Məhkəmə qərarları › İş №2(102)-868/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-868/2020

12.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-868/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, cavabdehin vəkili Şahbazov Səxavət Rizvan oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 oktyabr 2019-ci il tarixli qətnaməsindən cavabdeh x3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 fevral 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.Mi rzəyev) iddiaçı x1 cavabdehlər x2, x3 və x4-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən, məruzəçi), R.Qurbanov və A.Hüseyn, 2(103)7627/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən, yəni iddia tələbinin rədd edilən - maddi və mənəvi ziyanın ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, cavabdeh x3ndan vurulmuş maddi ziyana görə 5216 (beş min iki yüz on altı) manat və mənəvi ziyana görə 1000 (bir min) manat olmaqla, cəmi 6216 (altı min iki yüz on altı) manat məbləğ ində pul tutularaq, iddiaçı x1na ödənilsin. İşin halları İddiaçı x1 cavabdehlər x2na və x3na və x4-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər x2ndan, x4 və x3ndan müştərək qaydada ona dəymiş 5759 manat maddi ziyanın, 20000 manat mənəvi zərərin, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tuutlub iddiaçıya verilməsi, cavabdeh x3 ilə onun arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək Toyota Prado markalı, 90 CH*** nömrəli avtomobilin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x3 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamə nin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Şahbazov Səxavət Rizvan oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını müm kün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İddiaçı x1 cavabdehlər x2na və x3na və x4-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiasını təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini maddi və mənəvi ziyanın ödənilməsi hissəsində ləğv edərək, həmin hissədə iddia tələbini qismən təmin edərək cavabdeh x3ndan vurulmuş maddi ziyana görə 1000 manat olmaqla cəmi 6216 manat məbləğində pul tutularaq iddiaçı x1na ödənilməsi barədə qətnamə qəbul edən apellyasiya instansiya məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdeh x3 tərəfindən iddiaçıya maddi ziyan dəyməsi öz təsdiqini tapmışdır. Belə ki, adı çəkilən avtomobil iddiaçıya verildikdən sonra həmin avtomobildə nasazlıqlar baş vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla qətnamə maddi hüquq normaları pozulmaqla qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsindən verilmiş 31 yanvar 2019-cu il tarixli məktubun məzmunundan görünür ki, Tayota Land-Cruiser-Prado markalı 90-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil əvvəl x1 adına qeydiyyatdan keçmiş, 11.06.2018-ci il tarixdə isə onun adından qeydiyyatdan çıxarılaraq qeytdiyyat nömrəsi dəyişdirilmədən x5 adına təkrar qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, iddiaçı 10.000 manat pul verməkdə 29 may 2018-ci il tarixdə cavabdehdən “Prado” markalı avtomaşın almış, həmin avtomaşın onun istifadəsində olmaqla o idarə etmiş, Naxçıvan Respublikasına gedərkən avtomobildə problemlər meydana çıxmış, buna görə iddiaçı avtomaşını təmir etdirmişdir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddianı qismən təmin edən apellyasiya instansiyası məhkəməsi heç bir sübuta əsaslanmadan belə nəticəyə gəlmişdir ki, x3 tərəfindən iddiaçıya maddi ziyan vurulması öz təsdiqini tapmışdır. Apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı “Prado” markalı avtomaşını alqı-satqı müqaviləsinə əsasən almış, avtomaşını onun sahibliyində və mülkiyyətində olmuş, avtomaşını iddiaçı istifadə etmiş və həmin vaxt da avtomaşında nasazlıq baş vermişdir. Avtomaşının nasaz olması barədə iddiaçı cavabdehə heç bir irad bildirməmiş, avtomaşın təmir etdirdikdən sonra hazırkı iddianı qaldırmışdır və iddiaçı öz iddi asını təsdiq edən sübut təqdim etməmişdir. Avtomaşında baş verən nasazlıqların cavabdehin təqsiri üzündən baş verməsinə dair apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə mülahizə xarakteri daşımaqla əsaslandırılmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İşin yeni apellyasiya baxışı zamanı qərarda göstərilənlərə əməl edilməklə iş üzrə qanuni qərar qəbul edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh x3nun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar