Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-904/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6155/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (işçi) İddiaçı ilə cavabdeh (işəgötürən) Cavabdeh PHŞ arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 77 №-li əmək müqaviləsinə əsasən, İddiaçı “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasına dosent vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər 2 ay müddətinə bağlanmışdır.
2. Cavabdeh PHŞ-nin “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasının iclasının xx.xx.2024-cü il tarixli, 9 saylı Protokolundan çıxarışına əsasən, kafedranın 26 professor-müəllimindən 23 nəfərin iştirakı ilə iclasda “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasında vakant 1 ştat dosent vəzifəsini tutmaq üçün elan olunmuş müsabiqədə iştirak etmək məqsədilə dosent İddiaçı ADNSU PHŞ -nın rektoru v.m.i.r, dosent Vazeh Əskərova müraciəti və ona icazə verilməsi haqqında məsələyə baxılmış, səsvermə nəticəsində lehinə - 7, əleyhinə - 16 səs verilmiş, “Respublika” qəzetinin xx.xx.2024-cü il tarixli, 15(7773) saylı nömrəsində dərc olunmuş elana əsasən ADNSU PHŞ-nın “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrası üzrə vakant 1 ştat dosent vəzifəsini tutmaq məqsədilə elan olunmuş müsəbiqədə iştirak etmək üçün İddiaçı “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasında vakant 1 ştat dosent vəzifəsini tutmaq üçün KTF-nin Elmi Şurasının qarşısında vəsatət qaldırılması qərara alınmış, namizədin əleyhinə 70% səs verilməsi qeyd edilmişdir.
3. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Kimya-Texnologiya” X1 iclasının xx.xx.2024-cü il tarixli, 16 saylı Protokolundan çıxarışdan görünür ki, Elmi Şuranın təsdiq edilmiş 18 nəfər üzvündən 16 nəfərin iştirakı ilə iclasda İddiaçı “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasında vakant 1 ştat dosent vəzifəsini tutmaq üçün sənədləri haqqında məlumat verilmiş, qapalı səsvermə keçirilmiş, lehinə - 5, əleyhinə - 10 səs verilmiş, 1 səs etibarsız hesab edilmişdir. İddiaçı “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasında vakant dosent vəzifəsinə seçilməmiş hesab edilmişdir.
4. Cavabdeh PHŞ-nin “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasında dosent vəzifəsinə seçdiyi hesablayıcı komissiyanın iclasının xx.xx.2024-cü il tarixli, 16 №-li protokoluna əsasən, seçilmiş komissiyanın tərkibi dos. Naibova T.M., dos. Hüseynov A.S., dos. İsmayılova R., olmaqla komissiya KTF-in “Kimya və qeyriüzvi maddələrin texnologiyası” kafedrasında vakant dosent vəzifəsinə keçirilən gizli səsvermə zamanı verilən səsləri hesablamaq məqsədilə seçilmişdir. X5 18 nəfər üzvdən 16 nəfər iştirak etmişdir. Səsvermənin nəticələri lehinə-5, əleyhinə-10, etibarsız hesab edilmiş bülletenlər 1 qeyd edilmişdir. İddiaçı KTF-in “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasında vakant dosent vəzifəsinə seçilməmiş hesab olunmuşdur.
5. Cavabdeh PHŞ-nin rektorunun xx.xx.2024-cü il tarixli, 3-29-50/3-1-1367/2024 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən 2024-cü il 01 aprel tarixdən müqavilə müddətinin bitməsi ilə əlaqədar olaraq xitam verilməsi, AR ƏM-nin 144-cü maddəsinin 2-ci bəndinə əsasən, 2021-2022-ci t/i hesabına 26 t /g, 2022/2023-cü t/i hesabına 5 t/g, cəmi 31 t/g istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya ödənilməsi və 4 t/g son haqq-hesabın edilməsinin baş mühasib v.m.i.e. Y.İbrahimovaya tapşırılması əmr edilmişdir.
6. İnsan Resursları departamentinin direktoru İlduzə Hüseynovanın, aparıcı mütəxəssis Vüsalə Gülməmmədovanın, mütəxəssis Nuranə Mikayılovanın öz imzaları ilə təsdiq etdikləri xx.xx.2024-cü il tarixli akta əsasən “Kimya və qeyri üzv maddələrin texnologiyası” kafedrasının dosenti İddiaçı əmək müqaviləsinə xitam verildiyi üçün əmək kitabçasını götürməsi ilə bağlı dəfələrlə məlumat versələr də, İddiaçı əmək kitabçasını götürməmişdir.
7. Cavabdeh PHŞ-nin rektoru vəzifəsini müvəqqəti icra edən Vazeh Əskərov tərəfindən Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə X3 və Ort a ixtisas təhsil müəssisələri ilə iş şöbəsinin müdiri cənab Samir Həmidova göndərilmiş məktuba əsasən, ADNSU-nun keçmiş əməkdaşı olan İddiaçı müraciətində qeyd olunan hallar tamamilə əsassızdır və həqiqətə uyğun deyil. İddiaçı müraciətində iddia etdiyi halları təsdiq edəcək hər hansı sübut, dəlil təqdim etməmişdir. Onun müraciəti əmək münasibətlərinin xitam verilməsində günahlandırdığı şəxslərə qarşı şər və böhtan xarakterli məlumatlardan ibarətdir. İddiaçı ilə daha əvvəl 5 il müddətinə bağlanılmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixində başa çatmışdır. xx.xx.2024-cü il tarixdə müsabiqənin keçiriləcəyi məqsədilə 2 ay müddətinə onunla əmək müqaviləsi bağlanılmışdır. İddiaçı müsabiqədə iştirak etmək üçün müvafiq ərizə ilə müraciət etmiş, ərizəsi təmin olunmuş və müsabiqəyə buraxılmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçılar barədə rəy bildirilməsi ilə bağlı keçirilən “Kimya və qeyriüzvi maddələrin texnologiyası” kafedrasının iclasında açıq səsvermənin nəticəsi aşağıdakı kimi olmuşdur: lehinə - 7, əleyhinə - 16, bitərəf - yox. Qaydalara əsasən kafedraya mənfi rəy bildirilmiş, iddiaçı Fakültə Şurasında seçkidə iştirak edə bilər. Kimyatexnologiya fakültəsinin Elmi Şurasında xx.xx.2024-cü il tarixdə baş tutan seçkidə İddiaçı iclasda iştirak edən 16 nəfərdən lehinə 5 səs, əleyhinə 10 səs verilmiş, bir bülleten etibarsız hesab olunmuşdur. İddiaçı seçkidə müvəffəqiyyət qazana bilmədiyindən, iddia etdiyi vəzifəyə seçilə bilməmişdir. Bu səbəbdən, xx.xx.2024-cü il tarixli, 3-29-50/3-1- 1367/2024 saylı əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-29-50/3-1-1367/2024 saylı əmrin ləğv edilməsi və İddiaçı işə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı 1980-ci il tarixdə Azərbaycan Dövlət Neft və X2-texnologiya fakültəsini mühəndis-kimyaçı-texnoloq ixtisası üzrə bitirmişdir. Təyinatla Sumqayıt Superfosfat zavodunun mərkəzi laboratoriyasında seksiya rəhbəri vəzifəsində çalışmışdır. 1982-1985-ci illər ərzində Azərbaycan Dövlət Neft və Kimya texnologiya fakültəsinin “Yüksəkmolekullu birləşmələri texnologiyası” ixtisası üzrə aspiranturada təhsil almışdır. 1988-ci ildə Moskva şəhərində “Gübrələr və insektofungisidlər üzrə X4”nda 05.17.01 – “Qeyri-üzvi maddələrin kimyəvi texnologiyası” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. 1992-ci ildən “Yüksəkmolekullu birləşmələri texnologiyası Kafedrasında ”Qeyri üzvi maddələr və mineral gübrələrin texnologiyası” ixtisasına aid bakalavr və magistr hazırlığı üçün bütün fənlərin tədrisi, fənn proqramlarının hazırlanması, magistraturaya qəbul imtahanlarında biliyin qiymətləndirilməsində istifadə olunan test bankının tərtibində iştirak etmişdir. 2021-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaranmasının 100 illik yubileyi münasibəti ilə Təhsil Nazirliyinin “Yubiley medalı” (№202) ilə təltif edilmişdir. 145-dən artıq elmi işin, o cümlədən 13-ü müəlliflik şəhadətnaməsi və ixtiranın, 89 məqalənin, 35 tezis və konfrans materialının, 7 metodik dərs vəsaitinin, layihələrin, tövsiyələrin və s. müəllifidir. İddiaçı bildirir ki, Cavabdeh X7 bütün əməkdaşlarla əmək müqaviləsini 2 aylıq bağlamağa başladı. İddiaçı ilə də əmək müqaviləsi xx.xx.2024- cü ildən xx.xx.2024-cü il tarixədək 2 ay müddətinə bağlanmışdır. xx.xx.2024-cü il tarixdə 3-29-50/3-1-1367/2024 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73- cü maddəsinin 1-ci bəndinə əsasən 2024-cü ilin 01 aprel tarixindən müqavilə müddətinin bitməsi ilə əlaqədar olaraq Universitetlə arasında bağlanmış müqaviləyə xitam verilmişdir. Qeyd olunanlar bir insanın ömrünü, həyatını elmə, təhsilə, işinə, sənətinə, tələbələrinə həsr etdiyinin sübutudur. Amma çox heyif ki, müəlliminə, aliminə, tə hsil insanına dəyər verməyən insanlar var. İddiaçının əmək fəaliyyətinə qərəzli olaraq, qəsdən son verilmişdir. Son verilərkən isə qanunvericiliyin tələblərini nəzərə almadan kobud səhvliklə müqaviləyə xitam verilmişdir. Belə ki, sənədlərdən göründüyü kimi xx.xx.2024-cü ildə müqavilənin müddəti bitir. Həmin gün iş günü idi. “Nazirlər Kabinetinin 2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il üçün 20, 21, 22, 23, 24 mart Novruz bayramı müəyyən edilmişdir. 2024-cü il 23 və 24 mart şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25 və 26 mart (bazar ertəsi və çərşənbə axşamı) qeyri-iş günləri olmuşdur. Beləliklə, 2024-cü il Novruz Bayramı ilə əlaqədar ardıcıl olaraq martın 20, 21, 22, 23, 24, 25, və 26-da daxil olmaqla iş olmamışdır. Lakin mart ayının 27, 28 və 29-cu iş günləri olmağına baxmayaraq müqaviləyə onu rəsmi xəbərdar etmədən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Eyni zamanda iddiaçı uzun illər həmin müəssisədə fəaliyyət göstərmişdir. Müqaviləsi müddətsiz olmalıdır. Əmək qanunvericiliyində müəyyən edilən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddətsiz bağlanmalıdır. İşçi və işəgötürən faktiki bərabər deyillər. Onların münasibətlərinin hakimiyyət-tabeçilik xüsusiyyətinə malik olması əmək müqaviləsi bağlanarkən hüquq bərabərliyi prinsipinin təmin edilməsini qeyri-mümkün edir. Əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu mün asibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablaması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsi ilə bu münasibətləri tənzimləyir.
10. Cavabdeh PHŞ iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı mart ayının 27-29 tarixlərinin iş günü olmasına baxmayaraq, ona rəsmi xəbərdarlıq edilmədən xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam edildiyini vurğulayır. İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2024cü il tarixdə başa çatmışdır. Qanunvericiliyin tələbinə görə, İddiaçı ilə əmək münasibətlərinə 7 gün ərzində xitam verilə bilərdi. 20-26 mart 2024-cü il tarixləri qeyri-iş günləri olduğundan və 27-29 mart tarixlərində iddiaçı ilə bağlı kafedrada və fakültə elmi şurasında müvafiq rəsmi prosedurların keçirilməsi səbəbindən, onunla bağlanmış 77 nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Yəni Əmək Məcəlləsinin tələbləri gözlənilmişdir. İddiaçı xx.xx.1996-cı il tarixli 401 saylı əmr ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəll im və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə istinad edərək guya ki, bəzi tələblərin pozulmasını vurğulayır. İddiaçı barəsində xx.xx.2024-cü il tarixli əmr “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə deyil, AR Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq qəbul olunub və həmin məcəllənin 73-cü maddəsinə istinad edilib. Əsasnamə isə ali təhsil müəssisələrində müəllim vəzifəsinin tutulması üçün zəruri prosedurları tənzimləyir. İddiaçı iddia ərizəsində ADNSU-da keçirilmiş müsabiqə prosesini və nəticəni mübahisələndirmir, əmrin düzgün verilməməsini iddia edir. “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının xx.xx.2024-cü il tarixində keçirilmiş iclasında namizədliyi irəli sürülmüş İddiaçı peşə-ixtisas hazırlığı dinlənilmiş, elmi-pedaqoji fəaliyyəti müzakirə edilmiş, sonda isə səsə qoyularaq müvafiq qərar qəbul edilmişdir. İddiaçı “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasında 1 ştat dosent vəzifəsini tutmaq üçün fakültə elmi şurası qarşısında vəsatət qaldırılması qərara alınmışdır. İddiaçı müsabiqəyə buraxılmış, onun iddia etdiyi kimi, hər hansı maneələr törədilməmiş, hüquqları pozulmamışdır. Növbəti mərhələdə, kimyatexnologiya fakültəsinin Elmi Şurasında xx.xx.2024-cü il tarixdə baş tutmuş seçkidə İddiaçı iclasda iştirak edən 16 nəfərdən lehinə 5 səs verilmiş, əleyhinə 10 səs verilmiş, 1 səs etibarsız hesab edilmişdir. Bununla da İddiaçı müsabiqədə müvəffəqiyyət qazana bilməmişdir. İddiaçı mülahizədə müsabiqədən keçməmiş şəxslərin ən çoxu 1 il müddəti nə rektorun əmri ilə həmin ali məktəbdə işlə təmin olunmalı olduğunu vurğulayır. Bu hal yalnız kafedra müdirlərinə şamil olunur və bu hal mülahizədə də öz əksini tapıb. İddiaçı kafedra müdiri vəzifəsini tutmamış, müəllim kimi fəaliyyət göstərmişdir. Bu hal iddiaçıya münasibətdə tətbiq oluna bilməzdi. İddiaçı müsabiqədə qalib gələ bilməmişdir. Belə olan halda, qanunvericiliyin tələbinə zidd olaraq, iddiaçı ilə əmək müqaviləsinin bağlanması mümkün deyildi. İddiaçı ilə əmək münasibətlərinə Əmək Məcəlləsinin tələbinə uyğun olaraq xitam verilmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim G. Abidova) 16 avqust 2024-cü il tarixli, 2(006)-3415/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
12. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, hazırkı iş üzrə idd iaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsinin bağlanmasının səbəbi (niyyət) “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasında dosent vəzifəsinə qəbul üzrə müsabiqənin keçirilməsi olmuşdur. İddiaçı müsabiqədən keçdiyi halda, onunla 5 il müddətinə yeni müqavilə bağlanmalı idi. Lakin iddiaçı müsabiqədən keçmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinin müddəti uzadılmamışdır. Əmək müqaviləsinin müddəti bitdikdən sonra 4-cü iş günü iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan qanun normasını (bir həftə) hərfi mənada təfsir etmək Əmək Məcəlləsinin mahiyyətinə və ümumi prinsiplərinə ziddir. Çünki Əmək Məcəlləsinin 2-ci maddəsində müəyyən edilmiş prinsiplərdən biri mənafelərin haqqədalətlə və qanunun aliliyinin təmin olunması i lə qorunması prinsipidir. Hazırkı mübahisədə xx.xx.2024-cü il tarixindən sonrakı bir həftə ərzində qeyri iş günləri olmuş, ilk iş günlərindən etibarən müvafiq seçkilər keçirilmiş və iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Müddətli əmək müqaviləsinin bitdiyi xx.xx.2024-cü il tarixindən sonra ilk iş günü (işçinin müqavilə müddətinin bitməsindən sonra işə çıxdığı ilk gün) xx.xx.2024-cü il olmuş və həmin tarixdən bir həftə ötməmiş (xx.xx.2024-cü il) müddətli əmək müqaviləsinə xitam verilmişdir. Əgər iddiaçının hesab etdiyi bir həftə müddəti hərfi mənada tətbiq edilsə, işəgötürən qeyri-iş günü əmək müqaviləsinə xitam verməli idi. Bu isə məntiqsiz olduğu kimi, heç bir halda ağlabatan və ədalətli deyil. Qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavab deh işəgötürən müddətli əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftəlik müddəti ötürməmişdir. Məhkəmə iddiaçının öz mülahizələrində “27 mart və 28 mart tarixli protokolları mübahisələndirməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, hazırkı iddia tələbi xx.xx.2024-cü il tarixli əmrin (2 aylıq müddətli əmək müqaviləsinə xitam verilməsi barədə) ləğv edilməsi və işə bərpadır. Həmin iclasların keçirilməsinin (protokolların tərtib edilməsinin) məqsədi isə iddiaçının müsabiqə yolu ilə müvafiq “dosent” vəzifəsinə qəbuluna dair seçkilərin keçirilməsi haqqındadır. Yəni həmin protokollarının tərtib edilməsinin hazırkı iddia tələbi ilə bağlılığı yoxdur və ayrıca mübahisə predmetidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 11, 47, 68, 73, 76, 79, 297-ci maddələ rinə, “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması haqqında” Əsasnaməsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 106.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə nəzərə almalı idi ki, universitet rəhbərliyi öz işlərinə yarayan istiqamətdə hərəkət edərək, işləmək istəmədikləri əməkdaşları müsabiqə adı altında təşkil edilmiş qurma oyun vasitəsilə işdən kənarlaşdırır. İddiaçı müsabiqə adı altında bu prosedurun bir qrup fırıldaqçı işbazlar tərəfindən necə təşkil olunmasını faktlarla sübut etməyə çalışsa da hakim buna şərait yaratmamış və əhəmiyyət verməmişdir. Bildiyimə görə ondan əlavə daha bir neçə müəllim və əməkdaşların işinə bu üsulla xitam verilib. Universitet baxmır ki, bu müəllimlər ömürlərini bu təhsil ocağına həsr edib. İllərin təcrübəli müəllimlərini işdən xaric edərək özlərinə sərf edən heç bir təcrübəsi olmayan şəxslərin işə qəbulunu təşkil edir. Bundan əlavə məhkəmə iclaslarında dəfələrlə yazılı və şifahi vəsatət verməklərinə baxmayaraq tələb etdikləri protokol təqdim edilməmişdir. Əvəzində tamam başqa tarixə adi protokol təqdim edildi. Bu hal məhkəmənin diqqətinə çatdırılmağına baxmayaraq məsələyə diqqət yetirilmədi. Müqavilə müddətsiz olmalı olduğu halda müddətli bağlanmışdır. Bu vəziyyət ilə məcburən razılaşmalı olmuşdur. Çünki, özü əlildir və himayəsində baxıma möhtac əlil övladı var. İddiaçının və vəkilin məhkəmədən protokolların cavabdeh tərəfindən təqdim olunması barədə xahişi təmin edilməmiş, təmamilə başqa sənədlər verilmişdir ki, bu da məhkə mənin nəzərinə çatdırılsa da ona əhəmiyyət verilməmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər S.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), V.Sadıqov və X.Mərdanova) 2(103)-6155/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı beş ildən artıq həmin vəzifədə işləməsi ilə əlaqədar olaraq onunla bağlanmış müqavilənin müddətsiz hesab olunmasını tələb edir. Lakin İddiaçı xx.xx.2024-cü il tarixdə ADNSU PHŞ-nın rektoruna ərizə yazaraq 2 ay müddətinə dosent vəzifəsinə təyin edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi əsasında tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması haqqında” Əsasnaməyə əsasən iddiaçı 2019-cu ildə müsabiqəni qazanaraq seçkili dosent vəzifəsinə 5 il müddətinə təyin edilmişdir. Həmin vəzifəyə təyinat seçki yolu ilə edilir. Müddət başa çatdıqda isə yenidən müsabiqə elan olunur və yeni müsabiqə keçirilir. Buna görə də qeyd olunan vəzifə üzrə müddətsiz əmək müqaviləsi bağlanmır. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsində “müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilməsi” halı hazırkı mübahisəyə şamil oluna bilməz. Çünki seçkili vəzifə üzrə müddətli əmək müqaviləsinin müddəti uzadılmamışdır. 5 il müddətinə bağlanmış müqavilənin müddəti bitib, həmin müqaviləyə xitam verilib və iddiaçının ərizəsi əsasında iki ay müddətinə yeni müddətli əmək müqaviləsi bağlanmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin (işəgötürənin) iddiaçı ilə 2 ay müddətinə əmək müqaviləsi bağlamaq vəzifəsi olmamışdır. Bu, cavabdehin hüququ olmuş və cavabdeh bu hüququndan istifadə etmişdir. Eyni zamanda, müddətli əmək müqaviləsinin müddətinin bitməsi halında həmin müddətli əmək müqaviləsinə xitam vermək müqavilə tərəflərinin hər birinin hüququdur. Cavabdeh bu hüququndan da istifadə edərək əmək müqaviləsinə xitam vermişdir.
18. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh PHŞ arasında 2 ay müddətinə əmək müqaviləsinin bağlanması müqavilə bağlanan vaxt tərəflərin iradəsinə zidd olmamışdır. Müddət bitdikdən sonra cavabdehin iddiaçı ilə əmək müqavilə si bağlamaq vəzifəsi olmadığı halda, cavabdeh bu hüququndan istifadə edərək iddiaçı ilə 2 ay müddətinə əmək müqaviləsi bağlamışdır. Yəni Cavabdeh PHŞ İddiaçı əmək fəaliyyəti ilə məşğul olması üçün onunla qarşılıqlı razılıq əsasında 2 aylıq müddətli əmək müqaviləsi bağlamışdır. Eyni zamanda, xüsusilə qeyd edilməlidir ki, sözügedən vəzifə daimi xarakterə malik deyil, müsabiqə (seçki) yolu ilə 5 illik müdddətə tutulan vəzifədir.
19. Müddətli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. 20-26 mart 2024-cü il tarixləri isə qeyri-iş günləri olmuşdur. 27-29 mart 2024-cü il tarixləri iş günü (çərşənbə, cümə axşamı və cümə), 30, 31 mart tarixləri isə qeyri-iş günləri (şənbə və bazar) olmuşdur. xx.xx.2024-cü il tarixi də iş günü olmuşdur. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasın da müddətli əmək müqaviləsinin bağlanmasının səbəbi (niyyət) “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasında dosent vəzifəsinə qəbul üzrə müsabiqənin keçirilməsi olmuşdur. İddiaçı müsabiqədən keçdiyi halda, onunla 5 il müddətinə yeni müqavilə bağlanmalı idi. Lakin iddiaçı müsabiqədən keçmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinin müddəti uzadılmamışdır. Əmək müqaviləsinin müddəti bitdikdən sonra 4-cü iş günü iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırkı mübahisədə xx.xx.2024-cü il tarixindən sonrakı bir həftə ərzində qeyri iş günləri olmuş, ilk iş günlərindən etibarən müvafiq seçkilər keçirilmiş və iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Müddətli əmək müqaviləsinin bitdiyi xx.xx.2024-cü il tarixindən sonra ilk iş günü (işç inin müqavilə müddətinin bitməsindən sonra işə çıxdığı ilk gün) xx.xx.2024-cü il olmuş və həmin tarixdən bir həftə ötməmiş (xx.xx.2024-cü il) müddətli əmək müqaviləsinə xitam verilmişdir. Əgər iddiaçının hesab etdiyi bir həftə müddəti hərfi mənada tətbiq edilsə, işəgötürən qeyri-iş günü əmək müqaviləsinə xitam verməli idi. Bu isə məntiqsiz olduğu kimi, heç bir halda ağlabatan və ədalətli deyil.
20. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 1, 4, 5-ci hissələrinə, 47-ci maddəsinin “f” bəndinə, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, 73-cü maddəsinin 1-ci hissəsinə, 296-cı maddəsinin 2 və 3-cü hissələrinə, “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması haqqında” Əsasnamənin 1.1 və 1.3-cü bəndl ərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6155/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, uzun müddət subyektiv səbəblər üzündən münaqişədə olduğu kafedra müdiri tərəfindən müəllimlərin illik fəaliyyət planında nəzərdə tutulan bəndlərin yerinə yetirilməsinin qəsdlə, planlı şəkildə qarşısı alınmış, ixtisasçı olduğu halda fənn poqramlarının, dərslik və dərs vəsaitlə rinin yazılmasına, dərslərin keçirilməsinə maneə yaratmağa çalışmış, müəllimlər arasında ayrı-seçkiliyə yol verilmiş, beləliklə də müəllmlik hüququları pozulmuşdur. Bu haqda məlumat verilsə də məhkəmə heç bir araşdırma aparmamış, qərəzli hərəkətlərin səbəbini müəyyənləşdirməmişdir.
23. Əmək haqqının ödənilməsində gəlir vergisi onun və xəstə oğlunun imtiyazları nəzərə alınmaqla hesablanırdısa da xitam verilərkən bu imtiyazlar nəzərə alınmamış, məhkəmə də bunu araşdırmamışdır.
24. Onun elan olunmuş müsabiqədə bərabərhüquqlu iştirakı təmin edilməmişdir. Belə ki, kafedra müdiri müsabiqədə iştirakı üçün ərizəsinə dərkənar qoymamış, ona kafedranın əsaslandırılmış rəyini verməmiş, seçki sənədlərinin elmi katib tərəfindən qəbul edilməsini qadağan etmiş, bununla da məkrli siyasət həyata keçirmişdir. Kafedra və fakültə elmi şurasının iclasları qayda pozuntusu ilə, təşkil olunmuş şəkildə, kafedra əməkdaşlarına və şura üzvlərinə təhdid və güclü təsir etməklə aparılmışdır (sübutlar vardır). Dərs ilinin ortasında heç bir səbəb gətirilmədən, əmək fəaaliyyəti müzakirə edilmədən 10 müəllim içərisində onun işinə xitam verilmiş, əvəzinə isə qanunsuz şəkildə kənardan, analıq məzuniyyətində olan, bir gün belə dərs deməyən, müəllimlik təcrübəsi olmayan şəxs birbaşa dosent keçirilmişdir.
25. Şəxsi münaqişələr zəminində İR sədri İlduzə Hüseynova və kafedra müdiri Yunis Qəhrəmanlının təşkil etdikləri plan və quplaşma əsasında bir aylıq deyil, qəsdlə iki aylıq müqaviləyə qol çəkməyə məcbur edilmişdir. Məqsədli və hesablanmış şəkildə müsabiqənin keçirilmə tarixi gecikdirilmiş, işsiz qaldığı müddətdə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla seçki keçirilmişdir.
26. Əmək müqaviləsi xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək 2 ay müddətinə bağlanmışdır. Nazirlər Kabinetinin “2024- cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il20,21,22,23 və 24 mart Novruz bayramı müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.2024-cü il 23 və 24 mart şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25 və 26 mart (bazar ertəsi və çərşənbə axşamı) qeyri-iş günləri olmuşdur. Beləliklə, 2024-cü il Novruz Bayramı ilə əlaqədar ardıcıl olaraq mar tın 20,21,22,23,24,25 və 26-da daxil olmaqla iş olmamışdır. Lakin mart ayının 27,28 və 29-u iş günləri olmağına baxmayaraq əmək münasibətləri davam etdirilmişdir. O cümlədən martın 27-si müsabiqənin keçirilməsi belə münasibətlərin davam etdirilməsi hesab edilir. Lakin müqaviləsinə onu rəsmi xəbərdarlıq etmədən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Halbuki normada “tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə” ifadəsi elə rəsmi xəbərdar etməni nəzərdə tutur. Həmin gün, yəni xx.xx.2024-cü il tarixində İR departamentində “dəfələrlə əmək kitabçasının götürülməsi ilə bağlı guya xəbərdalığın edilməsi və kitabçanın götürülməməsi” haqqında saxta akt tərtib edilmiş və qanunsuz şəkildə kuryerlə evə göndərilmişdir
27. Himayəsində anadangəlmə xüsusi qayğıya ehtiyacı olan (Daun sindromu) İ qrup əlil övladı var. Özü İİ qrup əlildir və 12 ildir ki, şəkər xəstəsi kimi dövlət qeydiyyatındadır. 28. “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamənin 2.1-ci 3.4-cü bəndlərinə ümumiyyətlə əməl edilməmiş, o daxil olmaqla seçkidən əvvəl heç bir namizədin peşə-ixtisas hazırlığı haqqında məlumat dinlənilməmişdir. Müəllim işləmənin də elə əsası peşəkar ixtisaslı olmaqdan keçir. Lakin belə görünür ki, bu hazırki rəhbərliyə savadlı, peşəkar müəllim lazım deyil. Seçkidə iştirak etmək üçün ərizəsi kafedra müdiri tərəfindən qəbul edilməmiş, pedoqoji fəaliyyəti qiymətləndirilməmiş, bu barədə də qərar qəbul edilməmişdir.Seçki sənədlərinin elmi katib tərəfindən qəbuluna icazə verilməmiş, kafedranın əsaslandırılmış rə y verilməmişdir.Ona qarşı törədilən əngəllərə baxmayara pedaqoq, peşəsini sevən bir müəllimə kimi hər zaman vəzifəsinin öhdəsindən layiqincə gəlməyə çalışmış və gəlmişdir. Təhsil Nazirliyinin “Yubiley medalı (202saylı) ilə təltif edilmişdir. Cavabdehin nümayəndəsi və vəkilinin də etiraf etdiyi kimi “Zümrüd xanım peşəkar, savadlı, işini bilən müəllimədir və bəzən kollektivin belə insanları gözü götürmür
29. Məhkəmə sadalanan prosesual normaların tələbini pozmuşdur. İş materiallarında faktiki olaraq, İddiaçı öz mövqeyini müdafiə etmək üçün gətirdiyi sübutların olmasına baxmayaraq, məhkəmənin həmin sübutları tədqiq etməməsi prosessual hüquq normalarının pozulması deməkdir.
30. İşin obyektiv araşdırılması üçün birinci və apellyasiya instansiya məhkəməsində vəsatət vermələrinə baxmayaraq kafedr ada keçirilən seçki iclasının tələb etdikləri protokolu təqdim edilməmişdir. Əvəzində isə birinci instansiya prosesi müddətində tamamilə başqa protokol təqdim edilmişdir. Apellyasiya instansiya prosesi zamanı isə bu hal məhkəmənin diqqətinə çatdırılmağına baxmayaraq məsələyə diqqət yetirilməmişdir.
31. İddiaçı təxminən 10-15 gün ərzində oğlunun qulluğunda dayanmalı olduğu üçün iclasın təxirə salınmağını xahiş etmişdir. Məhkəmədə İddiaçı vəkili və nümayəndəsi onun 1-ci instansiyada bütün məhkəmə iclaslarında iştirak etdiyini və bu iclasda da iştirak etmək istədiyini, lakin üzrlü səbəbdən mümkün olmadığını izah etmişdir. Ərizə və ona əlavə edilmiş həkim müayinəsi elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə təqdim edilmiş və vəsatət iclas zamanı müdafiə edilmişdir. Lakin, məhkəmə ilk iclas olmasını, üzürlü səbəbləri sübut edən sənədlərin təqdim edilməsini nəzərə almadan iclası təxirə salma imkanın mövcud olmasına baxmayaraq vəsatəti təmin etməyib iclası davam etdirmişdir.
32. Kassasiya şikayəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsinin 1 və 2-ci hissələrinə, 45-ci maddəsinin 4 və 5-ci hissələrinə, 50-ci maddəsinə, 62-ci maddəsinin 5-ci hissəsinə, 73-cü maddəsinin 1-ci hissəsinə, 79-cu maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 217.1, 217.3,217.4, 280.1-ci maddələrinə də istinad etməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya məhkəməs inin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
34. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
35. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
36. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
37. Maddə 47, “f” bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
38. Maddə 68.2, “b” bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
39. Maddə
73. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
40. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fə rdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
41. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması haqqında” Əsasnamə
42. Bənd 1.1. Ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Ali təhsil müəssisəsi və ya kafedralar yeni təşkil edildikdə yüksək ixtisaslı mütəxəssisləri işə cəlb etmək zərurəti yarandıqda və digər müstəsna hallarda ayrı-ayrı şəxslər həmin vəzifələri sonradan yalnız müsabiqədən keçməklə (bir ildən çıx olmamaq şərtilə) müddətli əmək müqaviləsi bağlamaqla rektorun əmri ilə təyin olunurlar.Həmin müqavilənin müddətinin təkrar uzadılmasına yol verilmir.
43. Bənd 1.3. Seçki və ya təyinatla tutulduğu müddət başa çatan, eləcə də vakant kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vəzifələrinə müsabiqə elan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hü ququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və ( və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməs inin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Məhkəmə kollegiyası kassasiya şikayətinin müsabiqənin keçirilməsi qaydalarının pozulması barədə olan dəlilləri ilə əlaqədar qeyd edir ki, hazırkı iş üzrə iddia ərizəsi ilə müsabiqənin nəticələri mübahisələndirməmiş, müsabiqənin nəticələrinin qanuniliyini araşdırmaq iş üzrə məhkəmə araşdırmasının predmeti olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 50-ci maddəsinin 7-ci hissəsinə əsasən keçirilmiş müsabiqənin nəticələri ilə razılaşmayan iddiaçı müsabiqə komissiyasının qərarı qəbul edildiyi gündən bir ay müddətində məhkəməyə müraciət edə bilər. Göstərilən maddi hüquq norması müsabiqə komissiyasının qərarının mübahisələndirilməsini nəzərdə tutur ki iddiaçı da hazırkı iş üzrə iddia ərizəsində müvafiq qərarı mübahisələnd irməmişdir.
55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməs i üçün əsas təşkil etmir.
57. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2024-cü il tarixli 2(103)-6155/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.