Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-900/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-900/2025 (Açar sözlər: Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa, son hesablaşmanın və kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmrin ləğvi, son hesablaşmanın və kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1663/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qətnamə sindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı 01 iyun 2017-ci il tarixdə Kürdəmir şəhərində yerləşən “Emil” marketə satıcı işinə qəbul olunmuş, 30 dekabr 2022-ci il tarixli 90 nömrəli əmrə əsasən onunla bağlanmış həmin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
2. Cavabdeh İddiaçı cinayət məsuliyyətinə cəlb olunması üçün Kürdəmir rayon Polis Şöbəsinə müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığı üçün xx.xx.2024-cü il tarixli qərara əsasən material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsin də icraat:
3. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli 90 nömrəli əmrin ləğv edilməsi, 5 il üçün istifadə etmədiyi məzuniyyət pulunun və cavabdehin təqsiri üzündən məcburi iş buraxma dövrü vəzifə maaşı miqdarında kompensasiyanın ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 dekabr 2022-ci il tarixdə işəgötürən Cavabdeh ona bildirmişdir ki, guya o, kassa aparatına 4-5 min manat dəyərində alğı-satqı üzrə hesablanmış ƏDV-ni özünə məxsus sosial kartına yükləmiş, nəticədə ona 7-8 min manat ziyan vurmuş və həmin əməliyyatı kassa işçisi X2 ilə birlikdə həyata keçirmişdir. Bundan sonra Cavabdeh ondan 7-8 min manat ziyanı tələb etmiş, o, isə etirazını bildirdikdə sonra Cavabdeh onun işdən azad olunduğunu bildirmişdir. Bundan sonra Cavabdeh işdən azad olunmağı barədə əmrin surətini və əmək kitabçasını istəmişdir. Cavabdeh isə sonra ona tələb etdiyi sənədlərini təqdim olunmasından imtina etmişdir. “Emil market”də işlədiyi 5 il ərzində əmək haqqı olaraq aylıq 350 manat nağd şəkildə pul ödənilmişdir. Onun dediyinə görə aylıq əmək haqqı 400 manat olmuş, həmin məbləğdən 50 manat sosial sığortaya ödənilmişdir. Lakin keçən müddət ərzində ona nə əmək haqqı kartı, nə də ki sosial kart verilməmişdir. Emil marketdə satıcı işləmiş, kassa əməliyyatını isə başqa şəxslər icra etmişdir. Qəbzlər üzrə yığılmış ƏDV-lər Bəkir Mahmudov tərəfindən icra olunmuşdur. Bundan sonra o, əmək kitabçasını, işdən azad olunması barədə əmrin surətini, 5 il ərzində istifadə etmədiyi məzuniyyət pulunun tələbi barədə əmək müfəttişliyinə, vergilər xidmətinə və Kürdəmir rayon prokurorluğuna müraciətlər ünvanlamışdır. Vergilər xidmətinə ünvanladığı məktublardan sonra Cavabdeh haqlı olaraq qanuna müvafiq qaydada cərimə olunmuşdur. Cavabdeh tərəfindən əmək kitabçası 20 iyul 2023-cü il tarixdə ünvanına göndərilmişdir. Məktubu açarkən orada əmək kitabçasının olduğunu görmüş, tanış olarkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasını görmüşdür. Bundan sonra həmin maddənin ləğv edilməsi və əmrin surətinin ona təqdim olunması ilə bağlı cavabdehə müraciətlər etmiş, lakin heç bir nəticəsi olmamışdır.
5. Məhkəmə iclasında iddiaçı idd ia tələblərini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, onun işdən azad olunması ilə bağlı əmrin surəti bu günə kimi ona təqdim olunmamışdır. Bununla bağlı cavabdehə dəfələrlə müraciət ünvanlasa da, heç bir nəticəsi olmamışdır. Həmçinin Əmək Məcəlləsində 70-ci maddənin “ç” bəndi olduğundan heç bir yerdə işə qəbul oluna bilmir. Yalnız yüngül işlərdə yəni xadimə kimi vəzifələrdə işləyib. Ona görə də iddianın təmin olunmasını xahiş etmişdir.
6. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçı 2017-ci ildən onun mağazasında satıcı işləyib. Marketdə olan alış- veriş barədə hər ay vergilər idarəsinə bəyannamə verir. 2022-ci ilin dekabr ayında Vergilər Nazirliyinə bəyannamə verərkən ona 350. 000 manat alış-veriş dövriyyəsi olması barədə məlumat vermişlər. Marketdə 350.000 manat alış-veriş dövriyyəsi olmadığı üçün işçilərdən bu barədə soruşmuş, lakin heç kim etiraf etməmişdir. Sonradan araşdırma zamanı ona məlum olmuşdur ki, mağazanın işçisi Taryel Mehtiyev və İddiaçı kassada yalandan satış vuraraq ƏDV geri al proqramı vasitəsilə qazanc əldə etmişlər. Həmin sistem vasitəsilə 3.044 manat pulu ələ keçirilmiş, 3.089 manat pulun isə gözləmədə olduğu müəyyən edilmişdir. Onlardan həmin pulu geri istəmiş, lakin həmin şəxslər pulu ödəməkdən boyun qaçırmışlar. Həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün aidiyyatı üzrə Kürdəmir rayon Polis Şöbəsinə müraciət ünvanlamışdır. xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Bun dan sonra xx.xx.2023-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Əmək kitabçası iddiaçıya göndərilmiş, lakin əmrin surəti ona təqdim olunmamışdır. İddiaçının kassa aparatında apardığı əməliyyatlarla bağlı heç bir inventarlaşdırma aparmamış, heç bir yoxlama həyata keçirməmişdir.
7. Cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsində iddiaçının iddia ərizəsi ilə məhkəməyə iddia müddətini ötürməklə müraciət etdiyini bildirmiş, Əmək Məcəlləsinin 296cı maddəsinə əsasən iddia müddəti tətbiq etməklə iddianın rədd olunmasını xahiş etmişdir.
8. Kürdəmir Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(041)-1002/2024 nömrəli, 09 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Xaliq İmanov) iddia qismən təmin edil miş, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sahibkar Cavabdeh xx.xx.2022-ci il tarixli 90 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsinin cavabdehə tapşırılması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh işəgötürənə dəymiş ziyanla bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş və bununla bağlı məhkəmədə iddia qaldırmamışdır. Bundan əlavə, cavabdeh iddiaçı barəsində intizam tənbeh tədbiri görməmişdən əvvəl ondan yazılı izahatın verilməsini tələb etməmiş, əmrə əsas olan sənədlər əmrin özündə belə göstərilməmişdir.
10. Məhkəmə qeyd et mişdir ki, iddiaçının fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmədiyi ilə bağlı cavabdehin dəlilləri ona görə əsassız hesab edilmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Hazırkı işin faktiki və mübahisə edilməyən hallarından aydın olmuşdur ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti bu günə kimi iddiaçıya verilməmişdir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, işə əlavə edilmiş, iddiaçının ayrı-ayrı dövlət orqanlarına, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanladığı ərizələrinə verilmiş cavab məktublarında əmək müqaviləsinə xitam verilməsi barədə təsdiq edici sənədi təqdim edə bilmədiyinə görə müvafiq araşdırmaların aparılmasından imtina edilmişdir. Bundan əlavə, iddiaçı hazırkı iddia tələbləri ilə əmək kitabçasının ona təqdim edildiyi 2023-cü ilin sentyabr ayında məhkəmədə iddia qaldırmış, lakin cavabdeh kimi Cavabdeh yox, səhvən marketdə faktiki rəhbərliyi həyata keçirən qardaşının adını göstərdiyi üçün ərizəsini geri götürmüş və müvafiq dəyişiklik edəndən sonra yenidən məhkəməyə müraciət etmişdir.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı iddiasında 1) onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli 90 nömrəli əmrin ləğv edilməsi, 2) 5 il üçün istifadə etmədiyi məzuniyyət pulunun və 3) cavabdehin təqsiri üzündən məcburi iş buraxma dövrü vəzifə maaşı miqdarında kompensasiyanın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyi halda, məhkəmə iclasında həmin marketdə işləmək istəmədiyini bildirmiş və öz xahişi ilə işdən azad edilməsi barədə əmrin məzmununda müvafiq dəyişiklik edilməsini cavabdehə təklif etmiş, cavabdeh bundan imtina etmişdir. Bundan əlavə, iddiaçı iş buraxma dövründə əmək müqaviləsi olmadan ayrı-ayrı yerlərdə xadimə işlədiyi üçün cavabdehin təqsiri üzündən məcburi iş buraxma dövrü vəzifə maaşı miqdarında kompensasiyanın ona ödənilməsi hissəsindən də şifahi olaraq imtina etmişdir. Göstərilən şərtlər daxilində tərəflər barışıq sazişini bağlamaqdan imtina etdiklərinə görə, mübahisəyə mahiyyəti üzrə baxılmışdır.
13. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 72, 80, 144, 186, 187, 191, 192, 198, 199, 200, 202, 287, 288, 292, 294, 296, 300 və 301-ci maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsinə dair hissədə ləğv edilməsini və iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatın məzmumuna uyğun əsaslandırılmış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən onun izahatlarına heç bir əhəmiyyət verilməmiş, yalnız formal mülahizələrə əsaslanaraq qətnam ə qəbul olunmuşdur. Qətnamə qəbul olunarkən məhkəmə iddiaçının heç bir hüquqi əsası olmayan izahatlarına istinad etmişdir. Halbuki, sübut etmə vəzifəsi iddiaçının əsas vəzifəsidir. Qeyd olunmalıdır ki, iddiaçının xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsinə razı olduğunu və həmin məbləğin hesablanaraq iddiaçıya ödəməyə hazır olduğunu göstərmişdir. Qətnaməni – yalnız əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsinə dair hissədə mübahisələndirir. Bəhsi keçən qətnaməni qalan hissədə isə mübahisələndirmir.
16. Məhkəmə kollegiyasının iclasında izahat verən cavabdeh bildirmişdir ki, birinci instansiya məhkəməsində izahatını bu cür vermişdir. Həmçinin birinci instansiya məhkəməsində iddia müddətinin tət biq edilməsi barədə ərizə də vermişdir. Lakin birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə ərizəsini əsassız olaraq təmin etməmişdir. Hazırda da iddia müddətinin tətbiqi barədə ərizəsini müdafiə edir və qətnaməni mübahisələndirdiyi hissədə, yəni “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsinə dair hissədə” iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş edir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı xx.xx.2022-ci il tarixində artıq onunla əmək müqaviləsinə xitam verilməsindən xəbərdar olmuş, həmin vaxtdan işə gəlməmiş, hətta başqa yerdə işə düzələrək işləmişdir.
17. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək göstərmişdir ki, cavabdeh onunla olan əmək müqaviləsinə xx.xx.2022- ci il tarixdə xitam vermiş, həmin gündən etibarən işə getməmiş, başqa yerdə işə düzələrək işləmişdir.
18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(106)-1663/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Pərviz Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sahibkar Cavabdeh xx.xx.2022-ci il tarixli, 90 nömrəli əmrinin ləğv edilməsinə dair hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdə “Emil” market satıcı işinə qəbul olunmuş, xx.xx.2022-ci il tarixli 90 nömrəli əmrlə xx.xx.2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əsas kimi isə işçinin əmək funksiyalarının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda göstərilmişdir.
20. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol verərək, iddia müddətinin tətbiqi barədə ərizəni əsassız olaraq təmin etməmişdir. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə iddia rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 70, 72, 80, 186.1, 187.1, 191.1, 192.1-ci maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarındakı hüquqi mövqelərə və Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 80 və 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
22. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin ləğv edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə istinadən onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının ünvanına göndərilmiş məktubun içərisində əmək kitabçası olmuş və onunla tanışlıqda iddiaçıya məlum olmuşdur ki, cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını düzgün yerinə yetirmədiyinə görə onu xx.xx.2022-ci il tarixli 90 nömrəli əmrlə işdən azad etmişdir. Bu əmrlə razılaşmayaraq, əmrin surətinin ona təqdim olunmaması və son hesablaşma sahəsində istifadə etmədiyi 5 illik məzuniyyət haqqının verilməməsi ilə əlaqədar bu problemin Məhkəmədən kənar həlli məqsədilə xx.xx.2023-cüil tarixdə Mediasiya prossesinin tətbiqi barədə təklifi cavabdehə göndərmişdir. Bundan sonra Sabirabad 1 saylı Mediasiya təşkilatının Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən ofisində ilkin Mediasiya sessiyasının xx.xx.2023-cü il tarixdə keçirilməsi barədə cavabdehə məktub ünvanlandı və cavabdeh iştirakdan imtina etdiyinə görə iddiaçıya İMSda iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayış təqdim olundu. Şərhdən aydın olur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Əmək Müqaviləsi”nə xitam verilməsi barədə, cavabdehin Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri əsasında tərtib etdiyi əmr ona təqdim olunsaydı, həmin əmrdə xitamın verilməsi üçün əsas sayılan müddəti başa çatmış Əmək Müqaviləsinin adı çəkilməli və onun hansı vax tdan, hansı vaxtadək qüvvədə olması qeyd olunmalı idi. Lakin keçən müddətdə həm xitama səbəb olmuş Əmək Müqaviləsi və həm də xitam haqqında əmrin surəti ardıcıl tələbi və müraciətləri əsasında ona təqdim olunmamışdır.
24. Bundan əlavə, məhkəmə qətnaməsi iddiaçının ünvanına daxil olduqdan sonra ona məlum olmuşdur ki, hakim işə apellyasiya şikayəti üzrə qaldırılan məsələdən əlavə apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə cavabdehin ərizəsi əsasında birinci instansiya məhkəməsinin qətnaməsini əmək müqaviləsinə xitam verilməsinə dair hissədə baxılmasını xahiş etməsini, istifadə olunmayan əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsinə razı olduğunu nəzərə alaraq, məhkəmə baxışını keçirmişdir. Məhkəmə işdə olan və iddiaçı tərəfindən məhkəməyə təqdim edilən dəlil və sübutlara qiymət v erməyərək əsas dəlil kimi sözügedən əmrin ləğv olunması üzrə 1 aylıq iddia müddətinin buraxılmasını qeyd edərək iş üzrə iddianın rədd olunması sahəsində yeni qətnamə qəbul etmişdir. Həqiqətdə isə iddiaçı tərəfindən bu sahədə iddia müddəti buraxılmamışdır.
25. Həmçinin qeyd olunmuşdur ki, iddiaçının 6 övladı vardır. Onların tələbatlarını ödəmək üçün işləməyə məcburdur. Cavabdehin onun haqqında qəbul etdiyi həmin qanunsuz əmr isə onun lazımi iş tapmağısına məhdudiyyətlər qoyur və hazırda məcbur olub 173 manata çörəkbişirən işləyir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
26. Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafi zə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
27. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
28. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
29. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
30. Maddə
382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) id dia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
31. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
32. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən v ə ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
33. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
34. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmə məsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ci ddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
35. Maddə 76 (1-ci hissə). İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
36. Maddə 76 (2-ci hissə). Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
37. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70 -ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
38. Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
39. Maddə 186 (1-ci hissə). İşçi bu Məcəllə ilə və d igər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
40. Maddə 186 (2-ci hissənin “ç” bəndi). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər.
41. Maddə 296 (2-ci hissə) Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilm əsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
42. Maddə 296 (3-cü hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
43. Maddə 296 (6-cı hissə). Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaş ayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli qərarı.
44. Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
47. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad et diyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxı şının hədləri:
56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin olunmadığı hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
58. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyriləri nin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.).
60. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı).
61. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
62. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
63. Əmək Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
64. Həmçinin Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
65. Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müd dətinin tətbiqi üçün yetərlidir.
66. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
67. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur. Odur ki, iddia müddətinin buraxılmaması barədə kassasiya şikayətinin dəlili əsassızdır.
68. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həm çinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edi lmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
69. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
70. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1663/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.