Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-872/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddətin bərpası barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3667/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul et di. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(004)3745/2022 saylı qətnaməsi ilə (hakim Fərid Əyyubov) İddiaçı cavabdeh "xxxx" ASCyə və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Xəzər Rayon İcra və Probasiya Şöbəsinə, “İnam” özəl mühafizə şirkətinə, X1 və X2 qarşı “əmlak” tələbinə dair iddiası rədd edilmişdir. b) Apellasiya instansiyası məhkəməsində icraat
2. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3667/2023 saylı, 12 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babaye v (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. İddiaçı, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qeyd olunan qətnaməsindən kassasiya şikayəti vermişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 sentyabr 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti MPM-nin 408.1.1 maddəsinin tələbləri baxımından geri qaytarılmışdır.
6. İddiaçı, xx.xx.2023-cü il tarixdə yenidən kassasiya şikayəti ilə müraciət etmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 2(1 02)-4193/2023 saylı qərardadı ilə (hakimlər Abiddin Hüseynov (məruzəçi), Əhməd Nurməmmədov və Zəki Babayev) iddiaçının kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçının xx.xx.2023-cü il tarixində verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərinə əsasən Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 408.1.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. 9. xx.xx.2023-cü il tarixində Bakı Apellyasiya Məhkəməsinə iddiaçının qətnaməyə dair yenidən kassasiya şikayəti daxil olmuş, lakin əvvəlki kassasiya şikayətində yol verilən nöqsanlar aradan qaldırılmamaqla bərabər, müddətlə bağlı prosessual pozuntuya da yol verilmiş, bu səbəbdən də 19 oktyabr 2023-cü il tarixli qərardadla həmin kassasiya şikayəti MPM-in həm 408.1.1, həm də 408.1.4-cü maddələrinin tələbləri baxımından geri qaytarılmışdır. 10. xx.xx.2023-cü il tarixdə iddiaçı, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2(103)-3667/2023 saylı qətnaməsindən yenidən kassasiya şikayəti verərək, şikayətə həmçinin prosessual müddətin bərpasına dair ərizə də əlavə etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin kassasiya şikayəti MPM-in 408.1.1-ci maddəsinin göstərişi əsasında müddətin bərpası barədə ərizə ilə birlikdə geri qaytarılmışdır. 12. xx.xx.2023-cü il tarixdə iddiaçının Bakı Apellyasiya Məhkəməsi M ülki kollegiyasının sözügedən qətnaməsindən növbəti dəfə kassasiya şikayəti daxil olmuş və şikayətə müddətin bərpasına dair ərizəsini də əlavə etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin kassasiya şikayəti də MPM-in 408.1.1-ci maddəsinin göstərişinə uyğun olaraq müddətin bərpası barədə ərizə ilə birlikdə geri qaytarılmışdır. 14. xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2(103)-3667/2023 saylı qətnaməsindən iddiaçının növbəti kassasiya şikayəti daxil olmuş və kassasiya şikayəti vermə müddətinin bərpasına dair ərizə də əlavə olunmuşdur.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin kassasiya şikayəti də MPM-in 408.1.1-ci maddəsinin göstərişinə uyğun olaraq müddətin bərpası barədə ərizə ilə birlikdə geri qaytarılmışdır. 16. xx.xx.2023-cü il tarixində Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2(103)-3667/2023 saylı qətnaməsindən iddiaçının növbəti kassasiya şikayəti daxil olmuş və kassasiya şikayəti vermə müddətinin bərpasına dair ərizə də əlavə olunmuşdur.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 dekabr 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizə təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı və onun nümayəndəsi-vəkili tərəfindən təkrarlanan nöqsanlarla kassasiya şikayəti geri qaytarıldığından və həmin nöqsanlar dəfələrlə düzəldilmədən yenidən kassasiya şikayətləri verildiyindən iddiaçı və onun vəkili tərəfindən kassasiya şikayəti verilmə müddəti üzrsüz səbəbdən ötürülmüşdür.
19. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 128.1, 133.1, 405.0.2-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil Babaəli oğlu) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun olaraq 2 ay müddətində kassasiya şikayəti vermiş, prosessual müddəti buraxmamışdır. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası 04 oktyabr 2023-cü il tarixdə şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarmış və kassasiya şikayətini təzədən Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.
22. Kassator hesab etmişdir ki, elektron məhkəmə problemləri üzündən elektron məhkəmə informasiya sistemində yaradılan yeni tələblərlə əlaqədar olaraq buraxılmış müddət üzrlü səbəbdən olmuşdur. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsini rəhbər tutaraq müddət üzrlü sayılaraq bərpa olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 130.3 Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
25. Maddə 405.0.1 Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
26. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndir ilməməlidir.
29. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyindən, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
30. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
31. İddiaçı kassasiya şikayətində apellyasiya instansiy ası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
32. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
33. Həmin Məcəllənin 133.1-ci və 405.0.2-ci maddələrinə görə isə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qətnamədən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
34. Apellyasiya instansiyası məhkəməsi sadal anan prosessual normaların tələblərini hazırkı mübahisəli məsələyə tətbiq edib, işin hallarını nəzərə alıb qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 iyul 2023-cü il tarixli qətnaməsi iddiaçının nümayəndəsi-vəkili Vəkil elektron kabinetinə 24 iyul 2023-cü il tarixdə yerləşdirilmişdir.
35. İddiaçı və onun nümayəndəsi-vəkili tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2(103)-3667/2023 nömrəli qətnaməsindən verdikləri kassasiya şikayətləri həmin məhkəmənin xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ilə təkrarlanan və aradan qaldırılmayan nöqsanlara görə geri qaytarılmışdır.
36. Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan prosessual müddətin bərpası barədə ərizəsinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddiaçı və onun nümayəndəsi-vəkili tərəfindən təkrarlanan nöqsanlarla kassasiya şikayəti geri qaytarıldığından və həmin nöqsanlar dəfələrlə düzəldilmədən yenidən kassasiya şikayətləri verildiyindən iddiaçı və onun vəkili tərəfindən kassasiya şikayəti verilmə müddəti üzrsüz səbəbdən ötürülmüşdür.
37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə mi nməsindən uzun müddət keçəndən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər.
38. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı.
39. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun kassasiya şikayəti ilə eyni məzmunlu olan prosessual müddətin bərpası barədə ərizə sinin dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2(103)-3667/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.