Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-887/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-681/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 08 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat q aydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 94538,21 manat əsas borc, 2657,84 manat faiz borcu olmaqla, cəmi 97196,05 manat məbləğində borcun, 30 manat məhkəmə üçün və 30,40 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60,40 manat məbləğində dövlət rüsümunun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91,2 kv.m, yaşayış sahəsi 59,8 kv.m olan 30 saylı mənzilə yönəldilməsi, ilkin satış qiyməti müəyyən edilərək açıq hərracdan satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predm etinə tutma yönəldildikdən və o satıldıqdan sonra cavabdehlərin mənzildən çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı ASC iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, məhkəməyə müraciət olunduqdan sonra cavabdeh tərəfindən kredit borcu üzrə müəyyən ödənişlər edildiyini, 26.11.2019-cu il tarixə 84074 manat əsas borc, 1813,97 manat faiz borcu olmaqla, cəmi 85887,97 manat borcun qaldığını göstərmiş, həmin borcun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.02.2016-cı il tarixli, 105850-160793/1 saylı kredit müqa viləsinin şərtlərinə görə borcalana şəxsi istehlak məqsədi ilə illik 6 faiz dərəcəsi ilə 60 ay müddətinə 130000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, 09.02.2016-cı il tarixli, 105850-160793/1 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91.2 kv.m, yaşayış sahəsi 59.8 kv.m olan 30 saylı mənzil banka ipoteka qoyulmuşdur. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, borcalan bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, bank tərəfindən ipoteka predmetin ə tutma yönəldilməsi barədə 02.05.2019-cu il tarixli, 001/007/2415/2019 nömrəli bildiriş ipotekaqoyan Cavabdeh1 göndərilmiş və qeyd edilən bildiriş 03.05.2019-cu il tarixdə rəsmi qaydada şəxsən qəbul edilmişdir. Bildiriş 06.05.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, "xxxx" ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 avqust 2019-cu il tarixli 2(004)-4287/2019 nömrəli qərardadı ilə (hakim Emin Mehdiyev) iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. Leqal Hüquq və Ekspert Mərkəzi” MMC tərəfindən verilmiş 08.05.2019-cuil tarixli, 02/37/19/NB saylı rəylə ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91.2 kv.m, yaşayış sahəsi 59.8 kv.m olan 30 saylı mənzili 105000 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(004)-4287/2019 nömrəli qətnaməsi ilə (hakim – Emin Mehdiyev) iddia tələbi təmin edilərək, Cavabdeh1 09.02.2016-cı il tarixli, 105850-160793/1 saylı kredit müqaviləsi üzrə 84074 manat əsas borc, 1813,97 manat faiz borcu olmaqla, cəmi 85887,97 manat məbləğində borcun və 60,40 manat məhkəmə xərclərinin İddiaçı ASC-nın xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91.2 kv.m, yaşayış sahəsi 59.8 kv.m olan 30 saylı mənzilinə yönəldilməsi, həmin mə nzilin ilkin satış qiyməti 105000 manat müəyyən edilməklə, açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, tutma yönəldildikdə və açıq hərracda satıldıqdan ən geci 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91.2 kv.m, yaşayış sahəsi 59.8 kv.m olan 30 saylı mənzildən çıxarılması və qeyri-yaşayış sahəsinin boşadılması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, qətnamədə qeyd edilmiş qanunvericilik normalarının tələblərinə əsasən iş üzrə toplanılmış sübütlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 319.1, 319.6, 385.1, 425.1, 442, 445.1, 445.2.1, 448.1, 470.1, 472.2-ci, “İpteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.2, 34.1.3, 34.1.4, 59.3.1, 59.3.2, 59.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdehlər apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, Anar Tanrıverdiyev, İkram Şirinov) 19 noyabr 2020-ci il tarixli, 2(103)-7727/2020 saylı qərardadı ilə ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyi əldə edilməsi qərara alınmış, rəyin verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, Anar Tanrıverdiyev, İkram Şirinov) 19 noyabr 2020-ci il tarixli, 2(103)-7727/2020 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. "xxxx" MMC-nin 12.02.2021-ci il tarixli MB 14/0178 №-li ekspert rəyinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91.2 kv.m, yaşayış sahəsi 59.8 kv.m olan 30 saylı mənzilin likvid dəyəri 108000 manat müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2021-ci il tarixli, 9\5436 nömrəli rəy inə əsasən Cavabdeh1 11.12.2019-cu il tarixə banka olan borcu 63309.88 manat əsas borc, 368.81 manat faiz borcu olması müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, Anar Tanrıverdiyev, İkram Şirinov) 29 aprel 2021-ci il tarixli, 2(103)-681/2021 saylı qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 9/3465 saylı 18 iyun 2021-ci il tarixli rəyinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış 09 fevral 2016-cı il tarixli 105850-160793/1 saylı kredit müqaviləsi və 21.07.2017-ci il tarixli Əlavə Razılaşma şərtləri əsas götürülməklə, Cavabdeh1 26.11.2019-cu il tarixə banka olan borcu 81737,65 manat: əsas kredit borcu üzrə 81466,10 manat, faiz borcu üzrə 271,55 manat müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, Anar Tanrıverdiyev, İkram Şirinov) 23 sentyabr 2021-ci il tarixli, 2(103)-681/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə 11 dekabr 2019-cu il tarixli qətnaməsinin cavabdehdən əsas, faiz borcunun tutulması hissəsində və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin hissəsində dəyişdirilməsi, əsas borcun 81466,10 manat, faiz borcunun 271,55 manat müəyyən edilməsi, Cavabdeh1 09.02.2016-cı il tarixli, 105850-160793/1 saylı kredit müqaviləsi üzrə 81466,10 manat əsas borc, 271,55 manat faiz borcu olmaqla, cə mi 81737,65 manat manat məbləğində borcun İddiaçı ASC-nın xeyrinə tutulması, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91.2 kv.m, yaşayış sahəsi 59.8 kv.m olan 30 saylı mənzilin likvid dəyərinin 108000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı həmin maddəyə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermişdir. Lakin, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, borc üzrə ödənişləri vaxtı-vaxtında aparmamışlar. Məhkəmə hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzin in 9/3465 saylı 18 iyun 2021-ci il tarixli məhkəmə ekspertizasının rəyi işin hallarını tam və obyektiv əhatə etdiyindən, sübut növü kimi götürülməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Ona görə də "xxxx" MMC-nin 12.02.2021-ci il tarixli MB 14/0178 №-li ekspert rəyi mötəbər sübut növü kimi qəbul edilməli və ipoteka predmetinin ilkin satı ş qiyməti 108000 manat müəyyən edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh2 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin evə yönəldilmə hissəsində ləğv edilərək işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk növbədə məhkəmə onun Konstitusion hüququnu pozmaqla qərar qəbul etmişdir. Belə ki, məhkəmə işə baxarkən onun mülkiyyət hüquqlarını nəzərə almadan qətnamə qəbul etmişdir. Birinci növbədə bildirmək istəyir ki, onu məhkəmə o, iş üzrə cavabdeh olsa da və apelyasiya şikayətində onun tərəfindən ev girov qoyularkən razılıq ərizəsi verilməməs ini bildirsə də heç bir araşdırma aparmamışdır. Məhkəmə onun tələbinin əsasını ipoteka müqaviləsinin onun razılığı olmadan bağlanmasını yazsa da ümumiyyətlə onu işə dəvət etməmiş və ümumiyyətlə heç notariat işini gətirmədən, yoxlamadan və xətt ekspertizası təyin etmədən qətnamə qəbul etmişdir. Qətnamə ciddi prosessual pozuntularla qəbul edilmişdir. Buna görə də məhkəmə qətnaməsi ləğv edilməlidir. Onun tərəfindən razılıq ərizəsi verilməyib. Əgər verilibsə belə imza saxtalaşdırılıb. Onun adından əgər razılıq ərizəsi verilibsə həmin ərizə aydınlaşdırılmalı və xəttşünaslıq ekspertizası təyin edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazıl ı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan bax ılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məh kəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya də yişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri üzrə kasasiya kollegiyası qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdeh kasasiya şikayətini ipoteka predmeti olan mənzilin ipoteka qoyulmasına dair onun razılığının alınmaması, razılıq ərizəsi olmuşdursa da həmin ərizədəki imzanın ona məxsus olmaması ilə əsaslandırmağa çalışsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən kassatora məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş ünvanlanmış, lakin o, məhkəmə iclasında iştirak etməmiş, birinci instansiya məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edildikdən sonra apelyasiya şikayətində isə evin girov qoyulmasına razı olmadığını bildirməklə kifayətlən miş, razılıq ərizəsindəki imzanın ona məxsus olmadığını, bununla bağlı ekspertiza təyin edilməsini məhkəmədən xahiş etməmiş və ya vəsatətlə məhkəməyə müraciət etməmişdir ki, məhkəmə kollegiyası da iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin etməməkdə haqlı olmuş və hər hansı prosessual pozuntuya yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlili apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a ldı: Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-681/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-887/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-887/2022
08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver