmin olunmaması qət edilmişdir. İddiaçı ASC iş üzrə Ba kı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “kredit, ipoteka və zaminlik müqavilələri üzrə öhdəliklərin icrası və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2016-cı il tarixə banka borclu olduğu 281 635,73 ABŞ dolları məbləğində əsas borcun, 38 256,04 ABŞ dolları məbləğində faizin və 2 800 ABŞ dolları məbləğində cərimənin, cəmi 322 691,77 ABŞ dolları borcun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə Hanmaqla), həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat və ipoteka predmetlərinə yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 90 manat məbləğind ə dövlət rüsumlarının cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsinə, tələbin xüsusi paylı mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri ****************** mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinə - ilkin satış qiyməti 69700 manat məbləğində müəyyənləşdirilməklə, xüsusi paylı mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri *************** mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinə ilkin satış qiyməti 84500 manat məbləğində müəyyənləşdirilməklə, xüsusi tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri ***************** yerləşən 6 nömrəli 145,7 m 2 ümumi, 96,1 m2 yaşayış, 49,6 m2 yardımçı sahədən ibarət 4 otaqlı **** nömrəli mənzilə ilkin satış qiyməti 154200 manat məbləğində müəyyənləşdirilməklə yönəldilməsinə və əmlakların açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd olunan borcun İddiaçı ASC-yə ödənilməsinə, ipoteka predmetləri olan göstərilən əmlakların məcburi qaydada boşaldılmasına, ***** saylı xx.xx.2013-cü il tarixli baş kredit razılaşmasının, *****/2 saylı xx.xx.2014-cü il tarixli kommersiya krediti müqaviləsinin və *****/3 saylı xx.xx.2014-cü il tarixli kommersiya krediti müqaviləsinin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı “Bank VTB(Azərbaycan)” ASC-nin vəkili Vəkil1 k assasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış əsas öhdəlik olan baş kredit razılaşmasında borc və digər öhdəliklər müəyyən edilmiş və ipoteka müqaviləsi qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun olaraq tərtib edilmiş və qanun tələbinə uyğun formada da imzalanaraq qeydiyyata alınmışdır.Apelyasiya məhkəməsi işin qeyd olunan əşya təminat hüququnun və öhdəliklərinin icrasının təmin edilməsi əsaslarını müəyən edən qanunvericiliyinin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, iddianın ipoteka predmetlərinə tələbin yönəldilməsini tələb etməsinin “vicdanlılığı tələb edən hərəkət” olmadığını hesab etməklə iş üzrə əsassız nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(1 03)-*****/2019 nömrəli qətnaməsinin qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və “Bank VTB(Azərbaycan)” ASC-nin iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı “Bank VTB(Azərbaycan)” ASC-nin vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edi lməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi AzərbaycanRespublikasının MülkiMəcəlləsinin 307.4-cü, “İpoteka haqqında” Qanunun 10.5-cimaddələrinəəsasəngəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, bağlanmış ipoteka müqavilələrində zəruri şərtlərin (müddət, faiz, məbləğ) göstərilmədiyindən və borcalanla sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanların razılığının alınmadığından ipoteka müqavilələri həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış kimi qiymətləndirilməli və bu müqavilələrdən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilməməlidir. Kassasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, apellyasiya kollegiyası qeyd edilən mübahisəni mahiyəti üzrə həll edərkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, işin materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, ***** saylı baş kredit razılaşmasına əsasən, Bank kredit alana ******* ABŞ dolları və ya manata olan ekvivalenti məbləğində kredit xətti açılmışdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, *****/2 saylı kommersiya krediti müqaviləsinə əsasən, Bank borcalana 48 ay müddətinə illik 16% dərəcəsi ilə 215000 ABŞ dolları; xx.xx.2014-cü il tarixli, *****/3 saylı kommersiya krediti müqaviləsinə əsasən 36 ay müddətinə illik 16% dərəcəsi ilə 210000 ABŞ dollar ı kredit vermiş, borcalan kreditləri və hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Baş kredit razılaşmasından irəli gələn öhdəliklərin icrasına təminat olaraq xx.xx.2013-cü il tarixli, 118958-7-6075 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh4 birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün xx.xx.2013-cü il tarixdə bağlanmış ipoteka müqavilələrinə əsasən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məxsus mənzillər bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kommersiya krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli razılaşmaya əsasən, kredit alanın Banka xx.xx.2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 306135 ABŞ dolları müəyyən e dilmiş, hazırkı razılaşmanın imzalandığı tarixdən kredit alan kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 34 ay müddəti ərzində istifadə etməyi və xx.xx.2018-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə Banka illik 16% ödəməyi öhdəsinə götürmüş, bu razılaşmanın tərkib hissəsi sayılan əlavə (ödəniş qrafiki) imzalandığı tarixdən, xx.xx.2014-cü il tarixli, *****/2 saylı və xx.xx.2014-cü il tarixli, *****/3 saylı kommersiya krediti müqavilələri üzrə imzalanmış 1 saylı əlavə qüvvədən düşmüş hesab edilmiş və həmin kommersiya krediti müqaviləsinin mətni üzrə əlavə 1 yeni əlavə ilə əvəz olunmuş, xx.xx.2014-cü il tarixli, *****/2 saylı və xx.xx.2014-cü il tarixli, *****/3 saylı komersiya krediti müqavilələrinin 2.1 və 2.2-ci bəndləri qüvvədən düşmüş hesabed ilmiş, xx.xx.2014-cü il tarixli, *****/2 saylı və xx.xx.2014-cü il tarixli, *****/3 saylı əlavə kommersiya krediti müqavilələrinin digər şərtləri dəyişdirilmədən qüvvədə qalmışdır. xx.xx.2014-cü il tarixli, *****/2 saylı və xx.xx.2014-cü il tarixli, *****/3 saylı kommersiya krediti müqavilələri və onlara dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli, 01 saylı razılaşma ipoteka qoyan Cavabdeh3 və Cavabdeh2 tərəfindən imzalanmamışdır. “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan şərtlər sadalanmışdır. Həmin maddəyə əsasən, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Mülki Məcəllənin 307.4-cü maddəsinə müva fiq olaraq, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Qanunvericiliyin tələbinə əsasən ipoteka müqaviləsi birmənalı olaraq əsas öhdəliyin təminatı kimi bağlanır və borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə ipoteka qoyanın məsuliyyəti ehtimallara əsaslana bilməz, o yalnız ona məlum olan şərtlər daxilində məsuliyyət daşımalıdır. Buna görə də ipoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün şərtlərin göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şə rtlər çərçivəsində məsuliyyət daşıyacaqdır. Məhz bu əsaslardan çıxış edən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarına istinad edən apellyasiya instansiyası məhkəməsi bağlanmış ipoteka müqavilələrində zəruri şərtlərin (müddət, faiz, məbləğ) göstərilmədiyindən və borcalanla sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanların razılığının alınmadığından ipoteka müqavilələri həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış kimi qiymətləndirilməli və bu müqavilələrdən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilməməli olması nəticəsinə gəlmişdir. Sözügedən qərarda qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 10.1, 10.5-ci və Mülki Məcəllənin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqavil əsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirild iyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaətləri razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarına həm əşya təminat hüququnun və öhdəliklərin icrasının təmin edilməsi əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından, həm də apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, “İpoteka haqqında” AzərbaycanRespublikası Qanununun 10.3-cü maddəsinə əsasən ipoteka müqaviləsi ilə əsas öhdəliyi yaradan müqavilə arasında uyğunsuzluq olduqda, ipoteka qoyan borclu olduqda, əsas öhdəliyi yaradan müqavilənin, ipoteka qoyan borclu olmadığı halda isə ipoteka müqaviləsinin şərtləri üstünlük təşkil edir. Qanunveri ciliyin tələbindən aydın olur ki, qanunvericilik ipoteka qoyanın əsas öhdəliyə münasibətdə cavabdeh olub-olmamasını əsas götürərək borclu-ipoteka qoyan və üçünxü şəxs (digər cavabdehlər) ipoteka qoyan olmaqla fərqləndirməklə, onlarla kreditor arasında olan ipoteka münasibətlərini fərqli şəkildə tənzimləyir. Belə ki, əsas öhdəliklə ipoteka müqaviləsi arasındakı uyğunsuzluq ipoteka qoyan borclu olduqda, kreditorun xeyrinə ipoteka qoyan üçüncü şəxs olduqda isə onun xeyrinə təfsir edilir. Deməli, hər hansı uyğunsuzluq halında üçüncü şəxslər üçün hüquqlara malik olmaqla, həmin nəticələr üçün məsuliyyət daşımamaqla, yalnız əlavə öhdəlik-ipoteka müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlik üzrə cavabdehdirlər. Lakin borclu ipoteka qoyan həm əsas öhdəlik, həm də əlavə öhdəlik üzrə cavabdeh oldu ğundan, həmin öhdəliklərin hər hansı şərtləri arasında uyğunsuzluq halında, həmin şərtin ipoteka müqaviləsində nəzərdə tutulmadığı və ya başqa formada nəzərdə tutulduğu üçün borclunun məsuliyyətindən azad edilməsi yolverilməzdir. İşin materiallarından görünür ki, iddiaçı Bankla bağlanmış 1.500.000 ABŞ dolları həddində kredit razılaşmasının təmin edilməsi üçün 3 ədəd əmlaka dair ipoteka müqaviləsi bağlanmışdır, həmin əmlaklardan biri borclunun, qalan iki əmlak isə üçüncü şəxslərin (digər cavabdehlərin) mülkiyyətindədir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsas öhdəliklə ipoteka müqaviləsi arasındakı uyğunsuzluğu müəyyən etməmiş, uyğunsuzluğun mövcud olduğu təqdirdə belə, borclunun əmlakına münasibətdə həmin uyğunsuzluğun kreditorun xeyrinə təfsi edilməli ol ub olmamasının qanuni əsaslarına hüquqi qiymət verməmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi İddiaçı ASC-nin iddia tələbi Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, ************** mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, ******************* yerləşən 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi hissəsində təmin olunmaması nəticəsinə gələrkən apellyasiya şikayəti vermiş cavabdehlərin şikayətinin dəlillərinə diqqət yetirməmişdir. Belə ki, şikayət müəllifləri ipoteka predmetlərinin boşaldılması tələbinin mülkiyyətçiyə məxsusluğunu, iddiaçı bankın isə hərracın nəticələri məlum olmadığı halda buna subyektiv hüququnun olmamasını, mənzili boşaltmalı şəxslərinin dəqiq dairəsinin müəyyən edilməməsini, ipoteka predmetlərinin q iymətləndirilməsinə dair iş materiallarında olan rəylərin şəmin əmlakların real bazar qiymətini öüzəndə əks etdirməməsini, sözügedən əmlakların bazar dəyərinin qeyri-obyektiv təyin edilməsini, bir sözlə məhkəmənin tutma yönəldilərkən ipoteka predmetdərinin ilkin satış qiymətinin qeyd edilən rəylər əsasında deyil, tam, hərtərəfli, müfəssəl, obyektiv və alternativ rəylər əsasında müəyyən edilməli olmasını mübahisələndirmişlər. Beləliklə də, apellyasiya şikayətinin müəllifləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək hazırki iş üzrə şikayətdə istinad olunan dəlillər nəzərə alınmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmələri onlara münasibətdə iddianın rədd edilməsini deyil, obyektiv və qanuni qətnamə qəbul edilməsini özündə ehtiva etmişdir. Belə ki, şikayətin dəlil lərindən tam aydın olur ki, şikayət müəllifləri onlara qarşı olan iddia tələblərinə düzgün hüquqi qiymət verilməməsini, tutmanın onların əmlaklarına yönəldilərkən şikayətdə istinad edilən qanunvericilik normalarının tələblərinə riayət olunmamasını mübahisələndirmiş, ipoteka müqavilələrin qanuniliyini, yəni, onlarda zəruri şərtlərin (müddət, faiz, məbləğ) göstərilmədiyindən və borcalanla sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanların razılığının alınmamasını mübahisələndirməmişlər. Apellyasiya instansiyası məhkəməsi isə apellyatorların belə bir tələbi olmadığı halda birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə ləğv etməklə iddianın onlara münasibətdə təmin edilməməsi barədə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunu n «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Həmin qərarda həmçinin göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü m addəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Bluche r Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Azərbaycan Respublikasının MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kassasiya kollegiyası hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutl ar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin: 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və onları qismən əsaslı hesab edərək qeyd edir ki, bu dəlillər iş üzrə apellyasiya instansiya sı məhkəməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qə rarı; “X3rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-*****/2019 nömrəli qətnaməsi ləğv edilsin, mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-861/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-861/2020
10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver