Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-918/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5563/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tari xli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 1x xxxxxx 2015-ci il tarixli, 1967 saylı kredit razılaşmasına əsasən, Cavabdeh oğluna 24 ay müddətinə, illik faiz 22 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6.400 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Cavabdeh eyni tarixli ipoteka müqaviləsinə əsasən, Mercedes Benz S 500 markalı, boz metal rəngli, buraxılış ili 2007-ci il olan, ** FF *** dövlət nömrə nişanlı avtomobili ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir. İpoteka daşınar əşyaların rəsmi reyestrində qeydiyyata alınmışdır.
3. Bank xx.xx.2019-cu ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-si ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh oğluna qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixə hesablanmış banka ödənilməmiş 5088.23 ABŞ dolları əsas borcu, 942.19 ABŞ dolları faiz borcu, 2260.49 ABŞ dolları cərimə borcu, 533.92 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 8824.83 ABŞ dolları məbləğdə pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka qoyulmuş, Cavabdeh mülkiyyətində olan Mercedes Benz S 500 markalı, boz metal rəngli, buraxılış ili 2007-ci il olan, **-FF*** dövlət nömrə nişanlı avtomobilə tutmanın yönəldilməsi, avtomobilin açıq hərracda satılması və həmin avtomobilin satışından əldə olunan pul vəsaitinin ödənişə yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-2) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişdir. Ona görə də tələbdə göstərilən borc ondan tutulmalı və ipoteka predmetinə yönəldilməlidir.
6. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, Mercedes markalı ** FF *** markalı avtomobilini banka təhvil verməklə borcla razılaşmışdır.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İ.Abbasova) xx xxxxxx 2019-cu il tarixli, 2(011)-8161/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh oğlundan 5088.23 ABŞ dolları əsas borcun, 942.19 ABŞ dolları faiz borcunun, gecikdirilmiş vaxt üçün hesablanmış 533.92 ABŞ dolları məbləğində borcun, cəmi 6564,34 ABŞ dollarının Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh oğluna məxsus bank qarşısında girov qoyulmuş və banka təhvil verilmiş Mercedes Benz S 500 markalı, boz metal rəngli, buraxılış ili 2007-ci il olan, ** FF *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 75 %, yəni 22,5 manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, qalan 25 %, yəni 7,5 manatın iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh kredit və ipoteka müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, onun bank qarşısında icra edilməmiş borc öhdəlikləri vardır.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İ.Abbasova) xx xxxxxx 2020-ci il tarixli, 2(011)-8161/2019 nömrəli əlavə qətnaməsi ilə Cavabdeh İddiaçı ASC ilə bağlanmış xx.xx.2015-ci il tari xli, 1967 saylı kredit müqaviləsi üzrə 226 ABŞ dolları cərimənin (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) xx xxxx 2020-ci il tarixli, 2(103)-5563/20 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8161/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnam əsi həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə-mühasibatlıq, habelə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı işt irakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
18. Maddə 445.4. İcra üçün təqv im günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
19. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
20. Maddə 462.1 və
467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
21. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
22. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:
23. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka pr edmetinə tutma yönəldilə bilər.
24. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
28. Kassasiya instansiyası məhkəməsi işin fa ktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sür ülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
31. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği Cavabdeh borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəllərində razılaşdırmışlar. Eyni zamanda bankın alacağı ipoteka müqaviləsi ilə təminat altına alınmışdır. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, borcun cavabdehdən tutulması, habelə ipoteka predmetinə yönəldilməsi haqqında iddiaçının tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır (§ 17-24).
32. Eyni zamanda cavabdeh birinci instansiya məhkəməsində iddiaya qarşı etiraz etməmiş, iddianı tam və ya qismən aradan qaldıran mahiyyətdə məlumat və ya sübut təqdim etməmişdir. Ona görə də, iddia tələblərinin təmin edilməsi qanuni və əsaslıdır.
33. Kollegiya kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir ona görə ki, iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsinə əsas verəcək sübutlar təqdim olunmamışdır. Eyni zamanda ipoteka predmetinin daşınar əşya olması nəzərə alınaraq onun ilkin satış qiymətinin icra mərhələsində müəyyən edilməsi mümkündür.
34. Beləliklə, Kollegiya bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 4 19-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5563/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.