Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-895/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı əmlakın geri qaytarılması tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-895/20 (Açar sözlər:subyektiv hüquqla bağlı problemlər ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçının vəkili Abbaslı Təyyar Bəhram oğlu, Cavabdeh1 MMCnin vəkili Vəkil, digər Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı əmlakın geri qaytarılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4125/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Almaniya Federativ Respublikasının «Meno» firmasının istehsalı olan iki ədəd, M148/12892062 və 148/1239202 saylı su nasosları Cavabdeh1 MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən mühafizə olunan ərazisində saxlanılır. İddiaçı həmin su nasoslarının ona məxsus olması və cavabdeh təşkilatda qanunsuz saxlanmasına istinad edərək hazırkı tələbi irəli sürərək Cavabdeh1ndən, həmin şirkətin nümayəndəsi və icraçı direktoru Cavabdeh2 qeyd olunan əmlakların ona qaytarılması barədə mübahisə açmışdır. Qarşı tərəf əmlakın iddiaçıya məxsus olmadığına dair etiraz etmişdir. İş üzrə qəbu l edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “mülkiyyətində olan əmlakın qaytarılması" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin üzərinə Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mühafizə olunan ərazisində saxlanılan, onun mülkiyyətində olan, Almaniya Federativ Respublikasının istehsalı olmaqla hər birinin qiyməti 10000 (on min) manat olan, «Meno» firmasının istehsalı M148/12892062 və 148/1239202 saylı 2 (iki) ədəd, cəmi 20000 (iyirmi min) manat dəyərində su nasoslarının ona qaytarılması, eyni zamanda hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödədiyi 410 (dörd yüz on) manat xidmət haqqının və iddia ərizəsinin məhkəməyə təqdim olunması üçün ödədiyi 30 (otuz ) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-2243/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Ü.Şükürova) iddia qismən təmin edilmiş, Almaniya Federativ Respublikasının istehsalı olan M148/12892062 və 148/1239202 saylı 2 (iki) ədəd su nasosu Cavabdeh1 MMC-dən alınaraq İddiaçı verilməsi, Cavabdeh1 MMC-dən hüquqi xidmət xərcinə görə 100 manat və dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 130 (yüz otuz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəllənin 152, 157, 164-cü maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellya siya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Mərdanova (sərlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) xx xxxx 2020-ci il tarixli, 2(103)-4125/2020 nömrəli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-2243/2019 nömrəli qətnaməsi Cavabdeh1 MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 MMC kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onu nla əsaslandırılmışdır ki, işə baxan məhkəmə tələb etmə ilə bağlı subyektiv hüququn olub-olmamasını düzgün araşdırmamış, iddiaçının mülkiyyətçi olması qənaətinə gələrkən əmlakları alqı-satqı yolu ilə almasına dair qanunvericiliyin tələblərini düzgün təfsir etməmiş, sübutlara düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə İddiaçı etiraz göndərərək bildirmişdir ki, subyektiv hüquqla bağlı qarşı tərəfin dəlilləri əsasızdır. Çünki işə baxan məhkəmələr həmin halı araşdırmışdır. Eyni zamanda şikayətdə qeyd olunan digər dəlillər də əsaslı deyil və məhkəmə qətnaməsi qanuni və əsaslı hesab olunaraq dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətini mü dafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Abbaslı Təyyar Bəhram oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 570.1. Əgər alğı- satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: Maddə 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; Maddə 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Maddə 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdır maq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Maddə 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.1., Ma ddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Mülki işlər üzrə ilkin dəyərləndirmə tələbin qanuni əsasının tapılmasından başlanır. Hazırkı işdə iddianı təmin edən məhkəmələr tələbin qanuni əsası kimi MM-nin 157.2. maddəsinə istinad etmişlər. Qeyd olunan normanın dispozisiya şərtlərinin mövcudluğu üçün üç şərtin olması vacibdir. İddiaçı əmlakın mülkiyyətçisi olmalıdır, əmlak cavabdehin sahibliyində olmalıdır, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Deməli, ilk növbədə iddiaçının mübahisəli əmlakların mülkiyyətçisi olub-olmamasına qiymət verilməlidir. Məhkəmələr hesab etmişlər ki, iddiaçı əmlakları “X3” Şirkətindən satın almış və dəyərini ödəməklə mülkiyyətçi hesab olunmalıdır. Belə qənaətə gəlmək üçün məhkəmələr iddiaçının təqdim etmiş olduğu (surətləri əlavə edilmiş) kassa mədaxil orderinə (iş vərəqə 11), təhvil-təslim aktına (iş vərəqə 12), qaimə-fakturaya (iş vərəqə 13) əsaslanmışlar. Əvvəla, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunması barədə prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh məhkəmə mübahisəsi başlayan vaxtdan bildirir ki, iddiaçı əmlakın mülkiyyətçisi deyil və təqdim edilmiş sənədlər saxtadır. Hətta bununla bağlı vəsatət verərək təqdim edilmiş sənədlərin blanklarının həqiqətən “X4” Şirkətinə məxsus olmasını yoxlamağı xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hər bir halda, ya həmin sənədlərin əsllərini və yaxud onların təsdiq olunmuş surətini tələb etməli idi. İşdə olan məhkəmə iclas protokollarından həmin sənədlərin əsllərinin məhkəmə iclasına gətirilməsi və surətinin çıxarılaraq işə əlavə edilməsi, əs llərinin tərəfə qaytarılması barədə qeydlər yoxdur. Hansıki, iddiaçının təqdim etdiyi sənədlərin həqiqiliyini şübhə altına alan hallar aşkar edilmişdir. Beləki, təqdim edilmiş əsas sübutlardan biri əmlakların “X3” Şirkəti tərəfindən iddiaçıya təhvil verilməsinə dair xx.xx.2013-cü il tarixli təhvil-təslim aktıdır. Həmin akta əsasən iki ədəd su nasosları iddiaçıya təhvil verilmişdir. Amma işin mübahisəsiz halıdır ki, həmin tarixdə su nasosları cavabdeh təşkilatın ünvan 2 ünvanında yerləşən mühafizə olunan ərazisində saxlanılırdı. Cavabdehin deməsinə görə həmin əmlakları 2013-cü ildə “xxxx” ASC-nin əməkdaşı Ramin adlı şəxs müvəqqəti saxlamaq üçün təhvil vermiş və hər ay saxlama haqqı kimi 300 manat pul ödəməli idi. Prosesə 3-cü şəxs kimi cəlb edilmiş “X3” Şirkətinin nümayəndəsi X1 məhkəmə i clası zamanı dindirilərkən həmin əmlakları iddiaçıya təhvil vermədiklərini təsdiq etmişdir (iş vərəqə 103, nümayəndənin izahatı). Bundan başqa, iddiaçının təqdim etdiyi digər sübut “qaimə-faktura” sənədidir. Həmin sənəd əmlakı təhvil almış alıcıya verilən və əmlakın daşınmasını müşayət edən sənəddir. Əmlaklar iddiaçıya təhvil verilmədiyindən həmin sənədin də etibarlı sənəd olmadığı təsdiq olunur. Əmlakların iddiaçıya-alıcıya təhvil verilməməsi öz təsdiqini tapdığı üçün iddiaçının daşınar əmlaka mülkiyyət hüquqlarının yaranması qənaətinə gəlmək həmin növ əqdlərin mahiyyətinə ziddir. Beləki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin növ əqdlər üçün ə mlakın verilməsi əqdin tatmamlanmasının (əmlakın alıcının mülkiyyətinə verilməsinin) zəruri şərtidir. Həmin şərtə riayət olunmamışdırsa alıcının daşınar əmlaka mülkiyyət hüququ yaranmır. Mülki qanunvericilik əmlakın təhvil verilməsinin müxtəlif üsullarını nəzərdə tutsa da (yuxarıda sadalanan MM-nin 570-ci maddəsi), hər bir halda əmlakın təhvil verilməsi vəzifəsini satıcının üzərinə qoyur. Eyni zamanda qanunverici belə halda alıcının əmlakı 3-cü şəçxsdən özünün tələb etməsini nəzərdə tutmur, əksinə qeyd edilir ki, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər (Maddə 575.1.). Yuxarıda şərh olunan hallar tələbin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2. maddəsinə istinad olunmasını istisna edir. Ona görə cavabdehin subyektiv hüquqla-tələbetmə hüququ ilə bağlı irəli sürdüyü dəlillər əsaslıdır. Şərh olunanlar belə qənaətə gəlməyə əsas verir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, iş materiallarında olan, məhkəmələr tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara düzgün qiymət verilməmişdir. İşə yenidən baxılarkən yuxarıda qeyd olunan dəyərləndirməni rəhbər tutaraq tələbin düzgün qanuni əsasının tapılması üçün toplanmış və iş materiallarında olan sübutlara onların mötəbərliliyi baxımından yenidən qiymət verilməli və onun nəticəsindən asılı olaraq yekun qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhb ər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 MMC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4125/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.