Məhkəmə qərarları › İş №2(102)-917/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-917/2020

10.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-917/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Quliyev Gündüz Ağababa oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh Baladayı qızı tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim R.Həsənov) xx.xx.2019-cu il tarixli, 2(007)-****/2019 nömrəli qətnaməsi ilə iddiaçı cavabdeh qarşı “cehiz əşyaları ilə birlikdə mənzildən məcburi çıxarılması və özünün mənzilə köçürülməsi” tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı Bakı şəhəri **** rayonu **** küçəsi ********-ci məhəllədə (yeni ünvan: **** rayonu, ******-ci məhəllə Nəsimi küçəsi, ***) *** saylı mənzilə köçürülməsi, cavabdeh azyaşlı uşaqları A1 oğlu və B1 ilə birlikdə Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi ****-ci məhəllədə (yeni ünvan: Nizami rayonu, *****-ci məhəllə Nəsimi küçəsi, ****) ***** saylı mənzildən istifadə hüququnun 3 il müddətinə saxlanması, həmin müddət bitdikdən sonra cavabdehin həmin mənzildən çıxarılması qət edilmişdir. İddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülk i Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, İ.Şirinov) xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh Baladayı qızı tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-****/2019 qətnaməsinin İddiaçı və Cavabdeh Baladayı qızının apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və Cavabdeh Baladayı qızı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı “cehiz əşyaları ilə birlikdə mənzildən məcburi çıxarılması və özünün mənzilə köçürülməsi” tələbinə dair iddiası ilə məhkəməyə müraciət edərək, cavab deh Cavabdeh az yaşlı uşaqları xx xxxxxx 2016-cı il təvəllüdlü X4 və xx xxxxxx 2017-ci il təvəllüdlü X5 ünvan1 ünvan: Nizami rayonu, **** məhəllə ünvan4 dən cehiz əşyaları ilə birlikdə məcburi çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia həcminin artırılması barədə ərizə verərək, cavabdeh Cavabdeh az yaşlı uşaqları xx xxxxxx 2016-cı il təvəllüdlü X4 və xx xxxxxx 2017-ci il təvəllüdlü X5 ünvan 1 ünvan: Nizami rayonu, **** məhəllə ünvan4 cehiz əşyaları ilə birlikdə 10.000 manat məbləğində kompensasiya ödəməklə məcburi çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və t ərəflərin izahatları: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi ilə və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə çıxarılmışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və cehiz əşyaları ilə birlikdə mənzildən məcburi çıxarılması və özünü n mənzilə köçürülməsi tələbi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh və nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, mübahisəli mənzil qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmadığından iddiaçının xüsusi mülkiyyəti syıla bilməz. Həmçinin azyaşlı uşaqlarla istifadə hüquqna 3 il müddətinə saxlanılması qanunsuzdur. Bu müddət ərzində azyaşlı uşaqlarla yeni ev əldə etmək mümkünsüzdür. Cavabdehin valideynləri tərəfindən ödənilmiş 20.000 manat pulu, təmirdə maddi yardımların istifadə edilməsi və birgə nigah dövründə həmin mənzildə yaşadıqları zaman həmin mənzilin istismarını birgə vəsait hesabına həyata keçrilməsi nəzərə alınmamışdır.Məhkəmə təqdim edilmiş sübutlarla düzgün, lazimi qiymət verilməmiş, bununla da madd i və prosessual hüquq normaları pozulmuş, maddi normaların tətbiqində səhvə yol verilmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh və 3-cü şəxs Maraqlı şəxs MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştira k edən İddiaçı, vəkili X3 vermiş olduqları kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 vermiş olduqları kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətlərinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya in stansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi AzərbaycanRespublikasının MənzilMəcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, iddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada iddiaçının keçmiş ailə üzvü üçün mənzildən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Eyni zamanda apellyasiya kollegiyası qeyd etmişdir ki, cavabdehin mən zil ehtiyaclarının təmin olunması üçün imkanı və vəsaiti yoxdur. Bunu iddiaçı da təkzib etmir. Əksinə, cavabdehə Bakı şəhəri, Türkan qəsəbəsində statusu müəyyən edilməyən ev yaxud bunu istəmədikdə 20000 manat kompensasiya təklif edir. Həmçinin, apellyasiya kollegiyası qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzildən 3 il müddətində istifadə hüququnun saxlanması işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Bununla yanaşı, iddiaçının təklif etdiyi şərtlərlə cavabdehlə hazırkı iddiadan kənar razılaşmaları mümkündür. Kassasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, apellyasiya kollegiyası qeyd edilən mübahisəni mahiyəti üzrə həll edərkən Cavabdeh azyaşlı uşaqları X4 və X8 ilə birlikdə ünvan5 ünvan: Nizami rayonu, **** məhəllə, ünvan6 istifadə hüqunun 3 il müddətində saxl anılması, həmin müddət bitdikdən sonra cavabdehin həmin mənzildən çıxarılması hissəsində düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, işin materiallarından görünür ki, tərəflər xx xxxx 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından iki uşaqları dünyaya gəlmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan rəsmi nikah pozulmuş, birgə nikahdan olan uşaqlar ananın yanında saxlanmış, sonuncunun xeyrinə İddiaçı hər ay aliment tutulması qət edilmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzil İddiaçı tərəfindən xx xxxxxx 2013-cü il tarixdə dəyəri tam olaraq ödənilməklə əldə edilmiş, tərəflər nikaha daxil olduqdan sonra həmin mənzildə yaşamışlar. Hazırda Cavabdeh iki azyaşlı uşağı ilə birlikdə mübahisəli mənzildə yaşamaqda davam edir, İddiaçı isə həmin mənzili tərk edərək başqa ünvanda yaşayır. İddiaçı tələbindən görünür ki, o, cavabdehin azyaşlı uşaqları və cehiz əşyaları ilə birlikdə 10.000 manat məbləğində kompensasiya ödəməklə mənzildən çıxarılmalarını və özünün mənzilə köçürülməsini mübahisələndirir və tələbini cavabdehlə nikahlarının pozulması və cavabdehin onu ona məxsus olan mənzilə buraxmaması ilə əsaslandırır. Cavabdeh hazırkı mənzildən savayı, başqa yaşayış yeri olmaması və heç yerdə işləməməsi, nikah pozulduqdan sonra iki azyaşlı uşağın onun himayəsində olmaqla başqa yerdən gəliri olmaması əsasları ilə iddiaya tam etiraz etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, iddiaçı mübahisəli mənzili qanunverici liklə nəzərdə tutulmuş qaydalara riayət etməklə, yəni onun dəyərini tam olaraq ödəməklə əldə etmiş və həmin mənzilə görə müəssisəyə heç bir borcu yoxdur. Bu səbəbdən də mənzilin daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınmış olmaması iddiaçının həmin evə dair hüquqlarının yoxluğu kimi qiymətləndirilməməli və həmin yaşayış sahəsinə mülkiyyət hüququnun rəsmi dövlət orqanlarında təsbit edilməsi iddiaçının gözlənilən hüququdur. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibəti tərəflərin rəsmi nikah münasibətinə daxil olduğu xx xxxx 2015ci il tarixdən yarandığından, həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun baxılaraq hüquqi qiymət verilməlidir. İddiaçı ilə cavabdehin nikahı 2018-ci il tarixdə pozulmuş və bu nunla da onlar arasında olan ailə münasibətlərinə xitam verilmişdir, bu isə keçmiş ailə üzvü olan iddiaçının yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və onun azyaşlı uşaqları ilə birlikdə mənzildən çıxarılması üçün əsasdır. Bununla yanaşı, işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh Baladayı qızının hazırda istifadə etdiyi mübahisəli mənzildən savayı başqa yaşayış sahəsi mövcud deyildir. Həmçinin, tərəflərin birgə nikahından doğulmuş uşaqlar körpə olduqlarından və ana nəvazişinə ehtiyacları olduğundan cavabdehin işləyərək öz zəruri ehtiyaclarını, o cümlədən, yaşayış sahəsinə olan tələbatını ödəmək imkanları da məhduddur. Bundan savayı, cavabdeh məhkəmə iclasında mübahisəli mənzilin alınması üçün onun qohumları tərəfindən 20000 manat pul verildiyini bildirsə də, iddiaçı tərəf bunu təkzib etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin qeyd edilən bu hallarını Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş diqqətəlayiq hallar kimi qiymətləndirərək hesab etmişdir ki, Cavabdeh mübahisəli mənzilə olan istifadə hüququ mənzilin sahibi İddiaçılə nikah münasibətlərinə xitam verildiyi səbəbilə itirilsə də, onun bu mənzildən istifadə hüququ müəyyən müddətə saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, mülki qanunvericilikdə kompensasiya institutu tərəfin hər hansı bir hüququna xitam verilməsi müqabilində ona ədalətli ödəncin verilməsini ehtiva edir. Lakin, ailə münasibətlərinə xitam verilməsi ilə bağlı cavabdehin mübahisəli mənzildən istifadə hüququ itirildiyinə görə, onun həmin mənzildən çıxarı lması üçün hər hansı kompensasiyanın ödənilməsi də qanunvericiliklə nəzərdə tutulmamışdır. Buna görə də hazırkı işin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdehin mübahisəli mənzildən istifadə hüququ saxlanmadığından ona evdən məcburi çıxarılmağa görə hər hansı kompensasiya ödənilməsi ilə bağlı tələb də əsassızdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaətləri razılaşmır və hesab edir ki, iddiaçı tərəfin mənzilə olan mülkiyyət hüqunun təmin edilməsi ilə cavabdehin qanunla nəzərdə tutulmuş mübahisəli mənzildən istifadə hüququnun müəyyən müddətə saxlanılması arasında ədalətli balansa nail olmaq üçün işin diqqətəlayiq hallarını nəzərə alınaraq iddia tələbinin cavabdehə 10000 manat (sonradan bu məbləğ 20000 manata qədər qaldırılmışdır) kompensasiya verilməklə mənzildən çıxarılması mübahisənin daha ədalətli həllidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi bir tərəfdən iddiaçının mülkiyyət hüququnun təmin edilməli olmasını qeyd edir, digər tərəfdən isə iddiaçını mübahisəli mənzildən istifadə hüququnun müəyyən müddətə, yəni 3 il müddətində saxlanılmasını məqsədə müvafiq hesab etsə də, kollegiyanın qənaətinə görə cavabdehin mübahisəli mənzildən istifadə hüququ saxlanmadığından ona evdən məcburi çıxarılmağa görə hər hansı kompensasiya ödənilməsi qanunda nəzərdə tutulmasa da, ağlabatan məbləğ təklif olunması qarşılığında mübahisənin həllində kompensasiyanın ödənilməsindən istifadə edilməsi də birbaşa olaraq qadağan da edilməmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə k eçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən norma keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsind ən müəyyən müddətə istifadə hüququ saxlanılması keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsaslarının olmaması, mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsi ilə şərtləndirilmişdir. İşin diqqətəlayiq halları ondan ibarətdir ki, mübahisəli mənzil daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınmış olmasa da, iddiaçının həmin evə dair mülkiyyət hüququnun rəsmi dövlət orqanlarında təsbit edilməsi iddiaçının gözlənilən hüququdur. Bu hüquq isə qanunvericiliklə tanınır və qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1 və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. - 8.2 -ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. - 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyada) onun faydalı təbii xassələrini hasil etməyin, habelə, ondan fayda götrməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əml akın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Kollegiya qeyd edir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmaması normanın imperativ tələbidir və bu halda keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmamasına dair cavabdeh tərəf kifayət qədər mötəbər və tutarlı sübutlar təqdim etməli idi. Lakin iş materiallarında belə sübutlar mövcud deyildir. Həmçinin işin materiallarından görünür ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında kompensasiya kimi mübahisəli mənzildə yerləşən ərazilərdə 1 otaqlı mənzilin alınmasını istəmişlər. Eyni mövqe cavabdeh in apellyasiya şikayətinin məzmununda da qeyd edilmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin cavabdehin apellyasiya şikayətinin dəlillərinin mahiyyətinə görə onun istifadə hüququnun iddiaçı tərəfindən kompensasiya edilməsinə bir növ razılıq verməsinə, bu kompensasiyanın məbləğini özünün şərtləri ilə əsaslandırmasına (yəni ev alınması yolu ilə) diqqət yetirməmişdir. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, cavabdeh ümumiyyətlə iddianın rədd edilməsini onun və iddiaçının mənzilə münasibətdə eyni statusda mənzildən istifadə hüquqlarının olması isə əsaslandırsa da, işin araşdırılmış halları bunun əksini göstərir və belə olan halda kollegiya hesab edir ki, iddiaçının artıq onun ailə üzvü statusuna malik olmayan cavabdehin qanunvericiliklə mövcud olan istifadə hüququnun saxlanılmamasından istifadə edərək onun həmin mənzildən çıxarılmasına dair tələbinin əsaslı olmasına apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Lakin bununla belə kollegiya iddiaçının artıq onun ailə üzvü statusuna malik olmayan cavabdehin qanunvericiliklə mövcud olan istifadə hüququnun müəyyən məbləğdə kompensasiya etməsi arzusunda olmasını da qeyd edir. Belə ki, kassasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçı cavabdehə 25000 manat verməyi öhdəsinə götürməsinə dair ərizə ilə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edilən məbləği iddiaçı tərəfindən cavabdehə ödənilməsi niyyətini ağlabatan və məqsədəmüvafiq hesab edərək mübahisənin ədalətli həlli baxımından müsbət hal kimi qiymətləndirir. Belə ki, beynə lxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların dü zgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). AzərbaycanRespublikasının MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kassasiya kollegiyası hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyy ən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N1 şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçını n əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Beləliklə kassasiya kollegiyası, kassasiya şikayətlərinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, bu dəlillər əsasında apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnaməsi Cavabdeh azyaşlı uşaqları X4 və X8 ilə birlikdə ünvan7 ünvan: Nizami rayonu, **** məhəllə, ünvan 6uqunun 3 il müddətində saxlanılması, həmin müddət bitdikdən sonra cavabdehin həmin mənzildən çıxarılması hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qərar qəbul edilərək Cavabdeh azyaşlı uşaqları xx xxxxxx 2016-cı il təvəllüdlü X4 və xx xxxxxx 2017-ci il təvəllüdlü X8 və cehiz əşyaları ilə birlikdə 25.000 manat məbləğində kompensasiya ödəməklə ünvan 8 ünvan: Nizami rayonu **** məhəllə ünvan 9 mənzildən məcburi çıxarılması, çıxarılma ilə kompensasiyanın ödənilməsi eyni vaxtda icra edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)****/2019 nömrəli qətnaməsi Cavabdeh Baladayı qızının azyaşlı uşaqları X4 və X8 ilə birlikdə ünvan 5 ünvan: Nizami rayonu, **** məhəllə, ünvan6 saylı mənzildən istifadə hüququnun 3 il müddətində saxlanılması, həmin müddət bitdikdən sonra cavabdehin həmin mənzildən çıxarılması hissəsində ləğv edilsin, iş üzrə həmin hissədə yeni qərar qəbul edilsin. Cavabdeh azyaşlı uşaqları xx xxxxxx 2016-cı il təvəllüdlü X4 və xx xxxxxx 2017-ci il təvəllüdlü X8 və cehiz əşyaları ilə birlikdə İddiaçı tərəfindən 25.000 manat məbləğində kompensasiya ödəməklə ünvan1 ünvan: Nizami rayonu **** məhəllə ünvan9 *** saylı mənzildən məcburi çıxarılsınlar. Mənzildən çıxarılma ilə kompensasiyanın ödənilməsi eyni vaxtda icra edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar