Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-896/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-896/2019 18 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X19 oğlunun katibliyi, İddiaçı vəkili Xnun, Cavabdeh və nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2018-ci il tarixli 2(103)-9623/2018 saylı qətnaməsindən İddiaçı tərəfində n verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, “Qurtuluş-93” Yaşayış Kompleksi, İstiqlaliyyət küçəsi, 62 nömrəli binanın 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən üç otaqlı 120 kv.m sahəsi olan 37 nömrəli mənzilinin birgə nikah dövründə əldə olunmuş əmlak kimi cavabdeh ilə onun arasında bölünərək, 2 otağının onun, 1 otağının isə cavabdehin mülkiyyəti kimi istifadələrinə verilməsini, birgə nikah dövründə əldə edilmiş “Nissan Tiida” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsi üzərində onun, qalan 1/2 hissəsinin üzərində isə cavabdehin payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etm işdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 04.04.2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahdan 2 uşaqları var: 25.12.2008-ci il təvəllüdlü Nərgiz və 29.10.2014-cü il təvəllüdlü Əsmər. Tərəflər arasında ailə münasibətləri pozulduğundan onlar 2017-ci ilin iyul ayında faktiki olaraq ayrılmışlar. Mübahisəli mənzil birgə nikah dövründə, yəni 13.08.2015-ci il tarixdə əldə edilmişdir. Bu barədə Abşeron Rayon İcra Hakimiyyəti başçısının 13.08.2015-ci il tarixli 3595 nömrəli orderi də vardır. 2015-2016-cı illərdə həmin mənzil əsaslı təmir etdirilmişdir. Mənzilin pay haqqı tam ödənildiyindən, həmin mənzil cavabdehlə iddiaçının birgə nikahı dövründə əldə edilmiş əmlakı kimi qiymətləndirilməli, uşaqların mənafeyi nəzərə alınmaqla 2 otaq iddia çının, 1 otaq isə cavabdehin mülkiyyətinə verilməlidir. Bundan başqa, tərəflər mübahisəli avtomobili “xxxx” Şirkətindən birgə nikah dövründə 2010-cu ildə əldə etmişlər. Avtomobil 31.03.2010-cu il tarixdən cavabdehin adına qeydiyyata alınmış və bu barədə Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən həmin tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” verilmişdir. Mənzildə olduğu kimi avtomobilin də alınmasında iddiaçının zəhmət var və bu səbəbdən, avtomobil tərəflər arasında bərabər paylarla bölünməlidir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin (hakim A.Süleymanova) 26.12.2017-ci tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsini, mənzil üzərində iddiaçının payının 1/4 hissədə, cavabdehin payının isə 3/4 hissədə müəyyən edilməsi, avtomobilin satışından əldə edilmiş 2.500 man at məbləğində pulun 1/2 hissəsinin, yəni 1.250 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X2 (sədrlik edən və məruzəçi), X12 və X14) 21 sentyabr 2018-ci il tarixli 2(103)-9623/2018 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 dekabr 2017-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2018-ci il tarixli 2(103)-9623/2018 saylı qətnaməsindən İddiaçı və vəkili X kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası Mülki Məcəllənin 223.3-cü, 225.1-ci, 225.2-ci, Ailə Məcəlləsinin 31-ci, 32-ci, 34.1-ci, 36-cı, 37-ci maddələrinə istinad etsə də, yekun olaraq düzgün nəticəyə gəlməmiş, Cavabdeh adına olan Abşeron rayonu “Qurtuluş-93’’ Yaşayış Kompleksi, İstiqlaliyyət küçəsindəki 13(62) nömrəli binanın 2-ci blok 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 120 kvadrat metr, yaşayış sahəsi 82,5 kvadrat metr, köməkçi sahəsi 37,5 kvadrat metr olan, 3 otaqlı 37 nömrəli mənzilin ¼ (dörddə bir)hissəsində İddiaçı və ¾ (dörddə üç) hissəsində Cavabdeh paylarının müəyyən edilməsini təsdiq etməklə, onun himayəsində 25 dekabr 2008-ci il təvəllüdlü 2 (iki) qız övladlarının - X5 və 29 oktyabr 2014-cü il təvəllüdlü X9 olmasına və evin pulunun hər ikisi tərəfindən ödənilməsinə, onun izahatının Binəqədi rayon Məhkəməs inin tərəfindən təhrif edilməsi, vermədiyi izahatı protokola və qətnamədə qeyd edilməsi, göstərilməsi faktına göz yummuşdur. Həmçinin, nikahları pozulduqdan sonra onun nə rəsmi, nə də şifahi razılığı olmadan, yəni 2017-ci ilin iyul ayından faktiki ayrıldıqdan