Məhkəmə qərarları › İş №2(102)-887/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-887/2023

06.03.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-887/2023 06.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ləğv prosesində olan İddiaçı-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı ilkin; Cavabdeh1 qarşılıqlı iddia tələbləri ilə əlaqədar iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borc, ipoteka predmetinə tutma yönəldilməsi, müqaviləsinin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka pr edmetinə yönəldilməsi tələbi”nə dair ilkin; Cavabdeh1 kredit müqaviləsinin etibarsız hesab edilməsi və artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə qarşılıqlı tələbləri üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6554/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank, halhazırda ləğv prosesindədir) ilə Cavabdeh1 (bundan sonra – birinci cavabdeh) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 23-3268 saylı əsas kredit müqaviləsinə əsasən iddiaçı birinci cavabdehə 120 ay müddətinə, 200000 manat məbləğində kredit xətti açmışdır.

2. Həmin tərəflər a rasında bağlanmış xx.xx.2017-ci il tarixli, 23-3268.2 saylı kredit müqaviləsinə əsasən iddiaçı birinci cavabdehə 60 ay müddətinə illik 10 faiz dərəcəsi ilə 37846 ABŞ dolları məbləğində kredit vermək, birinci cavabdeh isə krediti qəbul etmək, həmin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit məbləğini qaytarmaq, habelə əsas kredit borcuna hesablanmış faizləri ödəməyə dair öhdəlik götürmüşdür.

3. Bankın Nərimanov filialının xx.xx.2017-ci il tarixli məxaric kassa orderində birinci cavabdeh 37846 ABŞ dolları məbləğində krediti Bankdan aldığını imzası ilə təsdiq etmişdir.

4. İddiaçı ilə birinci cavabdeh arasında imzalanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən birinci cavabdehə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Bək küçəsi 1 saylı evin 8 saylı mənzili (bundan sonra - ipoteka predmeti) xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsi üzrə əlavə kredit müqavilələri ilə verilmiş və veriləcək kreditlərin, ona hesablanmış faizlərin habelə qanunvericilikdə və bu müqavilədə nəzərdə tutulmuş digər ödənişləri qaytarılmasının təminatı üçün ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 68000 manat müəyyən edilmiş, ipoteka yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

5. İddiaçı, birinci cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – ikinci cavabdeh) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 23-3268.2 saylı zaminlik müqaviləsinə əsasən zamin (ikinci cavabdeh) birinci cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə yaranmış borcun, habelə faizlərin, məhkəmə xərcl ərinin və öhdəliyin icra edilməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi üçün iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür.

6. Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən ikinci cavabdeh 60 ay ərzində, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 804,25 (sonuncu ay 801,72) ABŞ dolları ödəməli olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24931 ABŞ dolları əsas, 5637,11 ABŞ dolları faiz, 2454,07 ABŞ dolları cərimə və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qayda da tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə birinci cavabdehə məxsus olan ipoteka predmetinə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, kredit müqaviləsinə əsasən birinci cavabdeh müqav ilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, 5 avqust 2021-ci il tarixli, **********238 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğ vindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

9. Birinci cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli, 23-3268.2 saylı əlavə kredit müqaviləsinin etibarsız hesab olunaraq, artıq ödənilmiş vəsaitin məbləğinin müəyyən olunması və iddiaçıdan tutularaq birinci cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə münasibətləri 23 yanvar 2014-cü il tarixli, 23-3268 saylı əsas kredit müqaviləsinin bağlanması ilə rəsmiləşdirilmişdir. Əsas kredit müqav iləsinə əsasən birinci cavabdeh 57500 ABŞ dolları məbləğində kredit almağı öhdəsinə götürmüş, 6 aprel 2016-cı ilədək həmin kredit məbləğindən 48991 ABŞ dolları ödəniş etmiş, cəmi 8509 ABŞ dolları borcu qalmışdır. Bundan sonra birinci cavabdehin adına əlavə kredit müqaviləsi adı altında xx.xx.2017-ci il tarixli, 23-3268.2 saylı müqavilə bağlanmış, guya ona 37846 ABŞ dolları kredit verilmiş və nəticədə onun hüquqları pozulmuşdur. İkinci müqavilə üzrə birinci cavabdeh 23735 ABŞ dolları ödəniş etmişdir. Əgər verilən kredit məbləğinə və ödənişlərə baxılsa, birinci cavabdehin iddiaçıya 14111 ABŞ dolları borcu qalmalı idi. Bütün bu müddət ərzində iddiaçı dəfələrlə birinci cavabdehi inandırmağa çalışmışdır ki, guya etdiyi ödənişlər gecikmələrə görə hesablanmış faizlər olmuşdur. Halbuki ödəniş tari xlərinə və cədvələ görə müəyyən olunmuş əsas borc və faiz borcunun məbləğinə fərqli qaydalar tətbiq olunaraq iddiaçı tərəfindən rəqəmlərdə öz xeyrinə hesablamalara yol verilmişdir. Birinci cavabdehin etdiyi ümumi ödəniş məbləği 72789 ABŞ dolları təşkil etmişdir. İddiaçının hələ də birinci cavabdehin ona guya 33022 ABŞ dolları borcu olduğunda israr etməsi absurddur. İddiaçı əlavə kredit müqaviləsini bağlayarkən birinci cavabdehə bildirmişdir ki, bu sadəcə prosedurdur, müqavilənin müddətinin bitməsinə az müddət qaldığı üçün müddətin uzadılması ilə bağlı əlavə müqavilə bağlanacaq, ondan sonra birinci cavabdeh qalan məbləği ödəyərək borcunu bitirmiş olacaqdır. Rəsmi prosedura uyğun olaraq birinci cavabdehə sənədlər imzalatdırmış və guya kedit verilmişdir kimi göstərməklə cavabdehin üzərinə qan unsuz öhdəliklər qoyulmuşdur. Belə ki, xx.xx.2017-ci il tarixdə, saat 15:47-də birinci cavabdeh (borc alana) guya 37846 ABŞ dolları ödəniş etmiş və elə həmin gün 28 dəqiqə fərqi ilə, yəni 16:15-də guya 37846 ABŞ dolları vəsaiti kassadan məxaric edərək almışdır. Göründüyü kimi iddiaçı birinci cavabdehi yanıldaraq onun üzərinə əlavə öhdəlik qoymuşdur.

11. İş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 aprel 2022-ci il tarixli, 9/1964 nömrəli ekspert rəyinə əsasən, təqdim olunmuş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 06 aprel 2017ci il tarixli, 23-3268.2 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq birinci cavabdehin iddiaçı ya sualda soruşulan tarixlərə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2021-ci il tarixə olan borcu: əsas borc üzrə - 25749,67 ABŞ dolları, faiz üzrə 5135,63 ABŞ dolları, xx.xx.2021-ci il tarixə olan borcu: əsas borc üzrə - 25749,67 ABŞ dolları, faiz üzrə - 5800,83 ABŞ dolları təşkil edir. 12. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 10 may 2022-ci il tarixli ƏEM/M 06346/22 qiymətləndirmə rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 95000 manat, likvid dəyəri 90000 manat müəyyən edilmişdir.

13. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-296/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) ilk iddianın qismən təmin edilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 24931 ABŞ dolları əsas, 5135,6 3 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 30566,63 ABŞ dollarının (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun tutulması, cavabdehlərdən tutulmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş birinci cavabdehə məxsus ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə realizə edilməsi, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin birinci cavabdehə verilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 90000 manat məbləğində müəyyən olunması, ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması, ilk iddianın qalan hissədə rədd edilməsi, birinci cavabdehin «kredit müqaviləsinin etibarsız hesab edilməsi və artıq ödənilmiş vəsaitin geri qaytarılması» tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, məhkəmə xərclərinin birinci cavabdehə aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 145 manatın cavabdehlərdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi müvafiq hesaba köçürülməsi, ekspertiza xərci olan 400 manatın cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni ilkin iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 269.1, 269.7, 269.4, 317.1, 319.1, 319.4, 385.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 470.1, 472.1, 472.2, 477.0.4, 739, 743-ci, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 39.3, 39.3.3, 47.4, 59.3.1-ci maddələrinə, qarşılıqlı iddia tələbinə münasibətdə isə Mülki Məcəllənin 5.3, 324.4, 337.1, 339.1, 390.1, 405.1, 425-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Birinci cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Qarşılıqlı iddianın məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı birinci cavabdehi yanıldaraq onun üzərinə əlavə öhdəlik qoymuşdur. Lakin bu öhdəliyi yaradan vasitələr tamamilə qanunsuz olmaqla nəinki iddianın əsassız olmasına dəlalət edir, həmçinin iddiaçıdan vurulmuş ziyanın tələb olunmasını şərtləndirir. Göstərilən hallar bağlanmış əqdin etibarsız olduğunun birbaşa sübutudur. Lakin məhkəmə qarşılıqlı iddia ərizəsində göstərilən hallara düzgün hüquqi qiymət verməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. Məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərindən və iddiaçı tərəfin özünün təqdim etdiyi müqavilələrdən görünür ki, birinci cavabdeh borcunu tam ödəmişdir. Daha sonra borcunu bağladığı halda 28 dəqiqə fərq ilə guya kredit götürmüşdür. Bu hallar barədə məhkəməyə ətraflı məlumat verilməsinə və qəbzlər təqdim olunmasına baxmayaraq iddiaya yanlış hüquqi qiymət verilmişdir. Təqdim olunmuş qəbzlər, işin halları sübut edir ki, cavabdeh tərəf vacib əhəmiyyətli yanılmanın təsiri nəticəsində kredit müqaviləsinə imza atmışdır. Halbuki, iddiaçı tərəf ona müqavilənin müddətinin uzadılmasını bildirmişdir. Bu isə müqavilənin birbaşa etibarsızlığı üçün əsasdır. Birinci cavabdehin ailə üzvləri notarial qaydada razılıq verməmişlər və mənzildən çıxmaq barədə öhdəlik götürməmişlər. Ümumiyyətlə, ikinci müqavilə üzrə ipoteka müqaviləsi tərəflər arasında bağlanmadığı halda məhkəmə ipoteka predmetinə yönəldə bilməzdi. Bu barədə iddiaçı tərəfə verilən suallar cavabsız qalmışdır. Məhkəmə isə ədalətli araşdırmaya şərait yaratmayaraq işi yekunlaşdırmışdır.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apelyasiya instansiya məhkəməsi) 2(103)-6554/2022 saylı, xx.xx.2022-ci il tarixli qətn aməsi ilə (hakimlər – X2 (sədrlik edən və məruzəçi), X3 və X4) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən - ilk iddia tələbinin birinci cavabdehə qarşı olan hissəsində təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsinə dair hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Birinci cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtləri pozulmuşdur.

19. Apellyasiya şikayətinin vacib əhəmiyyətli yanılmanın təsiri nəticəsində kredit müqaviləsin ə imza atmasına dair dəlililə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında sərbəst iradə ifadəsinə uyğun olaraq müqavilə bağlanmış, birinci cavabdeh müqavilə ilə tanış olmuş, şərtləri ilə razı olduğu üçün müqaviləni imzalamışdır. Həmin müqavilənin etibarsız hesab edilməsinə hər hansı qanuni əsas mövcud deyildir.

20. Apellyasiya şikayətinin borcun cavabdeh tərəfindən tam olaraq ödənilməsinə dair dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, ödənişlərin hamısı nəzərə alınaraq, ümumi borc məbləği hesablanmışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 aprel 2022-ci il tarixli, 9/1964 nömrəli ekspert rəyinə əsasən, təqdim olunmuş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzala nmış 6 aprel 2017-ci il tarixli 23-3268.2 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq birinci cavabdehin iddiaçıya sualda soruşulan tarixlərə olan borcu xx.xx.2021- ci il tarixə olan borcu: əsas borc üzrə 25749,67 ABŞ dolları, faiz üzrə - 5135,63 ABŞ dolları. xx.xx.2021-ci il tarixə olan borcu: əsas borc üzrə - 25749,67 ABŞ dolları, faiz üzrə - 5800,83 ABŞ dolları təşkil etmişdir.

21. Apellyasiya şikayətinin birinci cavabdehin ailə üzvlərinin mənzilin ipoteka ilə yüklü edilməsinə razılıq verməməsinə dair dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur.

22. Məhkəmə gəldiyi nəticəni ilkin iddia tələbinə münasibətdə Mülki Məcəllənin 269.1, 269.7, 269.4, 317.1, 319.1, 319.4, 385.1, 427. 3, 442, 443.1, 448.1, 448.2, 470.1, 472.1, 472.2, 477.0.4, 739 və 743-ci, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 39.3.3, 47.4, 59.3.1-ci maddələrinə, qarşılıqlı iddia tələbinə münasibətdə isə Mülki Məcəllənin 5.3, 324.4, 337.1, 339.1, 390.1, 405.1 və 425-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Birinci cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilə n hüquq Mülki Məcəllə

26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

27. Maddə 269.1 Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

28. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.

29. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdə liyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

30. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

31. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər.

32. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

33. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

34. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmla k verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

37. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

38. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kredit or qarşısında birgə məsuliyyət daşıyırlar.

39. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

40. Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan redaksiya)

41. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

42. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir.

43. Maddə 39.3; 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilmə si haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

44. Maddə 59.3.1. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra – MPM)

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxı şının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instan siyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə əsaslandırılmış qiymət verilmişdir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşır.

58. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6554/2022 xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. saylı,

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar