Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-909/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 13 fevral 2019-cu il İş 2(102)-909/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, iddiaçı “xxxx” X4 Səhmdar Cəmiyyətinin (bundan sonra “xxxx” KB ASC) vəkili M.M.Cabbarovun, Cavabdeh1 və vəkili R.M.Əliyevin iştirakı ilə, Cavabdeh1 və vəkili R.M.Əliyevin, həmçinin “xxxx” KB ASC-nin və vəkili M.M.Cabbarovun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2018-ciiltarixli qətnaməsindənverdiklərikassasiya şikayətləriüzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai r ayon məhkəməsinin 12 iyun 2018-ci il tarixli qətnaməsi ilə (S.R.Səlimova, iş 2(011)-501/18) “xxxx” KB ASC -nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas və faiz borclarının tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi qismən təmin edilib, cavabdeh Cavabdeh1 oğlundan 12.02.2014-cü il tarixli 05B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 13.02.2014-cü il tarixli 05B8/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 55461,28 ABŞ dolları əsas, 6922,41 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla cəmi-62483,69 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və məhkəmə xərclərinə görə 60 manat pulun “xxxx” KB ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ipotek a predmetinin qiymətləndirilməsinə çəkilən xərcə görə 200 manatın Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 165 manatın dövlət nəfinə tutulması, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Nizami Nərimanov küçəsi 77 saylı evin 5 saylı mənzilin ilkin satış qiyməti 190.000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitindən 62483.69 ABŞ dolları borcun ödənişinin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 60 manatın “xxxx” KB ASC-nin hesabına, 200 manatın Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin hesabına, 165 manatın dövlət nəfinə keçirilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Nizami Nərim anov küçəsi 77 saylı evin 5 saylı mənzili satıldıqdan ən geci bir ay ərzində Cavabdeh1 və Cavabdeh2 mənzildən çıxarılmaqla mənzilin boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. BakıApellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (F.Ş.Talışinski, S.F.Hacıyev və R.Ə.Eyvazov, iş 2(103)-9741/18), Bakı şəhəri, Xətai rayon məhkəməsinin 12 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “xxxx” KB ASC və vəkili M.M.Cabbarov kassasiya şikayəti verib qətnaməninləğv edilib işin yeni apellyasiya baxışına göndərilməsini xahişetmişlər. Həmçinin, Cavabdeh1 və vəkili R.M.Əliyev kassasiya şikayəti verib qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Cavabdeh1 və vəkili R.M.Əliyev “xxxx” KB ASC-nin kassasiya şikayətinə etiraz verib şikayətin təmin edilməməsini xahiş etmişlər. Məhkəməiclasınınvaxtıvəyeribarədətərəflərəlazımiqaydadaxəbərverilmiş,“xxxx” KB ASC-nin nümayəndəsi və digər Cavabdeh2 üzürsüzsəbəbdənməhkəməiclasınagəlmədiklərindənkassasiyakollegiyasıişəonlarıniştirakıolmadan baxılmasınımümkünhesabetmişdir. İşə kassasiya qaydasında baxılan zaman iddiaçı “xxxx” KB ASC və vəkili M.M.Cabbarov, Cavabdeh1 və vəkili R.M.Əliyev qarşılıqlı olaraq kassasiya dəlillərinə etirazlarını bildirib hər biri özlərinin kassasiya şikayətinin təmin olunmasını xahiş etdilər. İŞİN HALLARİ: İddiaçı“xxxx” KB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas və faiz borclarının tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi b arədə iddia ilə məhkəməyə müraciət edib cavabdeh Cavabdeh1 oğlundan 12.02.2014-cü il tarixli 05B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 13.02.2014cü il tarixli 05B8/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 58.997 ABŞ dolları 82 sent əsas, 6.922 ABŞ dolları 41 sent faiz, 1.530 ABŞ dolları 13 sent cərimə borcu olmaqla cəmi- 67.450 ABŞ dolları 36 sent borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və məhkəmə xərclərinə görə 60 manat pulun müştərək qaydada “xxxx” KB ASC-nin xeyrinə tutulmasına, tutmanın ipoteka predmetinə yönəldilib Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu Nizami Nərimanov küçəsi 77 saylı evin 5 saylı mənzilin ilkin satış qiyməti 190.000 manat olmaqla açıq hərracda satılmasına və s atışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsinə, Bakı şəhəri, Binəqədi rayonu Nizami Nərimanov küçəsi 77 saylı evin 5 saylı mənzili satıldıqdan ən geci bir ay ərzində Cavabdeh1 və Cavabdeh2 mənzildən çıxarılmaqla mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. “xxxx” KB ASC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 12.02.2014-cü il tarixli 05B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 13.02.2014-cü il tarixli 05B8/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 48 ay müddətinə 12.02.2018-ci il tarixədək illik 22% ödəmək şərti ilə 115.000 ABŞ dolları kredit verilmiş, 13.02.2014-cü il tarixli 05B8/14-1 saylı kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 16.03.2015-ci il tarixli sazişə əsasən kreditin müddəti 12.02.2019-cu il t arixədək uzadılmış, 12.02.2014-cü il tarixli 05BİQ8/14 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Nizami Nərimanov küçəsi 77 saylı evin 5 saylı mənzili kredit öhdəliklərinin təminatı olaraq “xxxx” KB ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit öhdəliklərinin lazımı qaydada icra etmədiyinə görə Cavabdeh1 27.09.2017-ci il tarixə banka 58.997 ABŞ dolları 82 sent əsas 6.922 ABŞ dolları 41 sent faiz, 1.530 ABŞ dolları 13 sent cərimə borcu olmaqla ümumilikdə 67.450 ABŞ dolları 36 sent borcu yaranmışdır. Cavabdeh1, onun vəkili və digər cavabdeh Cavabdeh2 nümayəndəsi X1 iddianı qismən qəbul etmiş ipoteka predmetinin qiymətləndirilməsinə dair məbləğlə razı olmadıqlarını göstərib iddianın qismən təmin olunmasını xahiş etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: İddiaçı “xxxx” KB ASC və vəkili M.M.Cabbarovkassasiya şikayətini onunla əsaslandırmışlarki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işəbaxılanzaman ipoteka predmeti olan mənzilin qiymətləndirilməsinə dair mütəxəssis rəyində əks olunan qiymətlə real bazar qiymətləri arasında kəskin fərqin mövcud olmasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, ipoteka predmetinin qiymətinin müəyyən edilməsi ilə bağlı ekspertizanın keçirilməsinin müvafiq dövlət orqanı olan Azərbaycan Respublikası Əmlak X3 Komitəsinə həvalə edilməsi barədə dəlilləri nəzərə alınmadan iddia tələbinin qismən təmin olunmasına dair əsassızqərarqəbuledilmiş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozul muşdur. Cavabdeh1 və vəkili R.M.Əliyevkassasiya şikayətini onunla əsaslandırmışlarki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işəbaxılanzaman ipoteka ilə yüklü mənzilin 190.000 manat məbləğində qiymətləndirilməsinin real bazar qiymətlərinə uyğun olmamasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, müvafiq ekspertizanın dövlət orqanı tərəfindən keçirilməsi təmin edilmədən iddia tələbinin qismən təmin olunması barədə qərar qəbul edilmiş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, “xxxx” KB ASC-nin vəkili M.M.Cabbarovu, Cavabdeh1 və vəkili R.M.Əliyevi dinləyib, şikayətlərin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MülkiKollegiyasını n hazırkı iş üzrə olan 02 oktyabr 2018-ciil tarixli qətnaməsiləğv edilib yeni apellyasiya baxışınagöndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Hazırkı iş üzrə iddianın tələbinin qismən təmin olunması barədənəticəyə gələn apellyasiya instansiyasıməhkəməsi öz qənaətlərini ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi və dəyişdirilməsi ilə bağlı dəlillərin mülahizə səciyyəli olmasına və bununla bağlı əlavə və ya təkrar ekspertizalar keçirilməsi üçün əsasların olmamasına istinad etməklə əsaslandırmışdır. İş materiallarında olan sənədləri və işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarını nəzərdən keçirən kassasiya kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin hazırki iş üzrə gəldiy i nəticə ilə razılaşmaq olmaz. İşin 13-cü vərəqəsində olan borcverən “xxxx” KB ASC ilə borcalan Cavabdeh1 arasındakı 12.02.2014-cü il tarixli 05B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 13.02.2014-cü il tarixli 05B8/14-1 saylı əlavə kredit müqaviləsindən görünür ki, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi imzalanmış, həmin müqavilənin şərtlərinə görə iddiaçı Cavabdeh1 48 ay müddətinə, 12 fevral 2018-ci il tarixədək, illik 22% ödəmək şərti ilə 115.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xxxx” KB ASC ilə Cavabdeh1 arasında 13.02.2014-cü il tarixli 05B8/14-1 saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 16.03.2015-ci il tarixdə bağlanmış sazişə əsasən kreditdən istifadəyə görə illik faiz dərəcəsi 20,5 % müəyyən edilməklə kreditin qaytarılma sı müddəti 12 ay-12.02.2019-cu il tarixədək uzadılmış və bununla bağlı yeni ödəniş cədvəli tərtib edilmişdir. xxxx” KB ASC ilə Cavabdeh1 arasında 13.02.2014-cü il tarixli 05B8/14-1 saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 28 mart 2016-cı il tarixdə bağlanmış sazişə əsasən kreditdən istifadəyə görə illik faiz dərəcəsi dəyişdirilib 16 % müəyyən olunmuş, tərtib edilmiş yeni ödəniş cədvəli üzrə borcalan tərəfindən öhdəliyin yerinə yetirilməsi bir dəfəyə 30 təqvim günü gecikdirildiyi halda, borcverənin faiz dərəcəsini və cərimə faizlərini kredit müqaviləsi üzrə əvvəl müəyyən olunmuş dərəcəyə qaytara bilməsi nəzərdə tutulmuşdur. xxxx” KB ASC ilə Cavabdeh1 arasında 13.02.2014-cü il tarixli 05B8/14-1 saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 20 aprel 2017-cı il tarixdə bağlanmış sazişə əsasən 05B8/14-1 saylı müqavilə üzrə 12 ay (2017-ci ilin fevral (daxil) ayından 2018-ci ilin yanvar (daxil) ayınadək aylıq kredit ödənişi 2100 ABŞ dolları təyin edilmiş, fərdi cədvəl müddəti ərzində ödənilmiş 2100ABŞ dolları ssudadan çıxılmış, hesablanmış faizlər müddətin sonuna keçirilmiş, müqaviləyə edilən dəyişikliklər nəzərə alınmaqla borc qalığının qaytarılmasının dövrüliyini müəyyən edən yeni ödəniş cədvəlində borcalan tərəfindən öhdəliyin yerinə yetirilməsi bir dəfəyə 10 təqvim günü gecikdirildiyi halda borcverənin faiz dərəcəsini və cərimə faizlərini kredit müqaviləsi üzrə əvvəl müəyyən olunmuş dərəcəyə qaytara bilməsi nəzərdə tutulmuş, qeyd olunan ödəniş qrafiki üzrə borcalan Cavabdeh1 13.02.2017-ci il tarixdən 12.02.2019-cu il tarixədək olan dövr ərzin də əsas borca görə 67.400 ABŞ dolları, faiz borcuna görə 13.401 ABŞ dolları 22 sent borcu hissə-hissə qaytarmağa dair öhdəlik götürmüşdür. Kreditor- ipoteka saxlayan “xxxx” KB ASC, alıcı- ipoteka qoyan Cavabdeh1 və satıcı Şirvan Əliyev arasında bağlanmış 12.02.2014-cü il tarixli 05BİQ8/14 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh1 13.02.2014-cü il tarixli 05B8/14 -1 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi Bakı şəhəri, Binəqədi, rayonu N.Nərimanov küçəsi 77 saylı evin 5 saylı mənzilinin 170.000 manat məbləğində qiymətləndirilməklə “xxxx” KB ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh2 11.02.2014-cü il tarixdə notarial qaydada təsdiqlənməklə imzaladığı ərizəsində Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi 77 saylı evin 5 saylı mənzilinin “xxx x” KB ASCnin xeyrinə ipoteka ilə yüklü edilməsinə razılıq vermiş mənzili tutma yönəldildikdə və satıldıqda tərk etməyə dair öhdəlik götürmüşdür. DƏDRX-nın Bakı şəhər ərazi idarəsinin RX seriyalı № ******* saylı çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu N.Nərimanov küçəsi 77 saylı evin 5 saylı mənzilinin 60 ay müddətinə “xxxx” KB ASC-nin xeyrinə ipoteka ilə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində 16.05.2014cü il tarixdə qeydiyyata alınmışdır. “xxxx” KB ASC-nin 29.09.2017-ci il tarixli PKKİED/6712 saylı pretenziyası ilə borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə borcun 10 təqvim günü müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. “xxxx” KB ASC 10.10.2017-ci il tarixli PKKİED/6958 saylı bildirişi ilə Cavabdeh1 məhkəmə qaydasında tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirilmişdir. DƏDRX-nın Bakı şəhər ərazi idarəsinin təsdiqetmə bildirişinə əsasən “xxxx” KB ASC-nin tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 19.10.2017-ci il tarixli ərizəsi 22 oktyabr 2017-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.05.2018-ci il tarixli məhkəmə - mühasibatlıq ekspertizasının 350 saylı rəyində Cavabdeh1 27.09.2017-ci il tarixə banka 55.461 ABŞ dolları 28 sent əsas, 7.390 ABŞ dolları 03 sent faiz borcu olmaqla ümumilikdə 62.851 ABŞ dolları 31 sent məbləğində borcunun olduğu göstərilmişdir. İşin 145-152-ci vərəqələrində olan Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin 07.06.2018-ci il tarixli 96 saylı rəyində Cavabdeh1 məxsus Bakı şəhəri Binəqədi rayonu N.Nərimanov küçəsi 77 saylı evin 5 saylı mənzilinin bazar qiymətinin 190.000 manat təşkil etdiyi göstərilmişdir. İş materiallarında qeyd olunan rəyin verilməsinə görə qiymətləndirici mütəxəssisə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 97-ci maddəsi ilə müəyyən edilmiş hüquq və vəzifələrin izah edilməklə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət barəsində xəbərdarlıq edilməsi barədə heç bir sübut yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Əsasnaməsinin 3.0.25maddəsinə əsasən daşınmaz əmlakın, o cümlədən tikililərin, binaların, qurğuların, yaşayış və qeyri yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlə rinin, habelə müəssisələrin qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilməsini təşkil etmək Əmlak X3 Komitəsinin səlahiyyətlərinə aiddir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanır. “Məhkəmə qətnaməsi haqqında ”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur.Ona görədə ekspert rəyinə digər sübutlarla bərabər qiymət verilməli, eksper rəyinin məhkəmə tərəfindən qəbul edilib – edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işəbaxılanzaman ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı rəyin bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət barəsində xəbərdarlıq edilmədən, hər hansı texniki üsul və vasitələrdən istifadə olunmadan və heç bir tədqiqat metodlarından istifadə olunmadan, yalnız ipoteka predmeti olan əmlaka vizual baxış keçirməklə ehtimal əsasında tərtib olunmasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, mənz ilin ipotekaya qoyulduğu vaxtdan ötən dörd ildən artıq müddət ərzində baş vermiş məlum devolvasiyalar səbəbindən daşınmaz əmlak bazarında qiymətlərin artması kimi vacib arqumentlər nəzərə alınmadan apellyasiya şikayətinin qiymətləndirmə ilə bağlı dövlət orqanı tərəfindən ekspertiza keçirilməklə daha mötəbər rəyin alınması üçün əsasların olmaması kimi səhv nəticəyə gəlinib iddia tələbinin qismən təmin olunması barədə qərar qəbul edilmişdir ki, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Digər tərəfdən, apellyasiya məhkəməsi tərəfindən işə baxılan zaman məhkəmə mühasibatlıq ekspertizasının rəyində cərimə borcunun ümumiyyətlə tədqiq olunmamasına dair “xxxx” KB ASC-nin apellyasiya dəlillərinə də düzgün hüquqi qiymət verilməmiş işin bu halının araşdırılıb hüquqi qiymət verilməsi üçün eksperti məhkəməyə dəvət etmədən və ya əlavə ekspertiza təyin etmədən iddia tələbinin mövcud məhkəmə mühasibatlıq ekspertizasında göstərilən məbləğlərdə təmin olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Şərholunanları nəzərə alan kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilməklə sadalanan mülki-prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələbl ərini nəzərə alan kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MülkiKollegiyasının hazırkı iş üzrə olan02 oktyabr 2018-ciil tarixli qətnaməsiləğv edilib iş yeni apellyasiya baxışınagöndərilməlidir. İşəyenidən baxılan zaman qərarın təsviri hissəsində göstərilən hallar araşdırılıb mübahisənin həllinə dair qanuni qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və AR MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilsin. BakıApellyasiya Məhkəməsinin MülkiKollegiyasınınbuişüzrəolan02 oktyabr 2018-ciiltarixli 2(103)-9741/18 saylı qətnaməsi ləğv edilsin.İşə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-909/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-909/2019
13.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver