Məhkəmə qərarları › İş №2(102)-90/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-90/2021

27.01.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-90/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı oğlunun Cavabdeh3 qarşı; Müstəqil tələb irəli sürən üçüncü şəxs qızının cavabdeh İddiaçı oğluna qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Müstəqil tələb irəli sürən üçüncü şəxs qızının, Cavabdeh3 və onların vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki K ollegiyasının 2(105)-26/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs qızı və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə Xaçmaz rayonu Mürşüdoba kəndi ərazisində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsi ilə bağlıdır.

2. Xaçmaz rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli, 12 saylı qərarı ilə X2 İddiaçı X oğluna ayrılmış və ona torpağın mülkiyyətə verilməsinə dair JN-290A saylı şəhadətnamə verilmişdir.

3. Xaçmaz rayonu Mürşüdoba bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli, 10 saylı qərarı ilə Mürşüdoba bələdiyyəsinin ehtiyat fondundan X4 Mürşüdoba kəndi ərazisindən 1200 kv.metr torpaq sahəsi satılmışdır.

4. İ ddiaçı həmin torpaq sahəsinin cavabdeh XX tərəfindən zəbt edildiyini bildirərək aşağıdakı iddia tələblərini irəli sürmüşdür.

5. İlhamə Hacıyeva isə torpaq sahəsinin ona məxsus olduğunu bildirərək müstəqil tələb irəli sürən üçüncü şəxs kimi aşağıdakı iddianı qaldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, JN-290A saylı, kodu 30217048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş 0,10 ha torpaq sahəsinin Cavabdeh3 qanunsuz sahibliyindən alınaraq istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, JN-290A saylı, kodu 30217048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Xaçmaz rayonu Aqrar İsl ahat Komissiyasının 1998-ci il 27 noyabr tarixli, 12 saylı qərarı ilə ona verilmişdir. Cavabdeh 2003-cü ildən bu günə kimi həmin torpaq sahəsini özbaşına zəbt edərək istifadə edir. Dəfələrlə cavabdehə ona məxsus torpaq sahəsindən çıxmasını təklif etsə də, torpaq sahəsindən çıxmamış, əksinə, torpaq sahəsinin ətrafına çəpər çəkməklə ərazidən istifadə edərək xeyir götürür. Bununla əlaqədar aralarında mübahisə yaranmışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur.

8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı oğlunun adına olan JN-290A saylı, kodu 30217048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, 1997-ci ildən başlayaraq Mürşüdoba kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən istifadə edir. xx xxxxxxxx 2003-cü il tarixdə onunla Xaçmaz rayonu Mürşüdoba bələdiyyəsi arasında həmin 0,12 ha torpaq sahəsinin alqı-satqısına dair akt tərtib olunaraq Azərbaycan Respublikası DT və XK-nin Xaçmaz rayon şöbəsinin möhürü ilə təsdiq olunaraq 536 sayla qeydə alınmışdır. Bu torpaq sahəsinin aktda göstərilmiş dəyəri olan ******* manatı bələdiyyənin bank hesabına köçürmüşdür. Hazırda həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi üçün sənədləri Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə təqdim etmişdir. Torpaqsahəsi 20 il onun istifadəsində olmaqla, həmin müddətdə nə cavabdeh, nə də başqa bir şəxs və yaxud hər hansı dövlət qurumu tərəfindən həmin torpaq sahəsi ilə bağlı on a heç bir irad bildirilməmişdir. Cavabdehin adına olan JN-290A saylı, kodu 30217048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qanunsuz olaraq verilmişdir. Belə ki, Hüseynov X1 özünə məxsus yaşayış evində yaşayır, evin təxminən 0,45 ha həyətyanı torpaq sahəsi vardır. Bundan əlavə, Hüseynov X1 evindən xeyli aralı 0,10 ha həyətyanı torpaq sahəsini hasara alaraq istifadə edir. 2003-cü ildə ona satılmış 0,12 ha torpaq sahəsinin cavabdehə heç bir aidiyyəti yoxdur.

10. Xaçmaz Rayon Məhkəməsinin (hakim R.Xəlilov) xx xxxxxx 2018-ci il tarixli, 2(067)-34/2018 nömrəli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir.

11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mütəxəssis və ekspert rəyləri ilə İddiaçı adına verilmiş şəhadətnmə elektron baza məlumatlarında aşkarlanmadığı üçün ona məxsus t orpaq sahəsinin yerini dəqiqləşdirmək, həmin sahənin zəbt olunub olunmadığını, X2 nın qeyd edilən bələdiyyə qərarına əsasən qanuni istifadəsində olan 1200 kv.m. torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və F.Məmmədov) xx xxx 2020-ci il tarixli, 2(105)-26/20 nömrəli qətnaməsi ilə İddiaçı oğlunun apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(067)-34/2018 saylı qətnaməsi qismən, torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia təmin edilməklə, torpağın mülkiyyətə verilməsinə dair JN-290A saylı, kodu 30217048 olan şəhadətnaməyə əsasən İddiaçı oğlunun mülkiyyətində olan Xaçmaz rayonu Mürşüdoba kəndi ərazisində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsi Cavabdeh3 qanunsuz sahibliyindən alınaraq İddiaçı oğlunun istifadəsinə qaytarılması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qızının apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının dəyəri olan 250 (iki yüz əlli) manat mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

13. Məhkəmə mövqeyini əsaslandırarkən, “xxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli, 1071 saylı rəyinə istinad etmişdir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri

14. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, İddiaçı iddiasının təmin edilməməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi xx.xx.2017ci il və xx.xx.2019-cu il tarixi ekspert rəylərini tədqiq etmədən və onlara qiymət vermədən yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi MPM-nin 103.2-ci maddəsinə zidd olaraq əvvəlki ekspert rəyləri ilə razılaşmamasının səbəbini qətnamədə lazımi qaydada açıqlamamışdır. Qeyd edilənlərdən əlavə, xx.xx.2020-ci il tarixli ekspert rəyinin əsaslandığı “xxxx“ MMC-nin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində mütəxəssis Ayaz Şıxəliyev heç bir koordinata istinad etmədən qərəzli olaraq müəyyən edir ki, şəhadətnaməyə əsasən İddiaçı oğlunun mülkiyyətində olan Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi bütövlükdə X3 tərəfindən zəbt olunmuşdur Ziddiyyətli məqam ondadır ki, məhkəmə qətnamədə heç bir araşdırma aparmadan iddiaçının izahatına əsasən həmin sahənin üçüncü şəxs tərəfindən deyil, cavabdeh kimi onun tərəfindən zəbt edilməsi qənaətinə gəlir və onun sahibliyindən alınaraq iddiaçının istifadəsinə qaytarılmasını qət edir. Daha sonra, iş materiallarının 99-cu səhifəsində olan mütəxəssis rəyində qeyd olunur ki, mütəxəssis qarşısında qoyulmuş suallar iddiaçının nümayəndəsinin iştirakı ilə yerində araş dırılmışdır. Bu da rəyin qərəzli olaraq verildiyini təsdiq edir. O və üçüncü şəxs Xaçmaz rayonu, Mürşüdoba kəndində yaşadığımız halda, o zaman hansı əsasla torpaq sahəsinə baxış zamanı onların iştirakı təmin olunmaması sual doğurur. Hətta iş materiallarında da tərəflərin mütəxəssislə birgə torpaq sahəsinə baxış keçirməsi barədə ona və üçüncü şəxsə rəsmi bildiriş göndərilməmişdir. Əgər belə bir məktub ış materiallarına tikilmiş olsa belə, onun göndərilməsini təsdiq edən sənəd, reyestr mövcud deyil. Göründüyü kimi torpaq sahəsinə mütəxəssislə birgə baxış keçirilməsi barədə bizə rəsmi məlumat verilməmişdir. Qeyd olunmalıdır ki, mübahisəli torpaq sahəsi hasara alınmışdır və darvazası qıfılla bağlanmışdır. Qıfılın açarı isə X2. Göründüyü kimi onun və üçüncü şəxsin iştirak etməməsi mübahisəli to rpaq sahəsinə baxışı qeyri-mümkün edir. Lakin mütəxəssis X bütün qaydaları pozaraq torpaq sahəsinə baxış keçirmədən qanunsuz rəy vermişdir.

16. Müstəqil tələb irəli sürən üçüncü şəxs qızı kassasiya şikayəti verərək qətnamənin ləğv, X2 iddiasının təmin edilməməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya mərhələsində 1 dəfə, apelyasiya instansiyası mərhələsində isə 2 dəfə ekspertiza keçirilmiş və həmin rəylərdə ekspert mütəxəssis rəylərinə əsaslanaraq rəy vermişdir. xx.xx.2017-ci il tarixli ekspert rəyi AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli mütəxəssis rəyinə, xx.xx.2019-cu il tarixli ekspert rəyi AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il t arixli mütəxəssis rəyinə, xx.xx.2020-ci il tarixli ekspert rəyi isə “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsaslanaraq verilmişdir. Apelyasiya instansiyası məhkəməsi AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəylərinə əsaslanan ekspert rəylərinə deyil, hansısa özəl şirkət olan “xxxx” MMC-nın mütəxəssis rəyinə əsaslanan ekspert rəyinə üstünlük vermiş, hansı əsasla həmin mütəxəssis rəyinə əsaslanan xx.xx.2020-ci il tarixli ekspert rəyinə üstünlük verdiyini, əvvəlki ekspert rəylərinin əsassız olmasını əsaslandırmamışdır. Sonuncu məhkəmə iclasından əvvəl dəftərxana vasitəsilə məhkəməyə verdiyi təkrar ekspertiza keçirilməsinə dair vəsatət də təmin edilməmişdir. Həmin vəsatətdə sonuncu ekspert rəyinin əvvəl keçirilmiş 2 ekspert rəyinə zi dd olduğunu bildirmişdir. Vəsatətdə, həmçinin JN-290 A saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına dair məlumatların elektron bazaya daxil edilib-edılməməsınin dəqiqləşdirilməsi üçün sorğu göndərilməsini xahiş etmişdir. Lakin məhkəmə həmin vəsatəti də təmin etməmişdir. Halbuki, onun xx.xx.2020-ci il tarixdə ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxx” MMC-yə ünvanladığı ərizəyə cavab olaraq sonuncu bildirmişdir ki, elektron baza məlumatlarına əsasən Xaçmaz rayonu, Mürşüdoba kənd ərazisində istifadədə olan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir, yeni işlənmiş elektron uçot məlumatlarında isə həmin torpaq sahəsinin İlhamə Abdulayevanın istifadəsində olması qeyd edilmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsinin iddiaçı Fəxrəddin Hüse yinova heç bir aidiyyəti yoxdur. Əgər apellyasiya instansiyası məhkəməsi tərəfimdən verilmiş vəsatəti təmin edib müvafiq idarəyə sorğu göndərsəydi, alınmış cavab ədalətli qətnamənin çıxarılmasına zəmin yaradacaqdı. Qeyd edilənlərdən əlavə, xx.xx.2020-ci ıl tarixli ekspert rəyinin əsaslandığı "xxxx” MMC-nin xx.xx.2020-ci ıl tarixli mütəxəssis rəyində mütəxəssis Ayaz Şıxəliyev heç bir koordinata istinad etmədən qərəzli olaraq müəyyən edir ki, şəhadətnaməyə əsasən İddiaçı oğlunun mülkiyyətində olan Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi bütövlükdə X3 tərəfindən zəbt olunmuşdur. Ziddiyyətli məqam ondadır ki, məhkəmə qətnamədə heç bir araşdırma aparmadan iddiaçının izahatına əsasən həmin sahənin İlhamə Abdullayevə tərəfindən deyil, Cavabdeh2 tərəfində n zəbt edilməsi qənaətinə gəlir və sonuncunun sahibliyindən alınaraq iddiaçının istifadəsinə qaytarılmasını qət edir. Bundan əlavə, ekspert rəyinin 4-cü suala verdiyi cavabdan görünür ki, İlhamə Abdullayevanın istifadəsində olan 1200 kv. metr torpaq sahəsi ilə İddiaçıya məxsus 0,10 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür. Göründüyü kimi, qeyd olunan cavab ekspert rəyinin 3-cu suala verdiyi cavab ilə ziddiyyətlidir. Maraqlıdır ki, əgər torpaq sahələri üst-üstə düşmürsə, o zaman hansı zəbtdən söhbət gedə bilərdi? Daha sonra, iş materiallarının 99-cu səhifəsində olan mütəxəssis rəyində qeyd olunur ki, mütəxəssis qarşısında qoyulmuş suallar iddiaçının nümayəndəsinin iştirakı ilə yerində araşdırılmışdır. Bu da rəyin qərəzli olaraq verildiyini təsdiq edir. Cavabdeh və Xaçmaz rayonu, Mürşüdoba kəndində yaşadıqları halda, o zaman hansı əsasla torpaq sahəsinə baxış zamanı onların iştirakı təmin olunmaması sual doğurur. Hətta iş materiallarında da tərəflərin mütəxəssislə birgə torpaq sahəsinə baxış keçirməsi barədə cavabdeh və ya rəsmi bildiriş göndərilməmişdir. Əgər belə bir məktub ış materiallarına tikilmiş olsa belə, onun göndərilməsini təsdiq edən sənəd, reyestr mövcud deyil. Göründüyü kimi torpaq sahəsinə mütəxəssislə birgə baxış keçirilməsi barədə onlara rəsmi məlumat verilməmişdir. Bu barədə mütəxəssislə telefon vasitəsilə danışdıqda, o mübahisəli ərazidə olmadığını, yalnız sənədlər əsasında rəy verdiyini bildirmişdir. Qeyd olunmalıdır ki, mübahisəli torpaq sahəsi hasara alınmışdır və darvazası qıfılla bağlanmışdır. Qıfılın açarı isə dadır. Göründüyü kimi cavabdeh və onun i ştirak etməkləri mübahisəli torpaq sahəsinə baxışı qeyri-mümkün edir. Lakin mütəxəssis XXXX bütün qaydaları pozaraq torpaq sahəsinə baxış keçirmədən qanunsuz rəy vermişdir. Göründüyü kimi sonuncu ekspert rəyi və onun istinad etdiyi mütəxəssis rəyi ziddiyyətlərlə doludur. Lakin məhkəmə həmin rəyi araşdırmadan hansı əsasla ona istinad etməsini əsaslandırmamış, ədalətsiz və qanunsuz qətnamə çıxarmışdır. İddiaçı.Xn iddiasını təmin edən apelyasiya instansiyası məhkəməsinin qətnaməsində, həmçinin Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktuba istinad olunur. Qeyd olunur ki, fiziki və hüquqi şəxslərin mülkiyyətində və icarəsində olan torpaq sahələrinə aid hüquqi sənədlərin ba za məlumatları ilə uyğunlaşdırılınası və vahid bazada yerləşdirilməsi məqsədilə yaradılmış işçi qrupu tərəfindən müraciətdə qaldırılan məsələ arxiv sənədləri əsasında araşdırılmış və JN-290A (kodu ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına aid məlumatların elektron bazaya daxıl edilməsi qanunamüvafiq hesab edilmişdir. Birincisi, həmin məktubda dövlət aktına aid məlumatların elektron bazaya daxil edilməsi barədə qəti qeyd yoxdur. Məktubda həmin məlumatların elektron bazaya daxil edilməsinin qanunamüvafiq hesab edilməsi qeyd edilmişdir. İkincisi, ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxx” MMC tərəfindən ya ünvanlanmış 21 05.2020-ci il tarixli məktubda qeyd olunur ki, elektron baza məlumatlarına əsasən Xaçmaz rayonu, Mürşüdoba k ənd ərazisində istifadədə olan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir, yeni işlənmiş elektron uçot məlumatlarında isə həmin torpaq sahəsinin İlhamə Abdulayevanın istifadəsində olması qeyd edilmişdir. Deməli, məhkəmə araşdırması daha ətraflı aparılsaydı, o zaman JN-290A (kodu ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına aid məlumatların elektron bazaya daxil edilməməsi, mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması və nın istifadəsində olması aşkara çıxardı. Bu fakt da mübahisəli torpaq sahəsinin iddiaçı Fəxrəddin Hüseyinova heç bir aidiyyəti olmadığını bir daha təsdiq edir. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, normalar səhv təfsir edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yaln ız iddiaçı F Hüseyinovun iddiasının təmin edilməsi istiqamətində tərtib edilmiş, qətnamədə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi nın F.Hüseyinova qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddiasına heç bir münasibət bildirilməmişdir. Qeyd olunan şəhadətnamənin etibarsız olmasına dair təqdim edilmiş sübutlar tətqiq olunmamış, heç bir əsaslandırma aparılmamışdır. Halbuki bu məsələyə də qiymət verilməli idi. Məhkəmə iclasında dəfələrlə torpağın mülkiyyətə verilməsinə dair JN-290A saylı, kodu 30217048 olan xx.xx.1998-ci il tarixli şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin təqdim olunması iddiaçıdan xahiş olunsa da, o bu barədə məhkəməyə heç bir tutarlı sübut təqdim edə bilməmişdir. Təkrarən qeyd edilir ki, İddiaçı oğlunun adına 1998- ci ildə 0,10 ha torpaq sahəsi mülkiyyətə verilməzdən əvvəl həmin torpaq sahəsinin F.Hüseyinovun qanuni istifadəsində olmasını təsdiq edən heç bir rəsmi sənəd mövcud deyildir. Halbuki AR Milli Arxiv İdarəsi Xaçmaz rayon icra Hakimiyyəti Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2017-cı il tarixli 638 saylı məktubundan görünür ki, Xaçmaz rayon dövlət arxivində saxlanılan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı protokolu ilə Xaçmaz rayonunun İliç yolu sovxozu Aqrar İslahat Komissiyasının Mürşüd-oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısında 76-cı İddiaçı oğlunun adına həyətyanı torpaq sahəsi qeyd olunmamışdır. Qeyd olunan məktub da iddiaçıya islahatlar vaxtı torpaq verilmədiyini təsdiq edir. Bundan başqa, işə Sumqayıt Apelyas iya Məhkəməsində baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə mənə lazımi qaydada məlumat verilməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs qızı, Cavabdeh3 və onların vəkili Vəkil kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmi şdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

22. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

23. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhk əmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

24. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi r.

27. Maddə 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

28. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.“

29. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Məhkəmə kollegiyası, qətnaməni kassatorların mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır.

31. Kassasiya in stansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

33. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-290A saylı, kodu 30217048 olan şəhadətnamənin surətindən görünür ki, Xaçmaz rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli, 12 saylı qərarı ilə İddiaçı Hüseynbala oğlunun mülkiyyətinə X2 verilmişdir.

34. İş materiallarında olan Xaçmaz rayonu Mürşüd oba bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli, 10 saylı qərarının surətindən görünür ki, Mürşüdoba bələdiyyəsinin ehtiyat fondundan X4 Mürşüdoba kəndi ərazisindən 1200 kv.metr torpaq sahəsi satılmışdır.

35. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Xaçmaz rayonu Mürşüdoba kəndində yaşayan X6 xx xxxxxx 2003-cü il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Mürşüdoba bələdiyyəsi ərazisində torpaq sahəsinin satılması barədə xx xxxxxx 2003-cü il tarixli, 10 saylı qərar qəbul edilmiş, bunun müqabilində X6 tərəfindən Mürşüd oba bələdiyyəsinin he sabına əvvəlcədən ******* manat ödənilmişdir.

36. İş materiallarında olan Azərbaycan Respublikası X8 Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı oğluna ünvanlanmış xx xxxx 2017-ci il tarixli, **********21 saylı məktubdan görünür ki, adına olan 0,10 ha torpaq sahəsinə verilmiş JN-290A saylı, kodu 30217048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş X5 Komitəsi tərəfindən 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçmişdir.

37. İş materiallarında olan Xaçmaz rayon Dövlət Arxivinin xx xxxxxxxx 2017-ci il tarixli, 638 saylı məktubunun surətindən görünür ki, Xaçmaz rayon dövlət arxivində saxlanılan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı protokolu ilə Xaçmaz rayo nunun İliç yolu sovxozu AİK-nin Mürşüdoba kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısında 76-cı İddiaçı oğlunun adına həyətyanı torpaq sahəsi qeyd olunmamışdır.

38. İş üzrə keçirilmiş ekspertizanın xx xxxx 2017-ci il tarixli, 11877 saylı rəyindən görünür ki, İddiaçı oğlunun adına verilmiş JN-290A saylı, kodu 30217048 olan torpağın mülkiyyətə verilməsinə şəhadətnamə elektron baza məlumatlarında aşkarlanmadığı üçün iddiaçıya məxsus torpaq sahəsinin yerini dəqiqləşdirmək mümkün olmadığından, həmin torpaq sahəsinin zəbt olunub olunmadığını və Mürşüdoba bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 10 saylı qərarına əsasən İlhamə Hacıyevanın qanuni istifadəsində olan 1200 kv.metr torpaq sahəsi ilə üst-üstə düşüb düşmədiyini müəyyən etmək mümkün olmamışdır.

39. İş üzrə keçirilmiş eksp ertizanın xx xxxx 2019-cu il tarixli, 5752 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən, Torpağın mülkiyyətə verilməsinə dair JN-290A saylı, kodu 30217048 olan şəhadətnaməyə əsasən İddiaçı oğlunun mülkiyyətində olan, Xaçmaz rayon Mürşüdoba kəndi ərazisində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsi vahid elektron baza məlumatlarında olan xəritə materiallarında öz əksini tapmadığından, həmin torpaq sahəsinin naturada koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən, Xaçmaz rayonu Mürşüdoba bələdiyyəsinin xx xxxxxx 2003cü il tarixli, 10 saylı qərarı ilə qızına Mürşüdoba kəndi ərazisindən satılmış 1200 kv.metr torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri (şəhadətnamə və ya çıxarış) olmadığından həmin torpaq sahəsinin naturada koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən, qızının istifadəsində faktiki 0.13 ha torpaq sahəsinin olduğu müəyyən edilir. Azərbaycan Respublikası X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən, Torpağın mülkiyyətə verilməsinə dair JN290A sa ylı, kodu 30217048 olan şəhadətnaməyə əsasən İddiaçı oğlunun mülkiyyətində olan Xaçmaz rayon Mürşüdoba kəndi ərazisində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsi vahid elektron baza məlumatlarında olan xəritə materiallarında öz əksini tapmadığından həmin torpaq sahəsinin qızı və ya başqa şəxs tərəfindən istifadə edilməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu İl tarixü rəyə əsasən, Xaçmaz rayonu Mürşüdoba bələdiyyəsinin xx xxxxxx 2003-cü İl tarixli, 10 saylı qərarı ilə qızına Mürşüdoba kəndi ərazisindən satılmış 1200 kv.metr torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri (şəhadətnamə və ya çıxarış) olmadığından həmin torpaq sahəsinin Torpağı n mülkiyyətə verilməsinə dair JN-290 A saylı, kodu 30217048 olan şəhadətnaməyə əsasən İddiaçı oğlunun mülkiyyətində olan Xaçmaz rayon Mürşüdoba kəndi ərazisində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır.

40. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası X8 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən İddiaçı oğluna ünvanlanmış xx xxxxx 2019cu il tarixli məktubdan görünür ki, fiziki və hüquqi şəxslərin mülkiyyətində və icarəsində olan torpaq sahələrinə aid hüquqi sənədlərin baza məlumatları ilə uyğunlaşdırılması və vahid bazada yerləşdirilməsi məqsədilə yaradılmış işçi qrupu tərəfindən müraciətində qaldırılan məsələ arxiv sənədləri əsasında araşdırılmış və JN-290A (kodu ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına aid məlumatların elektron bazaya daxil edilməsi qanuna müvafiq hesab edilmişdir.

41. İş üzrə keçirilmiş ekspertizanın xx xxxx 2020-ci il tarixli, 1071 saylı rəyindən görünür ki, “xxxx“ MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Mürşüdoba kəndinin yerquruluşu planına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN290A saylı, kodu 30217048 olan şəhadətnaməyə əsasən İddiaçı oğlunun mülkiyyətində olan Xaçmaz rayonu Mürşüdoba kəndi ərazisində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsinin naturada koordinatları müəyyən edilərkən məlum oldu ki, həmin koordinatlar mübahisələndirilən əraziyə uyğundur. “Hüquq və TorpaqMəsə lələri“MMCnin mütəxəssisi, yerquruluşu mühəndisinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Mürşüdoba kəndinin yerquruluşu planına əsasən Xaçmaz rayonu Mürşüdoba bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli, 10 saylı qərarı ilə qızına Mürşüdoba kəndi ərazisindən satılmış 1200 kv.metr torpaq sahəsinin naturada koordinatları müəyyən edilərkən məlum oldu ki, həmin koordinatlar mübahisələndirilən ərazidən kənarda yerləşir. “Hüquq və TorpaqMəsələləri“MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-290A saylı, kodu 30217048 olan şəhadətnaməyə əsasən İddiaçı oğlunun mülkiyyətində olan Xaçmaz rayonu Mürşüdoba kəndi ərazisində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsi bütövlüklə qızı tərəfindən zəbt olunmuşdur. “xxxx“ MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Xaçmaz rayonu Mürşüdoba bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli, 10 saylı qərarı ilə qızına Mürşüdoba kəndi ərazisindən satılmış 1200 kv.metr torpaq sahəsi ilə torpağın mülkiyyətə verilməsinə dair JN-290A saylı, kodu 30217048 olan şəhadətnaməyə əsasən İddiaçı oğlunun mülkiyyətində olan Xaçmaz rayonu Mürşüdoba kəndi ərazisində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsi üst-üstə düşmür, 7 metr qərb hissədə və perpendikulyar olaraq şimal tərəfdə yerləşir.

42. Apelyasiya instansiyası məhkəməsi “xxxx“MMC-nin xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyinə və İddiaçı oğlunun izahatına istinad edərək bu qənaətə gəlmişdir ki, JN-290A saylı şəhadətnaməyə əsasən İddiaçı oğlun un mülkiyyətində olan, Xaçmaz rayonu Mürşüdoba kəndi ərazisində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsi bütövlüklə qızı tərəfindən zəbt olunmuşdur, torpaq sahəsindən faktiki olaraq Cavabdeh3 istifadə edir, birinci instansiya məhkəməsi torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınmasına dair İddiaçı iddiası üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də, İddiaçı iddiası təmin edilməlidir.

43. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

44. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərt lərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

45. Hazırkı işdə İddiaçı mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olduğunu bildirərək, Cavabdeh1 qanunsuz sahibliyindən alınmaqla ona qaytarılmasını, isə İddiaçı məxsus mülkiyyət şəhadətnaməsinin etibarsız sayılmasını tələb etmişdir.

46. Belə olan halda, İddiaçı mübahisəli sahənin məhz ona məxsus olan şəhadətnamədəki torpaq sahəsi olmasını, isə etibarsız sayılmasını tələb etdiyi şə hadətnmənin bələdiyyə qərarı ilə ona satılmış torpaq sahəsinə aidiyyətini sübuta yetirməlidir (§ 26).

47. Qanunvericiliyə əsasən, torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir (§ 24).

48. O da nəzərə alınmalıdır ki, qanuna əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (§ 27).

49. Bu baxımdan hazırkı işin düzgün həlli üçün mübahisəli torpaq sahəsinə dair iddia qaldırmış şəxslərin sənədləri üzrə sahələrin harada yerləşməsi, onların koordinat və sərhədləri, üst-üstə düşüb-düşməməsi daşınmaz əmlakın dövlət reyestri məlumatları əsasında ekspertizanın rəyi ilə müəyyən edilə bilər (§ 28).

50. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərk əzinin xx.xx.2017-ci il tarixli rəyinə əsasən, İddiaçı oğlunun adına verilmiş JN-290A saylı, kodu 30217048 olan torpağın mülkiyyətə verilməsinə şəhadətnamə elektron baza məlumatlarında aşkarlanmadığı üçün ona məxsus torpaq sahəsinin yerini dəqiqləşdirmək, həmin torpaq sahəsinin zəbt olunub olunmadığını və Mürşüdoba bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 10 saylı qərarına əsasən İlhamə Hacıyevanın qanuni istifadəsində olan 1200 kv.metr torpaq sahəsi ilə üst-üstə düşüb düşmədiyini müəyyən etmək mümkün olmamışdır.

51. Eyni zamanda X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən, Torpağın mülkiyyətə verilməsinə dair JN-290A saylı, kodu 30217048 olan şəhadətnaməyə əsasən İddiaçı oğlunun mülkiyyətində olan, Xaçmaz rayon Mürşü doba kəndi ərazisində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsi vahid elektron baza məlumatlarında olan xəritə materiallarında öz əksini tapmadığından, həmin torpaq sahəsinin, habelə Xaçmaz rayonu Mürşüdoba bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli, 10 saylı qərarı ilə qızına Mürşüdoba kəndi ərazisindən satılmış 1200 kv.metr torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri (şəhadətnamə və ya çıxarış) olmadığından həmin torpaq sahəsinin naturada koordinatlarını, eyni zamanda İddiaçı oğlunun şəhadətnaməsində göstərilən sahənin qızı və ya başqa şəxs tərəfindən istifadə edilməsini, habelə torpaq sahələrinin üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019cu il tarixli rəyi ilə bu hal bir daha təsdiqlənmişdir.

52. Qeyd edilənlər ona dəlalət edir ki, tərəflər özlərinə məxsus olduğunu iddia etdikləri sahənin sərhədlərinin müəyyənliyinə və mübahisəli sahə ilə üst-üstə düşdüyünə dair adı çəkilən reyestrin məlumatları ilə dəstəklənən mötəbər sübutları təqdim edə bilməmişlər.

53. Belə olan halda, iddiaçıların özlərinə məxsus sənədlərdəki (mülkiyyət şəhadətnaməsi, alqı-satqı qərarı-aktı və s.) torpaq sahəsinin döngə koordinatlarını qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirmədən hazırkı tələblərinin əsaslı olub-olmaması, daşınmaz əmlakın dövlət reyestrindəki məlumatlarla və ekspertin rəyi ilə təsdiqlənməyən “xxxx“ MMC-nin mütəxəssis rəyinin mübahisəinin həlli üçün kifayətedici sübut kimi qəbul edilməsinin mümkünlüyü araşdırlamaqla iddia tələblərinə yekun hüquqi qiymət verilməlidir.

54. Qeyd olunanları nəzərə alaraq Kollegiya bu nəticəyə gəlir ki, qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-26/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar