Məhkəmə qərarları › İş №2(102)-871/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-871/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-871/2021 11.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4644/2020 n ömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5.104.424,73 manat əsas borc, 598.746,57 manat faiz borcu olmaqla, cəmi 5.703.171,30 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 400/14 saylı kredit müqaviləsinin ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh biznesin inkişafı məqsədilə 60 ay müddətinə, illik 8% olmaqla 8.000.000 manat məbləğində kredit verilmişdir.

3. İş üzrə ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışa əsasən Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixinə kredit kredit öhdəliyi üzrə 5.104.424,73 manat əsas, 598.746,57 manat faiz borcu, cəmi 5.703.171,30 manat borcu var.

4. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspert izasının xx.xx.2019-cu il tarixli rəyinə əsasən hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2017-ci il tarixə Cavabdeh İddiaçı ASC-nə olan borcu 5.701.704,0 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 5.102.957,0 manat, faiz borcu üzrə 598.747,0 manat.

5. İş üzrə təyin edilmiş ilkin məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2019cu il tarixli, rəyinə əsasən ekspertizaya təqdim olunmuş mülki işin 9-11-ci vərəqələrində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 400/14 saylı kredit müqaviləsinin “Borcalan” qrafasındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur.

6. İş üzrə təyin edilmiş komissiyon təkrar məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli rəyi nə əsasən ekspertizaya təqdim edilmiş mülki işin 9-11-ci vərəqələrində İddiaçı ASC ilə Cavabdeh arasında olan xx.xx.2014-cü il tarixli 400/14 nömrəli kredit müqaviləsinin 1-3-cü vərəqələrində “Borcalan” qrafalarındakı imzalar (04 ədəd), mülki işin 126-127-ci vərəqələrində olan xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli Xaricə köçürmə ərizələrinin aşağı sol hissələrindəki imzalar, 128-ci vərəqəsində olan xx.xx.2016-cı il tarixli Nağd ödəniş üçün elanda “Ödəyənin imzası” qrafasındakı imza Cavabdeh tərəfindən yox, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxslər tərəfindən icra olunmuşdur.

7. İddiaçının nümayəndəsi bildirir ki, hazırki kredit müqaviləsi üzrə pulun cavabdehə verilməsini təsdiq edən sənəd cavabdeh tərəfindən pulun xaricə köçürülməsini təmin edilməsi barədə banka ünva nlandığı ərizədir. Yəni kredit müqaviləsi üzrə pulun cavabdehə verilməsi xaricə köçürmə ərizəsi ilə təsdiq olunur. Cavabdeh ona veriləcək pulu xarici valyutaya konvertasiya edərək xaricə köçürmək niyyətində olduğu üçün bir başa xx.xx.2014 xx.xx.2014-cü il tarixlərdə xaricə köçürmə barədə ərizələr təqdim etmiş və həmin ərizələr əsasında pulların köçürülməsi həyata keçirilmişdir. Komission qaydada təkrar keçirilən ekspert rəyi ilə razı deyil. İlkin ekspert rəyini daha mötəbər hesab edir və bu səbəbdən sübut kimi ilkin ekspert rəyinin qiymətləndirilməsini xahiş edir.

8. Cavabdeh bildirir ki, kredit müqaviləsi üzrə borc alan kimi onun adı göstərilsə də, o həmin müqaviləyə imza etməmişdir. Bu səbəbdən həmin müqavilə üzrə heç bir öhdəlik daşımır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinc i instansiya məhkəməsində icraat

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)53/2020 nömrəli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli 400/14 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2017-ci il tarixə kredit öhdəliyi üzrə qalan 5.104.424,73 manat əsas borcun, 598.746,57 manat faiz borcu olmaqla, cəmi 5.703.171,30 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, “İddiaçı“ ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 400/14 saylı kredit müqaviləsinin ləğvi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməmiş və LPO İddiaçı ASC-dən keçirilmi ş məhkəmə-mühasibatlıq, ilkin və təkrar komission məhkəmə-xəttşünaslıq ekspertiza xərcləri – cəmi 442 (dörd yüz qırx iki) manat məbləğində pulun tutulması qət olunmuşdur.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi xx.xx.2014-cü il tarili kredit müqaviləsindəki imza cavabdehə məxsus deyil və iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə təsdiq edilmişdir ki, kredit müqaviləsindəki, həmçinin müqavilə üzrə pulun cavabdehə verilməsini təsdiq edən sübutlardakı imzalar, yəni xaricə köçürmə barədə ərizələrdəki və nağd ödəniş üçün elanda olan imzalar Cavabdeh tərəfindən icra olunmamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, öhdəliyin yaranmasına əsas olan kredit müqaviləsindəki imza cavabdehə məxsus olmadığından, onun həmin müqavilə üzrə hər hansı öhdəliyi yarana bilməz. Belə olan halda iddiaçının kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməyə hər hansı hüquqi əsası yoxdur. Eyni zamanda müqavilə üzrə nəzərdə tutulan pulun cavabdehə verilməsi də hər hansı sübutla təsdiq olunmur.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 386.1, 387.1, 387.2, 387.3, 389.1, 390.1-ci, Mülki Prossesual Məcəllənin 124.2, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4644/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova-sədrlik edən və mə ruzəçi, E.Mehdiyev və X.Sarıyev) apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-53/2020 nömrəli qətnaməsi iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında hər hansı kredit müqaviləsinin bağlanılması müəyyən edilmədiyindən, təqdim edilmiş kredit müqaviləsindəki imzanın isə cavabdehə məxsus olmaması müəyyən edildiyindən, eyni zamanda kredit müqaviləsində nəzərdə tutulan pulun cavabdehə verilməsi sübut olunmadığından irəli sürülmüş iddia tələbi əsassız hesab edilməsi və təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti qanuni v ə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən əsaslandırmanı iş üzrə komission təkrar məhkəmə-xətt ekspertizasının rəyinə istinadla etmişdir.

15. Belə ki, apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ilkin ekspertiza bir ekspert tərəfindən aparıldığı halda, komission ekspertiza ən azı iki ekspertin iştirakı ilə aparılır. Məhkəmə tərəfindən təyin edilmiş ilkin məhkəmə -xəttşünaslıq ekspertizasının rəyi bir ekspert, komission ekspertiza isə iki ekspert tərəfindən verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, komission ekspertizanın rəyi ilkin ekspertiza rəyindən fərqli olaraq iki ekspertin gəldiyi nəticə olduğundan, həmin rəy məhkəmə tərəfindən daha mötəbər sübut kimi qəbul edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iş üzrə komission ekspertiza rəyi hazırki iş üzrə mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, təkrar komission ekspert rəyi məhkəmə üçün məcburi deyildir və digər sübutlarla yanaşı yoxlanılmalıdır. Lakin apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış və yalnız qeyd edilən ekspert rəyini mötəbər sübut kimi qəbul edərək qətnamə qəbul etmişdir. Halbuki iş üzrə keçirilmiş ilkin ekspertiza ilə komission ekspertiza arasında ziddiyyətlər mövcud olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçının vəkili izahat verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.

20. Cavabdehin vəkili kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir.

26. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. (maddə 102.2)

27. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

28. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

29. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)

30. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyə tli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

32. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.

34. İşin hallarından göründüyü kimi apelyasiya instansiyasi məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ilkin ekspertiza bir ekspert tərəfindən aparıldığı halda, komission ekspertiza ən azı iki ekspertin iştirakı ilə aparılır. Məhkəmə tərəfindən təyin edilmiş ilkin məhkəmə -xəttşünaslıq ekspertizasının rəyi bir ekspert, komission ekspertiza isə iki ekspert tərəfindən verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, komission ekspertizanın rəyi ilkin ekspertiza rəyindən fərqli olaraq iki ek spertin gəldiyi nəticə olduğundan, həmin rəy məhkəmə tərəfindən daha mötəbər sübut kimi qəbul edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iş üzrə komission ekspertiza rəyi hazırki iş üzrə mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir.(14-15)

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. (27-28)

36. Belə ki, iş materiallarındakı rəylərdən görünür ki, ilkin ekspert rəyi ilə təkrar ekspert rəyi arasında zidiyyətlər mövcuddur.

37. Əvvəla, ilkin ekspert rəyində Cavabdeh alınmış imza nümunələri ilə ekspertiza tədqiqatının obyekti olan sənədlərdəki imzalar arasında 6 uyğunluq olduğu müəyyənləşdirilsə də iş üzrə keçirilmiş təkrar komission rəydə cəmi 3 uyğunluq olduğu göstərilmişdir.

38. Bundan başqa təkrar komission rəydə Cavabdeh alınmış imza nümunələri ilə ekspertiza tədqiqatının obyekti olan sənədlərdəki imzalar arsında hərəkətin icra olunması formasında uyğunluğun olduğu göstərilsə də uyğunluğun imzanın hansı hissəsinə münasibətdə olduğu göstərilməmişdir. Halbuki birinci rəydə həmin uyğunluğun “İ” hərfinə münasibətdə olduğu vurğulanmışdır.

39. Apelyasiya intansiyası məhkəməsi rəylər arasında mövcud olan ziddiyyətlərə hüquqi qiymət verərək və həmin ziddiyyətin aradan qaldırılması üçün təkrar ekspertiza keçirməli olduğu halda bununla bağlı hüquqi qiymətləndirmə aparmamış, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.

40. Bundan başqa iş materiallarından görünür ki, xx.xx.2014-cü il tarixli müqavilə ilə Cavabdeh ayrılmış k reditin bir hissəsi ödənilmişdir. Lakin həmin ödənişlərin kim tərəfindən edilməsi müəyyənləşdirilməmişdir.

41. Halbuki hazırkı mübahisənin düzgün həll edilməsi üçün həmin ödənişlərin cavabdeh tərəfindən ödənilib-ödənilməməsinin müəyyənləşdirilməsi də mühüm əhəmiyyətə malikdir.

42. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi bu halı da araşdırmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir.

43. Beləliklə işin hallarından göründüyü kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

44. Azərbaycan Respublikası MPM-nin 418.3-ci maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tət biq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

45. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4644/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar