Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-870/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Abdullayeva (Məmmədova) Nigar İlqar qızının cavabdehlər Cavabdeh və X13 qarşı QƏRARİ (Açar sözlər: əmlak tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, İddiaçı Abdullayeva (Məmmədova) Nigar İlqar qızının cavabdehlər Cavabdeh və X13 qarşı əmlak tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)6451/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 fevral 2023-cü il ta rixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Tərəflər və onların yaxın qohumları arasında müxtəlif səpkili mübahisələr mövcuddur. Həmin mübahisələrdən biri də hazırki iş üzrə Abdullayeva (Məmmədova) Nigar İlqar qızının keçmiş baldızı Cavabdeh və onun əri X13 qarşı olan “əmlak tələbinə dair” iddia tələbi ilə bağlıdır.
2. Abdullayeva (Məmmədova) Nigar İlqar qızının hazırki iddiasının əsasını onun keçmiş ərinin evində qalan və məhkəmə çəkişməsinin predmeti olan şəxsi əşyaları (paltar, aksessuar, qızıl-zinət əşyaları) Cavabdeh və onun əri X20 tərəfindən qanunsuz olaraq götürülməsi və istifadə edilməsi təşkil edir.
3. Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı, polis mayoru Ş.Fərhadovun icraatında olan 1 saylı HK-532 nömr ə ilə qeydə alınmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə 10 yanvar 2022-ci il tarixli qərarına əsasən, İddiaçı və Cavabdeh qarşılıqlı müraciətləri əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və tərəflərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Abdullayeva (Məmmədova) Nigar İlqar qızının Cavabdeh qarşı “əmlak tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsinə əlavə edilmiş siyahıda qeyd edilən əşyalarının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
5. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən iddiaçı Abdullayeva (M əmmədova) Nigar İlqar qızı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, X11 cavabdeh qismində işə cəlb edilməsi, iddia ərizəsinə əlavə edilmiş siyahıda qeyd edilən əşyalarının cavabdehlər Cavabdeh və X9 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onun keçmiş həyat yoldaşı X4 ilə birgə yaşadıqları, sonuncunun atasına məxsus olan ünvan 1 ünvanda yerləşən mənzildən 2020-ci ilin yanvar ayında nənəsinə baş çəkmək məqsədilə çıxandan sonra, Ş.Abdullayev tərəfindən həmin mənzilin açarları dərhal dəyişdirilmiş və onun mənzilə qayıtmağı mümkün olmamışdır. Bundan sonra Ş.Abdullayevlə aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Həmin vaxtdan hazıra qədər Ş.Abdullayev o nu mənzilə buraxmamışdır. Mənzildə isə onun qiyməti külli miqdarda olan, bahalı geyim və qızıl-zinət əşyaları qalmışdır. O, qiymətli əşyalarının ona qaytarılmasını tələb etsə də, Şamxal Abdullayev və sonuncunun yaxınları tərəfindən əşyaları ona qaytarılmamışdır. Məcbur olub, əşyalarının tam siyahısını təqdim etməklə, həmin əşyaların məhkəmə qaydasında ona qaytarılmasını tələb etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsində (hakim Təhminə Xəlilova) araşdırma zamanı, məhkəmə qərardadlarının Nəsimi rayon İcra şöbəsi tərəfindən icrası ilə bağlı onun iştirakı təmin olunmadan, 4 fevral 2021-ci il tarixli və 6 aprel 2021-ci il tarixli aktlar tərtib edilmiş, foto və video çəkiliş həyata keçirilmiş və müəyyən olunmuşdur ki, onun külli miqdarda dəyəri olan əşyalarının əhəmiyyətli hissəsi mənzildə yoxdur. Həmin əşyaların icra məmurları tərəfindən mənzildə aşkar edilməməsi, son nəticədə həmin əşyaların mənzildən aparıldığını tam təsdiq edir. Əks halda, onun əşyaları mənzildə olmalı idi, çünki o mənzildən çıxanda həmin əşyalar mənzildə qalmışdır. Sonradan, keçmiş həyat yoldaşı Şamxal Abdullayevin doğma bacısı, hazırkı iş üzrə Cavabdeh bir neçə dəfə təsadüf nəticəsində görəndə, habelə sonuncunun özü tərəfindən internetə qoymuş olduğu şəkillərdə, icra məmurlarının mənzildə aşkar etmədiyi və bahalı qiymətə ona atasının pulu ilə alınmış geyim əşyalarını, o cümlədən çanta, ayaqqabı, köynək, qızıl-zinət və s. əşyalarının cavabdehin əynində olduğunu müşahidə etmişdir. Cavabdehin əynində əşyalarını görən kimi dərhal foto şəkillərini də çıxarmağa müvəffəq olmuşdur. Həmin əşyalar onun atasın v əsaiti hesabına internet vasitəsilə satın alınmışdır. Bu faktları təsdiq edən foto şəkillər və alğı-satqı barədə müvafiq çıxarışları ərizəyə əlavə etmişdir.
7. Cavabdeh məhkəməyə iddiaya etiraz göndərərək qeyd etmişdir ki, qardaşı X1 2020-ci ildə boşadığı keçmiş həyat yoldaşı, iddiaçı X18 əvvəlcə polisə şikayət verərək, sonra da iddia ərizəsi ilə məhkəməyə müraciət edərək guya onun qardaşı Şamxala məxsus ünvan 2 ünvandan iddiaçının çantasını, ayaqqabısını, köynəyini və qızıl-zinət əşyalarını gizli yolla talayıb istifadə etməyi və guya həmin əşyalarla şəkillərini özü çəkərək internetdə yaymağı kimi həqiqətə uyğun olmayan məlumatlar verib. İddiaçının iddia ərizəsində göstərdikləri böhtandır və yalandır, iddiaçı onun fotoşəkillərindəki əşyaların iddiaçıya məxsus olmasını təsdiq edən heç bir m ötəbər sübut təqdim etməyib. O, kimsənin, o cümlədən qardaşı Şamxalın 2 il əvvəl boşadığı iddiaçının əşyalarını talamamışdır, onlardan istifadə etməmişdir, etmir. Onun fotoşəkillərindəki geyimlər, aksessuarlar özünə məxsusdur. Həmin əşyalardan boşanana qədər iddiaçı da bəzi hallarda istifadə edib. İddiaçının fotoşəkillərdə göstərdiyi brilyant qaşlı qızıl sırğa anasına məxsusdur. Anası həmin sırğanı qardaşı Şamxal iddiaçı ilə ailə qurmamışdan qabaq alıb. İddiaçının sırğa ilə öz fotosunu çəkməsi həmin sırğanın ona məxsus olması anlamına gəlmir. İddiaçının satış məqsədilə aldığı əşya və aksessuarlarla öz fotosunu çəkməsi bir adət şəklini almışdır, iddiaçı qardaşı Şamxala qarşı əmlak tələbi ilə məhkəməyə müraciət etdikdən və məhkəmə qərarı ilə iddiaçının ünvan 2 ünvanda qalmış əşyalarından ist ifadə qadağan edildikdən sonra o, ümumiyyətlə ünvan 2 ünvanda olmamışdır. Bundan əlavə, iddiaçının atasının onun atasına 270.000 ABŞ dolları məbləğində borcu var, o həmin borcdan atasına hər ay 10.000 ABŞ dolları qaytarmağı öhdəsinə götürüb. Ona nə ehtiyac vardır ki, atasına borcu olan şəxsin qızının geyinilmiş paltarlarını geyinsin, aksessuarlarından və qızıl-zinət əşyalarından istifadə etsin. Digər tərəfdən, onun bədən ölçüləri ilə iddiaçının bədən ölçüləri bir-birinə uyğun gəlmir. O, bədən ölçülərinə uyğun gəlməyən paltarlar geyinmir. Bu fakt da nəzərə alınmalıdır ki, hansısa fabrik eyni maldan ayrı-ayrı şəxslər üçün 1 ədəd deyil, satış məqsədilə çox sayda istehsal edir. Qardaşı Şamxal iddiaçını boşadıqdan sonra onların ailələri arasında münaqişə və məhkəmə mübahisələri yaranıb. Bununla bağlı aşağıdakı faktları təqdim edir. İddiaçının qardaşı Şamxala məxsus ünvan 2 ünvanda qalmış cehiz, geyim, aksessuar və qızıl-zinət əşyalarını tələb etməsi ilə bağlı Nərimanov Rayon Məhkəməsində qətnamə çıxarılıb, iddiaçının əsassız tələb etdiyi əşyalarla bağlı iddiası təmin edilməyib. Buna görə də, iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verib, işə Bakı Apelyasiya Məhkəməsində baxılır. Apellyasiya baxışında qardaşı ərizə verərək iddiaçının ona məxsus mənzildə qalmış əşyalarının çıxarılması üçün müvəqqəti təminat tədbiri barədə ərizə verib. Bundan əlavə, məhz qardaşının təşəbbüsü ilə ünvan 2 ünvanda qalmış, iddiaçıya məxsus cehiz, geyim, aksessuar və qızıl-zinət əşyaları təhvil verilib. İddiaçı tərəf həmin mənzildən qardaşı ilə birgə nikah dövründə əldə olunmuş əşyaları da yığıb a parıb, mənzildə bir çöp belə qoymayıb. Yasamal Rayon Məhkəməsində iddiaçının əmlak bölgüsü tələbi ilə bağlı işə baxılıb, iddiaçının əsassız tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılıb. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verib, lakin şikayəti təmin olunmayıb. İddiaçı apellyasiya instansiyasının qətnaməsindən kassasiya şikayəti verib. İşə kassasiya instansiyasında baxılır. İddiaçı Yasamal Rayon Məhkəməsində guya şərəf və ləyaqətinin ləkələnməsi ilə bağlı iddia qaldırıb, məhkəmə iddiaçının həmin iddiasını da rədd edib. Həmin işə apellyasiya instansiyasında da baxılaraq iddiaçının apellyasiya şikayəti rədd edilib. Həmin işə baxılması da kassasiya instansiyası mərhələsindədir. Bakı Apelyasiya Məhkəməsində qardaşı Şamxalın öz uşaqları ilə görüşünə icazə verilməməsi ilə bağlı iddiaçının pellyasiya şikayətinə baxılıb və məhkəmə qətnaməsi ilə həmin şikayət rədd edilib. İddiaçı apellyasiya məhkəməsinin həmin qətnaməsindən də kassasiya şikayəti verib. İşə kassasiya instansiyası məhkəməsində baxılır. Qardaşı Şamxalın iddiaçının ailəsinin təhriki ilə onun iş yerinə gələrək onu təhqir etmiş X2 xüsusi ittiham qaydasında şikayət verib, işə Abşeron Rayon Məhkəməsində baxılıb, Soltanova Zəminə cərimə cəzasına məhkum edilib. Həmin hökm qanuni qüvvəyə minib. İddiaçının atası qardaşı Şamxala qarşı işgüzar nüfuzun ləkələnməsi və buna görə 300.000 manat mənəvi zərər tələbi ilə iddia qaldırıb. Həmin iddia Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatındadır. İddiaçı onu «oğru» kimi qələmə vermək və cinayət məsuliyyətinə cəlb etdirmək məqsədilə işlədiyi «Xidmət-İş» HİF-in yaxın lığında sürücü kimi işlətdikləri X12 vasitəsilə, onun telefon aparatı ilə şəkillərini çəkdirib və həmin şəkilləri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə təqdim edərək və sonradan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə verdikləri iddiaya əlavə edərək, polis və məhkəmə orqanlarında guya iddiaçının çantasını, ayaqqabısını, köynəyini və qızıl-zinət əşyalarını gizli yolla talayıb istifadə etməsini və guya həmin əşyalarla şəkillərini özü çəkərək internetdə yaymasını göstərib. Onun iddiaçının çantasını, ayaqqabısını, köynəyini və qızıl-zinət əşyalarını oğurlayıb istifadə etməsi və guya həmin əşyalarla şəkillərini özü çəkərək internetdə yayması iddiaçının polisə şikayətində, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə verdiyi izahatında və Bakı şəhəri Nərimanov Rayon Məhkəməs inə təqdim etdiyi iddia ərizəsində öz əksini tapıb. İddiaçı qardaşı ilə evli olarkən geyim və aksessuarların «online» alğı-satqısı ilə məşğul olub. O da bəzən iddiaçının vasitəsilə haqqını ödəməklə müxtəlif geyim və aksessuarlar satın almışdır. İddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillərində əks olunan paltarların, aksessuarların və qızıl-zinət əşyalarının iddiaçıya heç bir aidiyyəti yoxdur. İddiaçının «online» alğı-satqı ilə məşğul olması «DHL Express Azerbaijan» şirkətində kuryer işləmiş X14 və 2018-2019-cu illərdə qardaşı Şamxalgildə sürücü işləmiş, iddiaçının sürücüsü olmuş X15 ərizələrində öz təsdiqini tapmışdır. X22 və X23 öz ərizələrində göstəriblər ki, “Farfetch” saytından iddiaçının adına Bakı şəhəri Əhməd Rəcəbli küçəsində olan “DHL” və Atatürk prospektində olan 69 saylı poçt vasitəsilə hər gün və ya günaşırı bir neçə bağlama gəlib. Mallar iddiaçının telefon nömrəsinə, amma fərqli şəxslərin adına gəlib (X33 iddiaçıya 200-dən çox bağlama çatdırıb. Həmin malların bir qismi bir neçə gün saxlandıqdan, hətta bəziləri iddiaçı tərəfindən istifadə olunduqdan sonra geri qaytarılıb. İddiaçı Əfqan Əliyevə şəxsən bildirib ki, «İnstaqram» şəbəkəsində «Online», yəni sayt vasitəsilə satışla məşğuldur. X22 və X23 məhkəmə iclasında şahid qismində ifadə vermək niyyətindədirlər (Orxan Hacıyevin və Əfqan Əliyevin ərizələri, malların iddiaçının telefon nömrəsinə, amma başqa şəxslərin adına gəlməsini təsdiq edən xx.xx.2019-cu il tarixli invoys əlavə olunur). İddiaçı başqa şəxslərə də mallar satdığına görə atası dəfələrlə ona və atası Məmmədov İlqara iradını bildirib. Bundan başqa i ddiaçı başqalarının bank kartlarından qanunsuz pullar çıxarıb mənimsədiyinə görə qardaşı Şamxal onun əvəzinə 33.000 ABŞ dolları ödəməli olub. Qardaşının iddiaçını boşamağının səbəblərindən biri də iddiaçının başqalarının bank kartlarından pullar çıxararaq mənimsəməsi olub. İddiaçı boşandıqdan sonra qardaşı Şamxala gecələr dəfələrlə zəng vuraraq onu narahat etdiyinə görə Şamxal sonuncudan polisə şikayət etmişdir. İddiaçı da həm buna görə qisas almaq məqsədilə, həm də boşanmasının baiskarı kimi onu gördüyündən xəbəri olmadan şəkillərini çəkdirərək və həmin fotoşəkilləri təqdim etməklə guya onun gizli talama cinayətini törətməyi barədə polis və məhkəmə orqanlarına yalan məlumatlar verib (Sübut olaraq iddiaçının yaxın qohumlarının falçı yanında guya iddiaçını onun boşatdırmağı barədə səslərini n əks olunduğu fləş kartı təqdim olunur). İddiaçının atası Məmmədov İlqar özü atası Abdullayev Şahəddinə bildirib ki, qardaşı Şamxal iddiaçıdan polisə şikayət etdiyi üçün qisas almaq məqsədilə sonuncular da ondan şikayət ediblər. İddiaçının guya onun Nəsimi rayonu S.Vurğun küçəsi 86 A mənzil 38 ünvandan iddiaçının çantasını, ayaqqabısını, köynəyini və qızıl-zinət əşyalarını gizli yolla talayıb istifadə etməsi və guya həmin əşyalarla şəkillərini özü çəkərək internetdə yayması barədə polisə verdiyi şikayət əsassız olduğuna və mülki xarakter daşıdığına görə Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin 10 yanvar 2022-ci tarixli qərarı ilə mübahisə üçün cinayət işinin başlanması rədd edilib (qərar əlavə olunur). Göstərilənlərə əsasən, iddiaçı X10 iddia ərizəsinin rədd edilməsi barədə qət namə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməmiş, cavabdehin iddiaya etirazının məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. X7 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, «DHL Express Azerbaijan» şirkətində 2014-cü ildən 2019-cu ilədək kuryer işləmişdir. 2016-cı ildən Nigarın atasının yaşadığı Bakı şəhəri Çəmənzəminli küçəsi 51-ə bağlamalar daşımışdır. Həmin bağlamalar «Farfetch» saytından gəlirdi. Bağlamalarda adətən geyim şeyləri olurdu. Nigar üçün hər gün və ya günaşırı 2 bağlama gəlirdi. Sonradan bu bağlamaların çoxu geri qayıdırdı. Bağlamaları qaytarmaq üçün Nigarın atasıgilin sürücüsü Fəxrəddin gətirirdi. Bağlamaların üzərində olan a damların şəxsiyyət vəsiqələrini Nigar ona «e-mail»lə göndərirdi. O da, onları sənədləşdirib geri qaytarırdı. Bu 2019-cu ilin dekabr ayınadək davam etdi. Gələn bağlamaları Bakı şəhəri Çəmənzəminli küçəsi 51 ünvana o, ünvan 3əxrəddin şəxsən ona çatdırırdı. «Farfetch» saytında «online» alış-verişin belə qaydası var ki, şəxs alınmış malları 5 gün ərzində geri qaytara bilər. İşlədiyi müddətdə Nigara 200- dən çox bağlamanı təkcə özü çatdırmışdır. Bağlamalar ünvan 5 ünvanlara, habelə Sabunçuda olan Nigarın nənəsi, xalası və dayısıgilə daşınıb. Buna görə də, bilirdim ki Nigar «online», yəni sayt vasitəsilə alverlə məşğuldur.
10. X8 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, 2018-ci ilin may ayından 2019-cu ilin may ayınadək olan müddətdə Abdullayev Şamxal gildə sürücü işləmişdir, Ş.Abdull ayevin həyat yoldaşı Nigarın sürücüsü olmuşdur. Demək olar ki, hər gün bir dəfə Əhməd Rəcəbli küçəsində olan “DHL”-ə, ya da Atatürk prospektində olan 69 saylı poçta Nigarın aldığı malların dalınca getmişlər. Poçta gələn bağlamaları alıb Nigara vermişdir. Bəzən də qaytarılması üçün verdiyi malları aparıb həmin poçtlara təhvil vermişdir. Dəfələrlə Nigar ona tapşırmışdır ki, poçtlardan gətirdiyi əşyaları başqa-başqa şəxslərə versin və sonunculardan pulları da alsın. Həmin aldığı pulları da Nigara qaytarmışdır. O, bu barədə Nigardan soruşmuşdur, Nigar da bildirmişdir ki, «İnstagram» şəbəkəsində «Online», yəni sayt vasitəsi ilə satışla məşğuldur. Bağlamaların içində müxtəlif paltar, aksessuar və xalçalar olurdu. O, düşünmüşdür ki, Şamxal müəllimin də bu alverdən məlumatı var, özü buna razılıq v erib. Poçtlara getməsi Şamxal müəllimin iş saatlarında olurdu. Malların bir hissəsi 5 gün ərzində geri qaytarılırdı. Orxanı da “DHL”-in işçisi kimi malları geri qaytararkən tanımışdır. Orxanın telefon nömrəsini də Nigar ona vermişdir. Mallar Nigarın telefon nömrəsinə, amma fərqli adamların adına gəlirdi. Həmin adların içərisində onun, atasının, Nigarın qohumlarının, qulluqçularının, dayələrinin adları olub. Amma həmin malların hamısı Nigara məxsus idi.
11. X3 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, iddiaçının bacısıdır. "xxxx" ASC-nin Sahil filialında çalışır. Həmin iş yerində, ondan bir üst mərtəbədə Cavabdeh da çalışır. Günlərin bir günü nahar vaxtı Şahinənin onun bacısının paltarlarını geyindiyini görmüşdür. Ona qarşı hər hansı bir reaksiya verməmiş, lakin dərhal Nigara zəng edib onun belə bir paltarının olub-olmamasını soruşmuşdur. Nigar isə bu faktı təsdiq etmişdir. Sonradan, demək olar ki, hər dəfəsində Şahinə xanımın Nigara məxsus paltarları geyindiyini, çantalarını taxdığını görmüşdür. O, bununla bağlı videolar da çəkmişdir. Hətta anasının 2 saatı bacısıgildə qalmış və qeyd edilən saatları da Şahinə xanımın qolunda görmüşdür. Bundan əlavə məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, həmin əşyalar həm onların atası, həm də bacısının keçmiş qaynatası tərəfindən alınmışdır. İddia ərizəsində qeyd edilən sırğanın kimin tərəfindən alındığını dəqiq bilmir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-2225/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev), iddiaçı Abdull ayeva (Məmmədova) Nigar İlqar qızının cavabdehlər Cavabdeh və X13 qarşı “əmlak tələbinə dair” iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş fotoşəkillərdə olan əşyalar qeyri-adi, eyni nüsxədə istehsal olunmuş əşyalar olmamaqla, bir ədəd deyil, satış üçün çox sayda istehsal olunması nəzərə alınmalıdır və qeyd olunmalıdır ki, Respublika ərazisində istənilən şəxs həmin əşyaları maddi imkanı daxilində müxtəlif formalarda (saytlardan, mağazalardan və s.) alıb istifadə edə bilir. İstifadə olunmuş əşyaların satışı ilə bağlı ixtisaslaşmış ticarət nöqtələri, həmçinin ixtisaslaşmış saytlar var ki, vətəndaşlarda həmin əşyaları alaraq istifadə edirlər. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, eyni görünüşlü, üs lublu, rəngli, əyarlı, naxışlı, bəzəkli paltar, aksessuar və qızıl-zinət əşyaları bir çox şəxslərdə olması və təyinatı üzrə istifadə edilməsi nəzərə alınmalı olduğundan iddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillər və izahatında göstərilənlər mötəbər sübut növü kimi qiymətdəndirilə bilməz.
14. Məhkəmə iddiaçı tərəfdən şahid qismində dindirilmiş X5 da ifadəsini də sübut kimi qiymətləndirməmişdir, Belə ki, qanunvericiliyə əsasən şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan m araqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır.
15. Cavabdeh tərəfdən dindirilmiş şahid ifadələrinə məhkəmə qiymət verərək qeyd etmişdir ki, həmin şahid ifadələri iddiaçının onlayn qaydada alış-verişlə məşğul olmasına özü-özlüyündə dəlalət etmir. Belə ki, gün (həftə) ərzində onlayn qaydada müxtəlif sayda əşyaların alınması, sonradan bəzilərinin geri qaytarılması, habelə digər ünvanlara çatdırılması iddiaçının onlayn şəkildə həmin əşyaların satışı ilə məşğul olmasını təsdiq etmir.
16. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi ödəniş qəbzləri ilə bağlı qeyd etmişdir ki, bu qəbzlər qaytarılması iddia edilən əmlaklara aid olmasını təsdiq edən sübut növü kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd edildiyi kimi bir firmanın paltarlarının (əmlakların) müx təlif şəxslər tərəfindən alına və istifadə edilməsi mümkünlüyü nəzərə alındıqda təqdim edilən qəbzlərin məhz fotoşəkillərdəki paltarların deyil, digər paltarlara (əmlaklara) da aid ola bilməsi nəzərə alınmalıdır. Buna görə də iddiaçının təqdim etdiyi qəbzlərin məhz qaytarılması iddia edilən əmlaklara aid olmasına dair dəlilləri məhkəmə inandırıcı saymır.
17. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının iddia tələblərinin əsassız olması iş materiallarında olan Nəsimi RPİ 21-ci PB-ndə İddiaçı və Cavabdeh qarşılıqlı müraciətləri əsasında toplanmış material üzrə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə 10 yanvar 2022-ci il tarixli qərarının məzmunu ilə də təsdiq edilir.
18. Məhkəmə öz mövqeyini əsaslandırarkən, Mülki Prosessual Məcəllənin 77.1, 88ci maddələrə istinad etmi şdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. Qətnamədən iddiaçı Abdullayeva (Məmmədova) Nigar İlqar qızı apelyasiya şikayəti vermişdir. İddiaçı Abdullayeva (Məmmədova) Nigar İlqar qızı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.
20. İddiaçı (Məmmədova) apelyasiya şikayətində göstərilmişdir ki, cavabdeh mübahisələndirilən əşyaların mövcudluğunu polisə vermiş olduğu izahatında etiraf etmiş və göstərmişdir ki, bu əşyalar ona və anasına məxsus olmuşdur. Həmin əşyaların ona məxsus olmasına dair sübutları da olduğunu bildirmişdir. Lakin, birinci instansiya məhkəməsi, cavabdehin etiraflarına baxmayaraq, mövcudluğu mübahisələndirilməyən əşyaların məhz cavabdehə və onun anasına məxsus olmasını təsdiq edən heç bir sübutun məhkəməyə təqdim edilməməsinə əhəmiyyət verməmiş, bu hissədə heç bir araşdırma aparmamışdır. Cavabdehin əynində olmasını əks etdirən foto görüntülərdə olan bütün əşyaların mövcudluğunu cavabdeh qəbul etmişdir. Bu işin mübahisəsiz halıdır. Bundan başqa, həmin əşyaların iddiaçı tərəfindən alınmasını təsdiq edən internet çıxarışlar (qəbzlər) və daha əvvəlki dövrdə həmin daşınar əşyaların məhz iddiaçının əynində olmasını təsdiq edən fotoşəkillər də iddia ərizəsinə əlavə edilmişdir. Mövcudluğu mübahisələndirilməyən və iddiaçı tərəfindən tələb edilən əşyaların məhz iddiaçıya məxsus olmasını təsdiq edən kifayət qədər sübutların mövcudluğuna, cavabdehin isə həmin əşyaların iddiaçıya deyil, ona və anasına məxsus olması ilə bağlı polisdə vermiş olduğu izahatlarına, laki n bununla bağlı heç bir sübut təqdim edə bilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi işə birtərəfli yanaşmış, qeyd edilən xüsusatlarla işin hərtərəfli, tam və obyektiv tədqiqini təmin etməmişdir. Birinci instansiya məhkəməsi işə birtərəfli yanaşmış, mübahisənin düzgün həlli və məhkəmənin gəldiyi nəticə üçün son dərəcə əhəmiyyətli olan bu faktiki halları aydınlaşdırmamış və diqqətdən kənarda qoymuşdur.
21. Məhkəmə iclasında iştirak edən iddiaçı Abdullayeva (Məmmədova) Nigar İlqar qızının və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil verdikləri apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.
22. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə İddiaçı (Məmmədova) tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək təmi n edilməməsini xahiş etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X24 (sədrlik edən və məruzəçi), X27 və X6) 2(103)-6451/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
24. Kollegiya qeyd etmişdir ki, İddiaçı (Məmmədova) iddia ərizəsində və apelyasiya şikayətində göstərdiklərini təsdiq edən mötəbər sübutları ya birinci instansiya məhkəməsinə, ya da ki, apelyasiya məhkəməsinə təqdim edə bilməmişdir. Apelyasiya şikayətində göstərilən dəlillər iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərə birinci instansiya məhkəməsinin qətnamsində kifayət qədər aydın və əsaslandırılmış qiymət verildiyindən və məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin nəticəsi ilə ra zılaşdığından eyni əsaslarla apelyatorun dəlillərinin qiymətləndirilməsinə zərurət görmür.
25. Kollegiya öz mövqeyini əsaslandırarkən MPM-in 14.2, 77, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayəti ərizəsində olan eyni dəlillərlə əsaslandırılmış, şikayətin hüquqi əsası kimi apellyasiya şikayətində istifadə edilən normalara istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçının kassasiya şikayətinə qarşı Cavabdeh etiraz edərək bildirmişdir ki, iddiaçı onun qar daşı Şamxala qarşı əmlak tələbi ilə məhkəməyə müraciət etdikdən və məhkəmə qərarı ilə iddiaçının ünvan 7 ünvanda qalmış əşyalarından istifadə qadağan edildikdən sonra mən ümumiyyətlə ünvan 7 ünvanda olmamışam. O qeyd etmişdir ki onun bədən ölçüləri ilə iddiaçının bədən ölçüləri uyğun gəlmir, odur ki o bədən ölçülərinə uyğun gəlməyən paltarlar geyinmir. Göstərilənlərə əsasən cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
36. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiy a məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 41. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edil ən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
42. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüqu q normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı Abdullayeva (Məmmədova) Nigar İlqar qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6451/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.