Məhkəmə qərarları › İş №2(102)-918/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-918/2025

02.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-918/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikiliyə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “özbaşına tikili olan fərdi yaşayış evinə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6096/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 2 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdak ı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər qardaşdırlar və onlar arasındakı mübahisə 9 iyun 2024-cü il tarixdə vəfat etmiş bacıları X5 məxsus olmuş Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 4, 28 ünvanda yerləşən, özbaşına tikili olan fərdi yaşayış evi ilə bağlıdır.

2. X1 mübahisəli evi satıcı X8 ilə 27 may 2015-ci il tarixdə sadə yazılı formada bağlanmış müqavilə əsasında 44.000 manata almışdır. Cavabdeh hazırda qeyd edilən ünvanda qeydiyyatdadırlar.

3. Notarial qaydada təsdiq edilmiş 27 yanvar 2024-cü il tarixli vəsiyyətnaməyə əsasən, X7 yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün əmlakını ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı vəsiyyət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 4, 28 ünvanda yerləşən yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər X6 bacısı, Cavabdeh Mirzağa oğlu isə qardaşıdır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 4, 28 ünvanda 212 kv.m torpaq sahəsində yerləşən bir mərtəbəli, 2 yaşayış otağından, 1 mətbəxdən, sanitar qovşaqdan, bir açıq eyvandan ibarət yaşayış evini o, sahibindən almışdır. Həmin evin hesabat cədvəlini bacısı X3 adına tərtib etdirmişdir. Evin tikintiyə aid göstəriciləri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin məsləhətçi m ühəndisi O.Qasımov tərəfindən tərtib edilmiş, evin sxemi Biləcəri qəsəbə inzibati Ərazi dairəsinin nümayəndəsi İ.İ.İbrahimov tərəfindən təsdiq edilmişdir. Cavabdehlər həmin evdə qeydiyyatdadırlar. O, isə ünvan 1 ünvanda qeydiyyatdadır. Qeydiyyatda olduğu mənzil sabiq arvadı X2 mülkiyyətindədir. Ona görə də, o, yuxarıda qeyd etdiyi, öz puluna aldığı evdə yaşamağa başlamış, həmçinin o, hesab etmişdir ki, həmin ev onun yaşayış yeri sayılır. Evə və torpaq sahəsinə görə vergiləri o, ödəyir və bu barədə Biləcəri Bələdiyyəsi tərəfindən ona 04181 nömrəli 15 mart 2024-cü il tarixli arayış verilmişdir. Son vaxtlar cavabdehlər onu evə buraxmır, bu səbəbdən də, o, evə köçürülməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Köçmək istədiyi ev onun yaşayış yeridir, cavabdehlər onu yaşayış yerindən qanunsuz məhrum etmişlər.

6. Məhkəmə iclasında Cavabdeh iddiaya etirazında həmin mənzilin özbaşına tikili olduğunu, həmin fərdi yaşayış evinin məhz onun tərəfindən alınaraq, bacısına verildiyini, istər qardaşının, istərsə də onun həmin fərdi yaşayış evində yaşamadıqlarını, müxtəlif vaxtlarda bacısına baş çəkmək üçün həmin fərdi yaşayış evinə gələrək qaldığını bildirmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ev alqı-satqısı ilə məşğul olduğunu bildirməklə yanaşı, mərhum H.Qasımova tək qadın olduğu üçün marketə yaxın ev axtarıldığını, mübahisəli fərdi yaşayış evinin onun tərəfindən göstərildiyini, lakin ödənişlərin həyata keçirilməsində iştirak etmədiyini bildirmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 torpağın əvvəlki sahibi olduğunu bildirməklə yanaşı, müb ahisəli fərdi yaşayış evinin tikintisinin onun tərəfindən həyata keçirildiyini, kommunalların onun adına olduğunu, Cavabdeh və H.Qasımovanın birlikdə evə gəlib baxdıqlarını, iki gün sonra beh verdiklərini, sonra tam alqı-satqı olduğunu və evi 44000 manata Cavabdeh Mirzağa oğlunun aldığını bildirmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 mərhum H.Qasımovanın qonşusu olmaqla yanaşı, mərhum H.Qasımova ilə çox yaxın olduğunu, Cavabdeh ona baxdığını və şifahi olaraq yanında hər nəyi varsa Cavabdeh bağışladığını dediyini bildirmişdir.

10. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3546/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim: Pərviz Məmmədov) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı bacı sı X3 vəsiyyətnamə üzrə vərəsəsi olduğuna əsaslanaraq, H.Qasımovanın mülkiyyətində olan və ona vəsiyyət edilən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 4, 28 ünvanda yerləşən yaşayış evinə köçürülməsini tələb etsə də, mülki işdə olan sübutlarla, tərəflərin izahatları və şahid ifadələri ilə təsdiq edilir ki, mübahisəli ev özbaşına tikilidir, həmin evlə bağlı X6 ilə X8 arasında alqı-satqı müqaviləsi sadə yazılı formada bağlansa da, notarial qaydada təsdiq edilməmiş, hal-hazıradək həmin evə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı mübahisəli tikilinin onun tərəfindən alındığını iddia etsə də, onun tərəfindən alınması sübut olunmamış, həmçinin iddiaçı tələblərinin əsası kimi göstərdiyi halları mötəbər sübutlar la təsdiq etməmişdir.

12. Məhkəmə mülki işin faktiki hallarını və işdə olan sübutları nəzərə alaraq, belə hesab etmişdir ki, iddiaçı vərəsəlik hüququna əsaslanaraq vəsiyyətnamə ilə ona vəsiyyət edilmiş evə köçürülməsini tələb etsə də, həmin evin X3 mülkiyyətində olması sübut edilmədiyinə görə iddia tələbi əsassız olduğundan və mötəbər sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 11.2, 1133.1, 1133.2, 1151.1, 180.1, 180.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını mübahisənin həllinə düzgün tətbiq etməmiş, məhkəmə iddiaçının belə bir tələb irəli sürməyə subyektiv hüququnun olması faktını təsdiq edən və iş materiallarına əlavə edilmiş sənədlərə istinad etməmiş, öz qənaətini maddi-hüquq normaları baxımından əsaslandırmamışdır. Vəsiyyətnamə üzrə vərəsə olan şəxsin vəsiyyət qoyanın əmlakı ilə bağlı məhkəmədə iddiaçı və ya maraqlı şəxs kimi iddia qaldırma kimi subyektiv hüququnun olmamasına dair məhkəmənin gəldiyi nəticə əsaslı fakt kimi qəbul edilə bilməz. Mənzilə iddiaçının qeydiyyata alınmasına razılığının notariat qaydasında əmlak sahibi olan H.Qasımova tərəfindən verilməsi müqabilində iddiaçının həmin əsasla “mənzilə köçürmə” barədə iddia verməyə subyektiv hüququnun olmaması barədə məhkəmənin gəldiyi nəticə maddi hüquq normalarının mübahisənin həllinə tətbiqi baxımından əsaslı sayıla bilməz. Sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla verilir. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktiki sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş verir. Qanunvericiliklə sahiblik hüququnun həyata keçirilməsi bu hüquqdan istifadə etmə yolu mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ və əmlak hüquqları əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Qeyd olunanlar ilə əlaqədar məhkəmə nəzərə almamışdır ki, mübahisəli mənzil H.Qasımovanın mülkiyyətində olmasa da, həmin mənzilə onun sahiblik və istifadə hüquqları olmuş, həmin hüquqlar isə onun ölümündən sonra vəsiyyət verdiyi iddiaçıya keçmişdir. Vəsiyyətnamənin məzmununda isə birbaşa qeyd olunur ki,” 1.”.Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün əmlakını ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı vəsiyyət edirəm”. MM-nin1151 – ci maddəsi ilə əlaqədar “Mirasa miras qoyanın öldüyu anadək malik olduğu əmlak huquqlarının və vəzifələrin toplusu daxildir. Bu baxımdan iddiaçı miras qoyan şəxsin istər həmin mənzil, istərsə də qeyd olunan 1154-cü maddə üzrə qeyri əmlak hüquqlarının varisi kimi subyektiv hüquqa malikdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6096/2024 nömrəli, 25 no yabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır iddiaçı iddia tələbi kimi fərdi yaşayış evinə köçürülməni qoysa da, həm iş materiallarından, həm də məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, o ilk növbədə həmin evə qeydiyyata düşmək istəmişdir. İddiaçının bacısı ölümündən öncə ona məxsus olan bütün əmlakların iddiaçıya vərəsəlik qaydasında keçməsinə vəsiyyətnamə versə də, iddiaçının mərhum bacısının həmin evə dair mülkiyyət (əmlak) hüququnu təsdiq edən sənədlər də müəyyən edilmir. Apellyasiya şikayətin dəlillərinə münasibətdə iddiaçının qeyd etdiyi dəlillər ümumi səciyyə daşımaqla maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və ya qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini müəyyən etmir. İddiaçının diqqətinə çatdırılmışdır ki, əmlak kütləsi müəyyən edilməyən vəsiyyətnamədə müzakirə edilən tikili üzrə vərəsəlik hüquqları müəyyən edilmir, lakin qanunvericilik lə müəyyən edilmiş qaydada mərhum bacısına mənsub ola bilən hüquqlar müstəvisində iddiaçı vərəsəlik hüquqların həyata keçirə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini təmin etməməklə mubahisə predmeti olan mənzilin X3 mülkiyyətində olmamasına, həmin mənzilin dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmamasına, iddiaçının mənzilə köçmə barədə subyektiv hüququnun olmamasına və digər tərəf olan cavabdehin mənzilin ona məxsus olması və onun pulu ilə alınması və iddiaçının həmin mənzillə əlaqədar heç bir hüququnun olmamasına dair mülahizələrinə əsasl anmış, qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını mübahisənin həllinə düzgün tətbiq etməmişdir. Məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər”

20. Məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələlərini araşdırmaqla qərar qəbul edilməsini vacib hesab etsə də iddiaçının belə bir tələb irəli sürməyə subyektiv hüququnun olması faktını təs diq edən və iş materiallarına əlavə edilmiş sənədlərə istinad etməmiş, öz qənaətini maddi-hüquq normaları baxımından əsaslandırmamışdır. Məhkəmə nəzərə almamışdır ki, mübahisəli mənzil H.Qasımovanın mülkiyyətində olmasa da, həmin mənzilə onun sahiblik və istifadə hüquqları olmuş, həmin hüquqlar isə onun ölümündən sonra vəsiyyət verdiyi iddiaçıya keçmişdir.

21. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 123, 1166, 1178, 1193-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80, 217-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üç ün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.

24. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

25. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdiril ə bilər.

26. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

27. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

28. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradı rsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

29. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətində n irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.

37. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına y ol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

38. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətdə istinad edilən maddi hüquq normalarının pozuntusuna yol verildiyi müəyyən edilmir.

39. İddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi mərhum bacısı H.Qasımovanın mülkiyyətində olmasa da, həmin mənzilə bacısının sahiblik və istifadə hüquqları olduğunu və həmin hüquqların vəsiyyətnamə əsasında iddiaçıya keçdiyini iddia edərək həmin evə köçürülməsini xahiş etmişdir.

40. İşin mübahisəsiz halıdır ki, iddiaçının mərhum bacısının yaşadığı ev özbaşına tikili olm uş və yerləşdiyi torpaq sahəsi bacının mülkiyyətində olmamışdır.

41. Məhkəmə Mülki Məcəllənin 180.2, 1151.1-ci maddəsinə istinad edərək düzgün olaraq qeyd etmişdir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxil olduğundan, özbaşına tikili mülkiyyət hüququnun obyekti ola bilməz. Belə ki, qanunsuz sahiblik edilən torpaq sahəsində inşa edilmiş tikilidə yaşayan şəxsin həmin tikili üzərində dövlət tərəfindən tanınan istifadə və sahiblik hüququ olmadığından belə tikili vərəsəlik qaydasında keçmir.

42. Kollegiya qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi üçün qanuni əsas olmadığından şikayət əsassız hesab edilərək təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıd ır.

43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6096/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar