Məhkəmə qərarları › İş №2(102)-885/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-885/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-885/2021 08.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4310/2020 nömrəli iş üzrə 28 iyul 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 aprel 2021-ci il ta rixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 20.08.2015-ci il tarixdə iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 28% olmaqla, 20.000 ABŞ dolları kredit verilmiş, sonuncu həmin məbləği 20.09.2015-ci il tarixdən 20.08.2020-ci il tarixədək hər ay 623 ABŞ dolları ödəniş etməyi öhdəsinə götürmüşdür. 20.08.2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış Cavabdeh məxsus ünvan 1, 8/9 nömrəli mənzil 40.000 manat məbləğində qiymətləndirilərək, İddiaçı BOKT ASC-də mülkiyyətçı tərəfindən ipotekaya qoyulmuşdur. Cavabdeh məxsus ünvan 1, 8/9 nömrəli mənzil 60 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 2/52 saylı evin 8/9 saylı mənzilə dair tutmanın yönəldilm əsi haqqında bildiriş qeydə alınmışdır. Borc haqqında arayış ilə müəyyən olunur ki, Cavabdeh 20.08.2015-ci il tarixli 2015/00151-01 saylı İstehlak Kredit Müqaviləsi üzrə 20.06.2018-ci il tarixə 13.591,77 ABŞ dolları əsas, 655 ABŞ dolları faiz, 2.420 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 16.666,77 ABŞ dolları borcu vardır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 20.08.2015-ci il tarixdən 30.04.2018-ci il tarixədək Cavabdeh tərəfindən mütamadi olaraq ödəniş olunmuşdur. “xxxx” MMC tərəfindən verilmiş 26.12.2018-ci il tarixli, G-12/18-543 nömrəli qiymətləndirmə rəyi ilə müəyyən olunur ki, ünvan 1, 8/9 nömrəli mənzilin ekspertizanın keçirilmə tarixinə olan satış qiyməti 35.000 manat müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş 19.03.2019-cu il tarixli, QXM 253M nömrəli qiymətlən dirmə rəyi ilə müəyyən olunur ki, ünvan 1, 8/9 nömrəli mənzilin ekspertizanın keçirilmə tarixinə olan ilkin satış qiyməti 35.000 manat müəyyən edilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının 09.12.2019-cu il tarixli, 20019 nömrəli ekspert rəyinə əsasən, 20.08.2015-ci il tarixli 2015/00151-01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 20.06.2018-ci il tarixə İddiaçı BOKT ASC-yə 13.612,05 ABŞ dolları əsas, 630,90 ABŞ doları faiz olmaqla, cəmi 14.242,95 ABŞ dolları təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı BOKT ASC Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 20.08.2015-ci il tarixli, 2015/00151-01 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehdən iddiaçının xeyrinə 13.591,77 ABŞ dolları əsas borcun, 655 ABŞ dolları faiz borcunun, 2.420 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 16.666,77 ABŞ dolları borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tələbin cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən 2/52 saylı evin, 8/9 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına borcun İddiaçı BOKT ASC-yə ödənilməsi, əmlakın hərracda satıldıqdan sonra bir ay ərzində həmin əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 20.08.2015-ci il tarixli, 2015/00151-01 nö mrəli Kredit Müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 28% hesablanmaqla 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir.Həmin kreditin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən 2/52 saylı evin, 8/9 saylı mənzilə dair 20.08.2015-ci il tarixdə İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd edilən ipoteka müqaviləsi 08.09.2015-ci il tarixdə qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə banka 20.06.2018-ci il tarixinə 16.666,77 ABŞ dolları borcu qalmışdır. Buna görə də iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova, iş № 2 (001)-92/2020) iddia qismən təmin olunmuş, Cavabdeh 20.08.2015-ci il tarixli 2015/00151-01 saylı kredit müqaviləsinə əsasən 13.591,77 ABŞ dolları əsas, 630,90 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla cəmi 14.722,67 ABŞ dolları (manatın ödəniş gününə olan məzənnəsi ilə) məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğin ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 8/9 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 35.000 manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borcun iddiaçıya ödənilməsi, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh çıxarılmaqla mənzilin boşaldılmış vəziyyətdə id diaçıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat ekspertiza xərcinin cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməsi, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 400 manat məbləğində pul vəsaitinin müştərək qaydada tərəflərdən alınaraq «xxxx» MMCnin hesabına köçürülməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kr edit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini və tələbin əmlaka yönəldilməsini tələb etməkdə haqlıdır. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, kredit borcunun düzgün hesablanmaması, 20.08.2015-ci il tarixdən 22.01.2018-ci il tarixədək kredit ödənişlərini vaxtında və tam olaraq, 23.02.2018-ci il tarixdən 30.04.2018-ci il tarixədək isə qismən (ödəməli olduğu məbləğin yarısını) həyata keçirməsi, 19003 A BŞ dolları məbləğində ödəniş etməsi, sonradan ölkədə devalivasiyanın baş verməsi, ABŞ dollarının məzənnəsinin artması, ödənişləri tam həyata keçirə bilməməsi, ipoteka predmetinin ilkin satış dəyərinin düzgün müəyyən olunmaması, ipotekanın dəyərinin daha artıq olması, qiymətləndirmənin düzgün həyata keçirilməməsi və s. kimi əsaslandırmış,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4310/2020 nömrəli iş üzrə 28 iyul 2020-ci qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Şirinov və F.Talışinski, iş № 2(103)-4310/2020) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdi r ki, tərəflər arasında müvafiq kredit və ipoteka müqavilələrinin bağlanması, cavabdehə 60 ay müddətinə illik 28 faiz dərəcəsi olmaqla 20000 ABŞ dolları məbləğində kredit verilməsi, öhdəliyin cavabdeh tərəfindən lazımınca icra olunmaması işin mübahisə olunmayan hallarıdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Əksinə birinci instansiya məhkəməsi kredit borcunun məbləğini ekspertiza təyin etməklə dəqiqləşdirmiş, cavabdeh isə apellyasiya şikayətində ekspertiza rəyi ilə razılaşmamasının konkret əsaslarını göstərməmiş, məhkəmə baxışı zamanı ekspertiza rəyinə şübhə yaranmamışdır. Apellyasiya instansiyası məhkəməsi haq lı olaraq qeyd etmişdir ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda cavabdeh vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Eyni zamanda, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cavabdehin maddi vəziyyətini nəzərə alaraq dəbbə pulunu azaldaraq 500 ABŞ dolları həddində təmin etmişdir ki, həmin məbləğ də əsas borca münasibətdə tənasübsüz deyildir. Cavabdeh ipoteka predimetinin dəyərinin daha artıq olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sənəd təqdim edə bilməmişdir. Ölkədə devalivasiyanın baş verməsi cavabdehi müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin ic rasından azad etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)4310/2020 nömrəli iş üzrə 28 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmələr ipoteka predmetinin ilkin satış qiymətini düzgün müəyyən etməmiş, devalivasiya ilə bağlı ödənişlərini edə bilməməsi nəzərə alınmamış, borc məbləği düzün müəyyən olunamışdır. b) Kassasiya şikayət inə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4310/2020 nömrəli iş üzrə 28 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassa siya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qət naməsindən yalnız Cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin cavabdehin şikayətində göstərilənlərə münasibətdə yoxlanmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin m əzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüks ək dəbbə pulunu azalda bilər. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. “İpoteka haqqında” Qanunun 59-cu maddəsində qeyd edilir ki, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və satıldıqda bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədənot ariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci madd əsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan ap elyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh Vaqfi oğlu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına, ipoteka predmetinin dəyərinin və borc məbləğinin düzgün müəyyən edilmədiyinə, devalivasiya ilə bağlı ödənişləri etmək imkanına malik olmadığına və məhkəmələrin bu halları nəzərə almadığına istinad etmişdir. Kassasiya şikayətinin ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələ birinci instansiya məhkəməsinin qətnaməsi ilə həll olunmuş, birinci instansiya məhkəməsi tərəfindən iki dəfə qiymətləndirmə rəyi alınmış və cavabdehin dəlillərində göstərilənlər, yə ni ipoteka predmetinin dəyərinin daha artıq məbləğdə olması təsdiq olunmamışdır. Borc məbləğinə münasibətdə məhkəmə tərəfindən müvafiq ekspertiza təyin olunmuş və həmin rəydə olan məlumatlar əsas götürülməklə borc məbləği müəyyən olunmuşdur. Devalivasinanı baş verməsi isə heç bir halda cavabdehi öhdəliyin icrasından azad edilməsinə və borc məbləğinin azaldılmasına səbəb ola bilməz. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-e dilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilm əli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya insta nsiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4310/2020 nömrəli iş üzrə 28 iyul 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar