Məhkəmə qərarları › İş №2(102)-910/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-910/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-910/2021 05.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarş iş üzrə QƏRARİ iş № 2(102)-910/21 (Açar sözlər: kreditin qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi, ekspert rəyi) Bakı şəhəri, xx xxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh1 vəkili X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “kreditin qaytarılması və t ələbin ipotekaya yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3828/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı «xxxx” ASC və Cavabdeh1 kassasiya şikayətlərinə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC-nin “Mxm” filialı ilə bağlanmış xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh «Cavabdeh2” MMC bankdan illik 21 faizlə 36 ay müddətinə 85000 manat məbləğində kredit götürmüşdür.

2. Kreditin təminatı olaraq Cavabdeh1 mlilkiyyətində olan xxxx nömrəli mənzili xx xxxxxx 2017-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir.

3. Cavabdeh2 MMC bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmiş dir. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı «xxxx” ASC cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 MMC-dən İddiaçı İKB ASC-nin xeyrinə 60208,76 manat əsas, 5281.76 manat faiz, 160.62 manat cərimə borcu olmaqla, ümumilikdə 65651,14 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus xxxx mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına "İddiaçı’ İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrası na kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər mənzil istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin mənzildən çıxarılması, mənzilin boşaldılıb Banka təhvil verilməsi, “xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xəbərdarlıq edilməsinə baxmayaraq «Cavabdeh2“ MMC borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir.

6. «Cavabdeh2” MMC- nin 2019-ci il avqustun 02-dək kredit müqaviləsi üzrə banka 60208.76 manat əsas, 5281.76 manat faiz, 160.62 manat cərimə borcu olmaqla, ümumilikdə 65651.14 manat borcu vardır.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 317.1, 442, 445.2.1, 448.1, 465.2, 501, “İpoteka Haqqında” Qanunun 34.1.1, 34.1.3 və 39.1-ci maddələrinə istinad etmişdir.

8. Birinci instansiya məhkəməsi xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsi və məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmişdir.

9. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 26387 nömrəli ekspert rəyinə əsasən Cavabdeh2 MMC-nin xx xxxxxxxx 2019-cu il tarixinə 59863,45 manat əsas, 2041,09 manat faiz borcu, xx xxxxxx 2019-cu il tarixinə 59863,45 əsas, 4834,72 manat faiz borcu vardır.

10. Herba Consultinq MMC-nin xx.xx.2019-cu il tarixli, 0900/19/NB nömrəli qiymətləndirməyə dair hesabatına əsasən ünvan 1 ünvanındakı xxxx hazırkı real bazar qiyməti 260 000 (iki yüz altmış min) manat təşkil edir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-203/2020 nömrəli, 08.01. 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən 59863,45 manat əsas borc, 4834,72 faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 64798,17 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı «xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 260000 manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus xxx mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına iddiaçı «xxxx” ASC-yə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qal ıq hissəsinin Cavabdeh1 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Vüqar Quliyev)

12. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 2017-ci il 26 dekabr tarixli kredit müqaviləsinə əsasən «Cavabdeh2” MMC İddiaçı ASC-dən illik 21% olmaqla 36 ay müddətinə 85000 manat məbləğində kredit götürmüş, borcun təminatı olaraq Cavabdeh1 mulkiyyətindəki mənzili xx xxxxxx 2017-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdeh2 xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırmışdır.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh2 MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymə tləndirilməlidir. Belə ki, MMC kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 MMC onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, iddiaçıya olan borcu ödəməlidir.

15. Birinci instansiya məhkəməsi borcun məbləğini, ipoteka predmetinin ilkin satış qiymətini mühasibatlıq və qiymtələndirmə rəyləri əsasında müəyyən etmişdir.

16. İpoteka predmeti olan mənzilin boşaldılması tələbini təmin etməyən birinci instansiya məhkəməsi bu hissədə gəldiyi nəticəni belə əsaslandırıb ki, i ddiaçı nə qədər ki, ipoteka predmetinə hərrac vasitəsilə əmlak hüququ əldə etməyib, bu tələb təmin edilə bilməz

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə, Mülki Məcəllənin 4.1, 269.1, 269.4, 295, 296.1, 319.1, 319.6, 385.1, 386.1, 442, 443.1, 445.2.1, 448.1, 739.1, 739.2, 741-ci, “İpoteka haqqında” Qanunun 34.1.1, 34.1.2, 39.1 və 39.3.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı “xxxx” ASC qətnamədən apellyasiya şikayəti verib, qətnamənin qismən, Cavabdeh2 MMC-dən əsas, faiz və cərimə borcunun tutulması hissəsində ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, məhkəməyə təqdim edilən maliyyə arayışına əsasən xx xxxxxx 2 019-ci ilədək Cavabdeh2 MMC-nin banka 60208,76 manat əsas, 5281,76 manat faiz, 160,62 manat cərimə borcu olmaqla ümumilikdə 65651,14 manat borcu vardır. Lakin məhkəmə cavabdehin əsas və faiz borcunu ekspert rəyinə əsaslanaraq müəyyən etmişdir. Ekspert tərəfindən cavabdehin kredit borcunun məbləği düzgün hesablanmamış, cərimə borcu xeyli azaldılmışdır. Ekspertin verdiyi rəy mötəbər deyil və əlavə məhkəmə mühasibatlıq ekspertizası keçirilməlidir. Məhkəmə maddi və prosessual hüquq normalarını pozaraq cavabdehin faiz və cərimə borcunu azaltmaqda haqlı olmamış və buna dair qətnamədə səhv nəticəyə gəlmişdir. 20.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

21. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, cavabde h tərəfindən kredit borcunun 30000 manatdan çox hissəsi, eləcə də cədvəl üzrə nəzərdə tutulan faiz hissəsi banka ödənilmişdir. Ödənişlərin olunmasına dair qəbzlər də var. Bundan əlavə məhkəmə prosesində onların iştirakı təmin edilməmişdir. Qətnamə ilə tutulmalı məbləğin həmin mənzilə yönəldilməsi qət edilmiş, lakin həmin mənzil ailəyə məxsusdur, hərraca çıxarılıb satılması doğru deyildir. Cavabdeh kredit borcunu ödəməkdən yayınmır və borcu ödəməyə davam edir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3828/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Aida Hüseyn və Akif İsgəndərov)

23. Apellyasiya instansiyası məhkəməsi iddiaçı bank ın apelyasiya şikayətini dəlilləri üzrə qeyd edib ki, birinci instansiya məhkəməsi əsas və faiz borcunun məbləğini məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən müəyyən etmiş, maliyyə arayışı ilə ekspert rəyi arasında əsas borca görə 345,31 manat, faiz borcuna görə 447,04 manat fərq yaranmışdır. İddiaçı bank məhkəmə mühasibatlıq ekspertizasının rəyinin düzgün olmamasını əsaslandıra bilməmişdir. Belə ki, ekspert iddiaçının təqdim etdiyi maliyyə arayışı, hesabdan çıxarış və cədvəllərə uyğun təhlil aparmış, xüsusi biliklər əsasında mühasibatlıq ekspertizası aparmışdır. Buna görə də əlavə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət yoxdur.

24. Apellyasiya instansiyası cərimə borcunun xeyli azaldılması barədə də iddiaçının apellyasiya şikayətinin dəlilini əsasız sayıb qeyd e dib ki, iddiaçı bank tərəfindən cavabdehlərdən 160,62 manat cərimə borcu tələb edilsə də, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətindən istifadə edərək cərimə məbləğini cəmi 60,62 manat məbləğində azaltmışdır ki, bu da cərimə məbləğinin xeyli miqdarda azaldılması kimi qiymətləndirilə bilməz.

25. Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya instansiyası qeyd edib ki, banka ödənişlərin nəzərə alınmaması ümumi sözlərlə ifadə edilmiş, konkret faktlarla əsaslandırılmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, hətta hər iki cavabdeh məhkəmə iclaslarından birinin təxirə salınması barədə teleqramla və məktubla məhkəməyə m üraciət etmişlər.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iddiaçı və cavabdehin şikayətlərdə göstərdiyi dəlilləri əsassız saymışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı “xxxx” ASC (Vəkil oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmaqla, şikayətdə borcun məbləğinin ekspert rəyi ilə müəyyən edilməsinin düzgün olmamasına istinad edilib.

28. Cavabdeh1 (vəkil X2 ) kassasiya şikayəti verərək apelyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmış, şikayətdə ödənişlərin nəzərə alınmamasına, cavabdehlərin apellyasiya instansiyasında iştirakının təmin edilməməsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazın dəlilləri

30. Kassasiya şikayətlərinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili X2 verdikləri kassasiya şikayətini müdafiə edərək, həmin şikayətin təmin, iddiaçının kassasiya şikayətinin isə rədd edilməsini xahiş etdi.

32. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə iddiaçının vəkili və nümayəndəsi, digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gə lməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Qanun Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bi r tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onl ara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməs i üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

34. Qeyd edilməlidir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini əsas, faiz və cərimə borcu hissəsində, cavabdeh isə qətnamənin l əğv edilməsini xahiş etsə də, məbləğ və tələbin mənzilə yönəldilməsi hissəsində mübahisələndirmiş, apellyasiya məhkəməsi də qətnaməni həmin hissələrdə yoxlamışdır. Buna görə də hazırkı kassasiya baxışının həddi də həmin hissələrlə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. İddiaçının və cavabdehin kassasiya şikayətlərinin dəlilləri ilə ey nilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

37. Məhkəmə kollegiyası qeyd edir ki, borclunun 59863,45 manat məbləğində əsas, 4834,72 manat məbləğində faiz borcunun olmasını məhkəmələr ekspert rəyinə əsasən müəyyən ediblər.

38. Sübutlar, o cümlədən ekspert rəyi MPM-in 88 və 103.1-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirilib.

39. Belə ki, apellyasiya məhkəməsi ekspertin iddiaçının təqdim etdiyi maliyyə arayışı, hesabdan çıxarış və cədvəllərə uyğun təhlil aparmasını, cavabdehlərin banka ödənişləri barədə hər hansı sübutun olmamasını qeyd edərək, müvafiq olaraq həm iddiaçı, həm cavabdehin borcun məbləği ilə dəlillərini əsasız sayıb, əlavə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət görməyib.

40. Məhk əmə kollegiyası apellyasiya instansiyasının həmin dəlillərlə bağlı dəyərləndirməsi ilə razılaşdığı üçün borcun məbləği barədə iddiaçı və cavabdehin kassasiya şikayətlərinin dəlillərini əsasız hesb edir.

41. İpoteka predmeti olan mənzilin ailəyə məxsus olması barədə cavabdehin kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən cavabdehə məxsus mənzilin ipoteka müqaviləsi əsasında bankın xeyrinə yüklü edilməsi müəyyən edilib. Qanuna görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Bu baxımdan, həmin müqavilədən irəli gələn öhdəliyin icrasından cavabdehin azad edilməs i iddiaçının həmin ipoteka predmetinə olan əşya hüququnun pozulmasıdır. Həmçinin hər hansı əsasla tələbin ipotekaya yönəldilməməsi öhdəliyin təmini üsulu kimi ipoteka müqaviləsinin əhəmiyyətini heçə endirir.

42. Cavabdehin apelyasiya baxışında iştirakının təmin edilməməsi barədə dəlilləri də əsassızıdr. Çünki apellyasiya məhkəməsi Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə SMS bildiriş və məhkəmə bildirişi göndərmiş, hər iki bildiriş ünvan sahibinə çatmışdır.

43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçının və cavabdehin kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara al dı: İddiaçı “xxxx” ASC-nin və Cavabdeh1 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3828/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar