Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-906/2022 18.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı DİN Baş Mühafizə İdarəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-/2020 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı əmək kitabçasına görə o, 15.11.2012-ci il tarixdə əmək haqqı ştat cədvəlinə əsasən ödənilməklə Yevlax rayon Mühafizə Şöbəsinin Mülki Mühafizə xidməti üzrə mühafizəçi işinə təyin edilmiş, 26.01.2016-cı ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (işçilərin sayı və ştatları ixtisar edildikdə) tutduğu vəzifədən azad edilmişdir. 22.02.2017-ci il tarixdə əmək haqqı ştat cədvəlinə əsasən ödənilməklə Yevlax Rayon Mühafizə Şöbəsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi işinə təyin edilmiş, 25.09.2020-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əmək müqaviləsinə xitam verilmişdir. Bakı Ap ellyasiya Məhkəməsinin 07.12.2016-cı il tarixli 2(103)-8672/2016 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)6888/2016 saylı, 23.08.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh DİN Baş Mühafizə İdarəsinə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilmiş, İddiaçı işdən azad edilməsinə dair DİN Baş Mühafizə İdarəsinin 93 ş/h saylı 26.01.2016-cı il tarixli əmri etibarsız hesab olunmuş, İddiaçı Baş Mühafizə İdarəsinin Yevlax rayon MŞ-nin MMX üzrə mühafizəçi işinə bərpa olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07.12.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh Baş Mühafizə İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23.08.2016-cı il tarixli 2(006)-6888/2016 saylı qətnaməsi dəyişdirilmədən saxl anılmışdır. Nəsimi Rayon Məhkəməsinin 09.09.2017-ci il tarixli qətnaməsinə görə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı 26.01.2016-cı il tarixdən 22.02.2017-ci il tarixədək məcburi iş buraxma müddətinin və aylıq ona ödənilən əmək haqqının yenidən hesablanması, hesablanmış əmək haqqının tam şəkildə ödənilməsi, cavabdeh İdarə üzrə verilmiş 21.02.2017-ci il tarixli 186 ş/h əmri ilə işə bərpa edildikdən sonra, onunla bağlanmış əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi, əmək müqaviləsində göstərilmiş əmək haqqının yenidən müəyyən edilməsi, habelə onun sağlamlıq durumunun müəyyən edilməsi və cavabdeh İdarənin hesabına müalicə olunması barədə iddiasının rədd edilməsini qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02.02.2018-ci il tarixli q ətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29.09.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı «əmək haqqının ödənilməsi və sair tələbləri barədə» iddiası qismən təmin edilmiş, 26.01.2016-cı il tarixdən 22.02.2017-ci il tarixədək məcburi iş buraxma müddətinə görə ödənilməli olan əmək haqqı yenidən hesablanmaqla İddiaçı ödənilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29.09.2017-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi tərəfindən İddiaçı ün vanlanmış 17.10.2018-ci il tarixli 298 saylı məktubun surətindən görünür ki, 2016-2017 və 2018-ci illərdə İddiaçı işlədiyi Yevlax Rayon Mühafizə Şöbəsində əmək haqqı hesablanarkən Vergilər Məcəlləsinin 102.1.6 və 102.4.4-cü maddələirinin tələbləri pozulmuş və gəlir vergisi düzgün hesablanmamışdır. Bunun nəticəsində də əmək haqqından 2016-cı ilin yanvar ayından 2017-ci ilin fevral ayınadək 147,22 manat və 2018-ci iliq may-iyun aylarında isə 14,57 manat artıq gəlir vergisi tutulmuşdur. Bununla bağlı iş yeri üzrə mühasibatlığa rəsmi müraciət edə bilər. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 29.08.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, iddiaçının bacısı X1 25.08.2020-ci ildə ölmüşdür. Ölümün səbəbi: kimi qaraciyər serrozu göstərilmişdir. Yevlax rayon Mühafizə Şöbəsinin 18 avqust 2020-ci il tarixli 52 nömrəli əmrindən çıxarışın surətindən görə xidmətqabağı təlimata gecikdiyinə görə mühafizəçi İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin «a» bəndinə əsasən «Töhmət» elan edilmişdir. 01 sentyabr 2020-ci il tarixli aktdan görünür ki, mühafizəçi İddiaçı 01.09.2020-ci il tarixdə 2 nömrəli körpüyə xidmətə çıxmaqdan imtina edərək rəisin qəbuluna girmək istədiyini bildirdi. İddiaçı manqa komandiri la birlikdə rəisin qəbuluna girdikdən 7-8 dəqiqə sonra rəisin otağından çıxıb növbətçi hissənin qarşısında subardinasiya qaydalarını pozaraq rəisin ünvanında “məni burada dinləməlisiniz, bura sizin dədənizin evi deyildir” sözlərini demişdir. Rəis təmkinlə onu nizam-intizama dəvət etsə də, İddiaçı öz hərəkətlərini davam etdirərək rəisi ondan şikay ət edəcəyi ilə hədələdi. Şöbə rəisi yenə də onu nizamintizama dəvət edib, Yevlax rayon İcra Başçısının çağırışına getmək üçün şöbəni tərk etdi. İddiaçı isə şöbədə qaldı və ucadan ünvansız, təhqaredici ifadələr işlətməyə davam etdi. Yevlax rayon MŞ-nin X2 15.09.2020- ci il tarixli qərarı ilə mütəmadı olaraq özbaşına xidmətdən yayınması, subardinasiya və sair intizam qaydalarını kobud surətdə pozması nəzərə alınmaqla Yevlax rayon MŞ-nin MMX-i üzrə mülki mühafizəçisi İddiaçı tutduğu vəzifədən azad olunmasına razılıq verilmişdir. Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 17.09.2020ci il tarixli məktubdan görünür ki, cari ilin mart ayının 23-dən aprel ayının 04-dək 13 gün və iyul ayının 30-dan avqust ayının 10-dək 10 gün, ümumilikdə 23 gün növbəti məzuniyyətində n tam istifadə etməklə yanaşı, 2020-ci ilin əvvəlindən avqust ayınadək İddiaçı 21 iş günü ərzində əlavə ödənişli, avqust ayının 10-dan 13-dək isə ödənişsiz məzuniyyətlər verilmişdir. Bacısının xəstəliyi və vəfat etməsi nəzərə alınaraq İddiaçı avqust ayının 17-dən 31-dək işdən icazə verilmiş, beləliklə də 2020-ci ilin 8 ayı ərzində əsas məzuniyyətindən başqa 38 gün əlavə məzuniyyətdə olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 130-cu maddəsinin müvafiq bəndlərində nəzərdə tutulmuş ödənişsiz məzuniyyətlərindən istifadə etdiyi nəzərə alınaraq hazırda təkrar məzuniyyət verilməsinə əsas yoxdur. Əlavə olaraq nəzərinə çatdırılır ki, İddiaçı işlədiyi hissə tərəfindən qorunan hər hansı obyektin mühafizəsinə təyin olunması Yevlax RMŞ rəhbərliyinin səlahiyyətləri daxilində həll edilir. 2020-c i ilin sentyabr ayının əvvəlində üzrsüz səbəbdən işə çıxmaması ilə bağlı T.Sadıxov barəsində aparılmış xidməti yoxlamanın nəticəsinə əsasən həmin hərəkətin Yevlax RMŞ-nin Həmkarlar təşkilatında müzakirəyə çıxarılması, nəticəsindən asılı olaraq müvafiq tədbir görülməsi nəzərdə tutulmuşdur. İş üzrə Yevlax RMŞ-nin mülki mühafizəçisi İddiaçı barəsində həmin hissədən daxil olmuş materiala baxılmasının nəticələrinə dair 21.09.2020-ci il tarixli rəyindən görünür ki, 15.11.2012-ci il tarixdən Yevlax RMŞ-də mülki mühafizəçi vəzifəsinə qəbul edilən İddiaçı qeyd olunan hissədə aparılan ştat ixtisarı ilə əlaqədar 26.01.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işdən azad edilmişdir. 22.02.2017-ci il tarixdə yenidən Yevlax RMŞ-də mülki mühafizəçi v əzifəsinə qəbul edilən İddiaçı hazırda da həmin hissədə işləyir. Göstərilən müddətdə 3 dəfə intizam tənbehinə cəlb edilmiş, həvəsləndirilməmişdir. Yevlax RMŞ-nin 18.08.2020-ci il tarixli 52 nömrəli əmri ilə elan edilmiş «töhmət» intizam tənbehi qüvvədədir, xidmətdə mənfi xarakterizə olunur. Araşdırma prosesində məlum olmuşdur ki, mülki mühafizəçi İddiaçı RMŞ-nin rəhbərliyinə təqdim etdiyi ərizələrinə əsasən cari ilin mart ayının 23-dən aprel ayının 04-dək 13 gün və iyul ayının 30-dan avqust ayının 10-dək 10 gün, ümumilikdə 23 gün növbəti məzuniyyətindən tam istifadə etmişdir. Qeyd olunanlardan əlavə olaraq mülki mühafizəçi İddiaçı cari ilin əvvəlindən avqust ayınadək 21 iş günü ərzində əlavə ödənişli, avqust ayının 10-dan 13-dək isə ödənişsiz məzuniyyətlər verilmişdir. Bacısının xəstəliyi və vəfat etməsi nəzərə alınaraq mülki mühafizəçisi İddiaçı avqust ayının 17-dən 31-dək işdən icazə verilmiş, beləliklə də sonuncu 2020-ci ilin 8 ayı ərzində əsas məzuniyyətindən başqa 38 gün əlavə məzuniyyətə buraxılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, işində mənfi xarakterizə olunan İddiaçı işdən yayınmağa meyilli olmuş, qeydiyyata alınmış ərizələrinə əsasən ona 2018-ci ildə 19 gün, 2019-cu ildə isə 35 gün əlavə məzuniyyətlər verilmişdir. 01.09.2020-ci il tarixdə xidmət yerinə bir saat 15 dəqiqə gecikən mülki mühafizəçi İddiaçı həmin gün bölgü üzrə təyin olunduğu Kür çayı üzərindəki 2 saylı körpüyə xidmətə çıxmaqdan da imtina etmişdir. Həmin tarixdə Yevlax RMŞ-nin rəisi polis polkovnik-leytenantı Fizuli Zeynalov tərəfindən qəbul edilən mülki mühafizəçi İddiaçı növbəti ayda xidm ət yerinin dəyişdiriləcəyi izah olunsa da, o yenə də həmin posta xidmətə çıxmamış, daha sonra isə RMŞ-nin növbətçi otağının qarşısında polis polkovnik-leytenantı la kobud şəkildə və yüksək tonla danışmış, eləcə də şöbə rəisinin adına ərizə yazaraq 2 saylı körpüyə xidmətə təyin edilməsini ayrıseçkililik kimi qəbul etdiyini bildirmişdir. 02.09.2020-ci il tarixdə xidmətqabağı təlimatla iştirak etməyən İddiaçı yenə də təyin olunduğu posta getməkdən imtina etmiş, həmin tarixdə də RMŞ-nin operatoru ilə yersiz mübahisə yaradaraq sonuncunun ünvanına təhqiredici ifadələr işlətmişdir. 03.09.2020-ci il tarixə növbəti dəfə üzrsüz səbəbdən xidmətə çıxmayan İddiaçı mühafizə xidmətinin qrup rəhbəri un telefon zənglərinə cavab verməmiş, həmin gün iş yerinə teleqram ünvanlayaraq 25.08.2020-ci il tarixdə ba cısının vəfat etməsi ilə əlaqədar xidmətdə nöqsana yol verə biləcəyini göstərmiş və ona bir ay müddətinə əlavə məzuniyyət verilməsini xahiş etmiş, müraciətinə baxılmasının nəticəsini gözləmədən sentyabrın 7-dək xidmətə çıxmamışdır. Əlavə məzuniyyət verilməsi ilə bağlı T.X4 Nazirliyinin və Baş Mühafizə İdarəsinin rəhbərlərinə də müraciət etmiş, həmin müraciətlərə baxılarkən Əmək Məcəlləsinin 130-cu maddəsinin müvafiq bəndlərində nəzərdə tutulmuş ödənişsiz məzuniyyətlərindən istifadə etdiyi nəzərə alınaraq ona təkrar ödənişsiz məzuniyyət verilməsinə əsas olmadığı müəyyənləşdirilmişdir. Qeyd olunan müraciətlərinə baxılmasının nəticəsi barədə İddiaçı məlumat verilmişdir. Mülki mühafizəçi İddiaçı yuxarıda qeyd edilən hərəkətləri 12.09.2020ci il tarixdə Yevlax RMŞ-nin Həmkarlar təşkilatının icla sında baxılarkən həmkarlarına qarşı hörmətsizlik edən İddiaçı iclasın keçirilməsinə maneçilik törətdiyindən tədbir təxirə salınmışdır. 15.09.2020-ci il tarixdə davam edən Həmkarlar təşkilatının iclasında İddiaçıla bağlanmış əmək müqaviləsinin xitam verilməsinə razılıq verilmişdir. Göstərilənləri nəzərə alaraq əmək intizamını və işlədiyi mühafizə hissəsinin daxili rejim qaydalarını, habelə əmək müqaviləsinin şərtlərini kobud surətdə pozaraq uzun müddət ərzində üzrsüz səbəbdən işdən yayındığına, təyin olunduğu postda xidmət aparmaqdan əsassız imtina etdiyinə, tabeliyində olduğu hissə rəisi ilə münasibətdə kobudluğa yol verdiyinə, şöbənin operatoru M.Məmmədova ilə mübahisə yaradaraq sonuncunun ünvanına nalayiq ifadələr işlətdiyinə, həmkarlarına qarşı hörmətsizlik nümayiş etdirdiyinə, Həmkarla r təşkilatının iclasının gedişatını pozduğuna, həmin hərəkətləri ilə DİN-nin Mühafizə xidmətinin nüfuzuna xələl gətirdiyinə və xidmətdə mənfi xarakterizə olunduğuna görə Yevlax RMŞ-nin 18.08.2020-ci il tarixli 52 nömrəli əmri ilə qüvvədə olan «töhmət» intizam tənbehi, eləcə də RMŞ-nin Həmkarlar təşkilatının qərarı ilə nəzərə alınmaqla həmin şöbənin mülki mühafizəçisi İddiaçı ciddi intizam tənbehinə cəlb olunmağa layiqdir, Yevlax RMŞ-nin rəisi polis polkovnik-leytenantı dan tabelikdəkilərin fəaliyyətinə nəzarət və tələbkarlığın artırılması, şəxsi heyət arasında nizam-intizamın və təlimtərbiyənin səviyyəsinin yüksəldilməsi məqsədilə zəruri təlbirlərin həyata keçirilməsi tələb olunması təklif edilmişdir. Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 21.09.2020-ci il tarixli Ə296-038-20 saylı əmrin surətindən görünür ki, Yevlax Rayon Mühafizə Şöbəsinin mülki mühafizəçisi İddiaçı qeyd olunan hissədə işlədiyi müddət ərzində intizamsızlığı ilə fərqlənmiş, ailə vəziyyətindən sui-istifadə edərək dəfələrlə xidmətdən icazə verilməsi barədə müraciətlərinə əsasən ona əsas məzuniyyətlərindən başqa 2018-ci ildə 19, 2019-cu ildə 35, 2020-ci ildə isə 38 gün əlavə məzuniyyətlər verilmişdir. 01.09.2020-ci il tarixdə xidmət yerinə bir saat 15 dəqiqə gecikən İddiaçı həmin gün bölgü üzrə təyin olunduğu Kür çayı üzərindəki 2 saylı körpüyə xidmətə çıxmaqdan da imtina etmiş, bu zəmində mübahisə yaradaraq RMŞ-nin rəisi polis polkovnik-leytenant Fizuli Zeynalovla kobud şəkildə və yüksək tonla danışmışdır. 02.09.2020-ci il tarixdə xidmətqabağı təlimatda iştirak etməyən İddiaçı yenə də təyin olunduğu posta getməkdən imtina etmiş, həmin tarixdə də RMŞ-nin operatoru ilə yersiz mübahisə yaradaraq sonuncunun ünvanına təhqiredici ifadələr işlətmişdir. 03.09.2020-ci il tarixdə növbəti dəfə üzrsüz səbəbdən xidmətə çıxmayan İddiaçı mülki mühafizə xidmətinin qrup rəhbəri un telefon zənglərinə cavab verməmiş, həmin gün iş yerinə teleqram ünvanlayaraq 25.08.2020-ci il tarixdə bacısının vəfat etməsi ilə məzuniyyət verilməsini xahiş etmiş, müraciətinə baxılmasının nəticəsini gözləmədən sentyabrın 7-dək çıxmamışdır. Yuxarıda qeyd edilən hərəkətləri 12.09.2020-ci il tarixdə Yevlax RMŞ-nin Həmkarlar təşkilatının iclasında müzakirə edilərkən şöbənin 18.08.2020-ci il tarixli 52 nömrəli əmri ilə qüvvədə olan «töhmət» intizam tənbehindən nəticə çıxarmayan və xidmətdə mənfi xarakterizə edilən İddiaçı həm karlarına qarşı hörmətsizlik edərək iclasın keçirilməsinə maneçilik törətdiyindən tədbir təxirə salınmışdır. 15.09.2020-ci il tarixdə davam edən Həmkarlar təşkilatının iclasında İddiaçıla bağlanmış əmək müqaviləsinin ləğv olunması barədə BMİ rəhbərliyi qarşısında vəsatət qaldırılması haqda qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq əmək intizamını və işlədiyi mühafizə hissəsinin daxili rejim qaydalarını, habelə əmək müqaviləsinin şərtlərini kobud surətdə pozaraq uzun müddət ərzində üzrsüz səbəbdən işdən yayındığına, təyin olunduğu postda xidmət aparmaqdan əsassız imtina etdiyinə, tabeliyində olduğu hissə rəisi ilə münasibətdə kobudluğa yol verdiyinə, şöbənin operatoru M.Məmmədova ilə mübahisə yaradaraq sonuncunun ünvanına nəlayiq ifadələr işlətdiyinə, həmkarlarına qarşı hörmətsiz lik nümayiş etdirdiyinə, həmkarlar təşkilatının iclasının gedişatını pozduğuna, həmin hərəkətləri ilə DİN-nin Mühafizə xidmətinin nüfuzuna xələl gətirdiyinə və xidmətdə mənfi xarakterizə olunduğuna görə Yevlax RMŞ-nin 18.08.2020-ci il tarixli 52 nömrəli əmri ilə qüvvədə olan «töhmət» intizam tənbehi, eləcə də RMŞ-nin Həmkarlar təşkilatının qərarı da nəzərə alınmaqla həmin şöbənin mülki mühafizəçisi İddiaçıla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv olunması, Yevlax RMŞ-nin rəisi polis polkovnik-leytenantı dan tabelikdəliklərin fəaliyyətinə nəzarət və tələbkarlığın artırılması, şəxsi heyət arasında nizam-intizamın və təlimtərbiyənin səviyyəsinin yüksəldilməsi məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi tələb olunması əm r verilmişdir. Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 25 sentyabr 2020-ci il tarixli Ə1286ş/h038-20 saylı əmrin surətindən görünür ki, İddiaçı 25.09.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) Yevlax Rayon Mühafizə Şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçisi (fəhlə) vəzifəsindən azad edilmişdir. Əsas: DİN-nin Baş Mühafizə İdarəsinin 21.09.2020-ci il tarixli Ə296-038-20 nömrəli əmri. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı «əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə b ərpa, töhmət intizam tənbehinin ləğv edilməsi, mənəvi zərərin əvəzinin ödənilməsi və sair» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr verərək «26.01.2016-cı il tarixdən 22.02.2017-ci il tarixədək olan müddətin əmək haqlarından gəlir vergisi adı ilə artıq tutulmuş məbləğin, 2020-ci ilin avqust, sentyabr aylarının əmək haqlarının, işdən azad edilərkən sonuncu iş günü ona ödənilməli olan məbləğin yenidən hesablanmaqla, ödənilməmiş, gecikdirilmiş məbləğlərin, gecikdirilmiş hər günü üçün 15 faiz ilə ona geri qaytarılması barədə» tələbinin «26.01.2016-cı il tarixdən 22.02.2017-ci il tarixədək olan müddətin, 2018-ci ilin may, iyun aylarının, 2020-ci ilin avqust, sentyabr aylarının əmək haqlarının, işdən azad edilərkən so nuncu iş günü iddiaçıya ödənilməli olan məbləğlərin yenidən İddiaçı iştirakı ilə hesablanmaqla, ödənilməmiş məbləğin və ödəniş ediləcək günədək, gecikdirilmiş hər gün üçün 5 faiz əlavə ödənc ilə cavabdeh Baş Mühafizə İdarəsindən tutularaq ona verilməsi, cavabdeh orqana ona məxsus kitabçasının dəyişdirilməsinin həvalə olunması barəd qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 1489 ş/h saylı, 15.11.2012-ci il tarixli əmri və həmin tarixli əmək müqaviləsinə Yevlax rayon Mühafizə Şöbəsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi təyin olunmuşdur. Şöbə rəisinin 18.08.2020-ci il tarixli 52 saylı əmri ilə ona əsassız töhmət verilmiş, 25.09.2020-ci il tarixli 1286 Ş/H saylı əmrlə işdən azad olunmuşdur. Əvvəllər də əsassız olaraq ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işdən azad edilmiş, lakin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli 2(006)-6888/2016 saylı qətnaməsi ilə əmək müqaviləsinə xitam verilərkən himayəsində birinci qrup əlil olması nəzərə alınmadığından iddia ərizəsi təmin edilərək işə bərpa olunmuşdur. Cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 07.12.2016-cı il tarixli 2(103)-8672/2016 saylı qətnaməsi ilə təmin edilməmişdir. İşə bərpa olunsa da, cavabdeh Yevlax rayon Mühafizə Şöbəsi 26.01.2016-cı il tarixdən 22.02.2017ci il tarixədək olan müddət üçün əmək haqların verməkdən imtina etmişdir. Yenidən məhkəməyə müraciət etmək qərarına gəlmiş, Nəsimi rayon Məhkəməsinin 29.09.2017-ci il tarixli, 2(006)-5551/ 2017 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməsə də, Bakı Apellyasiya Məhkəməsi tərəfindən 02.02.2018-ci il tarixli 2(103)-877/2018 saylı qətnamə ilə Baş Mühafizə İdarəsinə qarşı «əmək haqlarının ödənilməsinə dair» iddiası təmin edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Xidmət etdyi dövrdə ildə bir neçə dəfə öz hesabına məzuniyyət alması ağır ailə vəziyyəti, öhdəsində olan 1-ci qrup əlil bacısının müalicəsi, ona qulluq göstərilməsi ilə əlaqədar olmuş, lakin şöbənin rəhbərliyi bu halları nəzərə almamış, dəfələrlə rəsmi və qeyri-rəsmi müraciət etməsinə baxmayaraq onu xidmət aparılması daha ağır olan (Kür çayı üzərindəki körpünün mühafizəsi) olan postdan başqa posta dəyişməmişdir. Şöbənin rəhbərliyi ona qarşı qərəzli olmuş, heç vaxt həvəsləndirilməmişdir, ona verilən intizam intizam t ənbehi tədbirləri, o cümlədən 18.08.2020-ci il tarixli 52 nömrəli əmri ilə elan edilmiş «töhmət» intizam tənbehi də qərəzli olmuşdur. Əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi göstərilən işdən yayınmağa meyilli olması, 01.09.2020-ci il tarixdə xidmət yerinə bir saat 15 dəqiqə gecikməsi, həmin gün bölgü üzrə təyin olunduğu Kür çayı üzərindəki 2 saylı körpüyə xidmətə çıxmaqdan da imtina etməsi, şöbənin rəisi Fizuli Zeynalovla kobud şəkildə və yüksək tonla danışması, 02.09.2020-ci il tarixdə xidmətqabağı təlimatla iştirak etməməsi, şöbənin operatoru ilə yersiz mübahisə yaradaraq sonuncunun ünvanına təhqiredici ifadələr işlətməsi həqiqəti əks etdirmir, 03.09.2020-ci il tarixdən 7 gün işə çıxmamasının səbəbi 25.08.2020-ci il tarixdə bacısının vəfat etməsi olmuş, bu barədə rəhbərliyə məlu mat vermiş və öz hesabına məzuniyyət üçün ərizə ilə rəhbərliyə müraciət etmişdir. Yevlax RMŞ-nin Həmkarlar təşkilatının iclası da sifarişli olmuşdur. Öz hərəkətləri ilə Mühafizə xidmətinin nüfuzuna xələl yetiriləsi hallara yol verməmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh DİN Baş Mühafizə İdarəsinin 25 sentyabr 2020-ci il tarixli əmrini qanunsuz, əsassız və qərəzli hesab edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-944/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsi, 68-ci maddəsinin 1-ci hissəsi və 2-ci hissəsinin “a” bəndi, 12-ci, 70-ci, 71-ci maddəsinin 2-ci və 3-cü hissələri, 72-ci və 186.2-ci maddəsinə əsasən iddianı rədd edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı qüvv ədə olan əmək qanunvericiliyinə və işəgötürənlə onun arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuş, işəgötürənə dəfələrlə üzrlü səbəblərdən işə gəlməyəcəyinə dair müraciətlər etmiş, müraciətlərə müsbət cavab verilmədiyi halda belə işə çıxmamışdır. İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl yetirmişdir. Mühafizəçi İddiaçı uzun müddət ərzində işdən yayındığına, təyin olunduğu posta xidmət aparmaqdan əsassız imtina etdiyinə, tabeliyində olduğu hissə rəisi ilə münasibətdə subardinasiya qaydalarına uyğun olmayan kobudluğa yol verdiyinə, həmkarlarına qarşı hörmətsizlik nümayiş et dirdiyinə, həmin hərəkətləri ilə DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirdiyinə və xidmətdə mənfi xarakterizə olunduğuna görə Yevlax Rayon Mühafizə Şöbəsinin 18.08.2020-ci il tarixli 52 nömrəli əmri ilə qüvvədə olan «töhmət» intizam tənbehi, eləcə də xidmət yoldaşlarının yığıncağının ümumi fikri də nəzərə alınmaqla xidmətdən xaric edilməsi əsaslı olmuşdur. Məhkəmə iddia tələbinin digər hissəsi, yəni intizam tənbehi tədbiri kimi töhmət verilməsi barədə 18.08.2020-ci il tarixli 52 nömrəli əmrin ləğv edilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən 17.08.2020-ci il tarixdə iş yerinə xidmət qabağı yoxlanışa gəlməmiş, bunun əksini sübut edə bilməmiş və bu səbəbdən iddiaçının iddiası bu hissədə əsassızdır və təmin oluna bilməz. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının «əmrin ləğv edilməsi, işə bərpa edilməsi» haqqında iddia tələbi əsassız olduğuna görə həmin tələblə bağlı olan iddianın «məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı tələbi, məhkəmə işi ilə əlaqədar çəkiləcək xərclər, cavabdehin hesabına əmək kitabçasının dəyişdirilməsi» hissəsi də əsassızdır. İddia tələbinin «26.01.2016-cı il tarixdən 22.02.2017-ci il tarixədək olan müddətin, 2018-ci ilin may, iyun aylarının, 2020-ci ilin avqust, sentyabr aylarının əmək haqlarının, işdən azad edilərkən sonuncu iş günü iddiaçıya ödənilməli olan məbləğlərin yenidən iddiaçının iştirakı ilə hesablanmaqla, ödənilməmiş məbləğin və ödəniş ediləcək günədək, gecikdirilmiş hər gün üçün 5 faiz tutulması və 26.01.20216-cı il tarixdən 22.02.2017-ci il tarixədək olan müddətin əmək haqlarından gəlir v ergisi adı ilə artıq tutulmuş məbləğin ona qaytarılması, mənəvi zərərin ödənilməsi“ hissəsində qeyd etmişdir ki, iddiaçı bu tələblərin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətində də iddia ərizəsində göstərilən hallara istinad etmiş, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman sübutlara düzgün qiymət verilməməsi, maddi və prosessual hüquq normalarının pozulması ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-/2020 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Azad İmanov-sədrlik edən, Qürbət Əsgərov və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmuş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. İddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirməmiş və əm ək funksiyalarını kobud şəkildə pozmuş, işəgötürənin icazəsi olmadan dəfələrlə uzun müddətə işə gəlməmiş, əmək intizamını və işlədiyi mühafizə hissəsinin daxili qaydalarını, habelə əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozması, təyin olunduğu posta xidmət aparmaqdan əsassız imtina etməsi, tabeliyində olduğu hissə rəisi ilə münasibətlərdə subordinasiya qaydalarına uyğun olmayan kobudluğa yol verməsi, həmkarlarına qarşı hörmətsizlik nümayiş etdirməsi ilə DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl yetirmişdir. İddiaçının bu hərəkətləri cavabdeh tərəfindən təqdim olunmuş sübutlarla öz təsdiqini tapmışdır. İddiaçı isə öz iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Apellyasiya məhkəməsi də öz qətnaməsini birinci instansiya məhkəməsinin tətbiq etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə
10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və mü əssisədaxili intizam qaydalarına əməl etmək zmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. Maddə
11. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işə götürənin əsas hüquqlarındandır. Maddə
70. Bənd "ç". İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə
71. Bənd
2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, ə mək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə
71. Bənd
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə
72. Bənd “e”. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi halları işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə
186. Bənd
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən onunla bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70ci maddəsinin “ç” bəndi ilə ləğv etmək kimi inzibati tənbeh verə bilər. Maddə
84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddə si, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əks halda, əmək müqaviləsinin ləğv olunması ilə bağlı təərəflər arasında fərdi əmək mübahisəsi yaranarsa, digər əlavə araşdırma aparılmadan işə baxan məhkəmə tərəfindən əmrin (sərəncamın, qərarın) etibarsız hesab edilməsi barədə qətnamə (qərar) çıxarıla bilər. Maddə
300. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozara q və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq no rmalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallar ını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Həmin dəlillər iddia ərizəsində, iddia ərizəsinin dəqiqlişdərilməsi barədə ərizədə, apellyasiya şikayətində göstərilən dəlillərlə eyni məzmunludur, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi tərəfindən obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşı r. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-/2020 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.