sonra 16 sentyabr 2017-ci il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə” əsasən real olmayan qiymətə satılmaqla özgəninkiləşdirilmiş “Nissan Tiida” markalı ** HK *** dövlət nömrə nişanlı avtomobilin satışından əldə edilmiş 2.500 (iki min beş yüz) manat pulun ½ hissəsi, yəni 1.250 (bir min iki yüz əlli) manat Cavabdeh tutularaq İddiaçı verilməsi, ödənilməsi barədə qətnamə qəbul etməklə və 21 sentyabr 2018-ci il tarixdə -“Nissan Tiida” markalı ** HK *** dövlət nömrə nişanlı avtomobilin real qiymətinin dəyərinin müəyyən olunm ası üçün “məhkəmə əmtəəşünaslıq ekspertizasının” keçirilməsi ilə bağlı vəsatətini rədd etməklə, qeyd edilənlərə əhəmiyyət verməməsi onu göstərir ki, məhkəmə kollegiyası prosessual və maddi hüquq normalarını açıq-aşkar pozmuşdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2( 103)-9623/2018 saylı, 21 sentyabr 2018-ci il tarixli Qətnaməsinin kassasiya İnstansiyasında baxılaraq tamamilə ləğv edilməsi və iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni Qərar qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı vəkili X kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclası nda Cavabdeh və nümayəndəsi X4 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, tərəflər 04.04.2008-ci il tarixdə nikaha daxil olmuş, bu nikahdan 25.12.2008-ci il təvəllüdlü X13 və 29.10.2014-cü il təvəllüdlü X15 adlı onların 2 övladı vardır. “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 08.11.2017-ci il tarixli 136 nömrəli “Arayışdan” görünür ki, mübahisəli mənzilə yiyələnmək hüququ ilə cavabdehin adına 05.12.2012-ci il tarixdə 27.400 manat məbləğində ilkin ödəniş edilmiş, 2013-cü ilin yanvar ayından 12.11.2014-cü il tarixə qədər hər ay 1.300 manat, 05.12.2014-cü il tarixdə 1.600 manat olmaqla, ümumilikdə 57.600 manat məbləğində pul ödənilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 13.02.2015-ci il tarixli 3595 nömrəli “Orderə” əsasən mübahisəli mənzilə cavabdehin yiyələnmək hüququ vardır. Həmçinin apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, cavabdehin adına birgə nikah dövründə alınmış “Nissan Tiida” markalı ** HK *** dövlət nömrə nişanlı avtomobili 16.09.2017-ci il tarixli “Nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi»nə əsasən cavabdeh tərəfindən X6 2.500 manata satılmış, Azərbaycan Respublikası DİN BDYPİ-nin Qeydiyyat İmtahan Şöbəsinin “Kompüter uçot bazası”nda olan məlumata görə, mübahisəli avtomobil Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan N.Quliyevin adına 16.09.2017-ci il tarixdə qeydiyyata alınmı şdır. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə birgə nikahdan iki uşağın olmasına baxmayaraq, tərəflər arasında ailə münasibətləri pozulması və onların ayrılmasının hazırki işin mübahisəsiz halları olmasını, birgə nikah dövründə əldə olunmuş əmlakların bölgüsünün isə işin mübahisə doğuran halları olmasını müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 223.3-cü maddəsinə görə, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. - 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. - 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 31-ci maddəsinə görə, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (maddə 31.1.). Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir (maddə 31.2.). - 32-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (maddə 32.1.). Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir (maddə 32.2.2.). - 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). - 36-cı maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçiri lir (maddə 36.1.). Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (maddə 36.3.). Məhkəmə ərarvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir (maddə 36.4.). - 37-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (maddə 37.1.). Ayrı-ayrı hallarda məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ərin diqqətəlayiq mənafeyini, o cümlədən ar-arvadın biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bər abər bölməyə bilər (maddə 37.2.). Mübahisəli mənzilin bölgüsü ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə məhkəmə kollegiyası razılaşır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş cavabdehin atası X7 ifadəsində mübahisəli mənzilin əldə edilməsi üçün ilkin ödənişi, 27.400 manat pulu o, öz vəsaiti hesabına 05.12.2012-ci il tarixdə cavabdehin adından ödəməsini göstərmişdir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Həmçinin şahid ifad ələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxil olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin materiallarından görünür ki, cavabdehin atası tərəfindən mənzilə görə ilkin ödəniş kimi 27.400 manat məbləğində pul ödənilməsi faktı apellyasiya və kassasiya şikayətlərinin dəlili olaraq bu faktın mövcudluğu iddiaçı tərəfindən inkar olunsa da, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının birinci instansiya məhkəməsinin 02.11.2017-ci il tarixli iclas protokolundakı izahatına istinad etmişdir. Yanlış və ya natamam olmasına dair müvafiq qeyd verilməyən icl as protokolundan məlum olur ki, iddiaçı özü də bu faktı etiraf etmişdir və verilən suallara cavab olaraq göstərmişdir ki, mənzili 57.000 manata alınmasında əri və qayınatası da köməklik etmiş, evin ilkin ödənişini qayınatası ödəmiş, ancaq hər ay evin aylıq ödənişini, yəni 1.300 manatını əri ilə birlikdə ödəmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, mübahisəli mənzillə bağlı ilkin ödənişin cavabdehin atası tərəfindən edilməsi bilavasitə iddiaçının özü tərəfindən etiraf edilməsi və sözügedən ilkin ödəniş məbləğinin də “xxxx” MTK-nın yuxarıda qeyd edilən “Arayışında” 27.400 manat olaraq göstərilməsi o nəticəyə gəlməyə əsas verir ki, mübahisəli mənzilə görə cavabdehin atası tərəfindən 27.400 manat məbləğində pulun ödənilm əsi faktının sübuta yetirilməsinə ehtiyac yoxdur. Çünki hər iki tərəfin razılaşdığı fakt işin mübahisəsiz halı kimi qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, mübahisəli mənzilin dəyəri tam ödənilsə də, mənzilə dair xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Buna görə də mənzilə görə MTK-ya ödənilmiş cəmi 57.600 manat pul vəsaiti üzərində tərəflərin paylarını müəyyən edilməli olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələrinə uyğun olaraq mənzilə görə cavabdehin atası tərəfindən ödənilmiş 27.400 manat məbləğində pul ca vabdehə atası tərəfindən hədiyyə edildiyindən, bu hissə onun ayrıca əmlakıdır. Qalan 30.200 manatlıq hissə isə birgə nikah dövründə əldə edilmiş əmlak kimi tərəflər arasında bərabər bölünərək, mənzilin dəyərinin 42.500 (27.400+15.100) manat (3/4 hissə) hissəsi üzərində cavabdehin, 15.100 manat (1/4 hissə) hissəsi üzərində isə iddiaçının pay hüququnun tanınmalıdır. Məhkəmə kollegiyası həmçinin tərəflərin birgə nikah dövründə əldə etdiyi avtomobilin bölgüsünə dair gəldiyi nəticə ilə də razılaşır və hesab edir ki, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, müqavilənin elementlərindən biri kimi avtomobilin satış qiymətinin sərbəst şəkildə və könüllü olaraq müəyyən edilməsi müqavilə tərəflərinin ixtiyarındadır. İş materiallarında olan “Nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən” görünür ki, t ərəflər mübahisəli avtomobilin qiymətinin 2.500 manat məbləğində müəyyən edilməsi barədə razılığa gəlmişlər. Mülki Məcəllənin 398.1-ci maddəsinə görə, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müqavilənin etibarlılığının iddiaçı tərəfindən mübahisələndirilmədiyi üçün haqlı olaraq həmin müqaviləni əsas götürmüş, mübahisəli avtomobilin “Nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi” əsasında başqa şəxsin mülkiyyətinə keçdiyindən avtomobil üzərində payların müəyyən edilməsinin faktiki olaraq mümkün olmadığı ü çün satışdan əldə edilmiş pul vəsaitinin 1/2 hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köm əyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halla rı və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellya siya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2018-ci il tarixli 2(103)-9623/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva
Məhkəmə qərarları › İş №2(102)-896/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-896/2019
18.02.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver