Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-883/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, vəkili X1 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(106)-2831/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(022)-436/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim P.T.Əhmədov) İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş 0,08 ha həyətyanı torpaq sahəsi və onun üzərində inşa edilmiş 2 otaqlı, ümumi sahəsi 117 kv metr olan fərdi yaşayış evindən və ümumi sahəsi 60 kv metr olan dükandan ona düşən payın ayrılması və mülkiyyətinə verilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(106)-2831/2019 saylı qətnaməsi ilə (hakimlər N.F.Mirzəyev sədrlik edən, məruzəçi, Q.B.Kərimov və Z.B.Babayev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Biləsuvar rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi qismən təmin edilib, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1323 “A” saylı Şəhadətnaməyə əsasən Cavabdeh və ailə üzl əri xx, xx, xx və xx olmaqla mülkiyyətinə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsinin Cavabdeh məxsus 1/5 hissədə paylı mülkiyyətində olan torpaq sahəsinin 1/10 hissəsinə İddiaçı payının müəyyən edilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “birgə nikah dövründə əldə edilmiş 0,08 ha həyətyanı torpaq sahəsi və onun üzərində inşa edilmiş 2 otaqlı, ümumi sahəsi 117 kv metr olan fərdi yaşayış evindən və ümumi sahəsi 60 kv metr olan dükandan ona düşən payın ayrılması və mülkiyyətinə verilməsi” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, xx xxxxxx 1982-ci il tarixdə rəsmi nikah əsasında cavabdehlə ailə qurub. Birgə nikahlarından 5 uşaqları doğulub. Birgə nikah dövründə Biləsuvar rayonu, Xırmandalı kəndində 0,08 ha həyətyanı torpaq sahəsi alıb və onun üzərində 1988-ci ildə 2 otaqlı, ümumi sahəsi 117 kv.metr olan fərdi yaşayış evi və ümumi sahəsi 60 kv.metr olan dükan inşa etmişlər. Cavabdehlə bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pozulub. Belə ki, cavabdeh onun təmizlik işlərinə baxmır, hətta ona yemək-içmək belə vermir, o, da məcbur olub hər işi özü görür. Biləsuvar rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulub. Qeyd olunan ev onların xüsusi mülkiyyətində olmasa da, faktiki olaraq birgə nikah dövründə tikilib. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili xx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansi yası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iddia ərizəsi qismən təmin edilməsinə baxmayaraq, cavabdeh qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə kassasiya şikayəti verməmişdir, iddiaçı isə kassasiya şikayətində qətnaməni iddia ərizəsinin təmin edilməyən hissəsində mübahisələndirmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı iddia ərizəsinin təmin edilməyən hissəsində yalnız iddiaçının kassasiya şikayətinin dəlilləri hüdudlarında yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsini fərdi yaşayış evindən və dükandan payın müəyyən edilməsi hissəsində rədd edərkən, həmin daşınmaz əmlakların dövlət reyestrində mülkiyyət hüququ üzrə tərəflərin adlarına qeydə alınmamasına, tərəflərin həmin daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqlarının əmələ gəlməməsinə istinad etmiş və hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 146.2, 225.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər xx xxxxxx 1982-ci ildə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından 5 uşaqları doğulub. Tərəflər birgə yaşadıqları dövrdə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1323 “A” saylı Şəhadətnaməyə əsasən, Biləsuvar rayon AİKnın xx xxxx 2000-ci il tarixli, 06 saylı Qərarı əsas tutulmaqla Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh və onun ailə üzləri xx, xx, xx və xx adılarına qeydə alınmışdır. Daha sonra apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş süb utları, o cümlədən Biləsuvar rayon İHB-nın Xırmandalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin xx xxxxx 2019-cu il tarixli, həmçinin Xırmandalı bələdiyyəsinin xx xxxxx 2019-cu il tarixli məktublarını tədqiq edib müəyyən etmişdir ki, Cavabdeh Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhərində yaşayır. Tərəflərin birgə istifadəsində olmaqla 0,08 ha həyətyanı torpaq sahəsi və onun üzərində inşa edilmiş 2 otaqlı, ümumi sahəsi 117 kv. metr olan fərdi yaşayış evi vardır. Bundan başqa, Biləsuvar rayonu, Xırmandalı kəndində Cavabdeh adına olmaqla Xırmandalı bələdiyyəsi tərəfindən ilkin sənədləşdirmə işləri aparılmış ümumi sahəsi 60 kv. metr olan dükan mövcuddur. Hazırda, iddiaçı cavabdehlə aralarında bağlanmış nikahın Biləsuvar rayon məhkəməsinin xx xxx xxx 2019-cu il tarixli qətnaməsinə əsasən pozulduğunu, mübahisəli 0,08 ha həyətyanı torpaq sahəsinin, onun üzərində inşa edilmiş 2 otaqlı, ümumi sahəsi 117 kv metr olan fərdi yaşayış evinin və ümumi sahəsi 60 kv metr olan dükanın cavabdehlə birgə nikahı dövründə, birgə qazancları hesabına əldə olunduğunu əsas tutub, həmin daşınmaz əmlaklardan ona düşən payın ayrılmasını və həmin payın onun mülkiyyətinə verilməsini iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2.-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddənin mənasına görə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, x üsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi yaşayış sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəlləsinin 32.2-ci maddəsinə əsasıən, ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavin ətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və sair) (Ailə Məcəlləsinin 32.2.1-ci maddəsi); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (Ailə Məcəlləsinin 32.2.2-ci maddəsi). Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunl u olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, birgə nikah dövründə əldə olunması iddia edilən daşınmaz əmlakların hüquqi statusuna aydınlıq gətirib haqlı olaraq qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi və dükan daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə nə iddiaçının, nə də cavabdehin adına qeydə alınmadığı üçün, həmin daşınmaz əmlaklar tərəflərin ümumi birgə mülkiyyətləri sayıla və həmin əmlaklar üzərində tərəflərin mülkiyyət hüquqları tanına bilməz. Bunun üçün ilk növbədə mübahisəli fərdi yaşayış evi və dükan daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə dövlət qeydiyyatına alınmalıdır. Hazırki işdə isə, mübahisəli fərdi yaşayış evinin və dükanın tərəflərin ümumi birgə mülkiyyətlərin də olması mülki iş materialları ilə təsdiq olunmur. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələblərini qeydə olunan hissədə rədd etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. İddiaçı kassasiya şikayətində mübahisəli fərdi yaşayış evinin və dükanın cavabdehlə onun ümumi birgə mülkiyyətlərində olmasını göstərsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad et diyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxar ıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalı dır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(106)-2831/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-883/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-883/2020
25.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver