Məhkəmə qərarları › İş №2(102)-915/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-915/2024

13.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-915/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi Qasımova (Babayeva) Ramina Vladimirovnanın Maraqlı şəxs cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-915/2024 (Açar sözlər: kassasiya şikayətindən imtina, kassasiya icraatına xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Ərizəçi Qasımova (Babayeva) Ramina Vladimirovnanın “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsi ilə bağl ı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5512/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixl qətnaməsindən Maraqlı şəxs (Vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 13 mart 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə1 Maraqlı şəxs cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxslə ərizəçinin arasında bağlanmış 29 dekabr 2021-ci il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-2685/20 23 nömrəli, 31 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva), ərizə qismən təmin edilərək, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin: “Maddə

2. Barışığın şərtləri, 2.1.3. Maraqlı şəxs X1 üçün uşağın 18 (on səkkiz) yaşı tamam olana qədər X3 hər ay 4.500 (dörd min beş yüz) manat məbləğində vəsaitin (alimentin) ödənilməsini öhdəsinə götürür. Lakin, Maraqlı şəxs əmək qabiliyyətini itirsə, o zaman uşağın saxlanma xərci Ailə Məcəlləsinə uyğun hesablanacaq” şərtlərlə təsdiq edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

3. Qətnamədən narazı qalan Maraqlı şəxs (nümayəndə və vəkili Nümayəndə2 İlyas oğlu) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizəçinin tələbinin təmi n edilmiş hissəsində ərizənin rədd edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-5512/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, ərizənin qismən təmin olunması, mediasiya prosesi nəticəsində ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin 2.1.3-cü bəndinin: “Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X2 üçün, uşağın 18 yaşı tamam olana qədər Qasımova (Babayeva) Ramina Vladimirovnaya hər ay 4.500 (dörd min beş yüz) manat aliment ödənilməsini öhdəsinə götürür. Maraqlı şəx s əmək qabiliyyətini itirərsə, o zaman uşağın saxlanması xərci Ailə Məcəlləsinə uyğun hesablanacaq” məzmunda təsdiq olunsunması, ərizənin qalan hissəsi təmin edilməməsi qət olunmuşdur.

5. Qətnamədən maraqlı şəxs (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ərizənin qismən təmin olunan hissədə, yəni “Mediasiya prosesi nəticəsində Qasımova (Babayeva) Ramina Vladimirovna ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin 2.1.3-cü bəndi aşağıda göstərilən məzmunda təsdiq olunsun: Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X2 üçün, uşağın 18 yaşı tamam olana qədər Qasımova (Babayeva) Ramina Vladimirovnaya hər ay 4.500 (dörd min beş yüz) manat aliment ödənilməsini öhdəsinə götürür. Maraqlı şəxs əmək qabiliyyətini itirər sə, o zaman uşağın saxlanması xərci Ailə Məcəlləsinə uyğun hesablanacaq.” hissədə ləğv edilərək ərizənin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə2 elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə ərizə təqdim edərək kassasiya şikayətindən imtina etdiklərini bildirmiş və kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilməsini xahiş etmişdir.

7. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətindən imtina barədə ərizə qəbul edilməli, kassasiya icraatına xitam verilməlidir.

8. Azərbaycan Respublikası MPM-nin 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır.

9. Həmin Məcəllənin 410.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Məcəllənin 410.3-cü maddəsin əsasən kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır.

10. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətindən imtinanın məhkəmə kollegiyası tərəfindən qəbul edilməməsi üçün əsaslar yoxdur. Belə olan halda ərizə təmin edilməklə kassasiya şikayətindən imtina qəbul olunmalı və iş üzrə kassasiya instansiyasında icraata xitam verilməlidir.

11. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 410-cu maddə sini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5512/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilsin. İş üzrə kassasiya icraatına xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar